This product is made possible through the generous support of



Yüklə 42,56 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü42,56 Kb.
#19555



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XV

 



 

 



Giriş 

Günəşdən,  aydan  və  ulduzlardan  başqa  kosmosda 

planetlər  də  var.  Kosmos  elə  bir  aləmdir  ki,  onda  hər  şey 

vardır: səma cisimləri və planetlər, o cümlədən – Yer kürəsi 

də. Kosmos sonsuz bir məkandır. 

Planetlər  də  kosmosun  sakinləridirlər.  Planet  gürcü 

dilində  bilirsinizmi  nə  deməkdir?  Daim  hərəkətdə  olan. 

Planet  həqiqətən  də  hərəkət  edə  bilər.  Özünün  orbitası  var 

və onun ətrafında hərəkət edir. Məhz bunun  üçün onu daim 

hərəkət  edən  adlandırmışlar.  Planetlər  günəşə  yaxın 

yerləşirlər  və  buna  görə  də  alimlər  deyirlər  ki,  planetlər 

Günəş sistemində planetlər 

 



 

günəş sistemində yaşayırlar. Günəş sistemində alimlər cəmi 



doqquz planet aşkar etmişlər. Gəlin onlarla bir-bir tanış olaq 

və planetlərdə nə baş verdiyini öyrənək. 

 

Planetlər 

 

 

 

 

 

 

 

 

 

 

1.

 



Merkuri    -  Merkuri  günəşə  ən  yaxın  olan  planetdir. 

Onu səhər tezdən və ya qaranlıq düşəndə Yerdən də görmək 

olar.  Merkurini  alimlər  yaxşı  müşahidə  edə  bilməmiş  və 

öyrənə  bilməmişlər,  çünki  ona  yalnız  bir  kosmik  gəmi 

çatmışdır.   Onlar  Yerə   xəbər   gətirmişlər  ki,  Merkurinin  



 

səthində  böyük  xəndəklər  var  və 



düşünürlər 

ki, 


meteorların 

düşməsinə  görə  baş  vermişdir.  Sən 

demə,  Merkuri  Aya  çox  bənzəyir  və 

sürətlə  hərəkət  edir.  Planetdə  su 

yoxdur,  orada  külək  də  yoxdur.  Merkuridə  gündüzlər 

çox isti olur və gecələr isə hər şey donur. Bunun üçün də 

onda həyat yoxdur.  

 

2.

 



Venera  –  Veneranı  Yerin 

bacısı  adlandırırlar,  çünki  Yerə 

çox  bənzəyir.  Venera  hərəkət 

zamanı  Yerə  başqa  planetlərdən 

daha  çox  yaxınlaşır.  Merkuridən 

fərqli olaraq Venera hər zaman isti olur və onda daim külək 

əsir. Bir neçə kosmik gəmi Veneraya yaxınlaşmışdır ki, onu 

yaxşı  müşahidə  etsin,  amma  tezliklə  uzaqlaşmışdır.  Bir 

kosmik  gəmi  Veneranın  çox  qaynar  olmasına  görə 

yanmışdır. 

  



 

3.



 

Yer  –  Yer  həmin  planetdir, 

hansında  biz  yaşayırıq.  O,  yeganə 

planetdir 

ki, 


onda 

həyat 


mümkündür.  Yerdə  su  da  var,  quru 

da.  Quru  hərəkət  edir,  amma  biz 

bunu  görmürük  və  hiss  etmirik. 

Amma  zəlzələləri  hiss  edirik.  Sən  demə  zəlzələ  zamanı 

Yerin  forması  dəyişir.  Deyirlər  ki,  əvvəllər  Amerika  və 

Afrika  qitələri  bir  idi  və  sonralar  bir-birindən  ayrılmışdır. 

İndi  də  iki  qitə  bir-birinə  yaxınlaşa  və  birləşə  bilər.  Yerdə 

həyat ona görə var ki, bizdə günəşin istiliyi, işıq, su və hava 

var. 

4.

 



Mars  –  Mars  yerdən  qırmızımtıl  rəngdə  görünür  və 

onu  “qırmızı  planet”  də  adlandırırlar.  Marsda  çoxlu 

vulkanlar var və onun səthi çox təpəli-

dağlıdır,  çünki  vulkan  partlayışı 

nəticəsində 

onda  dağlar  yaranır. 

Alimlər onda qurumuş çayları görmüş 

və  düşünürlər  ki,  əvvəllər  Marsda  su 

olmuşdur. Bu planet astronomları çox 



 

maraqlandırır.  Buna  görə  də  amerikalılar  planlaşdırıblar  ki, 



2040-cı ildə Marsa ilk adamı buraxsınlar.  

 

5.



 

Neptun    -  göyümtül 

rəngdə  planetdir,  Yerdən  çox 

aralıdır. 

Neptun 


soyuq 

planetdir, onda nə işıq var və nə 

də  ki,  istilik.  Neptunu  alimlər 

yaxşı öyrənə bilməmişlər. Onun 

yanında yalnız bir kosmik gəmi 

“Voyajer  2”  uçmuşdur.  Amma  Neptuna  başqa  gəmilərin 

göndərilməsi də planlaşdırılır.  

 

6.



 

Jupiter – Jupiter qaz nəhəngi  də adlandırırlar. Çünki 

onun  əsas  tərkibi  qazdır.  O,  kifayət  qədər  böyük  ölçüdədir 

və  günəş  sistemində  nəhəng  planetlər  sırasındadır.  Neptun 

kimi,  Uranı  da  yaxşı  tanımırıq,  amma    bu  planetə  kosmik 

gəminin göndərilməsi hələ planlaşdırılmamışdır da. 



 

 



 

 

 



 

 

 



7.

 

Saturn    -  Saturn  şəkillərdə  hər  zaman  böyük 

halqalarla  təsvir  edilir.  Sən  demə,  bu  halqa  buzlar  və  xırda 

daş  qırıqları  imiş.  Cazibə  qüvvəsi  ilə  bu  qırıqlar  ora-bura 

səpələnmir  və  Saturnu  əhatə  edirlər.  Saturnun  peykləri  də 

var,  öz  orbitası  ətrafında  təkcə  hərəkət  etmir.  Bütün 

planetlərdən çox onun peyki var, cəmi – 18. Peyklərdən biri 

o qədərdir ki, Merkuri planetinə bərabərdir.  

 



 

8.



 

Uran – Uran öz quruluşu ilə Neptuna çox bənzəyir, o 

da  əsasən  qazlardan  ibarətdir  və  Neptuna  bənzər  olaraq 

soyuq  və  qaranlıqdır.  Bu  planetdə  həyat  yoxdur.  Planetin 

ətrafında doqquz halqa vardır. 

 

 

 



 

 

 



 

9.

 



Pluton – doqquzuncu planet olarq Pluton hesab edilir. 

Amma  2006-cı  ildən  sonra  onu  planetlər  sayından 

çıxardılar.  Əvvəllər  Plutonu  daha  böyük  bilirdilər,  amma 

müşahidədən  sonra  məlum  oldu  ki,  Pluton  balacadır.  Onu 

cırtdan  planet  də  adlandırmış  və  günəş  sisteminin 

planetlərinə  aid  etmirlər.  İndi  yalnız  cırtdan  planetlər 

qrupuna aid edirlər. Pluton daha  gec kəşf edilmişdir – 1930 

–cu  ildə  və ona qeyri-adi planet də adlandırmışdılar. Başqa 

planetlərdən fərqli olaraq Pluton yalnız öz orbitində hərəkət 



 

etmir,  digər  planetlərin  orbitində  də  təsadüf  edilir.  Buna 



görə də o, fərqli və qeyri-adi planetdir.  

 

 

 

 

 

 

 

Son söz 

Planetlər  maraqlı  səma  cisimləridir,  onlar  sonuna  qədər 

öyrənilməmişdir.  Məlumatın  tapılması  da  çox  çətindir, 

çünki  alimlər  bəzi  planetə  yaxın  düşə  də  bilmirlər. 

Planetlərə  yerdən  müşahidə  edilir  və  öyrənilir  ki,  onlar 

haqqında daha çox məlumat toplayaq. 

 



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 42,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə