The sciences of earth



Yüklə 62,94 Kb.
Pdf görüntüsü
tarix14.10.2017
ölçüsü62,94 Kb.
#4615


A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov

 

XƏBƏRLƏR



 

 



YER ELMLƏRİ

 



 

ИЗВЕСТИЯ


 

 



НАУКИ

 

О



 

ЗЕМЛЕ


 

■ PROCEEDINGS 

 THE SCIENCES OF EARTH



 

80 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, YER ELMLƏRİ, №

1-2, 2016 

 

 



© A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov, 2016

 

 

MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA 

TEXNOLOGİYALARI ƏSASINDA DAŞQIN ƏRAZİSİNİN  

3D (TIN) MODELLƏŞDİRİLMƏSİ 

 

A.T.Ağayev

1

, A.İ.İsmayılov

2

, T.İ.Süleymanov



 

1 –Milli Aviasiya Akademiyası, 



 1045, Bakı, Mərdəkan pr.30, 

amil_agayev@mail.ru 

 

2 – AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, 



 1073, Bakı, M. Rahim küç., 5, 

amin_ismayilov@mail.ru 

 

3 – Azərbaycan Milli Aerokosmik Agentliyi



 1115, Bakı, S. Axundov küç., 1, 

sul.tofik@yahoo.com 

 

Məqalədə 2010-cu ildə Kür çayında baş vermiş daşqın hadisəsi zamanı bəndlərin dağılma səbəbləri araş-

dırılmış və tədqiqat ərazisi olan Sabirabad rayonunun Mürsəlli kəndi nümunəsində TIN modeli qurulmuşdur. 

Hündürlük göstəriciləri əsasında seçilmiş profillər üzrə fərqlərin hesablanması metodikası işlənilmiş və daş-

qın sularının çayın sağ sahili boyunca bəzi yerlərdə qoruyucu bəndi yararaq relyefin nisbətən aşağı hissələrinə 

yayılma prosesi tədqiq edilmişdir. Tədqiqat zamanı Landsat 5 TM multispektral təsvirlərdən və ərazinin x, y, 

z koordinatlarından istifadə edilmişdir. 

  

Giriş.  Müasir  dövrümüzdə  məsafədən  zond-

lama  (MZ)  məlumatları  ilə  CİS  texnologiyalarının 

inteqrasiyası əsasında dünya praktikasında TIN mo-

dellərinin  qurulması  və  analizi  sahəsində  bir  sıra 

tədqiqatlar  aparılmış,  müxtəlif  yanaşmalarla  hidro-

loji  cəhətdən  təhlükəli  vəziyyətin  inkişafina  təsir 

edən  təbii  və  antropogen  faktorların  təhlilinə  geniş 

yer verilmişdir (Marc and Rodrigo, 2011; Suriya et 

al.,  2009;  Suriya  et  al.,  2011).  Həmin  tədqiqatlarda 

əsasən müxtəlif zamanlı peyk məlumatlarından, çöl 

ölçmə göstəricilərindən, arxiv materiallarından isti-

fadə  edilmişdir  ki,  bu  da daşqın  hadisələrinin  dina-

mikasının qiymətləndirilməsinə və daşqın riskli əra-

zilərin müəyyənləşdirilməsinə imkan vermişdir. 

Qeyd etmək lazımdır ki, çay daşqını hüdudla-

rının  müəyyən  edilməsi  ilə  yanaşı,  suqoruyucu 

bəndlərin dağılmasının səbəblərinin araşdırılması da 

aktual  məsələlərdən  hesab  olunur.  Belə  ki,  daşqın-

lardan  mühafizə  olunmaq  üçün  çayboyu  salınmış 

suqoruyucu  bəndlər  bu  və  ya  digər  səbəblərdən  tə-

sirlərə  məruz  qalır.  Yerli  tədqiqatçılar  tərəfindən 

bəzi  araşdırmalar  aparılmış  və  əhalinin  gözlənilən 

daşqın və subasma təhlükəsindən müdafiə olunması 

üçün  yerlərdə  torpaq  və  digər  əsaslı  suqoruyucu 

bəndlərə  onların  münasibətinin  birmənalı  olmadığı 

təsdiqlənmişdir.  Əhalinin  bu  ərazilərdə  intensiv  və 

pərakəndə şəkildə məskunlaşması nəticəsində bənd-

lərin  çox  hissəsi  yaşayış  məntəqələrinin  içərisində 

qalmış,  çayla  torpaq  bəndlər  arasındakı  istifadə 

üçün qadağan olunmuş ərazilərdən istifadə edilməsi 

bəndlərin  daşqınqoruyucu  imkanını  azaltmış,  ona 

xidmət işi çətinləşmış və bəzi kəndlərin ərazilərində 

bəndlər  dağıdılaraq  yeni  suvarma  arxları  çəkilmiş-

dir.  Hal-hazırda  isə  ayrı-ayrı  ərazilərdə  bəndlərdən 

avtomobil  yolu  kimi  istifadə  edilir.  Belə  münasibət 

bəndlərin  davamlılığını  zəiflədir  və  hər  an  daşqın-

olma ehtimalını artırır (Məhərrəmova, 2008). 

Çay daşqınlarının gözlənilə bilən fəsadlarının 

qiymətləndirilməsi, suqoruyucu bəndlərin sağ və sol 

sahilboyu  fərqlərinin  daha  dolğun  və  dəqiq  müəy-

yən olunması üçün müasir Coğrafi İnformasiya Sis-

temləri  imkanlarından  istifadə  olunması  zəruridir. 

Tədqiqatın  məqsədinə  uyğun  olaraq  Triangulated 

Irregular  Network  (TIN)  modelinin  imkanlarından 

istifadə edilmişdir. TIN modeli x, y, z koordinatları 

olan və nizamsız  məsafədə yerləşən nöqtələrin əsa-

sında səthin təqdimatıdır ki, bu da daşqın sularının 

ərazidə  yayılmasını  modelləşdirmək  baxımından 

çox  əhəmiyyətlidir.  Üst-üstə  düşməməklə  əlaqəli 

üçbucaqlar,  məlumatların  nöqtələri  təpə  nöqtələri 

olan  bütün  göstəricilər  arasında  çəkilir.  TIN  pay-

lanmış hidroloji model üçün su hövzəsinin topoqra-

fiyası çərçivəsində axın şəbəkəsini və hövzə sərhə-

dini  dəqiqliklə  təsvir  etməyə  imkan  verir  (Enrique 

et al., 2004) 



MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA

............. 

XƏBƏRLƏR

 



 

YER ELMLƏRİ

 



 



ИЗВЕСТИЯ

 



 

НАУКИ


 

О

 



ЗЕМЛЕ

 

■ PROCEEDINGS 



 THE SCIENCES OF EARTH

 

81 

Tədqiqat  obyekti.  Tədqiqat  ərazisi  olaraq 

2010-cu ildə daşqın zamanı ərazisinin çox hissəsi su 

altında qalmış Sabirabad rayonunun Mürsəlli kəndi 

götürülmüşdür  (1-ci  şəkil).  Məlum  olduğu  kimi, 

həmin  vaxt  Azərbaycanın  bir  sıra  rayonlarının  əra-

zisi  daşqına  məruz  qalmış  və  Sabirabad  rayonu, 

demək olar ki, daşqın prosesinin mərkəzi olmuşdur. 

Daşqın zamanı Kür çayının sağ sahili boyu uzanan 

qoruyucu bənd Mürsəlli kəndi yaxınlığında bir neçə 

yerdən  dağılmış  və  nəticədə  kəndin  çox  hissəsi 

subasmaya  məruz  qalmışdır.  Tədqiqatın  məqsədi 

MZ  məlumatları  və  CİS  texnologiyalarından  isti-

fadə etməklə daşqın zamanı bəndlərin dağıldığı yer-

lərin  TIN  modelini  qurmaq  və  subasmanın  istiqa-

mətini müəyyən etməkdir. 

Sabirabad  rayonu  şimaldan  Hacıqabul  rayo-

nu,  şərqdən  və  cənubdan  Salyan  və  Biləsuvar  ra-

yonları,  qərbdən  Saatlı  rayonu,  şimal-qərbdən  isə 

Kürdəmir  və  İmişli  rayonları  ilə  həmsərhəddir. 

Rayonun  ümumi  sahəsi  146940  ha-dır.  Rayonun 

əhalisi kənd təsərrüfatı məhsulları: meyvəçilik, nar-

çılıq, tərəvəzçilik, taxılçılıq, heyvandarlıqla məşğul 

olur. Rayonda kənd təsərrüfatı məhsullarının emalı, 

tikinti  materialları  istehsalı  da  mövcuddur.  Rayon 

ərazisində  yayılmış  torpaqlar  dövlətə  məxsus  ol-

maqla yanaşı, bələdiyyə və xüsusi mülkiyyətə veril-

mişdir.  Rayonun  relyefi  əsasən  düzənliklərdən  iba-

rətdir. Düzənliyin ümumi mailliyi cənub-şərq istiqa-

mətində  olub,  çox  zəif  hiss  olunur.  Müasir  relyefin 

formalaşmasında Kür və Araz çaylarının təsiri aydın 

nəzərə  çarpır.  Belə  ki,  rayonun  ərazisində  Kür  və 

Araz  çayları  qovuşur.  Rayonun  iqlimi  yayı  quraq 

keçən mülayim isti, yarımsəhra və quru bozqır iqlim 

tipinə  aiddir.  Bu  iqlim  tipi  çox  az  və  zəif  nəmliyi, 

qışının  mülayim  və  yayının  quru-isti  keçməsi  ilə 

səciyyələnir.  Bu  ərazi  üçün  ən  soyuq  aylar  yanvar, 

fevral və ən isti aylar isə iyul və avqustdur. Ərazinin 

yayı quru və isti keçir ki, bu da öz növbəsində bitki 

örtüyünə və torpaqəmələgəlmə prosesinə mənfi təsir 

göstərir. Ərazidə havanın illik temperaturu 18,0÷26,5 

dərəcə  arasında  dəyişir.  Rayon  ərazisində  hallofit, 

kserofit, efemer və hidrofil bitkilər geniş yayılmışdır. 

 Materiallar  və  metodlar.  Tədqiqat  zamanı 

U.S.  Geological  Survey  (USGS)  (EarthExplorer, 

2009/2010)  təşkilatının  internet  ehtiyatlarından  və 

tədqiqatın  məqsədinə  uyğun  olaraq,  açıq  mənbələr-

dən  –  Landsat  5  TM  peykindən  alınmış  mülti-

spektral təsvirlərdən istifadə edilmişdir (cədvəl, 2-ci 

şəkil). 

Seçilmiş ərazinin TIN modelini qurmaq üçün 

isə  x,  y  coğrafi  kordinatları  və  z  hündürlük  nöqtə-

lərini  təyin  etməyə  imkan  verən  GEOMAX  Global 

Position  Systems  (GPS)-dən  istifadə  edilmişdir. 

Alət  vasitəsilə  tədqiqat  ərazisini  əhatə  edən  1183 

nöqtənin  koordinatları  və  hündürlüyü  götürülmüş-

dür (3-cü şəkil). 

 

 

 



1-ci şəkil. Tədqiqat ərazisi, Sabirabad rayonunun Mürsəlli kəndi 

 



A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov

 

XƏBƏRLƏR



 

 



YER ELMLƏRİ

 



 

ИЗВЕСТИЯ


 

 



НАУКИ

 

О



 

ЗЕМЛЕ


 

■ PROCEEDINGS 

 THE SCIENCES OF EARTH



 

82 

Cədvəl 

Əldə olunmuş peyk təsvirlərinin parametrləri 

 

Məlumat yığımının atributu 

Atribut qiyməti 

Təsvir 1 

Təsvir 2 

Peykin adı 

LANDSAT 5 TM 

 Ümumdünya İstinad Sistemi (ÜİS) Sütun 

167 

 ÜİS Sətir  



032 

Məlumat əldə olunmuşdur 

26/09/2009 

24/05/2010 

 Keyfiyyət bandı 1-7 

Mübadilə formatı 



GEOTIFF 

Şəbəkə torunun əksetdirici ölçüsü  

30 

Şəbəkə torunun termik ölçüsü 



30 

 

 



 

2-ci şəkil. Landsat 5 TM peykindən müxtəlif tarixlərdə alınmış multispektral təsvirlər 

 

 



 

3-cü şəkil. GEOMAX GPS-i vasitəsilə ərazinin x, y və z koordinatlarının müəyyənləşdirilməsi 


MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA

............. 

XƏBƏRLƏR

 



 

YER ELMLƏRİ

 



 



ИЗВЕСТИЯ

 



 

НАУКИ


 

О

 



ЗЕМЛЕ

 

■ PROCEEDINGS 



 THE SCIENCES OF EARTH

 

83 

Emal prosedurlarına cəlb edilən Landsat 5 TM 

mültispektral  peyk  təsvirləri  daşqın  hadisəsini  qiy-

mətləndirməyə  imkan  versə  də,  hadisədən  əvvəlki 

dövrlərdə  əraziyə  düşən  su  hövzələrinin  normal 

çoxillik  vəziyyəti  ilə  müqayisələrin  aparılması  zəru-

rəti  yaranmışdır.  Bu  səbəbdən  də  2009-cu  ilin  sent-

yabrındakı vəziyyəti əksetdirən eyniadlı kosmik təs-

virdən  istifadə  edilmiş,  bununla  da  ərazinin  su  ob-

yektlərini və çay yatağının təbii durumunu müqayisə 

etmək mümkün olmuşdur. 

İlk  növbədə  ArcGIS  proqram  təminatının 

imkanları  çərçivəsində  hər  bir  təsvir  üzrə  su  ob-

yektləri  əsas  götürülməklə  vektorlaşdırma  əməliy-

yatları  yerinə  yetirilmişdir.  Sonra  isə  seçilmiş  əra-

zinin  hündürlük  göstəricilərindən  istifadə  edərək 

ArcGIS  proqram  təminatının  “Create TIN”  modulu 

əsasında Triangular Irregular Networks (TIN) şəbə-

kəsi yaradılmışdır 

Müzakirə.  Əldə  etdiyimiz  kosmik  təsvir-

lərdən  və  ArcGIS  proqram  təminatının  müxtəlif 

alətlərindən istifadə edərək daşqın ərazisi vektorlaş-

dırılmış və su altında qalmış ərazilər müəyyən edil-

mişdir (4-ci şəkil). 

Müəyyən  olunmuş  daşqın  hüdudu  daxilində 

GEOMAX GPS-in hündürlük göstəricilərindən isti-

fadə edilərək TIN modeli qurulmuş, model üzərində 

3 test xətti seçilmiş və həmin xətt üzrə çay yatağı və 

çay sahilinin profilləri çəkilmişdir (5-ci şəkil). 

 

 

 

4-ci şəkil. Kosmik təsvirlərdən alınan nəticələr 

 

 



 

5-ci şəkil. Kosmik təsvir üzərində subasma və daşqın zamanı bəndin dağıldığı ərazinin 3 D təqdimatı, 

seçilmiş 3 test xətti üzrə işlənilmiş profillər 




A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov

 

XƏBƏRLƏR



 

 



YER ELMLƏRİ

 



 

ИЗВЕСТИЯ


 

 



НАУКИ

 

О



 

ЗЕМЛЕ


 

■ PROCEEDINGS 

 THE SCIENCES OF EARTH



 

84 

Yaradılmış  TIN  əsasında  ərazinin  relyefi  aş-

kar  təsvir  olunmuş,  seçilmiş  üç  profil  əsasında  çay 

hövzəsinin sağ və sol hissələrindəki hündürlük fər-

qinin əsasən 1 metr, bəzi hallarda isə 1 metrdən çox 

olduğu  müəyyən  olunmuşdur.  Bununla  da  bəndin 

dağılması  zamanı  suyun  axın  istiqaməti  haqqında 

aydın  təsəvvür  yaratmaq  mümkün  olmuşdur.  Hün-

dürlük  fərqi  çox  olan  nöqtələr  suqoruyucu  bəndə 

yaxın  olan  ərazilərdə  aşkar  edilmiş,  bununla  da ça-

yın daşması nəticəsində bəndin məhz həmin yerdən 

dağılması faktı öz təsdiqini tapmışdır 



Nəticə.  Məqalədə  çay  daşqınının  əhatə  dai-

rəsini  daha  dəqiq  müəyyən  etmək  üçün  Landsat  5 

TM  peykinin  mültispektral  təsvirlərindən  və  CİS 

texnologiyalarından  istifadə  imkanları  araşdırılmış-

dır.  Tədqiqat  prosesində  ArcGIS  proqram  təmina-

tının müvafiq modul və alətlərindən istifadənin üs-

tünlükləri şərh olunmuşdur. 

Seçilmiş  tədqiqat  ərazisi  (Sabirabad  rayonu-

nun  Mürsəlli  kəndi)  timsalında  təcrübə  profilləri 

üzrə  relyefin  yüksəklik  fərqlərinin  hesablanması  me-

todikası  işlənilmiş  və  subasmanın  çayın  sağ  sahili 

boyunca  baş  verdiyi  areallar  müəyyən  edilmişdir. 

Tədqiqatın  nəticələri  ərazilərin  daşqınlara  məruz-

qalma təhlükəsinin proqnozlaşdırılması və mühafizə 

tədbirlərinin  həyata  keçirilməsi  üçün  praktiki  əhə-

miyyətə malikdir. 

 

ƏDƏBİYYAT 

 

MƏHƏRRƏMOVA,  X.C.  2008.  Azərbaycan  ərazisində  baş 

verən dağıdıcı hidrometeoroloji hadisələr. Elm. Bakı. 

EARTHEXPLORER. 2009/2010. http://earthexplorer.usgs.gov 

ENRIQUE,  R.V.,  VALERI,  Y.I.,  RAFAEL,  L.B.,  DARA,  E. 

2004.  Generation  of  triangulated  irregular  networks  based 

on  hydrological  similarity.  Journal  of  Hydrologic  Engi-

neering. 4, 288-302. 

MARC,  V.K.,  RODRIGO,  I.S.  2011.  Embedding  rivers  in 

triangulated  irregular  networks  with  linear  programming. 

International  Journal  of  Geographical  Information 

Science. 25(4), 615-631. 

  SURIYA, 

S., 

GOPINATH, 



G., 

MUDGAL, 


B.V., 

KARUNAKARAN,  K.  2009.  Reconstruction  of  volume 

and  spread  of  flood  water  in  velachery  area  through  field 

investigation.  Malaysian  Journal  of  Civil  Engineering

21(2), 241-246. 

SURIYA,  S.,  MUDGAL,  B.V.,  PRAKASH,  N.  2011.  Flood 

damage assessment of an urban area in Chennai, India, part 

I: methodology. Natural Hazards. 52(1), 1-10. 



 

 

 

Məqaləyə t.e.d. M.H.Qocamanov rəy vermişdir. 

Yüklə 62,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə