This product is made possible through the generous support of



Yüklə 38,28 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü38,28 Kb.
#20794



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XV

 



 

 



Giriş 

Bir  qəribə  heyvan  haqqında  danışmaq  istəyirəm.  Bu 

heyvan ona görə qeyri-adidir ki, dəqiqliklə onun real və ya 

nağıl  qəhrəmanı  kimi  uydurulmuş  olduğunu  söyləmək 

olmaz.  Heyvan  deyirəm,  amma  siz  onu  quş  kimi  də 

təsəvvür edə bilərsiniz və səhv etməzsiniz, çünki çox yaxşı 

uçur. Bu  heyvan  və  ya quş o  qədər  yaxşı  üzməyi  və  yerdə 



 

sürünməyi  bacarır  ki,  sürünən  də  təsəvvür  edə  bilərsiniz. 



Çox qəribədir, deyilmi? Çaşmayın, onun haqqında hər şeyi 

ardıcıllıqla  danışacağıq  və  sonda  siz  özünüz  qərara 

alacaqsınız ki, heyvanlara aiddir, quşlara və ya sürünənlərə. 

 

Əjdahanın xarici görünüşü 

Bu  qeyri-adi  varlığın  adı  əjdahadır.  Onu  həqiqətdə  heç 

kim  görməmişdir,  amma  onun  varlığı  haqqında  əfsanələr 

və əsatirlər çox xəbər verirlər. Əjdaha nəhəng heyvandır və 

hər növ başqa heyvanlardan 

fərqlənir. 

Onun 

bədən 


hissələri  müxtəlif  heyvan 

bədənlərinin 

hissələridir. 

Məsələn,  əjdahanın  başı 

dəvə  başını,  qulaqları  – 

inəyi,  buynuzları  –  maralı, 

belindən  aşağı,  arxa  hissəsi  çanağı  xatırladır.  Əjdahanın 

bədənində  balığın  üzgəcləri  var,  qanadları  qartalındır, 

pəncələri – şirin, gözləri isə - şeytanındır... 



 

Bax,  əjdahanın  belə  bir  qəribə  bədən  quruluşu  var. 



Məhz  bunun  üçün  uça,  üzə,  yerdə  sürünə  və  ən  əsası, 

ağzından od üfürə bilir. 

Bəzi  əsatirlər    təkbaşlı  əjdaha  haqqında  danışırlar:  bu 

əsatirlərdə əjdaha  yuxarıda təsvir etdiyimiz kimidir, amma 

bəzi  əjdahalar  çoxbaşlıdır.  Qədim  şəkillərdə  dördayaqlı 

əjdaha şəkli çəkilmişdir, bəzilərində - ikiayaqlı. 

Hər  bir  ölkədə  əjdahalar  müxtəlif  şəkildə  təsvir 

olunurdular    və  bunun  üçün  də  onların  zahiri  görünüşləri 

hər yerdə fərqlidir.   

 



 

Əjdaha nə ilə güclüdür? 

Artıq  dediyimiz  kimi,  əjdaha  sürünməyi  də  bacarır, 

üzməyi  də,  uçmağı  da,  amma  başqa  digər  heyvanlardan 

fərqli  olaraq  od  püskürməyi  bacarır.  Odu  ağzından  üfürür. 

Sən  demə  əjdahanın  udlaq  borusu  çox  uzun  imiş  və  od 

buraxdığı zaman  genişlənirmiş. Bu ona  imkan  verirmiş ki, 

güclü  od  püskürsün  və  hər  şeyi  yandırsın.  Odla  əjdaha 

özünü  müdafiə  edir  və  düşmənini  məğlub  edir.  Özünə  isə 

od heç nə etmir. 



 


 

Əjdaha nağıllarda və əsatirlərdə   

Əjdaha  nağıllarda  və  əsatirlərdə  məğlubedilməz,  var-

güclü  bir  varlıq  kimi  verilir.  Ondan  hamı  qorxur.  

Nağıllarda əjdaha çox zalım olur və hər şeyi  məhv edir və 

yandırır, insanları da yeyir. Əjdaha əsasən böyük xəzinənin 

sahibi  olur.  O,  xəzinəni  insanlardan  alır  və  mənimsəyir. 

Sonra  isə  bu  xəzinəyə  başqaları  yaxın  da  gedə  bilmirlər 

onun  qorxusundan.  Əjdahanı  məğlub  etmək  üçün 



 

nağıllarda  və  əsatirlərdə  hər  zaman  adi  insan  ortaya  çıxır. 



O, nağılın qəhrəmanı olur, çünki əjdahanı məğlub edir. Adi 

bir  insan  belə  bir  güclü  heyvanla  necə  mübarizə  apara 

bilər?  Düşünürəm  ki,  üsulu  və  ağlı  ilə  ona  üstün  gəlir  və 

sonda  onu  öldürür  də.  Əjdahanın  xəzinəsi  nağılın  sonunda 

insanlara çatır.  

 

Əjdaha və din 

Əjdaha  islam  və  xristian 

dinlərində  zalım  kimi  göstərilir. 

Eyni 


zamanda 

natəmiz 


bir 

məxluqdur, 

insanlar 

ondan 


qorxurlar.  Dində  əjdahanı  hər 

zaman  allah  tərəfindən  seçilən 

məğlub  edir,  belə  bir  seçilmiş 

insan 


müqəddəs 

adlanır. 

Müqəddəs  əjdahadan  güclüdür,  çünki  ona  ilahi  qüvvə 

yardım  edir.  Bu  müqəddəs  əjdahanı  məğlub  edir  və 

insanları   qorxudan   azad   edir.  Dində əjdahanın xəzinəsi  



 

yoxdur.    O,  insanlara 



həyat,  yaşamaq  üçün 

lazım  olan  bir  şeyə 

sahibdir. 

Məsələn, 

əjdaha  suda  yaşayır  və 

insanlara 

suya 

yaxınlaşmaq 



imkanını 

vermir.  İnsanlar  susuzluqdan  məhv  olur,  onlara  heç  kim 

yardım  edə  bilmir.  Məhz  belə  bir  xilaskar  müqəddəs 

insandır.  O,  əjdahanı  öldürür,  suyu  azad  edib  insanlara 

verir. 

 

Əjdaha və bürclər 

Əjdahaya bürclər arasında da rast gəlinir. Bəzi insanlar 

bürcləri  çox  sevir  və  inanırlar  da.  Bu,  astroloji  işarələrə 

əsasən  ilkin  proqnozdur.  Hər  bir  insanın  öz  bürc  işarəsi 

vardır. İşarələrdən biri də əjdahadır. Məsələn, insan əjdaha 

ilində doğula bilər, siçan ilində və s. 




 

Deyirlər  ki,  əjdahanın 



xarakteri 

əjdaha 


ilində 

doğulan  insanlara  çox  təsir 

göstərir. 

Bürclərə 

əsasən, 

əjdaha  zalım  deyil.  O, 

sadəcə,  çox  güclü  heyvandır, 

hamıdan  üstündür.  Bürclər 

söyləyirlər ki, əjdaha hərarət və sevgi istəyir, pulu da sevir, 

əli  də  açıqdır.  Amma  əjdaha  çox  hövsələsizdir  və 

qəzəblənərsə,  hər  şeyi  məhv  edir.  Bunun  üçün  də  onu 

qəzəbləndirmək olmaz. 



 

Son söz 

Gördüyümüz kimi, əjdaha  müxtəlif  nağıl  və əsatirlərdə 

fərqldir,  bürclər  onun  haqqında  daha  yaxşı  əhvalatlar 

danışırlar,  nəinki  əsatirlər.  Həqiqətdə  isə  onun  necə 

olduğunu  heç  kim  bilmir.  Əsas  odur  ki,  əjdahanı  hər  bir 

ölkədə  tanıyırlar,  bir  çox  kitablarda  və  şəkillərdə  ona 

təsadüf edilir. Bu onu bildirir ki, o, çox maraqlı varlıqdır. 



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 38,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə