The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə3/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   2   3   4   5   6   7   8   9   ...   129

- 8 - 

a)  Birinci  növ  təyini  söz  birləşməsi  modelində  olur:  “Duz  saray”  (M.Qasımzadə),  “Özgə 

millət”,  “Bayağı  şeir”,  “Qoşa  bulaq”  (X.Kərimli),  “Qara  əqrəb”,  “Yalan  dünya”  (V.Məmmədov), 

“Açıq  məktub”,    “Qara  kağız”  (A.Yadigar),  “Qar  havası”  (H.Bağıroğlu),  “Yazıq  Vətən”  (İ.Yusifoğlu), 

“Açıq  dərs” (Q.Qərib) və s. 

b)  İkinci  növ  təyini  söz  birləşməsi  modelində  olur:  “Azərbaycan  bayrağı”,  “Payız 

duyğuları”,  “Qartal  ömrü”,  “Zirvə  ömrü”,  “Şair  ürəyi”,  “Şair  ömrü”,  “Ağrı  dağı”,  “Küçə  iti” 

(X.Kərimli),  “Vətən  sevgisi”,  “Babək  qalası”,  “Metro  fəhləsi”,  ”Novruz  gecəsi”,  “Payız  toyları”,  “Özgə 

ürəyi”,  ”Sevgi  qatarı”,  ”Nağıllar  adası”,  “Körpə  qəlbi”,  “Ümid  işığı”  (M.Qasımzadə),  “Azərbaycan 

bayrağı”,  “Azərbaycan  əsgəri”,  “Azərbaycan  sovqatı”,  “Vətən  sevgisi”,  “Sevda  yolu”,  “Zirvə  yolu”, 

“Bahar  yağışı”,  “Ərk  qalası”  (A.Yadigar),  ”Hüseyn  bulağı”,  “Ordubad  lövhələri”  “Həmrəylik  günü”, 

“Təbiət  lövhələri”,  “Ulduz  müharibələri”  (V.Məmmədov),  “Torpaq  bayatıları”,  ”Müəllim  ömrü”,  “Qəm 

nəğməsi”  (İ.Yusifoğlu),  “Şair dünyası”,  “İnsan  ömrü”,  “Günəş  səadəti”  (Q.Qərib)  və s. 

c)  Üçüncü  növ  təyini  söz  birləşməsi  modelində  olur:  “Naxçıvanım  mənim”,  “Mənim 

könlüm”  (X.Kərimli),  “Mənim  ürəyim”,  “Mahirin  tələsi”,  “Gülşadın  dəftəri”  (M.Qasımzadə), 

“Ömrümün  baharı”,  “Nənəmin  arzusu”    (A.Yadigar),    “Zamanın  hökmü”,  “Mənim  anam”,  “Mənim 

dünyam”,  “Ukraynanın  qızılgülü”,  “Qocanın  istəyi”,  “Şeirin  sürəti”  (V.Məmmədov),  “İlkanənin 

hədiyyəsi”,  “Arpaçayın  uşaqları”  (İ.Yusifoğlu),  “Sözün  yaraşığı”,  “Könlümün  nəğməsi”,  “Mənim 

ölümüm”   (Q.Qərib) və s. 

ç)    Şeir  adlarının  bir  qismi    bitkin  cümlə  şəklində  yaranır:  “Gəzirəm  Vətəndə  itən  vətəni”, 

“Bu  dünya  bir  dəyirmandı”,  “Mən  zamanın  sualıyam”,  “Bu  şöhrətin  indisindən  qorxuram”, 

“Toğluqayanın  Savalna  məktubu”,  ”Şair  haqqın  yolçusudur”  (X.  Kərimli),  “Mən  ayaq  üstə  gəzən 

torpağam”,  “Səhnədə  Məcnun  gəzir”,  “Bu  yaz  kəndimizə  qayıdacağam”,  “Bir  uşaq  bələkdə  öldü”, 

“Duel  Rusiyanın  dar  ağacıydı”  (M.Qasımzadə),  “Cavid  Sibirdən  gəlir”,  “Döndü  Naxçıvanın 

salnaməsinə”,  “Fani  dünya  kimə  qaldı”,  “Mənim  kişilərə  yazığım  gəlir”,  ”Ağacdələn,  nə  qapımı 

döyürsən”,  “Bir  gün  bu  nağıl  da  yetəcək  sona”,  “Payız  da  ömrünü  başa  vuracaq”,  “Hələ  səbrli  ol, 

hələ  döz  görək”,  “Həyat  kitablarda  gördüyün  deyil”  (V.Məmmədov),  “Kəsiləcək  bu  zənglərin 

arası”,  “Döyüş  havaları  çaldırmalıyıq”,  “Qoy  yormasın  yollar  səni”,  “Mən  səni  çox  sevdim”    

(A.Yadigar),  “O  mənim  gözümə  soyuq  dəyibdi”,  Deyəsən  sən  məni  ölümdən  aldın”,  “Bir  gün  başın 

daşa  dəyər”  (H.Bağıroğlu),  “Dərdlərin  belimi  əydi,  ay  Vətən”,  “Bir  qədər  tək  qalmaq  istəyirəm 

mən”,  “Mənə  bir  məhəbbət  şeiri  oxu”,  “Ana  kəndim,  qayıtmışam  qoynuna”,  “Sən  məni  bənzətmə 

yaz  yağışına”  (İ.Yusifoğlu),  “Yar,  məni  qəlbindən  çıxart”,  “Özümə  baxmağa  ürəyim  gəlmir”,  “Bu 

gün  sənin  ad günündür”  (Q.Qərib)  və s.  

Bir  faktı  da  qeyd  edək  ki,  son  illərin  poeziyasında    adsız  şeirlər  silsiləsinə  də  rast  gəlirik.    Bu 

isə  ənənədə  şeirin  adını  ifadə  edən dolğun  bənddir  və müəllifin  fikrini  konkretləşdirir. 

 

ƏDƏBİYYAT 



 

  1. Azərbaycan  bədii  dilinin  üslubiyyatı  (Oçerklər),  Bakı,  Elm,  1970, 356 s.  

  2. Bağırov  A. Onomalogiya  problemləri,   2 cilddə,  II cild.  Bakı,  Elm  və təhsil,  2012, 416 s. 

  3. Qurbanov  A. Azərbaycan  onomalogiyasının  əsasları,2  cilddə,  II cild,  Bakı,Nurlan,  2004, 504 s.  

  4.  Seyidov  Y. Əsərləri,   15 cilddə,  I cild,  Bakı,  BDU-nun  nəşriyyatı,  2006, 628 s.  

  5. Bağıroğlu  H. Mən çiynimdən  yerə qoydum  dünyanı.  Şeirlər.  Bakı,  Şirvannəşr,  2001, 66 s.  



  6. Kərimli  X. Payız  duyğuları,  (Şeirlər),  Bakı,   Qanun,  2013, 540 s.  

  7. Qafar Qərib.Dünya  üç bucaq imiş,   Bakı,  Şirvannəşr,  2004,  96 s.  

  8. Qasımzadə  M. Gülü  xəlvət  açan  dünya.  Naxçıvan,  Əcəmi,  2004, 168 s.  

  9. Qasımzadə  M. Nuhçıxandan  gəlirəm.  Əcəmi  NPB, Naxçıvan,  3013,  248 s. 

10. Məmməd  Araz.  Yol  ayrıcında  söhbət,  Bakı,  “Azərbaycan”  nəşriyyatı,1997,318  s.  

11. MəmmədovV.   Seçilmiş  əsərləri,  2 cilddə,   I cild,  Bakı,  Şirvannəşr,  2008, 288 s.             

12. Məmmədov  V. Seçilmiş  əsərləri,  2 cilddə,   II cild,  Bakı,  Şirvannəşr,  2008, 260 s. 

13. Məmmədov  V.  Dənizə  qar yağırdı.  Bakı:  Şirvannəşr,  2012, 160 s.  

14. Məmmədov  V.  Dəniz  də nigaran,  sən  də nigaran,  Bakı,  Şirvannəşr,  2014, 132 s.  

15. Məmmədov  V.  Bura  Naxçıvandır.  Naxçıvan,  Əcəmi  NPB, 2014, 88 s.  




- 9 - 

16. Muxtaroğlu  Ə. İkinci  görüş.  Bakı,  Nurlan,  2003, 160 s.  

17. Yadigar  A. Hər şeyin  sonu  var.  Naxçıvan,  Qızıl  dağ MMC-nin  mətbəəsi,  2007, 290 s.   

18. Yurdoğlu  E. 20+13, Naxçıvan,   Əcəmi,  2013, 96 s.  

19. Yusifoğlu  İ. Seçilmiş  əsərləri,    I cild,  Bakı,  Şirvannəşr,  2011, 335 s. 

20. Yusifoğlu  İ. Seçilmiş  əsərləri,   II cild,  Bakı,  Şirvannəşr,  2012,199 s. 

 

ABSTRACT 

Adil  Bagirov 

 

The names of aesthetic works 

The  article  has  been  devoted  to  the  investigation  of  the  names  of  poetry  work  which  are 

entered  the  ideonim  group  of  onomastic  lexica.  The  names  of  poetry  works  which  has  their 

especially  position  and  condition  in  the  lexical  system  of  our  language  are  grouped  and  investigated 

according  to the examples  of people  poet M. Araz`s  and other  poets` poem`s  names. 

 

РЕЗЮМЕ 



Адиль Багиров 

 

Названия художественных произведений  

Статья  посвящена  исследованию  названий  стихотворных  произведений,  входящих  в 

группу  идеонимов  ономастической  лексики.  В  статье  сгруппированы  на  основе  избранных 

образцов  и  исследованы названия стихотворений народного поэта М.Араза и нахчыванских 

поэтов. 


 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 



olunmuşdur  (protokol  № 05) 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

              



 

 

 



 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə