The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə6/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   2   3   4   5   6   7   8   9   ...   129

- 14 - 

          -  Bəy  əfəndi,  -  deyir  və  gözlərindən  bilaixtiyar  yaş  tökülür,  -  bəy  əfəndi,  biz  ədalətli 

məhakimə  deyə  qapuya  gəldik,  sən  isə  heç  də  ədalət  ilə  məhakimə  etmədin.  Bunu  bilməlisən  ki, 

əmucam  olacaq  bu  kor  şeytan  bir  dəfə  məni  Allah  yolunda  saxlıyıb  böyütmədi,  babam  və  anam 

vəfat  etdikdən  sonra  mənim  evimdə  epeyicə  sərvətim,  malım,  davarım  var  idi.  Evim  anbar  yapıldı, 

ev  əşyam,  mal-davarım  bu  alçaq  hərif  tərəfindən  yağma  edildi.  Ərazim  (torpağım)  bu  günə  qədər 

onun  əlindədir  :  əkir,  biçir,  istifadə  edir.  Səkkiz  yaşından  haçana  kimi  bunun  evində,  tarlasında  bir 

kölə  kibi  çalışdım,  şimdi  söylə,  bakalım,  babasının  xeyrinəmi  bu  xayin  hərif  bəni  sakladı,  böyütdü? 

Kocaya  verdiyi  vakt  bəndən  bir  kərrə  sordumu?  Kim  ona  çok  para  verəcək  olursa  idi,  ona  satacaq 

idi  ; bu, məlumdur.  İştə çok para verən  Bəkir  ağa oldu”. 

          Lakin  insani  hisslərdən,  ədalət  duyğusundan  uzaq  olan  Mürsəl  bəy  bütün  bunları  laqeydliklə 

qarşılayır,  şikayətçiləri  başından  edərək  qazinin  yanına  göndərir.  Kəndlilər  gedərkən  Məkbulənn 

niqabı  təsadüfən    sürüşüb  açılır,  onun    gözəlliyini  görən  bəy  qızı  ələ  keçirmək  üçün  yollar  arayır.  

Təhkiyənin  davamında  dramatik  hadisələr  bir-birini  əvəz  edir.  Oxucu  süjeti  maraqla  izləyir.  Bəlli 

olur  ki,  qazi  şikayətçiləri  dinləmiş,  şəriətin  hökmünə  görə,  Məkbulənin  Məhəmmədin  evinə 

dönməsinin  vacibliyini  bildirmişdir.  Lakin  qətiyyətli  Məkbulə  bununla  heç  cür  razılaşmamış, 

nəticədə  ağösaqqallar  qan  düşmənşiliyi  olmasın  deyə  ortaya  sülh  qoymuşlar.  Belə  ki,  Osman  Mə-

həmmədin  atası  Bəkir  ağaya  iki  yüz  manat  verərək  Məkbulənin  nigahını  geri  oxutdurmuş,  kəbinini 

özünə  kəsdirmişdir.  Zahirən  belə  görünür  ki,  konflikt  aradan  qalxıb,  lakin  şərəfsiz  Mürsəl  bəyin 

hadisələrə  növbəti  müdaxiləsi  aranı  yenə  qatır.  O  düşünür  ki,  Məkbuləyə  sahiblənmək  üçün  əri 

Osmanı  aradan  götürmək  gərəkdir.  Bu  məqsədlə  o,  Məhəmmədi  qızışdırıb  Osmanı  öldürməyə 

təhrik  edir. 

          Sonra  Tiflisə  gələn  Mürsəl  bəy  burada  yenə  də  firqələr  davasının  şahidi  olur.  Hər  firqənin 

yerli  təşkilatının  sədri  özünə  tərəfdar  yığmağa  cəhd  göstərir.  Müəllif  səciyyəvi  epizod  kimi  Tiflisdə 

Kerenskinin  təbliğatı  ilə  məşğul  olan  Bertanovun  canfəşanlığını  önə  çəkmişdir.  Belə  bir  şəraitdə  

hansı  firqəyə  üz  tutacağını  yəqinləşdirə  bilməyən  Mürsəl  bəy  rayona  dönür.  O  artıq  vəziyyətin 

qarışdığını  görüb  komissarlıqdan  da  istefa  verir.  Müəllifin  təsvirləri  göstərir  ki,  mənəviyyatsız  bəyin 

səpdiyi  fitnə  toxumları  cücərmiş,  Məkbulənin  əri  Osman  öldürülmüşdür.  Bəyin  niyyətindən 

xəbərsiz  olan  Məkbulə  son  ümid  yeri  kimi  onun  evinə  şikayətə  gələrək  baş  vermiş  fəlakəti  anladır. 

Bəy  isə  bu  kimsəziz  qadını  ələ  keçirməyin  vaxtı  çatdığını  düşünür.  Məkbulə  onu  qətiyyətlə  rədd 

edir.  Səs-küyə  bəyin  həyat  yoldaşı  Rüxsarə  xanım  gəlir,  Məkbuləni  təpikləyərək  ona  ciddi  xəsarət 

yetirir.  Mürsəl  bəy  isə  onu  möhkəm  vurur.  Beləliklə,  hər  iki  qadın  ciddi  zədə  alır.  Bu  əsnada  xid-

mətçi  Şərifoğlunun  gətirdiyi  təcili  xəbər  əslində  Mürsəl  bəyin  cismani  və  mənəvi  sonluğu  kimi  mə-

nalanır: 

          “  –  Paşam,  -  Şərifoğlu  kəkəliyir  və  bir  dəqiqə  dayanıb  nəfəs  alır,  -  paşam,  çapuq  ol.  Qaçalım, 

şəhərdən  şapar  gəlmiş,  səni  görmək  istiyir,  deyir,  geçən  gecə  qəza  komissarı  bəyi,  Abastumandakı 

yaylasında  həbs  etmiş,  Tiflisə  götürmüşlər,  bir  azdan  səni  də  həbs  etməyə  gələcəklərmiş...  Atları 

əyərliyəyimmi?... 

         - Sus, çık  dışarı,  atları  əyərlə,  həm  də çapık  ol!”    

        Artıq  canının  hayında  olan    Mürsəl  bəy  huşsuz  halda  yerə  yıxılmış  Rüxsarə  və  Məkbuləni 

orada qoyaraq nökəri  ilə  birlikdə  qaçır. 

        Göründüyü  kimi,  maraqlı  bir  süjet  daxilində  Ələkbər  Qərib  1918-1920-ci  illərin  mürəkkəb 

ictimai-siyasi  mühitinin  dolğun  mənzərəsini,  bu  burulğanlar  fonunda  müxtəlif  təbəqə  adamlarının 

talelərini  məharətlə,  bəzək-düzək  vurmadan  təsvir  etmişdir.  Xüsusilə  qiymətlidir  ki,  1920-ci  illər 

Azərbaycan  nəsrinin  çoxsaylı  nümunələrində  sosializm,  sovet  hakimiyyəti  uğrunda  mübarizə, 

bolşevik  inqilabının  xilaskar  gücü  son  dərəcə  şişirdilmiş  və  reallıqdan  uzaq  formada  mədh 

edilirdisə,  Ə.  Qəribin  “Əfi  ilan”    hekayəsində  bolşevik  inqilabı,  onun  xilaskarlıq  missiyası  barədə 

xüsusi  heç  nə  deyilmir.  Yazıçı  tarixi  gerçəkliklərə  uyğun  olaraq  1918-1920-ci  illərin  mürəkkəb, 

qarma-qarışıq  hadisələrini  real  şəkildə  təsvir  etmiş,  nəticə  çıxarmağı  oxucuların  öhdəsinə 

buraxmışdır.  Nəticə  isə  aydındır:  Hay-küylə,  zorakılıqla  baş  verən  xaotik  inqilablar  xalqa  əsl  səadət 

gətirə  bilməz. 



- 15 - 

         Sonrakı  illər  yazıçının  nə  qədər  uzaqgörən  və  müdrik  olduğunu  göstərdi.  Başqa  sözlə  deyilsə, 

Ə.  Qəribin  bu  hekayəsi  vulqar  sosioloji  təsirlərdən  uzaq  olan,  gerçəkliyə  güzgü  tutan  bir  nəsr 

əsəridir. 

         Hekayənin  bədii  məziyyətləri  də  təqdirəlayiqdir.  Yazıçı  mükəmməl  kompozisiya  qurmuş, 

süjeti  lüzumzuz  əlavələrlə  yükləməmiş,  obrazların  zahiri  və  daxili  portretlərini  vəhdətdə 

yaratmışdır.  Əsərdə  sosial-siyasi  məsələlərlə  insan  taleləri  bir-biri  ilə  qovuşuq  şəkildə  verilmiş, 

onların  qarşılıqlı  uzlaşması  uğurla  təmin  olunmuşdur.  Müəllifin  yaratdığı  peyzajlar,    işlətdiyi  bədii 

təsvir  və  ifadə  vasitələri  də  razılıq  doğurur.  Məsələn,  Məkbulənin  zahiri  görünüşünü  yazıçı  belə 

canlandırmışdır:  “Mərmər  kibi  bəyaz  və  uzunsav  çöhrəsi,  uzun  kirpiklərinin  kölgəsi  altında  pa-

rıldayan,  dəryalar  kibi  mavi,  dərin  və  sehrkar  gözləri,  bahar  səhəri  açılmış  olan  qızılgülə  bənzəyən 

tazə  və  qırmızı  dodaq  və  yanaqları,  alnına  pərakəndə  halda  tökülmüş  olan  şahbalut  rəngli  tükləri 

qızın  çöhrəsinə  öylə  bir  məlahət  və  nəzakət  bağışlayırdılar  ki,  onu  valeh  qalmadan  görmək  imkanı 

yok idi”. 

         Yazıçının  təsvir  və  təqdimlərində  nəzərə  çarpan  yumor  qatı  da  yerinə  düşmüşdür.  Müəllif 

ayrı-ayrı  detalları  müxtəlif  epizodlarda  müvəffəqiyyətlə  bədii  vasitə  məqamına  yüksəldərək 

işlətmişdir.  Məsələn,    Mürsəl  bəyin  əhvalından,  durumundan  asılı  olaraq  onun  buğlarının  da  müva-

fiq  formalarda  və  görünüşlərdə  təsviri  bu  qəbildəndir.  İnqilab  baş  verməsi  barədə  xəbərdən 

pəjmürdə  olub  kefi  pozulan  Mürsəl  bəyin  zahiri  görkəmində  buğların  öz  əzəmətli  mövqeyini, 

əvvəlki  duruşunu  itirməsini    yazıçı  belə  təsvir  edir:“Mürsəl  bəy  inqilab  xəbərin  eşidən  kimi  tələsik 

Tiflisə  gəldi,  burada  ta  martın  axırına  kibi  böyük  qorxu  içində  yaşadı...Bir  ayın  içində  arıxladı,  yüzü 

uzunladı,  alt  dodağı  sallandı,  buğları  da  daha  əvvəlki  kibi    “Vilhelm”    buğlarına  bənzəmirdi,  imdi 

bu buğlar  döyülmüş  köpək quyruğu  kibi  aşağı  sallanır  və  dayima  bəyin  ağzına  girirdilər”. 

          Bir  müddət  keçir.  Mürsəl  bəy  Axısxa  qəzasının  naçalnikindən  teleqram  alır.  Teleqramda 

bildirilir  ki,  bəy  qəzanın  rayonlarından  birinə  komissar  təyin  olunduğundan  gəlib  işə  başlamalıdır. 

Kefi  kökəlmiş  bəyin  bu  dəfəki  durumunun,  görünüşünün  canlandırılmasında  digər  faktorlarla 

yanaşı,  onun  buğlarının  təsviri  də  bədii  detal  kimi  öz  yerini  tutur:    “İmdi  buğlar  yenə  Vilhelmvari 

yuxarı  dingələrək,  bəyin  simasına  fövqəladə  iyitlik  süsü  verirlər”. 

         Ümumiyyətlə,  hekayənin  bəzi  məqamlarında  Mirzə  Cəlil  Məmmədquluzadə  və  Əbdürrəhim 

bəy  Haqverdiyev  nəsrinin  möhtəşəm  ənənələrindən  yaradıcı  şəkildə  bəhrələnmə  duyulur.  Məsələn, 

hekayənin    başlanğıcı  Ə.  Haqverdiyevin  məşhur  “Şeyx  Şəban”  əsərini  xatırladır.  Ə.  Qərib  də  əsəri, 

Ə.  Haqverdiyev  kimi,  oxuculara  xitabla  başlayaraq  onlardan  əsas  obrazı  tanıyıb-tanımadıqlarını 

soruşur,  sonra  isə  həmin  surətin  müxtəlif  əməlləri  barədə məlumat  verməyə  başlayır  : 

         Mürsəl  bəyi  tanıyırdınızmı?  Yox,  əşi,  necə  tanımırdınız?  Gürcüstanın  çox  yerlərində  və 

bilxassə  Tiflisdə  onu  tanımayan  yox  idi.  May  ayını  o,  həmişə  Tiflisdə  keçirərdi  ...  Bu  ayı  Veradakı 

Fantaziya  bağında,  Qocur  yolundakı  “Pulermo”  və  “Verden”  restoranlarında,  Ortacala  bağlarında, 

Misxetdə  “Bədni  Sandronun  duxanı”nda  eyş-işrət  edən,  qışda  isə  üç  ay  Tiflisdə  “Noy”  oteli 

yanındakı  şantanda,  “Nadkura”  restoranının  xüsusi  kabinələrində,  zerzəmilərdəki  duxanlarda  gürcü  

knyazları  ilə  bir yerdə  qoz sındıran  “duşka”  Mürsəl  bəyi  necə tanımırsınız?..   

          İndi  siz  də deyirsiniz  ki, onu  tanımırık.  Doğrusu,  bu, insaf  dəyil. 

         Yəqin  unutmuşsunuz,  öylə  isə,  qoyun,  tərif  edim  ki, bəlkə,  yadınıza  düşsün”. 

         Yaxud,  yazıçı  əzazil  bəyə  kəndlilərin  öz  aralarında  “Əfi  ilan”  adı  verməsini  yumoristik 

şəkildə,  adı  çəkilən  ustadlarının  yaradıcılıq  ənənələrinə  uyğun  tərzdə  belə  təqdim  etmişdir:  “Mürsəl 

bəyi  səvən  bircə  bəylər,  qınyazlar  dəyil  idi.  Axısxa  kəntçiləri  içində  də  onun  şöhrəti  böyük  idi,  hamı 

onu  səvərdi.  Əgər  kəntçilər  Mürsəl  bəyin  adını  “əfi  ilan”  qoymuş  idilərsə  də,  bu  da  onların 

qanmamazlığını  göstərir.  Boş,  mənasız  söz  idi  da,  deyirdilər”.  Aydındır  ki,  Mürsəl  bəyə  bəylərin, 

knyazların  sevgisi  ilə  kəndlilərin  “sevgisi”  bir  deyil.  Yazıçının  mənalı  ironiyası  göz  qabağındadır. 

          Hekayədə  canlı  danışıq  dilinə  məxsus  bir  sıra  söz  və  ifadələrdən  də  uğurla,  yerli-yerində 

istifadə  olunmuşdur.  Həmçinin  təsvir  olunan  hadisələrin  Axısxa  qəzasında  baş  verdiyini  nəzərə  alan 

müəllifin  yeri  gəldikcə,  xüsusən  şikayətçi  kəndlilərin  nitqində  Osmanlı  türkcəsinə  məxsus  bəzi 

leksik  və  qrammatik  vahidlərdən  istifadə  etməsi  (əmuca,  koca,  bakalım,  şimdi,  şenlik,  kəndi  və  s.) 

də  koloriti,  təbiiliyi  gücləndirən  faktorlardandır.  Həmçinin  bəzi  rusdilli  obrazların  dilində  rusca 

sözlər  işlənməsi  də  nəzərdən  qaçmır.  Məsələn,  Es-er  partiyasının  Tiflis  təşkilatının  rəhbəri 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə