This product is made possible through the generous support of



Yüklə 35,82 Kb.

tarix11.03.2018
ölçüsü35,82 Kb.


 

 



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XIII

 



 

 



Asteklər  köçəri  tayfalar  idi.  Onlar  şimaldan 

gəlmiş  və  12-ci  əsrdə  Amerika  qitəsinin  cənubuna 

çatdılar.  Asteklər  müasir  Meksika  ərazisində 

məskunlaşdılar.  Asteklərin  allah  Uistilopoçtlun 

bütləri  var  idi.  Rəvayətə  əsasən  allah  asteklərə  

qartalın  kaktusun  üzərində  oturduğu  yeri  gördükdə 




 

orada  məskunlaşmalarına  əmr  etdi.  Rəvayətə  əsasən 



bu  qartalın  caynaqlarında  ilan  olmalı  idi.  Asteklər 

belə  bir  qartalı  Meksika  ərazisində  gördülər. 

Asteklər 

burada 


məskunlaşdılar. 

Asteklər 

Tenoçtitlan  şəhərini  tikdilər.  Tenoçtitlan  tezliklə 

asteklərin  paytaxtı  oldu.  Bu  yerdə  hal-hazırda 

Meksikanın  paytaxtı  Mexikodur.  Asteklər  isə 

zamanla  çox  inkişaf  etdilər.  Onların  Meksika 

torpağında çox maraqlı tarixləri var.  



 

Asteklər  üçün  dinin  əhəmiyyəti  çox  böyük  idi. 



Onlar  Uitsilopoçtlun  çox  güclü  allah  olmağına 

inanırdılar.  O,  asteklərə  güc  və  xoşbəxtlik  verirdi. 

Asteklər  Uitsilopoçtla  qurban  gətirirdilər.  Zamanla 

asteklərin çoxlu allahları oldu. Onların torpaq, ay və 

günəş  allahları  vardı.  Asteklər  allahlara  insanları 

qurban  gətirirdilər.  Qurban  gətirilməsi  dəhşətli 



mənzərə  idi.  Kahinlər  qurbanın  ürəyini  kəsirdilər. 

Onlar bəzən qurbanın ürəyini yeyirdilər. Kahinlər bu 

yolla 

gücləndiklərinə 



inanırdılar. 

Asteklər 




 

fikirləşirdilər  ki,  qurban  öldükdən  sonra  allahın 



yanında yaşamağa başlayırdı.  

Allahların 

sayı 

artdıqca 



asteklərin 

də 


qurbanlarının  sayı  artdı.  Asteklər  döyüşdən  sonra 

qurban  verirdilər.  Qurbanlar  asteklərin  əsirləri 

olurdu. 

 

 



 

 

 



 

 

 



Qurbanın  gətirilməsi  uzun  zaman  davam 

edirdi.  Sonralar  astekləri  ispanlar  istila  etdilər. 

İspanlar  mənzərədən  dəhşətə  gəldilər.  Onlar 

asteklərin 

məbədlərini 

uçurmağa 

başladılar. 



 

Asteklərin  məbədlərinin  yerində  onlar  katolik 



kilsələrini tikməyə başladılar. Beləliklə, yavaş-yavaş 

asteklərin qurban gətirmələri sönüb getdi. 

 

Asteklərin  cəmiyyəti  üç  hissəyə  bölünürdü: 



zənginlər, kahinlər və kəndlilər. Asteklərin qulları da 

var idi. Qulların heç bir hüquqları yox idi. Zənginlər 

və 

kahinlər 



işləmirdilər. 

Əsasən 


kəndlilər 

işləyirdilər.  Onlar  əkir,  səpir,  ticarətlə  məşğul 

olurdular.  Qullar  məbədlər  və  saraylar  inşa  edir, 

zinət əşyaları hazırlayırdılar. 




 

 



 

 

 



 

 

Asteklər  natiqliyi  çox  sevirdilər.    Zənginlər 



övladlarına  natiqliyi  öyrədirdilər.  Kəndlilər  isə 

ticarət  meydanları  haqqında  danışırdılar.  Asteklərin 

paytaxtlarında  Tenoçtitlanda  iki  böyük  ticarət 

meydanı  var  idi.  Meydanlar  qayda-qanun  və 

təmizliklə  seçilirdilər.  Asteklərin  pulları  yox  idi. 

Onlar  mallarını  dəyişir,  xırda  əvəzinə  isə  kakao 

dənələrindən istifadə edirdilər. 

Paytaxtda  çoxlu  bağlar  var  idi.  Bağlar  meyvələr 

və  gözəl-gözəl  güllərlə  dolu  idi.  Bağlarda  çoxlu 

soyuq bulaq və şəlalər var idi. Bağlar səliqəlikləri ilə 

seçilirdi. 



 

 



 

Asteklər 

əsasən  bitki  mənşəli  qida  ilə 

qidalanırdılar. Onlar maldarlıqla məşğul olmurdular. 

Zənginlər  bəzən  ət  də  yeyirdilər.  Kəndlilər  yalnız 

bayramlarda  hinduşka  ətini  yeyirdilər.  Ovçular  isə 

dovşanlara,  qırqovullara  və  qabanlara  ov  edirdilər. 

Asteklərin  əsas  qida  məhsulları  idi:  qarğıdalı, 

pomidor, kartof, hnduşka və acı bibər. 

Asteklər  poeziya  və  musiqini  çox  sevirdilər. 

Onlar  şairlərə  çox  hörmət  edirdilər.  Şairlərin 

şeirlərini asteklər bayramlarda ifa edirdilər. Asteklər 




 

müharibə zamanı da mahnı oxuyurdular. Asteklər gil 



üzərində  də  işləməyi  bacarırdılar.  Onlar  şəkil  də 

çəkə  bilirdilər.  Onlar  çox  gözəl  zinət  əşyalarını 

hazırlayırdılar.  Bu  zinət  əşyaları  indi  də  incəsənət 

nümunələridir.  

 Asteklərin  sivilizasiyası bizə  yaxşı  məlum deyil. 

Asteklər  ölüləri  yandırırdılar,  başqa  xalqlar  kimi 

torpağa dəfn etmirdilər. Buna görə də bir çox əşyalar 

məhv 


olmuşdu.  Bunun  üçün  də  asteklərin 

mədəniyyətləri haqqında az məlumat vardır. 

1519-cu  ildə  ispan  qəsbkarları  astekləri  zəbt 

etdilər.  Bu  zamandan  asteklərin  mədəniyyətləri 

məhv  olmağa  başladı.  İspanlar  ilk  növbədə 

asteklərin  məbədlərini  dağıdıb  qurban  gətirilməsini 

qadağan  etdilər,  sonralar  isə  onların  ənənələrini  də 

dəyişdilər.  Bu  gün  Meksikada  yenə  də  asteklər 

yaşayırlar,  onlar  ispanların  istila  etdikləri  asteklərin 

nəslindəndirlər.

 



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



: storage -> uploads -> books bylevels
books bylevels -> Maykl Cordan dünyada məşhur basketbolçu və
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of the All
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. Redaktor
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə