This product is made possible through the generous support of



Yüklə 36,97 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü36,97 Kb.
#20620



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentli yinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Müəllif: Tamar Antadze 

Redaktor: Natia Qorqadze 

Dizayner: İlia Çrelaşvili 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

          

 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XIV

 



 

 



Giriş  

Zürafə  dünyada  ən  hündür  heyvandır.  Onun  hündür 

ayaqları  və  uzun  boynu  var.  Zürafə  Afrika  səhrasında 

yaşayan  heyvandır.  Zürafələr  əsasən  Afrikanın  cənub 

hissəsində  yaşayırlar,  bunun  üçün  də  cənub  zürafələri 

adlanırlar.  Müxtəlif  yerdə  yaşadıqlarına  görə,  zürafələr 

fərqli  şəkildə  görünürlər,  məsələn,  Keniyada  Keniya 

zürafəsi  məşhurdur,  Nubiya  isə  Nubiya  zürafələri  ilə 




 

məşhurdur. Onlardan hər birinin özünəməxsus xassəsi var, 



məsələn,  Cənub  zürafəsinin  dərisi  dizlərinə  qədər  açıq 

qəhvəyi ləkələrlə örtülüdür, bu da onu yaxşı maskalayır və 

düşməndən  qoruyur.  Keniya  zürafəsi  yırtıcı  heyvandan 

müdafiə  məqsədilə,  ön  ayaqları  ilə  zərbə  vurur.  Nubiya 

zürafəsi  elə  də  ağıllı  heyvan  deyil.  O,  su  içdiyi  zaman  ön 

ayaqlarını geniş açır və boynunun aşağı su içməyə əyir. Bu 

zaman tez-tez yırtıcı heyvanın qurbanı olur.  

 



 

Zürafənin xarici görünüşü   

Zürafələr uzun heyvanlardır, çünki onların uzun boynu 

və  ayaqları  var.  Zürafənin  ön  ayaqları  daha  uzundur, 

nəinki  arxa.  Buna  görə  də  onun  kürəyi  demək  olar  ki, 

quyruğuna tərəf əyilmişdir. Yetkin zürafə  5,5 metrə çatır, 

erkək  zürafə  isə  dişidən  25  sm  hündür  olur.  Onların  da 

insanlarda olduğu kimi, boyunlarının yeddi fəqərə sümüyü 

var.  Zürafənin  boynu  çox  elastiki  və  güclüdür.  Gənc 

zürafələr bir-biri ilə boyunlarını çəkməkdə yarışırlar. 

 

 

 



 

 

 



 

 

 



 

 



 

Zürafənin  başında  balaca  sümüklü  buynuzları  var. 



Buynuzlar  qısa  tüklə  örtülüdür.  Zürafənin  dodaqları 

hərəkətlidir, onun dili isə çox uzun  və  çevikdir. Zürafənin 

dili  53  santimetrə  çatır.  Zürafənin  32  dişi  var,  onların 

hamısı  itidir  və  yan  dişləri  kəsicidir.  Qulaqları  və  gözləri 

də  böyük  ölçüdə  olur.  Onların  bədəni  isə  gözəl  zolaqlarla 

bəzənmişdir.  Zürafənin  quyruğu  elə  də  uzun  deyil,  yalnız 

dizlərinə  qədər  çatır,  ancaq  cücülərlə  mübarizədə  ona  çox 

kömək edir. 



 


 

Zürafələr necə yaşayırlar? 

Zürafələr  ayrı-ayrılıqda  yaşamağı  sevmirlər.  Onlar  bir 

sürüdə yaşayırlar, yem tapmağa birlikdə gedirlər. 

 

Zürafələrin dəstəsi   

Zürafələr  suyu  xüsusilə  sevirlər  və  hər  zaman  içməyə 

su  axtarırlar.  Zürafələr  çox  az  yatırlar.  Səhərlər  qida 

axtarmağa  çıxır,  günortalar  isə  kölgə  axtarır  və  uzanırlar. 

Yeməyi  həzm  etdikləri  zaman  yatırlar,  amma  az  vaxt, 

çünki yırtıcı heyvanlardan qorxurlar. 

Zürafə  hər  gün  80  kiloqram  qida  alır  və  həzm  edir. 

Onun  əsas  yemi  akasiya  yarpaqlarıdır.  Ümumiyyətlə, 

akasiya yarpaqları zəhərdən ibarətdir, budaqları isə iti uclu 

tikanlarla  örtülüdür,  amma  zürafələr  buna  xüsusilə  adət 

etmiş və çoxlu yarpaq yeyə bilərlər. Zürafənin yaxşı görmə 

qabiliyyəti  var  və  bu  da  ona  akasiya  ağacında  çox  zəhərli 

olmayan körpə yarpaqları axtarmağa kömək edir. 

 

 

 



 

Zürafələrin çoxalması   

Zürafə  balasını  qarnında  15  ay  saxlayır.  O,  əkizlər 

dünyaya  gətirə  bilmir,  yalnız  bir  bala  dünyaya  gətirir. 

Balanın doğulma  mərhələsi çox  maraqlıdır. Vaxtı çatanda 

zürafə otun üzərinə uzanmır.  Ayaq üstə durur  və balası da 

doğulur.  Balaca  zürafə  təxminən  1,5  –  2  metrdən  aşağı 

düşür,  amma  ona  heç  nə  olmur.  Bir  neçə  saatdan  sonra 

qaçmağa  başlayır.  İki  həftədən  sonra  isə  zürafə  öz  balası 

ilə dəstəyə qatılır və balacaya yem axtarmağı öyrədir. 

 

 



 

Okap – zürafəyə qohum olan heyvan  

Okap,  zürafə  kimi,  buynuzlu  heyvandır.  Onun  da 

zürafə  kimi  xırda  buynuzları  və  uzun  boynu  var.    Amma 

zürafənin boynu onunla müqayisədə daha uzundur və eləcə 

də  zürafənin  başı  həmişə  yuxarı  qalxmış  olur,  okap  isə 

daha çox başıaşağı gəzir. 

 

Okap 

 Okapın 

bədəni 


bütövlükdə 

ağ 


zolaqlarla 

bəzənməmişdir. Onun bədəni tünd qəhvəyi rəngdə, üzü ağ, 

ön  və  arxa  ayaqları  ağ  rəngə  bəzədilmişdir.    Zürafədən 



 

fərqli  olaraq  okapın  görmə  qabiliyyəti  çox  pisdir.  Bunun 



əvəzinə, yaxşı qoxulama və eşitmə qabiliyyəti ilə seçilir və 

bu  da  ona  yırtıcılardan  qorunmaq  imkanını  verir.  Okap 

Mərkəzi  Afrikanın  qaranlıq,  tropik  meşəsində  yaşayır.  O, 

tənha  yaşamağı  sevir  və  müvafiq  olaraq  okapların 

dəstəsinə də heç yerdə rast gəlmək olmaz.  

 

Son söz 

Okap və zürafə bir ailədə birləşirlər və onları zürafələr 

adlandırırlar.  Onlar  isti  Afrikanın  sakinləridirlər  və  başqa 

ölkələrin  iqlimlərinə  çox  çətin  vərdiş  edirlər.    İnsanlarla 

heç  bir  işləri  olmur.  İnsan  öz  tərəfindən  zürafə  ilə  çox 

düşmənçilik edir, onun gözəl dərisini çox  bəyənir, ətini isə 

qida  kimi  istifadə  edir.....  Zürafələrin  sayı  çox  azalmışdır, 

Şimali  Afrikada  onların  nəsli  tam  azalmışdır.  İnsan  belə 

gözəl və zərərsiz heyvanın varlığına mane olmamalıdır.  

 



 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



 

 

Səviyyə



 

XIV 


Mətndə sözlərin sayı 

557 


Leksik vahidlərin sayı 

278 


Cümlədə sözlərin orta sayı 



 



 

Yüklə 36,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə