The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

C

ƏDVƏL 

1:2004-2006-

CI ILLƏR ÜÇÜN ƏSAS MONETAR GÖSTƏRICILƏR

 

 2002 



2003 

2004 

2005 

Inflasiya  faizlə 2.8 

2.5 

2.5 


Manatın dollarla mübadilə məzənnəsi 

(orta illik) 

4861 4911  4975 

0,9172

Xarici valyuta ehtiyatları (mlnş dollarla) 



681.7 

760 


800 

Geniş pul kütləsi (M-3), mld. manat 



Artım dərəcəsi,  faizlə 

3925.8 


14.3 

4829 


23  

5988 


24 

1,84 


66  

Geniş pul kütləsi (M-2), mld. manat 



Artım dərəcəsi,  faizlə 

2025.8 


15.4 

2512 


24 

3215 


28 

0,797 


35 

Yenidən maliyyələşmə dərəcəsi, faizlə 10 

7  7 



Bank sisteminin cəmi depozitləri mld. 



manat  

Artım dərəcəsi,  faizlə 

2256.9 


14.8 

2810.3 


25 

3595 


28 

1,294 


95 

Əhalinin əmanətləri, mld. manat  



Artım dərəcəsi, faizlə 

767.3 


31.1 

1212 


58 

1940 


60 

0,495 


35 

Kreditlər, mld.manat  



Artım dərəcəsi,  faizlət 

2600.8 


7 

3277 


26 

4260 


30 

1,441 


83 

Mənbə: AMB 

 

*2005-ci ildə yeni manat tətbiq olunmuşdur. 2005-ci il üzrə bütün rəqəmlər yeni manatda 



göstərilmişdir. 

 

Əmək haqları nominal baxımdan 22 faiz artmışdır. Orta aylıq  əmək haqqı AZM 117.9 

(USD128.5) olmuşdur.  Ən yüksək  əmək haqqı dağ-mədən, maliyyə  və tikinti sektorunda 

olmuşdur.  

 

1.2.3  Dövlət vəsaitləri 

 

Ölkədə həyata keçirilən struktur və sosial-iqtisadi dəyişikliklər digər sahələrlə birlikdə dövlət 



maliyyə sisteminin davamlılığının yaxşılaşdırılması və dövlət büdcəsinin gəlir və xərclərinin 

artırılması üçün müsbət təsir göstərmişdir.  

 

Dövlət büdcəsinin gəlirlər və  xərclər hissəsi 2004-cü ildə  əhəmiyyətli dərəcədə artmışdır. 



Büdcə gəlirləri 2003-cü ilin AZM7405.8 milyard (USD 1.5 milyard) göstəricisi ilə müqayisədə 

AZM1,278.2 milyard və ya 20.8 faiz artaraq, ÜDM-un 17.7 faizini təşkil etmişdir. Büdcə 

xərcləri 21.6 faiz artaraq, ÜDM-un 17.9 faizini təşkil etmişdir. Dövlət büdcəsinin defisiti 

AZM315 milyard proqnozlaşdırılsa da faktiki rəqəm cəmi AZM99.2 milyard olmaqla, ÜDM-un 

0.2 fazini təşkil etmişdir. 

 

1.3 M



ALIYYƏ SEKTORU

 

 

Azərbaycan bank sistemi Milli Bank və kredit təşkilatlarından ibarətdir. Kredit təşkilatları olan 



kommersiya bankları Qanunvericiliyə uyğun olaraq bütün bank əməliyyatlarına həyata 

keçirməklə bağlı müstəsna hüquqlara malikdir. Qeyri-bank kredit təşkilatları  məhdud bank 

əməliyyatlarını həyata keçirmək lisenziyalarına malikdir.  

  11



*

Respublika müstəqillik  əldə etdikdən dərhal sonra 1991-ci ildən etibarən bank sistemində 

hüquqi və institusional çərçivənin yaradılması prosesi başlamışdır. “Milli Bank haqqında“və 

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunlarının qüvvəyə minməsi ilə bank 

sisteminin hüquqi və normativ bazası müəyyən edilmişdir.  

 

1990-cu illərdə  həyata keçirilmiş bank islahatları prudensial nəzarətin mərhələli tətbiqi və 



beynəlxalq standartlara keçidlə bağlı qanunvericiliyin təkmilləşdirilməsini  əhatə edirdi. Bu 

zaman kapital, likvidlik, mənfəətlik,  əqdlərin təhlükəsizliyi, müasir texnologiyalar və 

menecment informasiya sistemlərindən istifadə kimi mövzulara xüsusi diqqət verilmişdir. Bu 

islahatlar bank sisteminin konsolidasiyasi, bankların böyüməsi və kapitallaşdırmanın 

yaxşılaşmasını  təmin etmişdir.  İslahatların nəticəsində, məcmu kapital 22 dəfə, cəmi 

investisiyalar 3 dəfə  və  cəlb edilən  əmanətlər isə 8 dəfə artdı. Bank aktivlərinin ÜDM-kı 

çəkisi mütəmadi olaraq artaraq, 2004-cü ildə 28%-ə bərabər olmuşdur. 

 

Son illərdə ölkə  rəsmilərinin müəyyən etdiyi strateji hədəflərə bank qanununvericiliyinin 



beynəlxalq qabaqcıl təcrübələrə  və standartlara uyğunlaşdırıması, bank sisteminin 

təhlükəsizliyini və sağlamlığını təmin etmək, bank xidmətlərindən istifadəni genişləndirmək

bank sistemində  şəffaflığı artırmaq, bazar intizamını  təkmilləşdirmək və bank nəzarəti 

sahəsinin effektivliyini təkmilləşdirmək kimi amillər daxildir.  Bu məqsədlə, AMB-nin 2001-

2004-cü illər üzrə Strateji Planına uyğun olaraq “üçüncü nəsil” bank qanunları hazırlanmış və 

qüvvəyə minmişdir.  

 

 

Qutu 1: Mühasibat uçotu və hesabatlılıq sahəsində islahatlar 



 

"Mühasibat uçotu və hesabatlılıq sistemlərini Beynəlxalq Mühasiba Uçotu Standartlarına 

(BMUS) uyğunlaşdırmaq" 

 

1997-ci ildən etibarən bank sisteminin BMUS-na uyğunlaşdırması məqsədilə bir sıra tədbirlər 



icra edilməyə başlandı. Buraya aşağıdakılar daxildi: 

 

•  Bank sistemi üçün beynəlxalq standartlara uyğun hesablar planı hazırlamaq; 



•  Mühasibat uçotu qaydalarına düzəliş edərək BMUS-naq keçidi təmin etmək 

 

AMB, Price Waterhouse Coopers şirkətinin ekspertləri ilə birlikdə bank təşkilatları üçün vahid 



hesablar planı hazırlamış və 2001-ci ilin sentyabr ayında tətbiq etmişdir. 

 

Bank sisteminin BMUS-na keçidini təmin etmək məqsədilə 2000-2001-ci illərdə mühasibat 



uçotu sahəsində  sərəncamlar icra edilmişdir. “Bank sisteminin mühasibat uçotunun BMUS-a 

tam keçidinin təmin edilməsi” adlanan modul müvafiq qaydada tətbiq olunmuşdur. Qeyd etmək 

lazımdır ki, modul 2002-ci ilin iyul ayında tətbiq edilməyə başlandı və 2003-cü ilin mart ayında 

tətbiq prosesi tamamlandı.       

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Mənbə: AMB 

 

Bank sektorundakı islahatlar bank sisteminin konsolidasiyasını təmin etdi. Son onillikdə bank 



kapitalı bir neçə dəfə artdı. 2004-cü ildə nizamnamə kapital 47 faiz, səhmdar kapitalı isə 41.2 

faiz artmışdır. Digər tərəfdən, depozitlərin sürətli artımı aktivlərin ÜDM-dakı mütləq çəkisinin 

və faiz nisbətinin artmasına səbəb olmuşdur. Bu səbəbdən, 2005-ci ildə bank aktivləri 35.4%

 

                                                 



*

 

Hazırki Hesabatın bütün Cədvəl və Qutularda aşağıdakı  işarələrdən istifadə olunur: “m.y.” məlumatın 



olmamasını, “…” məlumatın göstərilməməsini, “neg” isə  cədvəldəki digər rəqəmlərinə nisbətən çox xırda 

olmasını göstərir.    

  12



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə