The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

və  cəmi kredit portfeli isə 56% artmışdır. Aktivlərin ÜDM-dəki çəkisi 17.7%-dən 19%-dək 

artmışdır, cəmi kreditlərin ÜDM-dəki çəkisi isə 9.4%-dən 11.5%-dək artmışdır. 

 

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu 2004-cü ildə qüvvəyə minmişdir. 



Avropa Birliyinin bank direktivləri və Bank Nəzarəti üzrə Bazel Prinsipləri də daxil olmaqla 

beynəlxalq standartlara uyğun hazırlanmış bu qanun əlavə islahatlar vasitəsilə əmanətçilərin 

və kreditorların maraqlarına daha yaxşı qorunma təmin etmişdir. Bank qanunvericiliyində ilk 

dəfə olaraq, səhmdarlar və bank menecementinin mənəvi keyfiyyətləri ilə bağlı tələblər irəli 

sürülmüşdür. Belə ki, yalnız vətəndaş qüsursuzluğu olan, məqbul və lazımi keyfiyyətlərə 

malik  şəxslər səhmdar və ya inzibatçı ola bilər. Bundan əlavə, bank lisenziyasını almaq 

istəyən hər hansı bir ərizəçi iki səviyyəli avtorizasiyaya təmin etməli və risklərin idarəedilməsi 

baxımından iqtisadi və təşkilati cəhəndən davamlı olmalıdır. 

 

Hazırda ölkədə 44 bank fəaliyyət göstərir. Bank sisteminn filial şəbəkəsi 390 filialdan 



ibarətdir. Təxminən 203 filial Bakı şəhərində yerləşir. Bank infrastrukturunun inkişafı və bank 

xidmətləri bazarının liberallaşdırılması keyfiyyətli və çeşidli bank xidmətəri təklif etməyə 

imkan vermişdir.  

 

Bank sisteminin nəzarətçisi kimi AMB sistemin gücləndirilməsi məqsədilə bir sıra layihələr 



icra etmişdir. Buraya bank nəzarəti departamentinin təkmilləşdirilməsi və mühasibat uçotu 

standartlarının tətbiqi kimi bir sıra hüquqi və  nəzarət təşəbbüsləri daxildir. “Banklar 

haqqında” Qanunun qüvvəyə minməsindən sonra bank nəzarəti sisteminin beynəlxalq 

standartlara uyğunlaşdırılması üçün tam hüquqi çərçivəsi formalaşdırılmışdır. Nəzarət 

departamenti daxili nəzarət və xarici nəzarət kimi mühüm şöbələrdən ibarətdir.  Daha ciddi 

bank nəzarəti sisteminin tətbiq edilməsində sonra, son  illərdə bir sıra bank və   qeyri-bank 

təşkilatların lisenziyaları ləğv edilmişdir. Prudensial tələblərə cavab verməyən iki bankın ləğv 

edilməsi  bank sistemində kapitallaşma tədbirlərini gücləndirmişdir. 

 

Son zamanlarda ipoteka kreditləşməsi və depozitlərin sığortalanması sahələrinə xüsusi 



diqqət verilir. AMB tərəfindən hazırlanan “İpoteka haqqında” Qanunun layihəsi 24 dekabr 

2004-cü ildə Milli Məclisə  təqdim edilmişdir. Hazırda Depozitlərin Sığortalanması Qanunu 

üzrə hazırlıq işləri davam edir. 

 

23 noyabr 2003-cü il tarixli AMB-nin İdarə Heyətinin qərarı ilə 1 yanvar 2004-cü il tarixindən 



xarici bankların bank sistemində  iştirakı ilə bağlı limit ləğv edilmişdir. Bu tədbirlər biznes 

müəssisələrin və  fərdlərin bank xidmətlərinə girişini asanlaşdırmaqda çox mühüm rol 

oynamışdır. 

 

3 may 2004-cü il tarixli AMB-nin İdarə Heyətinin 09 nömrəli qərarı mövcud banklar üçün 



minimum kapital tələbini 1 yanvar 2005-ci il tarixindən 3.5 milyon dollar, 1 yanvar 2006-cı il 

tarixindən isə 5 milyon dollaradək artırmağı müəyyən etmişdir. Bu tələbi ödəmək 

məqsədilə banklar 2004-cü ildə  məcmu kapitallarını 520 milyard manat artırmış  və 1,198 

milyard manata çatdırmışdır. Yuxarıda göstərilənlərə əsasən, AMB-nin 2005-ci il 23 dekabr 

tarixli müvafiq qərarında banklar üçün minimal karitalın təcridən artırılması  aşağıdakı 

ardıcıllığı ilə həyata keçirəcəkdir: 2006-cı il iyulun 1-ə kimi 6.4 milyon AZN, 2007-ci il yanvarın 

1-nə kimi 8.2 milyon AZN və 2007-ci il iyulun 1-nə kimi 10 milyon AZN.    

 

Beynəlxalq standartlara uyğun hazırlanmış “Banklarda Korporativ Idarəetmə Standartlarının 



Tətbiqi” Qaydalarının qüvvəyə minməsi, Maliyyə Hesabatlılığı Standartlarına keçidin 

tamamlanması, dövri hesabatlılığın məzmununun və həcminin təkmilləşdirilməsi kimi bir sıra 

mühüm tədbirlər həyata keçirilmişdir. AMB banklarda korporativ idarəetmə standartlarınnı 

tətbiqi ilə bağlı texniki yardım əldə etmişdir. Almaniya inkişaf bankı olan KfW xüsusi texniki 

yardım layihəsi çərçivəsində 4 pilot bankda standartların tətbiqinə başlamışdır. 

  13



 

Ekspertlər və ictimaiyyət tərəfindən istifadə edilə biləcək konsolidasiya əsaslı hesabatlılıq 

formatı ilk dəfə 2004-cü ildə AMB-nin internet saytında dərc olunmuşdur.  Bu format bankların 

maliyyə  vəziyyətinin monitorinqinin və bank sistemində  şəffafflığın təkmilləşdirilməsinə çox 

ciddi təsir göstərmişdir. 

 

İctimaiyyətin bank sisteminə etibarının artmasına nümunə kimi 2005-ci ildə uzun müddətli (1 



ildən yuxarı) depozitlərin cəmi depozitlərdəki çəkisinin 20 %-ə  bərabər olmasını göstərmək 

olar. Eyni ildə uzun müddətli kreditlər 82% artmışdır. Bununla belə, aktivlərdəki artım əsasən 

qısa-müddətli istehlak kreditlərindən irəli gəlmişdir. 

 

Özəl sektorun cəmi kredit portfelindəki çəkisi 80.1% olmuşdur. Bununla belə, dövlət 



banklarının kredit portfelindəki çəkisi 50.1%-dən 53.4%-dək artmışdır.  

 

Vaxtı keçmiş kreitlərin çəkisinin azalması aktiv keyfiyyətinin yaxşılaşmasında mühüm rol 



oynamışdır.  Əgər 31 dekabr 2003-cü il tarixinə vaxtı keçmiş kreditlərin çəkisi 11% olduğu 

halda, 2004-cü ilin müvafiq müddətində bu rəqəm 4.7%-dək düşmüşdür. Faizi 

hesablanmayan kreditlərin çəkisi 8.3%-dən 5.8%-dək azalmışdır. 

 

 



1.4 K

APITAL 

B

AZARLARI

 

 

Yaxşı  təşkil edilmiş qiymətli kağızlar bazarının formalaşması 1996 – cı ildə dövlət borc 



alətlərinin yaradılması ilə başladı. Bu ildə  Maliyyə Nazirliyi 31.18 faiz gəlirlik ilə, 5 milyard 

(təxminən 1 milyon ABŞ dolları) manat həcmində olan xəzinə veksellərini buraxdı.   

 

1999 – cu ildə yaradılan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar 



bazarının inkişaf etdirilməsi üçün əsas elementləri yaratmışdır. Qanunvericiliyə görə 

bazar vasitəçiləri prudensial tələblərin subyektidir. Qaydalar investorların bazarlara və 

bazar məlumatlarına ədalətli çıxış imkanlarının yaradılması məqsədi daşıyır. 

 

İnvestorların qorunması normativ aktlarda vurğulanır. Qaydalar, potensial risklərini və 



investisiyalarını daha yaxşı qiymətləndirmək məqsədilə investorlara bütün məlumat 

materiallarını tam açmağı tələb edir. Yalnız müvafiq lisenziyalaşdırılmış və digər formada 

səlahiyyəti olan agentlərə qiymətli kağızlarla əlaqəli investisiya xidmətləri və məsləhətləri 

göstərməyə icazə verilir. QKDK – si həmçinin korporativ idarəetmə prinsiplərinə ciddi fikir 

verir və bunlara əməl edilməsinə ciddi nəzarət edir.    

 

2000 – ci ilin oktyabrında əsasən bank sektorundan olan səhmdarlar tərəfindən, Türk və 



Btitaniya kapitalının iştirakı ilə Bakı Fond Birjası (BFB) yaradıldı. Bu gün BFB – sı bazar 

iştirakçılarına depozitari, klirinq və hesablaşma, informasiya xidməti, məsləhət və treyninq 

xidmətləri  göstərir. Kapital bazarlarında fəaliyyət göstərə bilməklə bağlı QKDK – dən 

səlahiyyətləndirilən hər bir şəxs BFB – nın ticarət palatasında yer ala bilər.  

 

2004 – cü ilin sentyabrında Milli Bank öz pul siyasətini dəstəkləmək aləti kimi qisa-



müddətli qiymətli kağızların buraxılışına başladı. Digər tərəfdən də Maliyyə Nazirliyi 2004 

– cü ildə  xəzinə veksellərinin buraxılmasını azaltdı. Bu dəyişiklik bazardakı  xəzinə 

veksellərinin dəyərinin 500 milyard manatı (100 milyon ABŞ dolları) keçməsinə 

baxmayaraq baş verdi. Bu artan likvidlik və bazar infrastrukturunun  inkişafı ilə birlikdə 

hökumətin daxili borc xidmətlərinin qiymətlərinin azaltmasına imkan verdi. Əlavə  xəzinə 

veksellərinin buraxılması gözlənilmir.        

 

  14



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə