The world bank


  Pensiya Sistemində İslahatlar



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   2   3   4   5   6   7   8   9   ...   25

1.1.2  Pensiya Sistemində İslahatlar 

 

Qırılmış iqtisadi əlaqələr, zəif valyuta və pulun alıcılıq qabiliyyətinin aşağı olması, qeyri-



səmərəli qanunvericilik və nəhayət, Sovet İttifaqının dağılması Azərbaycanda pensionerlərin 

vəziyyətini pisləşdirmişdir. Pensiya müavinətləri 1970 və 1980-ci illərlə müqayisədə 

azalmışdır.  

 

1990-cı illərin əvvəllərində pensiya sistemi yaşlı pensiyaçıların sosial müdafiəsini təmin edə 



bilmirdi. Pensiyaların ödənilməsi ilə  əlaqədar problemlər də ciddiləşmişdi. Odur ki, 17 iyul 

2001-ci il tarixdə Azərbaycan hökuməti fərdi sosial sığorta hesabları üzrə yeni pensiya 

sistemini tətbiq etmək üçün “Pensiya sahəsində İslahatlar Konsepsiyası”nı qəbul etdi.  

 

2006-cı ilin mart ayında parlament minimum aylıq pensiya gəlirlərini artıraraq 2008-ci ilə kimi 



ən azı yoxsulluq səviyyəsinə (hazırda 120AZN (132 dollar)) bərabər etmək üçün qanun 

layihəsini qəbul etmişdir

1

. Bu qanun qəbul edilməzdən  əvvəl 1.3 milyon pensiyaçının 



təxminən 720,000-i minimum gəlir kimi 30AZN (təxminən, 33 dollar) əldə edirdi. Bu il 

minimum aylıq gəlirlər 45 dollara kimi artaraq, 2007-ci ildə  təxminən 60-65 dollara 

çatacaqdır. Bu artım neft qiymətlərinin yüksəlməsi hesabına son üç ildə üç dəfə artmış 

dövlət büdcəsindən maliyyələşəcəkdir. 2006-cı ildə dövlət pensiya vəsaitlərinin 29.42 faizinin 

dövlət büdcəsindən maliyyələşəcəyi gözlənilir. 2008-ci ildən etibarən pensiyalar illik 

inflyasiya dərəcəsinə uyğun şəkildə indeksləşəcəkdir.  

 

Dövlət pensiya sistemini yaxşılaşdırmaq üçün 2001 və 2003-cü illərdə prezidentin imzaladığı 



sərəncamların davamı olaraq bu gəlirlərdəki artımlar Azərbaycanda fərdi hesablar əsasında 

ikili pensiya sisteminin tətbiqi istiqamətində islahatların bir hissəsini təşkil edir. Bu ilin 

əvvəllərindən hökumət işçi və  işəgötürənləri 1 yanvar 2007-ci ildən tətbiq ediləcək yeni 

məcburi sistem üçün qeydiyyata alır.  

 

23 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının hökuməti ilə Dünya Bankı arasında 



UNDP/STPF (Sosial Təminat və Pensiya Fondu) layihəsi çərçivəsində başlanılmış 

fəaliyyətlərin tamamlanması  və bu layihə  çərçivəsində  əldə deilmiş  nəticələrin bütün ölkə 

üzrə təkrar həyata keçirilməsi məqsədilə kredit müqaviləsi imzalanmışdır. 

 

Buraya daxildir: Sosial Təminat və Pensiya Fondunun yerli filiallarının yenidənqurulması, 



müasir kompüter proqram təminatı və elektron avadanlıqlarla təchiz edilməsi və bu Fondun 

ümumi idarəetmə imkanlarının yaxşılaşdırılması. Azərbaycanda 2005-2008-ci illərdə Pensiya 

və Sosial Təminat Layihəsi çərçivəsində 5 milyon ABŞ dolları  məbləğində kredit 

xərclənəcəkdir. Pensiya və Sosial Təminat Layihəsində  məqsəd benefisiarlara dövlət 

pensiyasının və sosial müavinətlərin ödənişində  səmərəlilik və  şəffaflığın  əhəmiyyətli 

dərəcədə yaxşılaşdırılmasıdır.  

 

Pensiya  İslahatları Konsepsiyasına  əsasən, Azərbaycan Respublikasının hökuməti üç 



elementin – baza, NDC və Tam Maliyyələşən komponentin daxil olduğu çoxistiqamətli 

pensiya sistemini tətbiq etməyi planlaşdırır. Tam Maliyyələşən komponent Azərbaycanda 

tamamilə yeni sistem olduğundan, STPF texniki yardım üçün digər beynəlxalq donor 

təşkilatları ilə danışıqlar aparır.  

 

1.1.3  Özəlləşdirilən mühüm obyektlər 

 

1995-1998-ci illəri  əhatə etməklə Azərbaycan Respublikasında Dövlət Mülkiyyətinin 



Özəlləşdirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi ilə 1995-ci ilin sonlarından etibarən 

                                                 

1

 Bu Hesabatda istifadə olunan “AZN” abbreviaturası Azərbaycanın valyuta növünü, yeni manatını, “USD” isə 



ABŞ dollarını ifadə edir. İstifadə olunan  “AZM” abbreviaturası 2005-ci ilədək hüquqi qüvədə olan manatı ifadə 

edir.    

  7



Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanıldı. Proqram kütləvi 

özəlləşdirmə yanaşması  əsasında tətbiq edildi. Belə ki, burada məqsəd özəlləşdirmənin 

inflyasiyaya təsirini məhdudlaşdırmaqla və əsas etibarilə, kiçik həcmli müəssisələrə üstünlük 

verməklə dövlət əmlakının fərdi mülkiyyətçilərə verilməsi idi. Bunun nəticəsində, kiçik həcmli 

müəssisələrin 15 faizi imtiyazlı  şərtlərlə  işçi kollektivlərinə, 85 faizi isə  hərraclar vasitəsilə 

satıldı.   

 

Orta və iri həcmli müəssisələrin özəlləşdirilməsi prosesinin əsasını qoyan çek özəlləşdirməsi 



1997-ci ildə başlamışdır. "Dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi üzrə ikinci 

Dövlət Proqramı"nın 4.3 maddəsinə əsasən, dövlət mülkiyyətində olan əmlakın xüsusi çeklər 

və  hərraclar vasitəsilə satışı özəlləşdirmə zamanı yaradılmış  səhmdar cəmiyyətlərin 

səhmlərinin və ya səhm paketlərinin alıcılara orderlər əsasında satışını nəzərdə tutur. Kiçik 

həcmli yerli investorlar üçün çek kiçik mağazaların və istehsal müəssisələrinin alışı üçün 

səmərəli bir alət idi. İlkin olaraq, hökumətin planlarına  əsasən, çeklər xarici investorlara 

Azərbaycan dövlətinin mülkiyyətində olan gəmi nəqliyyatı, elektrik, telekommunikasiya və 

hər  şeydən vacib, neft və qaz müəssisələri (məs., ARDNŞ – Azərbaycan Respublikası 

Dövlət Neft Şirkəti – ölkənin ən böyük və ən qiymətli müəssisəsi) üzrə iddia hüququ verməli 

idi. Lakin sonradan xarici investorlardan özəlləşdirmə prosesində iştirak etmək üçün hər bir 

özəlləşdirmə bukleti üzrə “opsion” almaq tələb edilirdi. Beləliklə, xarici investorların 

özəlləşdirmə prosesində  iştirak imkanları  və onların bu prosesdə  iştirakının miqyası aydın 

şəkildə müəyyən edilmədi. Kütləvi (çek) özəlləşdirmə proqramının 2000-ci ilin avqust ayında 

tamamlanması planlaşdırılsa da bu müddət sonradan 2002-ci ilə kimi uzadıldı. Dövlət 

mülkiyyətində olan müəssisələrin satışda az sayda olması səbəbindən proqram problemlərlə 

üzləşdi.  

 

Prezidentin 30 aprel 2001-ci ildə imzaladığı  sərəncamla Dövlət  Əmlak Nazirliyi İqtisadi 



İnkişaf Nazirliyinə çevrildi. Yeni institut sosial-iqtisadi inkişaf və beynəlxalq  əməkdaşlıqla 

əlaqədar dövlət siyasətinin formalaşdırılması  və icrası, o cümlədən özəlləşdirmə  və dövlət 

mülkiyyətinin idarə edilməsinin təmini məsələləri üzrə  məsul qurumdur. Özəlləşdirmə 

prosesinin davam etdirilməsi üçün İqtisadi  İnkişaf Nazirliyi tərkibində Dövlət  Əmlakının 

Özəlləşdirilməsi Deparatamenti yaradıldı. Özəlləşdirmənin ilkin fazası artıq 1995-1998-ci 

illərin özəlləşdirmə proqramı ilə həyata keçirilmişdir. İlkin özəlləşdirmə proqramı 1998-ci ildə 

sona çatmış, bunun ardınca isə Dövlət  Əmlakının Özəlləşdirilməsi üzrə  İkinci Dövlət 

Proqramı 1 iyun 2000-ci ildən etibarən tətbiq edilməyə başlanılmışdır. Azərbaycanda 

özəlləşdirmə proqramı  Dünya Bankının İkinci Struktur Dəyişiklikləri Krediti və Müəssisələrin 

Özəlləşdirilməsi Layihəsi ilə dəstəklənir.  

 

“Dövlət  əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən, dövlət  əmlakının 



özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanı  tərəfindən ya prezidentin 

sərəncamı, ya da İqtisadi  İnkişaf Nazirliyinin qərarı  əsasında qəbul edilməlidir. Bundan 

başqa, qərara özəlləşdirmənin  əsasları  və metodları da daxil edilməlidir. Özəlləşdirmə 

haqqında qərar qəbuletmə prosesi çərçivəsində müəssisənin strateji əhəmiyyəti milli 

təhlükəsizlik və ölkənin iqtisadi maraqları baxımından nəzərə alınmalıdır.  

 

1998-ci ildən etibarən, Azərbaycanda Özəlləşdirmə prosesi zəifləmiş  və orta və iri həcmli 



müəssisələrin satışı azalmışdır. Dünya Bankı, BVF və AYİB-nın hesabatlarına əsaslansaq, 

özəl sektorun inkişafını sürətləndirmək üçün struktur islahatlar, yaxşı idarəetmə, 

infrastrukturun modernləşdirilməsi, habelə maliyyə resurslarına adekvat çıxış imkanları tələb 

olunur. 1999-cu ilə kimi torpaqların böyük hissəsi artıq özəlləşdirilmiş (demək olar ki, 90 faiz) 

və mülkiyyətçilərə torpaq payları və torpaq aktlarını əldə etmək hüququ verilmişdir. Bundan 

başqa, torpaq bazarının formalaşması prosesini nəzarət altında saxlamaq üçün Dövlət 

Torpaq və  Xəritəçəkmə Komitəsi yaradılmışdır. 2000-ci ilin yanvar ayına kimi 21,544 kiçik 

müəssisə özəlləşdirilmiş və 966 səhmdar cəmiyyət yaradılmışdır. 2001-ci ilin mart ayına kimi 

rəqəmlər müvafiq olaraq 23,539 və 1,230 olmuşdur. 2002-ci ilin ortalarına kimi iri 

  8



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə