The Secretariat of Armenia-Azerbaijan Peace Platform Address: 23 U. Hajibeyov apt 18. Baku, Azerbaijan Tel



Yüklə 356,4 Kb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü356,4 Kb.
#60930

background image
 

 

 



 

The Secretariat of Armenia-Azerbaijan Peace Platform 

Address: 23 U.Hajibeyov apt 18. Baku, Azerbaijan Tel

+99455 602 48 59

Web

http://arm-azpeace.com/

 fb

https://www.facebook.com/pg/ArmAzPeace

                                                             

Twitter: 

https://twitter.com/ArmAzpeace

 

 



           

__________________________________________________________________________________________ 

28 Mart 2017-ci i l   

 

 



Press-reliz № 29 

Özbəkistandan olan tarixçi alim                                                                                        

"Ermənistan Azərbaycan Sülh Platforması"-na qoşuldu 

Özbəkistanlı  tarixçi  alim  Salamov  Şuxrat  Nasıroviç  "Ermənistan  Azərbaycan  Sülh  Platforması"-na 

qoşulması ilə əlaqədar bəyanat verib. 

 

Bəyanatda deyilir: 

 

Sülh insanların bu həyatda istədiyi, ən ali fəzilətdir. Ona görə də mən Dağlıq Qarabağ münaqişəsinin 

yalnız sülh yolu ilə həllinə inanıram.   Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və 

suverenliyinə  və  hər  iki  dövlətin  beynəlxalq  səviyyədə  tanınmış  sərhədlərinə  hörmət  və  dəstəyimi 

bildirmək istəyirəm.  

Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə 

və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin həlli 

istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd etmək istəyirəm. 

Bir tarixçi kimi qeyd etmək istəyirəm ki, mövcud münaqişədən əvvəl Erməni və Azərbaycan xalqları sülh 

və əmin-amanlıq  şəraitində  yaşayıblar. Bu  münasibətlər  əsrlər  boyu formalaşan qonşuluq  və   dostluq 

münasibətlərinin nəticəsi olub. Münaqişənin uzun müddət həll olunmaması nəticəsində iki ölkə arasında 

əlaqələrin yalnız müharibə kontekstində formalaşmasını  təəssüf hissi ilə, qeyd etmək istəyirəm. Mən bu 

sülh təşəbbüsünü dəstəkləyirəm və bu təşəbbüsün münaqişəyə böyük töhfə verə biləcəyinə inanıram. 

Bu  səbəbdən,  məqsədi  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həlli  və  

Cənubi  Qafqaz  regionunda  sülhün    bərpası  və  qorunması  olan  "Ermənistan  Azərbaycan  Sülh 

Platforması"-na qoşulduğumu bəyan edirəm.  



Mətbuat Xidməti 

Document Outline

  • Özbəkistanlı tarixçi alim Salamov Şuxrat Nasıroviç "Ermənistan Azərbaycan Sülh Platforması"-na qoşulması ilə əlaqədar bəyanat verib.
  • Bəyanatda deyilir:
  • Mətbuat Xidməti

Yüklə 356,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə