This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene
Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildləmə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XV
1
-1-
Qartal bütün quşların şahı hesab edilir və bu möhtəşəm
ada layiqdir də. O məğrur, cəsarətli və özündən razı bir
quşdur. Bədəni qaramtıl rəngdədir, yalnız boynunda qızılı
zolağı vardır; dimdiyi qarmaq şəklindədir və çox
möhkəmdir, caynaqları – iti və güclüdür. Onun iri
2
gözlərindən güc və məğrurluq yağır. Qanadları uzun,
mütənasib və qüvvətlidir, caynaqlarına qədər ağ tüklərlə
örtülüdür; qartal yaşamaq üçün yüksək dağlıq yerləri sevir.
Bir dəfə məskən saldığı yerdə qış-yay yaşayır; tez-tez yerini
dəyişməyi sevmir.
Hər hərəkətində qartal çox sürətlidir. Çox gözəl uçur,
yerdə yöndəmsiz gəzir. Gözəl oturmağı da var; düzgün
oturur, insan kimi qamətli, qanadları yığılmış və
məğrurluqla ora-bura boylanır. Bunun üçün də oturmuş
3
qartala baxmaq gözəl bir mənzərədir. Hər hansı bir yerdə
qartal görünən kimi bütün quşlar və xırda heyvanlar
arasında qorxu zəngi çalınır. Quşlar və heyvanlar qartalın
səsini eşidən kimi qorxa-qorxa dərhal ora-bura səpələnirlər.
Amma qartalın iri gözlərindən nə yayınar! Quşların şahı
sakitcə və əzəmətlə uca göylərdə uçur, amma onun iti
gözləri aşağıda bütün çölü izləyir və öz qurbanını görən
kimi qanadlarını qatlayır və ox kimi sürətlə enir. Bu zaman
dəhşətli qüvvə və sürətlə gəlir və havada fışıltı eşidilir. İti
caynaqları açılmışdır ki, zavallı qurbanına tez batırsın.
4
Qartal üstün gələ biləcəyi və aparacağı bütün varlıqların
üzərinə cumur. Nə oynayan uşağa yazığı gəlir, nə də ki
dəcəl tülküyə. Amma tülkü bəzən onu çox peşman edir:
havaya qaldırılmış tülkü bəzən qartalın boğazının içərisinə
əlini yetişdirib boğazını cırmaqlayır. Cüyür, çöl donuzları,
çəpişlər, quzular, dovşan balaları və pişiyin qanı bu dəhşətli
yırtıcının caynaqları arasında axır. Quşlardan qartal ördəyi,
qazı, leyləyi, çöl toyuğunu və bütün ev quşlarını aparır.
Qartalın sevimli yemi heyvan qanıdır; bunun üçün də bu quş
bəzən həftə ərzində su içmir.
5
-2-
Asanlıqla təsəvvür etmək olar ki, qartal balalarını
böyütdükdə heyvanlar üçün necə də təhlükəli olur. Yalnız
özünü saxladıqda da xırda heyvanlara dinclik vermir və bala
böyütdükdə isə qanlarını içir! Mart ayında erkək-dişi
qartallar yeni yuva qurmağa başlayır və ya köhnə yuvanı
6
təmizləməyə başlayırlar. Əgər qartal dağlarda yaşayırsa, öz
yuvasını yüksək və çətin qalxılan qayalarda qurur; əgər
yaşadığı yer meşədirsə, o zaman yuvasını yuxarıda və
əlçatmaz ağaclarda tikir. Qartallar əvvəlcə iri qurumuş
ağacın budaqlarını düzür, sonra xırda, dərin yuvalar
düzəldirlər. İçərisinə yun və saman sərirlər. Yuva gözəl
deyil, amma böyükdür və elə möhkəmdir ki, insan da
içərisində dayana bilər. Yuvanın materialını hər iki qartal
gətirir, işləməkdən yorulduqdan sonra erkək-dişi qartal
yuxarı havaya dincəlməyə qalxır və gözəl uçuşla bir-
birlərinə zövq verirlər. Belə bir uçuşla erkək qartal
yumurtaların üzərində oturan dişini əyləndirir.
7
Bir qayda olaraq dişi yuvada iki-üç yumurta qoyur.
Yumurtalar şabalıd rəngində olurlar. Yumurtadan yenicə
çıxmış balalar daha çox yumağa bənzəyirlər, nəinki quşa....
Bədənləri tam sıx ağ tüklərlə örtülü olur. Valideynləri onlara
yaxşı qulluq edirlər, əvvəlcə öz ağızlarında yaxşıca
çeynədikləri və sonra balalarının ağzına qoyduqları əti
yedizdirirlər... Balalar yaxşıca böyüyənə qədər yuvadan
ayrılmırlar. Qanadları çıxanda ata-ana əvvəlcə balaya uçmaq
öyrədir, sonra isə ovlamaq. Bu zaman qartallar çox acıqlı
8
olurlar, cəsurluqları və mətanətləri artır. Nə quşa və nə də
ki, xırda heyvanlara dinclik vermirlər. Ovçu yaxşı təcrübəli
və cəsarətli olmalıdır ki, qartalın balasını oğurlasın və sağ
qalsın. Əgər qartal balasını əlinə almağı cəsarət edərsə, o
zaman qartallar həmin insanı ölümcül yaralayar və eybəcər
hala salarlar.
Qartallarla mübarizə haqqında qəribə bir əhvalat:
Ovçulardan biri yüksək qayalarda qartal yuvasını görüb
ondan balaları götürmək istəyir. Aşağıdan yuvaya əli
çatmadığına görə, yuxarıdan düşməyə çalışır. Ovçu bir neçə
9
gənclə birlikdə gedir, özü ilə qalın kəndir götürür. Qayaya
çıxdıqlarında gənclər ovçuya kəndir atıb qoltuqlarının
altından keçirirlər və yavaş-yavaş aşağı, yuvaya endirirlər.
Cəsarətli ovçu qılıncı götürür ki, qəfildən görünsələr
qartalları uzaqlaşdırsın. Yuvaya düşənə qədər iki balanı
götürür, paketə qoyub yoldaşlarına işarə edir ki, kəndiri
yuxarı
dartsınlar.
Qayanın
zirvəsinə yaxın olanda ana-ata
qartallar görünürr və ovçunun
üzərinə
dəhşətli
qışqırıqla
cumurlar. Ovçu qılıncını gah bu
tərəfə çəkir, gah o biri tərəfə və
qartallardan birini öldürür də,
amma ikinci qartal daha qorxulu
mübarizəyə başlayır. Qorxmaz ovçunun ümidi olur ki, bu
qartalı da öldürəcəkdi; amma bu zaman görür ki, kəndiri
qılıncla kəsmiş və dəhşətli dibsiz uçurumun üzərində
kəndirin yalnız dörddə birindən asılmışdır.... Qorxudan
ürəyi gedir. Qılınc əlindən düşür və yoldaşları da onu güclə
10
yuxarı qaldırırlar. Dostları ovçunu zorla tanıyırlar, çünki
qorxudan onun saçları tam ağarmışdı...
Qartalı
ovlamaq
çox
çətindir. Çox ehtiyatlı quşdur
və əlçatılmaz yerdə oturur;
nadir hallarda ola bilər ki, ovçu
ona
atıcılıq
məsafəsində
yaxınlaşa bilsin. Onu diri-diri
tutmaq daha çətindir. Bəzi
yerlərdə qartalı tələyə salırlar. Qartalı əhlilləşdirmək çətin
deyil. Əhlilləşdirilmiş qartala ovçuluq öyrədilir: ona dovşan,
tülkü və canavar balaları da tutdururlar. Qartal çox yaşayır.
Bir ölkədə əhlilləşdirilmiş qartal yüz dörd il ömür
sürmüşdü. Meşədə və çöldə azad yaşasaydı, əlbəttə ki, daha
uzun ömür sürərdi.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |