The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə8/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   4   5   6   7   8   9   10   11   ...   129

- 18 - 

Gecə-gündüz  qan gedər. 

 

Araz  yanıq  dillidir. 



Suyu  necə lillidir. 

Gah  axır,  gah  dayanır, 

Görünür  nisgillidir. 

 

Araz  axar,  yan  düşər, 



Daşlar  yaxadan  düşər. 

Araz  bildiyin  desə 

Xəta çıxar,  qan düşər  (3.387). 

 

Məlum  həqiqətdir  ki,  1813-cü  ildə  və  1828-ci  ildə  İranla  Rusiya  arasında  bağlanmış 



Gülüstan  və  Türkmənçay  müqavilələrinin  Azərbaycan  xalqının  taleyinə  gətirdiyi  nisgil,  həsrət  və 

ağrı-acılar  ona  görə  bilavasitə  Araz  çayı  ilə  əlaqələndirilir  ki,  həmin  müqavilələrdən  sonra  Araz 

Azərbaycanın  Şimalı  və  Cənubu  arasında  sərhəd  rolunu  oynamış  və  bu  gün  də  oynamaqdadır.  Buna 

görə də Azərbaycan  şeirində  Araz  bir  nisgil,  həsrət  və ayrılıq  simvolu  kimi  də təsvir  edilir. 

 

Araz  kənarında  dayanıb  xəyallara  dalan  xalq  şairi  Mirvarid  Dilbazi: 



Bu  geniş  düzlərin  aynası  Araz 

Məni  xəyallara  qərq etmədi  az  (4.7) – deyəndə  də, 

 

Şairə  Mədinə  Gülgün: 



Sularında  damlanam, 

Başına  mən  dolanam. 

Həsrət  çəkmiş  balanam, 

Çağla,  Arazım,  çağla!  (5.55)-yazanda  da, 

Azərbaycanın  görkəmli  xalq  şairi  Bəxtiyar  Vahabzadə: 

Mən dizimə  döyüb  zar-zar  ağladım, 

Çöllər  göz  yaşımla  gölmə-gölmədi. 

Qranit  dağları  dələn  fəryadım 

Tək Araz  çayını  aşa bilmədi  (6.55)-deyib 

kövrələndə  də  Araz  həsrət,  ayrılıq  simvoluna  çevrilir  və  xalqın  nisgilini  ifadə  edir.  Ötən  əsrin  70-ci 

illərində 

21-ci əsrə 

Keçəcəyik  bir azdan, 

içmək  olmur  Arazdan, 

keçmək  olmur  Arazdan...  – yazan 

xalq  şairi  Nəriman  Həsənzadənin  Sovet imperiyası  dağılanda  sonra  1991-ci ildə  yazdığı 

Yatıb  oyana  bilmirəm, 

Baxım  hayana,  bilmirəm. 

Keçdim  Arazdan,  ay baba, 

Qaçdım  Arazdan,  ay baba! 

Hələ  inana  bilmirəm, 

Mənəmmi  qonaq Təbrizə, 

Qurban  ay Allah,  Təbrizə!  (7.239)- 

misralarında  da  müəyyən  bir  inamsızlıqdan,  sevinc  və  kövrəlmədən  doğan  poetik  duyğular  əks 

olunur.  Hətta  Araz  Azərbaycan  poeziyasında  ayrılıq  rəmzi  kimi  o  qədər  simvollaşdırılır  ki,  bəxtdə, 

taledə  baş  verən  digər  hicran  və  ayrılıqlar  da  Arazın  adı  ilə  bağlanır,  onunla  müqayisə  olunur.  Xalq 

şairi  Sabir Rüstəmxanlının  təsvir  etdiyi  kimi: 

Aramızda  Araz  oldun, 

İçəcəyəm  bəxtim,  səni. 

Bu  saralan  zəmi  kimi 

Biçəcəyəm,  bəxtim,  səni  (8.275). 

 

Araz  Azərbaycan  poeziyasında  nə  qədər  həsrət,  nisgil  və  ayrılıq  rəmzi  kimi  təsvir  edilsə  də, 




- 19 - 

ona  ümid,  təsəlli  kimi  baxanlar  da  olur.  Hətta  xalq  şairi  Nəbi  Xəzri  onu  xatırlamaq  istəyənlərə 

tövsiyə  edir  ki, 

Kim  məni  xatırlasa, 

Əyilib  səhər  çağı 

Kürdən,  Arazdan  içsin. 

Bəzənəndə  Şahdağı 

Dərədən  asta keçsin  (9.140). 

 

Azərbaycan  poeziyasında  taleyi  və  yaradıcılığı  Arazla  bağlı  olan  ən  qüdrətli  sənətkarlardan 



biri  də  xalq  şairi  Məmməd  Arazdır.  Araza  daha  yaxın,  daha  doğma  olan  qədim  Azərbaycan 

torpağında  –  Naxçıvanın  Şahbuz  bölgəsində  dünyaya  göz  açan  Məmməd  Arazın  Araz  sevgisi  və 

Araz  dəliqanlılığı  bu  çayın  adını  şairin  özünə  təxəllüs  götürməsi  ilə  nəticələnmiş,  əvəllər  Məmməd 

İbrahim  kimi  tanınan  şair  sonralar  Məmməd  Araz  adı  ilə  Azərbaycan  şeirinin  ən  parlaq  ulduzuna 

çevrilərək,  milyonlarla  oxucu  qəlbinə  yol  tapmışdır.  Onun  müxtəlif  illərdə  yazdığı  “Araz  yadıma 

düşüb”,  “Yenə  Arazı  gördüm”,  “Araz  üstə  çinar  gördüm”,  “Arazın  işıqları”,  “Nə  bilim”,  “Babək 

qılıncı”,  “Şəhriyar  gəlmədi”,  “Araz  dili”,  “Məmməd  Araz  dünyası”  və  s.  şeirlərdə  əsl  Araz  obrazı 

yaradılmış  və bu obraz digər  şairlərin  yaratdıqlarından  tamamilə  fərqlənmişdir: 

Mən neçə  yol  danışmışam  Arazla... 

Hansı  dildə  danışmışam?  – bilmirəm! 

Quş dilində  danışmışam?  – bilmirəm! 

Daş dilində  danışmışam?  – bilmirəm! 

Mən neçə  yol  danışmışam  Arazla... 

 

Mən neçə  yol  danışmışam  Arazla... 



Araz  dili  – ürək  dili,  göz  dili... 

Torpaq dili,  hava  dili,  göy  dili. 

Mən neçə  yol  danışmışam  Arazla...  (10.27) 

Məmməd  Arazın  Araz  sevgisinin  nəticəsidir  ki,  onun  adı  hər  yerdə  Arazla  qoşa  çəkilir  və 

eyniləşdirilir.  Azərbaycanın  xalq  şairi  Zəlimxan  Yaqub  haqlı  olaraq  Araz  çayı  üzərindəki  bütün 

körpülərin  hər tağında  Məmməd  Araz  adı, Məmməd  Araz  möhürü  olduğunu  təsvir  edir: 

Yetişib  Təbrizə,  qovuşub  Qarsa, 

Eşitsin,  dünyanın  qulağı  karsa. 

Harda Araz  üstə  bir  körpü varsa, 

Onun  hər tağında  Məmməd  Araz  var (11.161). 

Məmməd  Araz  Araz  çayının  adını  özünə  təxəllüs  götürdüyü  kimi,  övladına  da  Araz  adı 

verənlər  də  çox  olub.  Onlardan  biri  də  istedadlı  Azərbaycan  şairi,  mərhum  Nüsrət  Kəsəmənlidir. 

Şairin  öz övladına  Araz  adı verməkdə  təsəllisi  odur ki,  evlərində  hər gün  Araz  adı  çağrılır: 

Vətən  alov  etsin  odunu  sənin, 

Böyü,  bu torpaqla,  bu yurdla  öyün. 

Mən Araz  qoydum  ki, adını  sənin, 

Evimdə  Arazı  çağırım  hər  gün  (12.241). 

 

XX  əsr  Azərbaycan  şeirinə  nəzər  salarkən  məlum  olur  ki,  yuxarıda  adları  qeyd  olunan 



şairlərdən  əlavə  Məmməd  Rahim,  Balaş  Azəroğlu,  Əli  Tudə,  Söhrab  Tahir,  Qabil,  Xəlil  Rza, 

Hüseyn  Arif,  Cabir  Novruz,  Fikrət  Qoca,  Hüseyn  Razi,  Musa  Yaqub,  Məmməd  Aslan,  Əliyar 

Yusifli,  Kəmalə  Ağayeva  kimi  görkəmli  Azərbaycan  şairləri  də  bu  mövzuya  müraciət  etmiş  və  Araz 

mövzusunda  yaddaqalan  şeir  nümunələri  yaratmışlar. 



 

 

ƏDƏBİYYAT   

 

1.

 



Səməd  Vurğun.  Seçilmiş  əsərləri.  5 cilddə,  I cild.  Bakı,  “Şərq-Qərb”  nəşriyyatı,  2005 

2.

 



Süleyman  Rüstəm.  Seçilmiş  əsərləri.  3 cilddə,  II cild.  Bakı,  “Şərq-Qərb”  nəşriyyatı,  2005 

3.

 



Rəsul  Rza.  Seçilmiş  əsərləri.  4 cilddə,  II cild.  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı,  1968 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə