The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

Həmçinin 2004 – cü il geniş miqyaslı korporativ alətlərin buraxılmasının başlanğıc ili oldu. 

Belə ki, bank institutları borc qiymətli kağızlarının buraxılışına başladılar ki, bu da çox 

keçmədən populyarlaşdı. Hazırda korporativ borc alətlərinin bazar dəyəri 60 milyard 

manatdan artıqdır.  

 

Son illərdə  həmçinin  İPO – ların miqdarında da özəl sektor tərəfindən artım olmuşdur. 



Bunun nəticəsi olaraq qiymətli kağızlar bazarda özəl korporativ sektorun payı artdı. 

Hazırda özəl korporativ sektor bazarda olan qiymətli kağızların dəyərinin 40 faizinə, dövlət 

isə qalan 60 faizinə sahibdir.   

 

Belə görünür ki, qiymətli kağızlar bazarının yaxşı  fəaliyyət göstərməsi üçün lazım olan 



əsas elementlər artıq mövcuddur. Gözlənilir ki, qiymətli kağızlar bazarı xarici kapital 

axınını ölkəyə  cəlb edəcək olan əsas mühərriklərdən birinə çevriləcəkdir. Azərbaycanın 

Bakı – Tbilisi – Ceyhan boru xətti, Bakı – Tbilisi – Ərzurum qaz xətti, Şimal cənub xətti, 

Böyük  İpək Yolunun bərpası, Cənun Qafqaz neft kəmərinin tikintisi kimi regional meqa 

layihələri icra etdikcə bunun əhəmiyyəti daha da artacaq.  

 

 



1.5 Ö

DƏNIŞ SISTEMLƏRINDƏ ƏSAS MEYYLƏR

 

 

Azərbaycanda ödəniş sistemləri böyük miqdarda ödənişlər üçün kredit köçürmələri və əsasən 



kredit köçürmələri və  pərakəndə  əməliyyatlar üçün nağd pulun istifadəsi ilə xarakterizə edilir. 

İndiyədək nə banklararası, nə  də bankdaxili səviyyədə çeklər və birbaşa debetlər kimi debet 

ödəniş alətləri geniş istifadə edilmir. Yeni manat ölkədə olan yeganə hüquqi ödəniş vasitəsidir. 

Qanuna görə rezidentlər tərəfindən Azərbaycanda həyata keçirilən bütün ödənişlər yeni 

manatla olmalıdır.     

 

Azərbaycanda iki əsas ödəmə sistemi mövcuddur: Böyük və yüksək prioritetli ödənişlər üçün 



Azərbaycan Banklararası Ödəniş Sistemi (AZİPS) və Az miqdarda olan ödənişlər üçün Xırda 

ödənişlərin hesablaşma Klirinq Sistemi (XÖHKS). Hər ikisi Milli Bank tərəfindən idarə edilir və 

yalnız yeni manatla həyata keçirilir.    

 

AZİPS real vaxt hesablaşma sistemi (RTGS)  olub iştirakçıların Milli Bankda olan hesabları 



arasında vəsaitlərin elektron köçürülməsini həyata keçirir. Bu ödəniş sistemində 43 iştirakçı var. 

Əgər ödəməni həyata keçirmək üçün lazımi qədər vəsait varsa AZİPS real vaxt əsasında yeni 

manatla hesablaşmanı  təmin edir. Əgər lazımi qədər vəsait yoxdursa o zaman əməliyyat 

avtomatik olaraq gözləmə növbəsinə göndərilir və orada ödəmə üçün lazım olan miqdarda 

vəsait daxil olana qədər gözləyir. Milli Bank qeyri - likvidliyi qənaətbəxş olan iştirakçıları günlük 

və gecəlik (overnayt) pulsuz güzəştli kreditlərlə təmin edir. Bu proses avtomatlaşdırılmadığına 

görə  iştirakçılar kreditin ayrılması üçün Bazar əməliyyatları departamenti ilə  əlaqə 

saxlamalıdırlar.          İştirakçılara gün ərzində ehtiyat tələblərindən istifadə etməyə icazə verilir. 

Ehtiyat tələbi hazırda bankın həm yerli, həm də xarici valyutada 1 il və ya az müddətli 

öhdəliklərinin 10 faizi həcmindədir. 2005 – ci ildə AZİPS sistemində ümumilikdə 14,7 milyard 

ABŞ dolları həcmində 316,061 ödəniş həyata keçirilmişdir.  

 

Paket prosesinqi XÖHKS – ün əsas tərəfidir. Ödənişlər eyni gündə iki sessiya müddətində saat 



9:15 dən 13:35 - ə  qədər və 13:35 – dən 15:05 - ə  qədər həyata keçirilir. Əgər XÖHKS alt 

hesabında lazımi qədər vəsait varsa paket hesablaşması ümumi əsasda aparılır. Bu məqsədlə

iştirakçılar ilk olaraq AZİPS – dən vəsait köçürməklə    özlərinin XÖHKS hesablarına vəsait 

yerləşdirməlidirlər.  Əgər lazımi qədər vəsait yoxdursa o zaman əməliyyat avtomatik olaraq 

gözləmə növbəsinə göndərilir və orada ödəmə üçün lazım olan miqdarda vəsait daxil olana 

qədər gözləyir. Günün sonunda bu növbə ləğv edilir və XÖHKS alt hesabında qalan vəsait 

  15



geriyə əsas AZİPS hesabına köçürülür. 2005 – ci ildə XÖHKS vasitəsilə 1,319 milyon ABŞ 

dolları dəyərində 754,490 ödəmə həyata keçirilib. 

 

Digər nağdsız ödəniş alətlərinə gəldikdə isə ödəniş kartı yavaş yavaş inkişaf etməkdədir ki



bu da özünü xüsusən son illərdə biruzə verir. Dövriyyədə olan kartların əksəriyyəti (85 faiz) 

debet kartlarıdır və bunlar da bankomatlardan pul çıxarmaq üçün istifadə edilməkdədir. Çox 

az miqdarda isə POS terminallarda əməliyyatlar aparılır. Ölkədə  əsas iki ödəniş kartı 

operatorları var: Beynəlxalq banka məxsus olan və indiyədək bazarda əsas hissəni tutan 

Azərikard və Milli Bankın sponsoru olduğu Millikart.  

 

Hazırda SWIFT – ə 40 kommersiya bankı qoşulub. Köçürmələr, xüsusən də beynəlxalq 



ödənişlər Azərbaycan üçün çox önəmlidir. Bu əsasən Rusiyadan pul göndərilən şəxslər üçün 

vacibdir. Çünki bu ödəmələrin ÜDM – da öz payları var.   

 

Azərbaycanda banklar kiçik əhali mərkəzlərinə xidmət göstərmir. Buna görə  də  əsas 



şəhərlərdən kənarda maliyyə xidmətlərinə  çıxış geniş yayılmayıb. Azərbaycanda belə 

ərazilərdə bəzi əsas maliyyə xidmətləri Bakıdan kənarda 1,200 – dən çox şöbəsi olan Azərpoçt 

tərəfindən göstərilir.  Pərakəndə ödəniş sahəsində uyğun iştirakçıya çevrilməsi üçün hökumət 

Azərpoçtun infrastrukturunu modernləşdirmək, onu lazımi vasitələrlə təmin etmək üçün yeni bir 

layihə həyata keçirməyə başlayıb.  .  

 

Milli Bank Azərbaycanda 2005 – 2007 – ci illərdə Milli Ödəniş Sisteminin inkişaf etdirilməsi 



üçün Dövlət Proqramı hazırlayıb, Nazirlər Kabinetinə  təqdim edib. Proqram, prezidentin 9 

dekabr 2004 – cü il tarixli sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının prinsipial hədəfləri 

bunlardır: i) Hər bir sahədə, geniş  əhali kütləsi və bütün biznes müəssisələri tərəfindən 

elektron ödəniş sistemlərinin geniş istifadəsinin təmin edilməsi; ii) inzibati sərhədləri nəzərə 

almadan ölkə daxilində bütün ölkəni  əhatə edən vahid electron ödəniş sahəsinin 

yaradılması; iii) Hüquqi müəssisələrin və  fərdlərin maliyyə xidmətlərinə  çıxışının və bank 

sisteminin biznes müəssisələrinə  və digər təsərrüfatlara çıxışının artırılması  və inkişaf 

etdirilməsi; iv) Dövriyyədəki nağd vəsaitin nağdsız vəsaitlə əvəz edilməsi və belə resursların 

bank sistemi daxilində toplanması ilə onların ölkənin iqtisadiyyatının inkişafına investisiya 

kimi qoyulması üçün mühitin yaradılması.. 

 

Kommunal ödənişlər (elektrik, qaz, su, telefon və s.) kimi vergi və gömrük ödəmələrinin də 



ödəniş sistemlərinin milli infrastrukturuna daxil edilməsi ilə bağlı texnoloji inteqrasıya üçün bir 

layihə var. Bu layihədə informasiyaya çıxış imkanı verən və bütün kommunal ödəmələrin 

bütün kommersiya banklarından, Azərpoçtdan, bankomatlardan və internet vasitəsilə 

ödənilməsini mümkün edən vahid verilənlər bazasının yaradılması  nəzərdə tutulur. 

Hesablaşma XÖHKS – də həyata keçiriləcək. 

 

Nəzarət funksiyasının inkişaf etdirilməsi də Milli Bank üçün qısamüddətli prioritetdir. 



Milli Bank və beynəlxalq ekspertlər qrupu ödəniş sistemlərinin öyrənilməsini yenicə 

başa çatdırmışlar və hazırda Milli Bankda yeni nəzarət formalarının həyata keçirilməsi 

üzərində işləyirlər.   

 

 



1.6 Qİ

YMƏTLI KAĞIZLAR ÜZRƏ  KLIRINQ VƏ HESABLAŞMA SISTEMLƏRINDƏ ƏSAS MEYYLƏR

 

 

Qİymətli kağızlar bazarı özünün ilkin mərhələsindədir.  Ən uyğun alətlər Maliyyə Nazirliyi 



tərəfindən buraxılan xəzinə vekselləri və Milli Bankın notlarıdır. Buna baxmayaraq xəzinə 

veksellərinin əksəriyyəti Maliyyə Nazirliyi tərəfindən ödənilib  və yaxın gələcəkdə yalnız bəzi 

buraxılışlar gözlənilir. QKDK – si qiymətli kağızlar bazarının tənzimləyicisidir. 

 

  16




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə