The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə4/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   2   3   4   5   6   7   8   9   ...   129

- 10 - 

 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

HÜSEYN   HƏŞİMLİ  

Naxçıvan Dövlət Universiteti 

                           e-mail : hashimli-h@rambler.ru   

UOT  82: 316. 3 

ƏLƏKBƏR  QƏRİB  NAXÇIVANLININ 

1920-Cİ  İLLƏRDƏKİ  YARADICILIĞI 

 

 

Açar  sözlər: Azərbaycan ədəbiyyatı, nəsr, ədəbi tənqid, Ələkbər Qərib Naxçıvanlı 

 

Key words:  Azerbaijan literature, prose,

 literary criticism, Alekper Garib Nakhchivanli 

 

Ключевые  слова:    Азербайджанская  литература,  проза,  литературная    критика, 

Алекпер Кариб  Нахчыванлы 

  

 



1910-30-cu  illərdə  ədəbi  prosesdə  yaxından  iştirak  etmiş  naxçıvanlı  yazarlardan  biri  də 

Ələkbər  Qərib  Abbasovdur.  İlk  təhsilini  Naxçıvanda  əsası  məşhur  maarifçi  M.T.Sidqi  tərəfindən 

qoyulmuş  “Məktəbi-

tərbiyə”də  alan,  1913-cü  ildə  Qori  Müəllimlər  Seminariyasını  bitirən 

Ə.Q.Naxçıvanlı  hələ  tələbə  ikən  bədii  əsərlər  yazmış,  sonrakı  onilliklərdə  zəngin,  çoxşaxəli  yaradıcılıq 

axtarışları  aparmışdır.Bu  unudulmuş  ədibin  nəsr,  publisistika,  ədəbi  tənqid  və  bədii  tərcümə  sahəsindəki 

səmərəli,  məhsuldar  fəaliyyəti  yüksək  dəyərə  malikdir.  Bu  məqalədə  biz  onun  yaradıcılıq  fəaliyyətinin 

1920-ci  illər  dövrünün  bəzi  məqamlarına

  diqqət  yetirəcəyik.   

  

Ələkbər  Qərib  Naxçıvanlı  1920-ci  illərdə  Tiflisdə  və  Bakıda  nəşr  olunan  müxtəlif  qəzet  və 



jurnallarda  bədi  əsərlər,  publisistik  və  ədəbi-tənqidi  məqalələr  dərc  etdirmişdir.  1922-1927-ci  illərdə 

Tiflisdə  Azərbaycan  dilində  çıxan  “Yeni  fikir”  qəzetində  çalışan  Ə.  Qərib  həmin  şəhərdə  yazıçı 

Böyükağa  Talıblının  rəhbərliyi  altında  fəaliyyət  göstərən  ədəbiyyat  dərnəyinin  işində  Eynəli  bəy 

Sultanov,  Rzaqulu  Nəcəfov  və  digər  ziyalılarla    birlikdə  yaxından  iştirak  etmişdir.  Tiflisdə  1926-cı  ildə 

nəşrə  başlayan  “Dan  yıldızı”  jurnalının  fəaliyyətində  də  Ələkbər  Qəribin  ciddi  xidmətləri  olmuşdur. 

Təsadüfi  deyil  ki,  jurnalın  ilk  yeddi  sayı  məhz  onun  məsul  redaktorluğu  ilə  çıxmışdır.  Sonra  isə  Ə. 

Qəribin  də  daxil  olduğu  “heyəti-təhririyyə”  yaradılmışdır.  Həmin  illərdə  Tiflisdə  çıxan  “Qızıl  şəfəq”  ad-

lı  mətbuat  orqanının  səhifələrində  də  yazıçının  imzasına  rast  gəlirik.  Həmçinin  1920-ci  illərin 

ortalarında  Tiflisdə  Mirzə  Davud  Hüseynovun  sədrliyi  ilə  fəaliyyət  göstərən  ”Yeni  əlifba  dostları 

cəmiyyəti”nin  fəal  üzvləri  sırasında  aid  qaynaqlarda  Ələkbər  Naxçıvanlının  da  adı  çəkilməkdədir. 

Həmin  cəmiyyətin  şura  sədri  M.D.  Hüseynov,  müavini  isə  Ə.Şərif  idi,  fəaliyyətində  Rzaqulu  Nəcəfov, 

Əşrəf    Yüzbaşov  və  digərləri  ilə  bərabər,  Ə.Qərib  də  iştirak  etmişdir.  Prof  Ə.Şərifin  xatırladığı  kimi,  9 

mart  1924-cü  ildə  “Yeni  fikir”  qəzetinın  “İşıq  yol”  adlı  səhifəsi  məhz  Yeni  əlifba  dostları  cəmiyyəti”nə 

ayrılmışdı,  sonra  isə  həmin  səhifə  müstəqil  vərəqəyə  çevrilmişdi  (7,  s.  402-404).  Bütün  bu  nəşrlərdə 

Ə.Qərib  də  fəallığı  ilə  seçilmişdir.  1920-ci  illərdə  o,  Bakıda  çıxan  rəsmi  dövlət  qəzeti  “Kommunist”in 

Tiflis  şəhərindəki  müxbiri  kimi  də səmərəli  publisist  fəaliyyət  göstərmişdir. 

 

Ə.  Qəribin  Tiflisdə  çıxan  “Yeni  fikir”  qəzetində  iştirakı  xüsusi  maraq  doğurur



.  Qəzetin  26 

yanvar  1926-cı  il  tarixli  1000-ci  yubiley  sayında  dərc  olunmuş  məqalədə  bildirilirdi  ki,  o    zaman 

Zaqafqaziya  MİK-in  sədri  olan  Nəriman  Nərimanov  “Yeni  fikir”in  nəşrinə  xüsusi  diqqət  və  qayğı 

göstərmiş,  inandığı  ziyalıları,  o  cümlədən  Ə.Qəribi  bu  mətbuat  orqanına  dəvət  etməyi  məsləhət 

görmüşdü:  “N.Nərimanovun  məsləhəti  ilə  Tbilisidə  yaşayan  azərbaycanlı  ziyalılardan  Ələkbər 

Qərib,  Əziz  Şərif,  Əli  Yazıdçı,  Rzaqulu  Nəcəfov,  Ömər  Faiq  qəzetin  işinə  cəlb  edildilər. 

N.Nərimanov  qəzet üçün  şrift  və dəzgahlar  gətirilməsinə  yardım  etdi”  (8). 

 

 “Yeni  fikir”  qəzetinin  28  yanvar  1926-cı  il  tarixli    1001-ci  sayında  Ə.Qəribin  “Teatro  və 



musiqi”  rubrikasında  dərc  etdirdiyi    “Kinolarda    “Bismillah”    adlı  məqaləsi  diqqətəlayiqdir  (1).  Dini 

fanatizmin  tənqidinə  həsr  olunmuş  “Bismillah”  filmi  1925-ci  ildə  çəkilmiş,  Bakıda,  Moskvada  və 

digər  şəhərlərdə  nümayiş  etdirilmişdi.  Ə.Qəribin  həmin  resenziyası  da  filmin  Tiflisdə  nümayişi  ilə 



- 11 - 

əlaqədar  qələmə  alınmışdı.  Ə.  Qərib  sadəcə  informasiya  vermək  yolunu  tutmamış,  filmdəki  rejissor 

işi,  aktyor  oyunu,  dil  məsələləri  və  s.  barədə  özünün  maraqlı  fikirlərini  də  nəzərə  çatdırmışdı. 

Müəllif  “Bismillah”ın  daha  həyati,  təbii  və  inandırıcı  olduğunu  vurğulayır,  əsas  tematikasına  da  diq-

qət  yönəldirdi.  Məşhur  aktyor  Abbas  Mirzə  Şərifzadənin  bu  filmdə  rejissor  kimi  ciddi  işin  öhdə-

sindən  də  layiqincə  gəldiyini  nəzərə  çatdıran  Ə.  Qərib  yazırdı:  “Azərbaycan  Dövləti  Kino 

 

Sənayesinin  rejissoru  Abbas  Mirzə  Şərifzadə  özünün,  doğrudan  da,  müqtədir  bir  rejissor 



olduğunu  isbat  etmişdir.  Abbas  Mirzə  burada  ilk  təcrübəsini  göstərmiş  və  biz  heç  şübhə  etmirik  ki, 

Abbas Mirzənin  qoyduğu  şəkillər  gələcəkdə  biri-birindən  gözəl  və qiymətli  olacaqdır”. 

“Bismillah”  filminin  aktyor  heyəti  də  ümumən  qüvvətli  idi.  Bu  filmdə  Kazım  Ziya,  Mirzəağa 

Əliyev,  Mustafa  Mərdanov,  İrbahim  Azəri,  Mirseyfəddin  Kirmanşahlı  kimi  istedadlı  və  tanınmış 

sənətkarlar  çəkilmişdilər.  Ə.Qərib  resenziyada  aktyorların  rollarını  da  müfəssəl  şəkildə 

dəyərləndirmiş,  xüsusən  onların  ifalarındakı  təbiiliyə  fikir  vermişdi.  Tənqidçi  filmdəki  Qulu 

rolunun  ifaçısı  Mustafa  Mərdanovun  oyununu  yüksək  qiymətləndirmişdi:  “Aktyor  burada  da  o  qə-

dər  təbiidir  ki,  onun  Mərdanov  deyil,  doğrudan  da,  avam,  yazıq  və  cahil  kəndli  Qulu  olduğuna  bizdə 

şübhə  oyanmayır”.  Resenziyada  filmə  çəkilmiş  digər  aktyorların  ifalarına  da diqqət  yetirilmişdir. 

 

Milli  teatrın  və  kinonun  inkişafı  naminə  azərbaycanlı  aktrisaların  hazırlanması,  onların 



formalaşması  üçün  şərait  yaradılması  kimi  aktual  məsələlərə  Ə.  Qərib  də  laqeyd  qalmamış,  həmin 

məqama  da  toxunmuşdu:  “Bismillah”  şəkilində  qadın  rolları  o  qədər  sadədirlər  ki,  Bakı  kimi 

mərkəzdə  o  rolları  oynayacaq  türk  qızları  istədiyimiz  qədər  tapıla  bilər.  Budur  ki,  qadın  rollarının 

rus  qadınları  tərəfindən  oynanmasına  biz  çox  təəccüb  ediriz.  Bəs  nə  vaxt  biz  hər  cəhətcə    milli 

səhnə,  milli  sənayeyi-nəfisə  düzəldəcəyik?  Biz  əminiz  ki,  Zeynəbin  və  Qulunun  anasının  və  bacı-

sının  rollarını  türk  qızları  daha  da  təbii  oynayardılar.  Və  bu  rolları  oynamaq  da  onlar  üçün  heç  də 

çətin  olmazdı”.  Xatırladaq  ki,  “Bismillah”da  qadın  rollarını  K.Vyaznova,  T.Vişnevskaya  kimi  rus 

aktrisaları  ifa  etmişdilər.  Bir  epizodik  rolda  gələcəyin  məşhur  aktrisası  azərbaycanlı  Sona  Hacıyeva 

çəkilmişdi.  Yəqin  ki,  Ə.  Qərib  bu  fakta  diqqət  yetirməmiş,  yaxud  da  S.  Hacıyevanın  rolu  bir-iki  adi 

epizodla  məhdudlaşdığından  buna  xüsusi  şərh  verməyə  ehtiyac  duymamış,  əsas  qadın  rollarına  milli 

kadrların  çəkilməsinin  vacibliyinə  diqqət  yönəltmişdi. 

 

O  illərdə  filmlər  səssiz  çəkilir,  ekranın  aşağı  hissəsində  obrazların  sözləri  yazılırdı.  Bu  titr 



yazılarının  dilinə  münasibət  bildirən  Ə.  Qərib  zərurət  olmadığı  halda  Osmanlı  türkcəsinə  aid  bir  çıx 

sözün  işlədilməsini  filmin  yaradıcı  heyətinə  irad  tutmuş,  fikrini  konkret  faktlarla  əsaslandırmış,  bu 

ekran  əsərinin  dilini  ağırlaşdıranları  istehza    ilə    “kino  mollası”    adlandırmışdı:  “Yazılara  baxanda 

yenə  də  insan  elə  fikir  edir  ki,  ...  bunlar  hamısı  İstanbuldan  gəlib  və  özləri  ilə  bərabər  şivə  və 

yazılarını  gətirmişlər...Məsələn:  Həpisi,  köylülər,  bana,  gəliyorsan,  veriyorsan,  hisseyi-həştüm  və 

i.a.  Hələ   “Hisseyi-həştüm”ü   hansı  kino  mollası   ortaya  atmışdır?”    

 

Ə.  Qəribin  “Yeni  fikir”  qəzetinin  02  fevral  1926-cı  il  tarixli  1005-ci  sayında  verilmiş  “Tən-



qid  və  tənqidçilərimiz”  adlı  məqaləsi  də  aktual  mövzuda  idi  (4).  Ələkbər  Qərib  bu  məqaləsində 

ədəbi-mədəni  prosesə  müəyyən  birtərəfli  yanaşmaları  tənqid  etmişdi.  Məqalədə  ədəbi  dil 

məsələsinə  də  toxunulmuşdu.  Müəllif  vurğulayırdı  ki,  ədəbi  dil  yalnız  danışıq  dilinin  hüdudlarına 

qapanıb  qalmamalı,  daima  inkişaf  etməli,  zənginləşməlidir.  Ə.Qərib  yazırdı  ki,  hər  ədəbi  istiqamətin 

özünəməxsus  dili  və  üslub  məziyyətləri  olur,  sənətkar  öz  yaradıcılıq  platformasına,  təmayülünə 

uyğun  vasitələrdən  istifadə  edir  və  etməlidir  də.  Məqalə  müəllifi  bədii  əsərdə  obrazların  nitqindəki 

fərdiliyə  və  təbiiliyə  də  mühüm  faktor  kimi  diqqət  çəkərək  yazırdı:  “Məsələn,  bizim  müqtədir 

şairimiz  Hüseyn  Cavid  öz  fəlsəfəsini  tərəkəmə  dilində  ifadə  edəməz.  Ya  şəhər  həyatından,  əmələ 

(fəhlə)  məişətindən  yazan  bir  yazıçımız  ziyalılarımızı  o  dildə  danışdıra  bilməz.  Bir  sözlə,  hər  dilin 

öz  məqamı  vardır.  Biz  qəliz,  anlaşılmaz  dil  tərəfdarı  deyiliz.  Amma  ərəb  və  fars  sözlərindən 

bəzilərinin  məcburi  olaraq    işlədildiyini  o  qədər  də  böyük  qüsur  hesab  etməyirik.  Burada  bir  hüdud 

var.  O  hüdudu  keçənlər  cinayət  yapırlar”.  Fikrini  əsaslandırmaq  üçün  Ə.  Qəribin  apardığı 

müqayisələr  də  diqqətəlayiqdir.  Bu  həm  də  onun  dünya  ədəbiyyatına  yaxından  bələdliyini  göstərir: 

“Əgər  yalnız  tərəkəmə  dilində  yazan  ədiblər  məqbul,  qalanları  isə  heç  hesab  olunsa,  onda  rusların 

böyük  və  məşhur  ədibləri  Andreyev,  Kuprin,  Çexov,  Dostoyevski  və  i.a.  kənara  atılıb,  ortada  yalnız 

Leskov,  Şedrin,  Koltsov    və  i.a.  kimiləri  qalmalı  idi.  Halonki,  həqiqət  əksini  göstərir.  O  biri 

tərəfdən,  Osmanlı  ədəbiyyatında  da  sadə  yazan  Məmməd  Əmin  bəyin  yeri  başqa,  Tofiq  Fikrət  və 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə