The world of culture



Yüklə 69,09 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü69,09 Kb.
#8175
növüСборник


 

 

94



MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXII buraxılış, Bakı, 2011 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХII выпуск, Баку, 2011 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХII edition, Baku, 2011 

 

UOT 316 

 

Almaz Aşirov

 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq  

İnstitutunun dissertantı

 

AZ 1073, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr.,25 

e-mail: yemen71@mail.ru 

  

 

SOSİAL KONFLİKTLƏRİN HƏLLİNDƏ KONSENSUSUN ROLU VƏ YERİ

 

 

 

Xülasə: Məqalədə fəlsəfi dəyərlər sistemində konsensusun yeri və rolu müəy-

yənləşdirilmiş,  onun  daxili proseslərdə,  sosial-siyasi  konfliktlərin həlli  üsulu  və  vətən-

daş razılaşması kimi mahiyyəti açıqlanır. 

Açar  sözlər:  sosial  konflikt,  qeyri-zorakılıq,  konsensus,  danışıq,  rəqabət, 

əməkdaşlıq, kompromiss.  

 

 

Qeyri-zorakılıq  fəlsəfi  dəyərlər  sisteminə  fəlsəfi-mənəvi  prinsip,  siyasi  metod, 



humanist əməl, mənəvi-dini təlim, bəşər tarixində zora, zorakılığa qarşı duran qüdrətli 

mənəvi fenomen kimi daxil olmuşdur. 

Rusiya  tədqiqatçılarından  biri  Ə.Hüseynov  qeyri-zorakılıq  zorakılıqdan  fərqli 

olaraq  insanı  barışığa,  dostluğa,  həmrəyliyə  qovuşduran  fenomen  hesab  edir.  Qeyri-

zorakılıq  insani  münasibətləri  yeni  əsasla  xeyirxahlıq,  xeyir  zəminində  birləşdirir. 

“Qeyri-zorakılığa gedən yol insan məhəbbəti və həqiqətə doğru yoldur. Qeyri-zorakılğın 

müsbət məzmununu və onun xeyirxah məqsədlərlə üzvi bağlılığını səciyyələndirərək üç 

xüsusiyyətini göstərmək olar: Birincisi, qeyri-zorakılıq konfliktləri əməkdaşlıq yolu ilə 

aradan qaldırmağı irəli sürür... İkincisi, qeyri-zorakı mübarzə formaları kütləvi xarakter 

daşıyır...  Üçüncüsü,  qeyri-zorakılıq  müstəsna  idrakı,  mənəvi  güc  və  mənəvi  dəyanət 

tələb edir” (5,17).  

Müəllif  göründüyü  kimi  qeyri-zorakılığın  qorxudan  üstün  olduğunu,  cəsarətlə, 

mərdliklə,  güclə  ədalət  və  məhəbbətlə  əlaqəli  olduğunu  göstərir.  Cəmiyətin  ictimai 

şüurunda  bəzən  zorakılığın rolu  şişirdilir,  qeyri-zorakılığın imkanları  isə heçə  endirilir 

və  beləliklə  də  fərdi  psixoloji  təcrübədə  yəni  ayrılıqda  qəhrəmanlıq  aktları  lazımi 

qiymətini almır. Halbuki sosial münaqişələrin qeyri-zorakı, dinc yolla həlli ən səmərəli, 

ədalətli yol kimi bəşəriyyət tərəfindən müsbət qəbul olunmuş yoldur. 

Qeyri-zorakılıq  spontan  olaraq  formalaşır  və  müasir  dövrdə  ən  kəskin  sosial 




 

 

95



münaqişələrin həllində səmərəli üsul kimi diqqəti cəlb edir. Qərb tədqiqatçısı R.Holms 

qeyri-zorakılığın  praktiki  və  nəzəri  dünyagörüşü  əsaslarını  izah  edərək  onu  fəlsəfi 

prinsip  kimi  təhlil  etmiş,  qeyri-zorakılıq  haqqında  fəlsəfi  görüşlərə  daha  geniş 

aspektdən,  yəni  qeyri-zorakılıq  fəlsəfəsi  nöqteyi-nəzərdən  yanaşmışdır.  O,  qeyri-

zorakılıq  fəlsəfəsinin  normativ  və  qeyri-normativ  olduğunu  və  onun  normativliyinə, 

yəni fəlsəfi-etik dəyərinə üstünlük vermişdir. 

Qeyri-zorakılıq  prinsipial  və  praqmatik  olmaqla  iki  yerə  bölünür.  Praqmatik  və 

prinsipial  qeyri-zorakılıq  praktik nəticələrə görə,  eləcə  də  sosial  və  siyasi  məqsədlərin 

səmərəli əldə olunub-olunmamasına görə bir-birindən fərqlənir. Qeyri-zorakılığı əxlaqi 

və praktik mövqedən səciyyələndirmək də olar. 

R.Holms  praqmatik  və  prinsipial  qeyri-zorakılıq  arasında  iki  köklü  fərq  görür: 

«praqmatik  qeyri-zorakılıq  sosial,  siyasi,  dövlət  vəzifələrinə  malik  ola  bilər,  prinsipial 

qeyri-zorakılıq buna əlavə və ya bütün yerinə yüksək əxlaqi məqsədlərə də malik olur. 

Qeyd etmək olar ki, prinsipial qeyri-horakılıq nöqteyi-nəzərdən əsas olan sadəcə olaraq 

praktik  səmərəlilik  deyil,  əxlaqi  səmərəlilikdir.  Prinsipial  qeyri-zorakılıq  praqmatik 

qeyri-zorakılıqdan məhz əxlaqi  əsasına  görə  fərqlənir.  Prinsipial  qeyri-zorakılıq  əxlaqi 

əsasa malik olduğu halda praqmatik qeyri-zorakılıq sosial siyasi, iqtisadi, milli-məhdud 

əsasa malik olsa da, əxlaqi əsasa malik olmur» (9,25).  

R.Holms  parqmatik  qeyri-zorakılığı  qeyri-əxlaqi  məqsədlər  naminə  də  istifadə 

edildiyi  halda,  prinsipial  qeyri-zorakılığı  bu  məqsədlər  naminə  istifadə  edilmədiyini 

göstərir. 

İdeal  aləmdəki  əxlaqi  davranışın  qeyri-zorakı  davranışını  əsası  kimi  özünü 

göstərir.  Dünyada  baş  verən  prosesləri  zorakı  münaqişələrlə  həll  etməkdənsə  qeyri-

zorakılıqla həll etməyə üstünlük verirlər. Qeyri-zorakılığın mənəvi dəyəri ondadır ki, o, 

fiziki zorakılıqdan imtina edir.  

Qeyri-zorakılıq həm fiziki, həm də psixoloji zorakılığa qarşı durur. Buna görə də 

R.Holms  prinsipial  qeyri-zorakılığın  iki  formasını  fərqləndirir:  «yalnız  fiziki 

zorakılıqdan  imtina  edən  minimal  qeyri-zorakılıq;  həm  fiziki,  həm  də  psixoloji 

zorakılıqdan imtina edən maksimal qeyri-zorakılıq» (9, 25). 

Digər  Qərb  tədqiqtçısı  C.Şarn  praqmatik  qeyri-zorakı  mübarizəni  kəskin,  siyasi 

və  etnik  konfliktlərin  ən  yaxşı  həlli  üsulu hesab  edir.  Rusiya  tədqiqatçısı  Ə.Hüseynov 

yazır ki, cavab zorakılığı və fəal qeyri-zorakılıq sosial ədalət uğrunda mübarizə aparan 

insani  cəhdlərin  müxtəlif  pillələri,  mərhələləridir.Qeyri-zorakılıq  fəlsəfi  prinsip  kimi 

mərhəmət hissilə, alicənablıqla, əməkdaşlıqla, kompromislə, əxlaqi idealla sıx bağlıdır. 

Demokratikləşmə,  siyasi  həyatın  pluralistləşməsi,  ictimai  mühitin  humanistləşməsi 

qeyri-zorakılıq üçün şərait yaradır. 

Vaxtilə  Mahatma  Qandi  zorakılığı  («ximsa»)  insanda  heyvani  başlanğıc,  qeyri-

zorakılığı  isə  («aximsa»)  onun  ilahi  mahiyyətinin  əlaməti  hesab  edirdi.  Mahatmaya 

görə, qeyri-zorakılıq həqiqət-allahın sinonimi kimi işlənirdi. Qandi siyasi fəaliyyətdə də 

mənəviyyata  qeyri-zorakılığa  əsaslanmağı  tövsiyə  edirdi.  Böyük  mütəfəkkir 

ümumbəşəri  dəyəri-müqəddəs  nemət  olan  həyata  hörməti  ön  plana  çəkərək  bildirirdi: 

«Qeyri-zorakılıq  yolu  işıq  saçan  elə  bir  mayakdır  ki,  o  bəşəriyyəti  qaranlıqda  məhv 

olmağa qoymur» (3, 93). 

Qandi  «aximsa»  adlandırdığı  qeyri-zorakılıq  terminin  ədalət  uğrunda  mübarizə, 

zorakılığın  dağıdıcı  qüvvəsindən  imtina  mənasında  işlədir.  J.Qoss  Qandini  «XX  əsrin 

qeyri-zorakılıq dahisi» adlandırır və onun qeyri-zorakı konsepsiyasının əsas mahiyyətini 

göstərir: «Bu müvafiq təhsil, iqtisadiyyat və siyasət sistemini irəli sürür ki, konfliktlərin 

dinc  yolla  həlli  yollarının  hazırlanması  milli  və  beynəlmiləl  səviyyədə  qeyri-zorakı 

müdafiə sisteminin formalaşmasına təsir edir» (4, 11). 



 

 

96



J.Qoss  Qandinin  qeyri-zorakılıq  ideyasının  qlobal  problemlərlə  yanaşı  insan 

birliyi  və  insan  həyatına  mütləq  hörmətə  və  insan  ləyaqətinin  qəbul  edilməsinə 

əsaslandığını,  son  nəticədə  bütün  dünyada  ədalət  uğrunda  mübarizəyə  bağlandığını 

göstərir. 

«Konsensus»  (consensus)  latın  sözü  consentio  sözündən,  daha  doğrusu  sentire 

felindən  olub  «hiss  etmək»,  «düşünmək»,  «başa  düşmək»  mənalarını  verir,  «son» 

sözünün  köməyilə  «birgə»,  «qarşılıqlı  hərəkət  etmək»  mənası  yaranır.  Əslində 

«konsensus» sözünün əsasında hiss, düşüncə ümumiliyi, qarşılıqlı anlaşma durur.  

Müasir  lüğətlərdə  konsensus  termini  «mübahisəli  məsələlər  üzrə  ümumi 

razılaşma»  kimi  müəyyən  edilir.  Qərbdəki  lüğətlərdə  konsensus  «hamının  və  ya 

əksəriyyətin  tərəfdar  olduğu  rəy,  ümumi  razılaşma»,  «xüsusən  rəydə  razılaşma, 

yekdillik,  ümumi  rəy»,  «rəyin  üstün  olduğu  ümumi  razılaşma»  (2,  4)  kimi  səciy-

yələndirilir.  Göründüyü  kimi,  bu  mənbələrdə  daha  çox  rəy  önə  çəkilir,  bir  qədər 

ziddiyyətli mülahizələr irəli sürülür.  

Konsensus  politoloji,  hüquqi  və  fəlsəfi  cəhətdən  müxtəlif  cür  şərh  edilir. 

Konsensus yekdillik və əksəriyyətinin rəyi arasında bir razılaşmadır.  

Sosial-fəlsəfi  ədəbiyyatda  konsensusun  iki  əsas  prinsipini  göstərirlər:  1)  iştirak 

edənlərin əksəriyyətinin qərarın qəbuluna tərəfdar olması; 2) heç bir iştirakçının qəbul 

olunan qərara etiraz etməməsi (2, 4). 

Konsensus  dar  mənada  daxili  proseslərdə  istifadə  edilən  sosial-siyasi  konflikt-

lərin, mübahisələri həlli üsulu kimi, «geniş» mənada ümumsiyasi mənada vətəndaş ra-

zılaşması kimi işlənir.  

Konsensus  müasir  şəraitdə  müxtəlif  barışmaz  mövqedə  olan  siyasi,  iqtisadi, 

mənəvi, fəlsəfi, dini ideya və dəyərlər irəli sürən, demokratiyaya uyğun olaraq ziddiy-

yətləri  aradan  qaldıran  mühüm  prinsipdir.  Bir  sözlə,  demokratiyada  plüralizm  kon-

sensusla  birləşir.  Konsensusun  baza  əsası  milli,  dini  dəyərlər,  şəxsiyyətin  hüquq  və 

azadlıqlarıdır.  

O.Kont insan birliyi ilə konsensus arasında əlaqə olduğunu göstərməklə konsen-

susu  geniş  mənada  –  razılıq  mənasında  işlədirdi.  Bəzi  filosoflar  konsensusu  rasional 

dərk  olunmuş  həmrəylik  (E.Dürkgeym),  həmrəylikdən  fərqlənən  “konflikt  modeli”, 

obyektiv  mövcud  olan  ehtimallıq  (Veber),  siyasi  etika  prinsipi  (Jül  Kamben)  kimi 

səciyyələndirirlər.  

Bildiyimiz  kimi  danışıqların  təsnifatına  müxtəlif  cür  yanaşmalar  mövcuddur. 

Məs, bunlardan biri iştirakçıların müxtəlif məqsədlərinin ayrılmasına əsaslanır. 

Danışıqların müxtəlif funksiyaları mövcuddur. 1. İnformasion; 2. kommunikativ; 

3. nəzarət; 4. diqqəti yayındırmaq; 5. təbliğati; 6. təxirəsalma funksiyaları. 

Birgə qərarın üç tipi mövcuddur: 

1.  Kompromis;  2.  Nisbi  kompromis;  3.  Əməkdaşlıq  yolu  ilə  yeni  prinsipial  qərarın 

tapılması (9). 

Koflikti həll etməyin başqa taktiki gedişlərini də göstərirlər: 

1.  Rəqabət;  2.  əməkdaşlıq;  3.  kompromislərə  nail  olunması;  4.  problemin  həllindən 

qaçma; 5. uyğunlaşma.  

Konfliktlərdə kompromisin əldə olunması aşağıdakıları nəzərdə tutur: 

•  Konfliktin hər iki tərəf üçün zərərini etiraf etmək; 

•  qarşılıqlı olaraq buraxılmış səhvləri etiraf etmək və onların islah olunması; 

•  rəqiblərin, ilk növbədə, ikinci dərəcəli və başlıca olmayan məsələlərdə güzəştə 

getməsi; 

•  emosiyalara yol vermədən problemin müzakirəsinin təmin edilməsi; 




 

 

97



•  razılıq əldə etdikdən sonra, konfliktin həlli ilə bağlı hüquqi sənədin imzalan-

ması (1, 228-229). 

Mütəxəssislər danışıqlarda uğurlar əldə edilməsi üçün aşağıdakıları təklif edirlər: 

 



 ciddi hazırlaşmaq; 

 



 öz məqsədlərini və hərəkət etmək hüdudlarını müəyyənləşdirmək; 

 



 öz emosiyalarına nəzarət etmək; 

 



 opponenti diqqətlə dinləmək; 

 



 öz fikirlərini aydın şərh etmək (6). 

Ceyms Beyker danışıqlarda uğur qazanmağın yollarını belə izah edir: 

 

 problemlərin mahiyyətini tez anlamaq; 



 

 cazibədarlıq; 



 

 komandanın yaxşı işləməsi; 



 

 işlərin vəziyyətinin real qiymətləndirilməsi; 



 

 dəqiq məlumatlanmaq; 



 

 inandırma istedadına, qabiliyyətinə malik olmaq (10). 



Danışıqların uğurla bitməsini şərtləndirən amillər isə aşağıdakılardır: 

 



 Artıq problemin məqbul həlli işlənib hazırlanmışdır; 

 



 Danışıqların bütün məqsədləri əldə edilmişdir; 

 



 Bütün həll variantları nəzərdən keçirilmişdir; 

 



 Problemin həlli üçün ən yaxşı alternativ imkanlar var (7, 341). 

Bir sözlə, danışıqlar kofliktin qeyri-zoraki üsullar və vasitələrlə həll etmək vasi-

təsidir.  «Dəyirmi  masa»da  isə  danışıqlar  nəticəsində  konsensus  və  birgə  qərar  əldə 

edilir. 


Konsensus konfliktin elə həlli üsuludur ki, qarşı duran tərəflər onun hazırlanma-

sında  şüurlu  və  rasional  şəkildə  iştirak  edirlər.  Konsensus  konflikt  həll  edənlərin 

kollektiv rəyini əks etdirir.  

Konsensus “danışıq mədəniyyətin”də əsas yer tutan mühüm fenomendir.  

V.Kremenyuk  yazır  ki,  razılaşmaya  doğru  gedən  yolu  təslimçilik  deyil,  barışıq 

axtarışı kimi ümumbəşəri təfəkkürdə çevriliş hesab etmək lazımdır (11, 12). 

V.A.Sosninin  fikrincə,  konsensusun  texnologiyasına  görə  ixtilafları  həll  etmək 

üçün  o  zaman  kollektiv  rəy  tətbiq  edilir  ki:  1)  mübahisənin  predmeti  mürəkkəb  olur, 

tərəflərin maraqları sadə, həll etmək üçün olduqca əhəmiyyətlidir; 2) hər iki tərəf gizli 

tələbatlar və maraqlar axtarışı və təhlilinə hazır olur; 3) hər iki tərəfin iddialarını yerinə 

yetirən  alternativ  axtarışları  üçün  kifayət  qədər  vaxtları  və  ehtiyatları  olur;  4)  tərəflər 

problemin müvəqqəti deyil, uzunmüddətli həllində maraqlıdırlar (8, 35). 

Göründüyü  kimi  konsensusun  əldə  olunması  çətin  və  mürəkkəb  məsələdir. 

Konsensusun  əldə  olunması  üçün  aşağıdakı  mövqeyə  daha  çox  haqq  qazandırılır: 

konfliktləri elə idarə etmək lazımdır ki, yalnız itkilər minimuma enməsin, həm də qarşı 

tərəflər üçün ümumi fayda maksimum çox olsun. 

Konsensus əldə etmək, konflikti həll etmək üçün dörd üsul mövcuddur:  

1) bütün tərəflərin rəylərinin üst-üstə düşməsi nəticəsində razılığa nail olmaq;  

2) xarici tərəflərin qanunverici və mənəvi iradəsinə uyğun olaraq razılaşma;  

3) konflikt tərəflərindən birini məcbur etməklə razılaşma;  

4) sadəcə olaraq öz aktuallığını itirdikdə, sərbəst olaraq həll edildikdə konfliktin 

ləğv edilməsi.  

Ümumiyyətlə,  konflikti  həll  etməyin  hansı  metodunun-  məcburetmə  və  ya 

inandırma  metodlarının  səmərəli  olub-olmaması  kəskin  şəkildə  qarşıya  qoyulur.  Bu 

zaman gücdən və ya hüquqdan istifadə məsələsinin hansına üstünlük verilməsinə diqqət 



 

 

98



yetirilir.  Əslində  konfliktləri  yalnız  həll  etmək  deyil,  onun  zorakı  formalarını  konsti-

tusiya – qanunverici və danışıq prosesinə transformasiya edilməsinə çalışmaq lazımdır.  

Bu  zaman  qanunçuluğa,  insan  haqlarının  qorunmasına  müvafiq  beynəlxalq 

konvensiyalar və bəyannamələrə riayət olunmasına xüsusi diqqət verilməlidir. Şübhəsiz 

ki,  konfliktlərin  həllində  əsas  metodlardan  biri  “dəyirmi  masa”,  danışıqlar  prosesidir. 

Danışıqlar  müxtəlif  cür  olur.  Qərb  tədqiqatçıları  R.Fişer  və  U.Yuri  danışıqlar  arasında 

Harvard danışıqlar layihəsi əsasında işlənib hazırlanmış prinsipial danışıqlar metoduna 

üstünlük  verirlər.  Bu  danışıqlar  zamanı  konfliktlər  onların  keyfiyyət  xüsusiyyətlərinə 

görə həll edilir (11, 19). 

Prinsipial  danışıqlar  və  ya  mahiyyət  üzrə  danışıqlar  dörd  əsas  müddəaya  əsas-

lanır:  1)  danışıqlar  iştirakçısı  və  danışıqlar  predmeti  arasında  hüdudların  müəyyənləş-

dirilməsi;  2)  mövqelər  üzərində  deyil,  maraqlar  üzərində  diqqətin  artırılması;  3)  qar-

şılıqlı  faydalı  variantların  və  imkanların  seçilməsi;  4)  obyektiv  meyarlardan  istifadə 

edilməsi. 

Prinsipial danışıqlar metodu da öz növbəsində üç mərhələdən keçir: təhlil, plan-

laşdırma və diskussiya mərhələləri. Nəticədə məntiqi razılaşma əldə olunur. Müəlliflərin 

fikrincə,  bu  prinsipial  metodun  mövqe  diskussiyası  tədricən  konsensusun  əldə 

olunmasına səbəb olur (8, 31). 

Konfliktlərin bütün növlərini qalib-məğlub nöqteyi-nəzərindən təsnif etmək düz-

gün deyildir. Tərəflər açıq, qarşılıqlı məsuliyyətə əsaslanan bir-birinin maraqlarını ifadə 

edən əlaqəyə gəlməli, «dəyirmi masa»da problemi müzakirəyə başlamalı və çözməlidir-

lər. Əlaqə prosesində – «dəyirmi masa» da aşağıdakı metodlardan istifadə edilməlidir: 

1)  Məcburedici  münsiflik  (arbitraj);  2)  tövsiyəedici  arbitraj;  3)  qəti  təklif  arbit-

rajı; 4) məhdudlaşdırıcı arbitraj; 5) vasitəçi arbitraj. 

Konsensusun bərqərar olması bütün hüquqi qərarların qəbul edilməsinin aparıcı 

metodudur. Konsensus demokratiyanın zəif inkişaf etdiyi ölkələrdə vaxt və təcrübə tə-

ləb edir. Mübahisəli məsələlərin konsensisual həlli məcburedici, güc tətbiqini məhdud-

laşdıran ümumi, ciddi normalara riayət olunması zərurətini irəli sürür. 

Konfliktlərin həllində konsensusdan fərqli olan kompromis də əldə edilir. Kom-

promis  konfliktləri  həll  etməyin  klassik  metodu  hesab  edilir.  Kompromisin  texnolo-

giyası ondan ibarətdir ki, konfliktləri başqa, daha gec müddətə, müvəqqəti təxirə salır. 

Kompromis,  konsensus  güc,  xilas  yolu  qalmadıqda  tətbiq  edilir.  Konsensus  və  kom-

promis qarşılıqlı əlaqədə olan hadisədir, qarşıduran tərəflərin danışıqları nəticəsində əl-

də edilir.  

 

Ə

dəbiyyat: 

 

1.

 



Abbasbəyli  A.,  Darabadi  P.Q.,  İbrahimov  Ə.K.,  Konfliktologiya,  Bakı:  «Bakı  Universiteti»  nəşriyyatı, 

2006, 292 s. 

2.

 

Варламова Н.В., Пахоленко Н.Б. Общественный консенсус: подходы к проблеме // Государство и 



право. 1992. № 9. с. 3-10. 

3.

 



Ганди К. Махатма. Моя вера в ненасилия. // Вопросы философии. М., 1992, №3, с. 65-66 

4.

 



Госс Ж. Ключевие представления гуманистического и христианского ненасилия // Этика ненаси-

лия. Материалы международного конференции. Москва: ФО СССР, 1991, с. 6-14 

5.

 

Гусейнов А.А. «Понятие насилие и ненасилие» // «Вопросы философии», 1994, N 6, с. 



6.

 

Дональдсон М.К. Дональдсон М. Умение вести переговоры, Москва: АСТ 1998, с.311 



7.

 

Конфликтология// под редакцией С.А.Кармина. Спб.: «Лань», 1999, 431 с. 



8.

 

Соснин В.А., Лунев П.А. Как стать хозенягом. Москва: Знание, 71 с. 



9.

 

Əliyev Q., Dayızadə H. Konfliktologiyaya giriş. Bakı: «Təbib», 1998, 121s. 



10.

 

Каррас Ч.Л. Искусство ведения переговоров. Ростов на Д. Изд-во РГУ, 1997, 210 с. 



11.

 

Фишер P., Ури У. Путь к согласию. Или переговоры без порожения. Москва: Наука, 1990, 155 с. 



 


 

 

99



Алмаз Аширов

 

Роль и место консенсуса в решении социальных конфликтов



 

Резюме

 

 

В статье определены место и роль консенсуса в системе философских ценностей, раскрыта его 

сущность во внутренних процессах как метода решения социально-политических конфликтов и граж-

данского соглашения. 

 

 

Ключевые  слова:



  социальный  конфликт,  ненасилие,  консенсус,  договоренность,  конкурен-

ция, сотрудничество, компромисс.  

 

 

Almaz Ashirov  



The role and place of consensus in dealing with social conflicts 

Summary 

 

In the paper it is identified the place and role of consensus in the philosophical values, its essence is 

revealed in internal processes as a method of solving socio-political conflicts and civil agreement.  

 

Keywords:  social  conflict,  nonviolence,  consensus,  agreement,  competition,  cooperation  and 

compromise. 



 

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 10.09.11 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 22.09.2011 

Məqalənin çapa qəbul olunma tarixi: 16.11.2011 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə doktoru, dosent Apdin 

Əlizadə 



ADMİU

-nun Elmi Şurasının 20 dekabr 2011-ci il, 4 saylı qərarı ilə çap olunur

Yüklə 69,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə