This product is made possible through the generous support of



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü0,93 Mb.
#68025


 

 



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XIII

 



 

Yaponiya  haqqında  yəqin  ki  eşitmisən. 



Yaponiya Asiyanın ən inkişaf etmiş ölkəsidir.

 

 



 

 

 



 

 

 



 

Yaponiyada  günəş  birinci  qalxır,  çünki  bütün 

dövlətlərdən  şərqdədir.  Bunun  üçün  də  Yaponiya 

günəşin 


qalxdığı 

ölkə 


adlanır.  Yaponiyada  128 

milyon  nəfər  insan  yaşayır. 

Yaponiyada  ən  çox  sayda 

müasir  texnika  hazırlanır. 

 

Buna  görə  də  Yaponiyanı  müasir  texnologiyalar 




 

ölkəsi də adlandırırlar. Yaponiya çox müasir ölkədir, 



amma onun hal-hazırda da imperatoru var. 

  

      Yaponların  çox  qədim  mədəniyyətləri  və 

ənənələri vardır. Onlar öz mədəniyyət və ənənələrinə 

çox  böyük  hörmət  bəsləyirlər.  Bunun  üçün  də 

Yaponiya  turistlərin  sevimli  ölkəsidir.  Ən  çox  turist 

Yaponiyaya  mart  ayından  aprelin  sonuna  qədər 

gedir.  Martdan  aprelə  qədər  Yaponiyada  sakura 

çiçək açır. 

 

 

 



 

 

 



 

 

 




 

Sakura 

Sakura yaponların albalı ağacıdır. O, yazda çiçək 

açır.  Sakura  yapon  mədəniyyətinin  bir  hissəsidir. 

Onun  çiçəklənməsi  qədim  yapon  şəkillərində  təsvir 

olunmuşudur. 

 

 

 



 

 

 



 

 

 



Sakura  cəmi  yeddi  gün  çiçək  açır.  Bu  yeddi  gün 

yaponiyalılar  üçün  bayramdır.  Bu  bayram  Hanami 

adlanır.  Hanami  yaponca  gülə  baxmaqdan  zövq 

almaq mənasını bildirir. 




 

 Sakura 



çiçəyi 

çəhrayı 


və  ya  ağ  olur. 

Yaponiyalıların  hər  yerdə  öz  ağacları  var.  Sakuranı 

yaponiyalıların 

həyətlərində, 

bağçalarında, 

skverlərində  görmək  olar.  Yaponiyalılar  sakura 

yarpaqlarını yeməkdə istifadə edirlər. 

 

 



Suşi  

Yaponiyalıların əsas qidası qədim ənənələrdən 

gəlir.  Onlar  dəniz  məhsulları  və  düyü  ilə 



 

qidalanırlar.  Yaponiyalılar  yedikdə  bıçaqdan  və 



çəngəldən istifadə etmirlər. Onlar  yemək zamanı iki 

taxta çubuqdan istifadə edirlər.   

Suşi ənənəvi yapon yeməyidir. O, çiy balıq və 

düyüdən hazırlanır.  

 

 

 



 

 

 



 

 

 



 

Yapon  xörəklərində  əsas  onların  gözəlliyidir. 

Xörək boşqabın üzərinə gözəl qoyulmalıdır.  



 

Suşini  təkcə  yaponiyalılar  sevmirlər.  O, 



dünyada ən dadlı və bahalı xörəklərdən biridir. 

 

 



Samuray 

Samuray  qədimlərdə  yapon  döyüşçüsü  adlanırdı. 

Samuray  yapon  dilində  qulluq  sözünü  bildirir. 

Samuray  ağasına  qulluq  edir  və  onu  qoruyurdu. 

Döyüş  zamanı  samuray  qılıncdan  istifadə  edirdi. 

Qılınc  yaponca  katana  adlanır.  Samuray  öz  qılıncı 

ilə döyüş sənəti ilə məşhur idi.  



 

Samuraylar  xüsusi  libas  geyinirdilər.  Onların  öz 



qanunlar kitabı da  var idi. Samuraylar bu qanunlara 

hörmət edir və ağaya sədaqətli olurdular.  

 

Əsir  düşmüş  samuraylar  özlərini  öldürürdülər. 



Onlar  qarınlarını  qılıncla  deşirdilər.  Bu  qayda 

harakiri adlanırdı. Harakiri kişilik rəmzi idi.  




 

Samurayların 



həyatları 

haqqında 

çoxlu 

kitab 


yazılmışdır. 

Eləcə 


məşhur 

“Yeddi 


samuray”  yapon  filmi 

çəkilmişdir.  



 

Kabuki 

Yaponiyalıların 

qədim 

incəsənət 



ənənələri  var.  Yapon  teatrı  kabuki  adlanır.  Kabuki 

mahnı və rəqs incəsənətini bildirir.  

Qədimdə  aktyorlar  yalnız  qadınlar  olurdular.  On 

yeddinci  əsrdən  hər  şey  dəyişdi.  Aktyorlar  yalnız 

kişilər  oldular.  Aktyorlar  da  xüsusi  libas 

geyinirdilər.  Bu  libas  xələtə  bənzəyirdi.  Bu  xələti 




 

yaponca  kimono  adlandırırdılar.  Kimono  indi  də 



Yaponiyada və başqa ölkələrdə də çox məşhurdur.  

Kabuki  teatrında  aktyorların  makiyajı  çox  vacib 

idi.  Onlar  özləri  makiyaj  edirdilər.  Əvvəlcə  üzlərinə 

yağ  və  mum,  sonra  ağ  boya  sürtür,  sonda  isə 

dodaqlarına  və  gözlərinə  qırmızı  və  qara  xətlər 

çəkirdilər.  




10 

 

Tamaşanın  sonunda aktyorlar üzlərinə ipək parçı 



qoyurdular. Bu yolla makiyaj ipək parçaya keçir. Bu 

ipək parçanı aktyorlar uzun müddət saxlayırdılar. 

Kabuki  bu  gün  də  yaponiyalıların  sevimli 

əyləncələridir. 

 

 

 



  

 

 



 

 

 



Bonsay 

Yaponiyalılar ənənələrdən başqa gözəlliyi də çox 

sevirlər.  Bonsay  yaponca  cırtdan  ağaclardır.  O, 

dibçəkdə  yetişir.  Bonsay  həqiqi  ağaca  oxşayır, 




11 

 

amma  çox  balacadır  –  təxminən  otuz  santimetrdir. 



Bonsayı  yetişdirmək  çox  çətindir.  Onu  fikirləşmək 

üçün  isə  bir  çox  il  lazımdır.  Onun  yetişməsi  üçün 

xüsusi  torpaq  lazımdır,  günəşin  parlaq  işığı,  su  və 

gübrə gərəkdir.  

  

 

 



 

 

 



 

 

 



 

 

 



 


12 

 

 



Şoqi 

Yapon şahmatı şoqi adlanır.   

İlk  dəfə  şahmat  Hindistanda  yaranmışdır.  Şoqi 

hind 


şahmatından 

sonra 


səkkizinci 

əsrdə 


yaranmışdır. 

Amma  şoqi  hind  şahmatından  bir  neçə  qaydası 

ilə  fərqlənir.  Oyunda  rəqib  tərəfindən  götürülən 

fiqurdan ikinci tərəf istifadə edə bilər.  

 

 



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə