This product is made possible through the generous support of the All
Children Reading partners: the United States Agency for International
Development (USAID), World Vision and the Australian Agency for
International Development. It was prepared by Centre for Civil Integration
and Inter-Ethnic Relations and does not necessarily reflect the views of the
All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), World
Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian AID) dəstəyi ilə
həyata keçirilmişdir. Kitab “Vətəndaş İnteqrasiyası və Millətlərarası
Əlaqələr Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze,
Elene Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya
İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildlə mə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
səviyyə
“Oxu pilləsi”
Uşaqlar üçün səviyyələrə bölünmüş oxu kitabları
X
1
Canlı varlıqlara qida lazımdır. Onlar qida ilə
yaşayırlar. Bitkilər də qidalanırlar. Qida olmadan
bitkilər yaşaya bilmirlər.
Bitkilər torpaqda böyüyürlər. Onlara qidanı
torpaq verir. Bitkilərə qidanın hazırlanması üçün
günəş, su və hava da lazımdır.
2
Bununla yanaşı, bitkilər özləri də qidadır.
Bitkilər heyvanları və həşəratları qidalandırırlar.
Bitkiləri heyvanlar yeyirlər. Bitkiləri həşəratlar da
yeyirlər. Onlar bitki ilə qidalanan adlanırlar.
Bəziləri onları otyeyən adlandırırlar.
Cırcırama bitkilərlə qidalanır. Cırcırama
həşəratdır. Cırcırama bitki yeyən həşəratdır.
Cırcırama otyeyən həşəratdır.
3
Dovşan da bitkilərlə qidalanır. Dovşan bitki
yeyən heyvandır. Dovşan da otyeyən heyvandır. O,
yaşıl otları və ağacın qabıqlarını sevir.
İnək də otyeyən heyvandır. İnək ev
heyvanıdır: o, otla qidalanır. İnək otla qidalanır,
yəni otlayır...
4
Heyvanların hamısı bitkilərlə qidalanmırlar.
Heyvanlardan bəziləri özlərindən xırda heyvanlarla
qidalanırlar. Canavar bitkiləri sevmir. Canavar
heyvanlarla qidalanır. Canavar dovşanı yeyir.
Canavar ətyeyən heyvandır. Ətyeyən heyvanlar
yırtıcı heyvan adlanırlar. Canavar yırtıcı heyvandır.
6
Tülkü, çaqqal, pələng yırtıcı heyvanlardır...
Onlar özlərindən xırda heyvanlarla qidalanırlar,
belə
ki,
ətyeyəndirlər.
Onlar
bitkilərlə
qidalanmırlar...
Dediyimiz kimi, cırcırama bitkilərlə qidalanır.
Cırcırama bitkilərlə qidalanır və böyüyür.
Cırcırama bitki yeyəndir. Cırcırama otyeyəndir.
7
Qurbağa
cırcıramanı
yeyir.
Qurbağa
cırcırama ilə qidalanır və böyüyür. Qurbağa
həşəratlarla qidalanır.
Balıq qurbağanı yeyir. Balıq qurbağa ilə
qidalanır və böyüyür. Balıq da ətyeyəndir.
Balığı ayı yeyir. Ayı balıqlarla qidalanır. Ayı
ətlə də qidalanır. Ayı bal və giləmeyvələri də yeyir.
Ayı balıqla, ətlə, balla və giləmeyvə ilə qidalanır və
8
böyüyür. Ayının müxtəlif qida yediyindən onu
müxtəlif qidalanan heyvan adlandırırlar.
Bu, qida zənciridir. Zəncirin əsas hissələridir:
Bitkilər və otlar;
Otyeyənlər, yəni bitkilərlə qidalananlar;
Ətyeyənlər və ya yırtıcılar.
Müxtəlif qida ilə qidalananlar.
1
Naşir: “V ət əndaş İnteqrasiyası v ə
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |