This product is made possible through the generous support of



Yüklə 40,4 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü40,4 Kb.
#22826


 


 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XV

 



 

 

Cənubi  Afrika  Respublikası  Afrika  qitəsinin  cənub 

hissəsində  olan  dövlətdir.  Cənubi  Afrika  dövləti  çox  gözəl 

və  maraqlı  bir  ölkədir.  Əgər  ora  düşsəniz,  rəngarənglikdən 

heyrətə gələcəksiniz.  Cənubi afrikalıların 11 dövlət dili var. 

Bu  gün  burada,  bir  küçədə  bir-birinin  qonuşuluğunda  ara 

həkimləri 

və 

bankirlər 



yaşayırlar,  nəhəng  müasir 

göydələnlərin  yanında  isə  balaca  afrikalı  daxmaları  görmək 

Pretoriya şəhəri /Cənubi Afrika

 



 

olar.  Maraqlıdır  ki,  belə  bir  rəngarəng  ölkədə  əhali  necə 



yaşayır,  onlar nə ilə məşğul olurlar. 

 

Cənubi Afrika dövlətinin əhalisi  

Dediyimiz kimi, bu ölkə rəngarəngliyi ilə seçilir, küçədə 

dərisinin  rəngi  müxtəlif  olan  və  müxtəlif  boylarda  insanlar 

görmək  olar.    Onlardan  bəziləri  zəngindir  və  bəziləri  – 

kasıb,  amma  bu  gün  bir-birinin  yanında  dinc  yaşayırlar. 

Əvvəllər heç də belə deyildi. Bu ölkədə insanları dərilərinin 

rənginə 

əsasən 


seçirdilər, 

tünddərili 

insanlar  ağdərili 

insanlardan  ayrı  yaşayırdılar.  

Onlar  bir-biri  ilə  dostluq  etmir 

və  hamı  özü  üçün  yaşayırdı. 

Tez-tez  onların  arasında  dava 

da  düşürdü.  Sonra  dövlət 

hakimləri  başa  düşdülər  ki,  bu 

cür  çox  davam  edə  bilməz  və 

dərisinin rəngi  müxtəlif olan  insanlar arasında qarşıdurmanı 

və  davanı  aradan  qaldırmağa  çalışdılar.  Onlar  bunu 




 

bacardılar  və  bu  gün  artıq  Cənubi  Afrika  əhalisi  dinc  və 



nisbətən mehribançılıqda yaşayırlar. Onlar birlikdə güclü və 

gözəl dövlətin quruculuğunda iştirak edirlər.  

Cənubi Afrika əhalisi bir-birindən təkcə dərilərinin rəngi 

ilə  fərqlənmirlər,  onlar  eləcə  də  müxtəlif  dinlərə  aiddirlər, 

yəni  müxtəlif  allahlara  sitayiş  edirlər.  Onlardan  bəziləri 

xristian, bəziləri müsəlman və sairə... 

      Yəqin  sizə  maraqlıdır  ki,  bu  qədər  bir-birindən  fərqli 

insanlar  burada  yaşayırlar,  nə  üçün  bu  qədər  dil  və  din 

vardır?  Bu  suala  cavab  vermək  üçün  Cənubi  Afrika 

İohanesburqda universitet  




 

dövlətinin  tarixini  sizə  danışaq  ki,  bu  dövlətin  əsası  necə  



qoyulmuşdur, əvvəllər burada kim yaşayırdı və s.  

 

Cənubi Afrikanın tarixi  

Cənubi  Afrikada  hal-hazırda  çoxlu  sayda  avropalı 

yaşayır    və  əvvəllər  də  belə  olur.  Amma  onlar  Afrika 

qitəsinə 

gələnə 

qədər 


burada  afrikalı  qaradərililər 

yaşayırdılar,  onlar 

Bantu 

qəbiləsi 



adlanırdılar.  17-ci 

əsrdə 


Hollandiya 

gəmisi 


Cənubi 

Afrikaya 

yaxınlaşdı.  Onlar  

bu 


ölkənin 

gözəlliyini 

çox 

bəyəndilər 



və 

burada 


qalmağı 

qərara  aldılar.    Hətta  Hollandiyadan  çoxlu  adam  gətirib 

burada  məskən  saldılar.    Hollandiyalı  yeni  sakinlər  bir 



 

müddətdən  sonra  Madaqaskardan  və  İndoneziyadan  qullar 



gətirdilər.  Cənubi Afrika qitəsi artıq rəngarəng oldu, amma 

bu tərəfdə məskən salmaq bununla bitmədi. On doqquzuncu 

əsrdə  Cənubi  Afrika  ilə  Böyük  Britaniya  da  maraqlanmağa 

başladı  və  burada  öz  şəhərlərini  saldı.  Britaniyalılar  da 

tezliklə Cənubi Afrika torpağında bərqərar oldular. Onlar bu 

ölkənin qızıl və bahalı daşlarla çox zəngin olduğunu tezliklə 

anladılar. Onları emal etməyə başladılar və tezliklə bu bölgə 

zəngin  bölgəyə  çevrildi.  Almanlar  da  britaniyalılar  kimi 

etdilər  və  Cənubi  Afrika  qitəsində  çox  tezliklə  alman 

şəhərləri  yarandı.  Buranın  bütün  sakinləri,  yerli  afrikalılar 

və ya müxtəlif ölkədən gəlmiş xaricilərin öz dili və dini var 

idi.  Onlar  dərilərinin  rəngi  və  bilikləri  ilə  bir-birlərindən 

fərqlənirdilər.  Məhz  bu  yolla  Cənubi  Afrika  rəngbərəng  və 

maraqlı oldu.

 

 

 



Cənubi Afrika respublikasında həyat  

Cənubi  Afrikanın  məşhur  şəhərləridir:  İohanesburq, 

Durban,  Pretoriya,  Kapştadt  və  s.  Bu  şəhərlər  çox  gözəl 

tikilmiş  və  burada  çoxlu  maraqlı  və  əyləncə  yerləri  var. 




 

Cənubi  Afrika  Respublikası  milli  parklar  və  sahil  zolaqları 



ilə zəngindir.  

İohanesburq  Cənubi  Afrikada  ən  zəngin  və  əhalisi  ən 

çox  olan  şəhərdir.  Şəhərdə  qızıl  və  bahalı  daşlarla  ticarət 

mərkəzləri  çoxdur.  Bu  şəhərdə  eləcə  də  ən  böyük  Tambo 

hava limanı yerləşir. O, Cənubi Afrikada ən böyükdür. Təbii 

minerallarla zəngin olan Vitvatersrand dağı bu şəhərə aiddir. 

Bu  dağı  bir  çox  hallarda  qızıl  dağı  da  adlandırırlar,  çünki 

burada bahalı metal və digər bahalı daşlar tapılır.  

Blidi kanyonu 



 

 



Cənubi 

Afrikada 

daha 

bir 


gözəl 

dağlıq  yer 

Drakensberqdir, yəni əjdahalar dağı. O, Cənubi Afrikada ən 

yüksək  dağlıq  ərazidir.  Burada  gözəl  şəlaləni,  güllərlə 

bəzənmiş    geniş  çölləri  görə  bilərsiniz  və  dünyada  nadir 

növlü  quşların  cikkiltisini  eşidə  bilərsiniz.  Bir  çox  hallarda 

Cənubi Afrikanı onun nadir gözəlliyi və çox təmiz havasına 

görə  cənnət  də  adlandırırlar.    Drakensberqin  şimal 

hissəsində  Blid  kanyonu  yerləşir.  O,  həqiqətən  də  təbiətin 

möcüzəsidir.  Kanyon  26  metr  uzunluğundadır,  onun 

dərinliyi  isə  800  metrdir.  Kanyonun  kənarları  qırmızı 

Drakensberq



 


 

daşlardan  ibarətdir.  Bu  daşlar  günəşdə  xüsusilə  parlayır  və 



adamın  gözlərini  qamaşdırır.  Turistlərin  əksəriyyəti 

Afrikada  məhz  bu  yerə  qonaq  olur  və  kanyonun 

gözəlliyindən hamı heyran qalır.  

Cənubi  Afrikanın  qızıl  və  bahalı  minerallarla  zəngin 

ölkə  olmasına  baxmayaraq  turistlərin  gəlişindən  də  böyük 

gəlir  əldə  edir.  Məhz  bu  gözəl  və  bəhrəli  təbiətin  üzündən 

bu  gün  Cənubi  Afrika  Respublikası  dünyada  ən  zəngin 

ölkələrdən biridir.  

 

 

 

 

 

 



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 40,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə