This product is made possible through the generous support of



Yüklə 36,9 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü36,9 Kb.
#18734



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XV

 



 

 



Köpək balıqları 

Köpək  balığı  balıqlar  fəsiləsindəndir.  Köpək  balıqları 

dənizlərdə  və  okeanlarda  yaşayırlar.  Amma  okeanda  daha 

çox köpəkbalığı yaşayır, nəinki dənizdə. Alimlər düşünürlər 

ki,  köpəkbalığının  təxminən  500-ə  qədər  növü  məlumdur. 

Əslində  köpəkbalığının  neçə  növünün  olduğunu  bilmirik. 

Alimlər  köpəkbalıqlarını  3  tipə  ayırırlar:  həqiqi,  qədim  və 

buynuzlu köpəkbalıqları. 




 

Köpəkbalığı  çox  qəribə  balıqdır.  Bəziləri  böyük  olur, 



bəziləri  çox  balaca.  Bəzisinin  uzunluğu  47  santimetr  olur. 

Bəziləri  isə  bir  neçə    metr  olurlar.  20  metrə  çatan 

köpəkbalıqları  da  var.  Köpəkbalıqlarının  bir  hissəsi 

məməlidir.  Bu  da  onu  bildirir  ki,  ana  köpəkbalığı  balasını 

dünyaya gətirir və ona süd verir. Hərçənd köpəkbalıqlarının 

əksəriyyəti  digər  balıqlar  kimi  artırlar.  Köpəkbalıqlarının 

ümumi  xüsusiyyətləri  var.  Onlar  daim  dişlərini  dəyişirlər. 

Bir  köpəkbalığı    ömrü  boyunca  30 000  diş  dəyişə  bilər.  Bu 

ona 



 

görə  baş  verir  ki,  köpəkbalıqlarının  dişləri  bir  neçə  sırada 



böyüyürlər.  Əgər  köpəkbalığının  ön  dişləri  qırılarsa,  arxa 

dişləri  ön  dişlərinin  yerini  tutur.  Arxa  dişin  yerinə  isə  yeni 

dişlər çıxır. 

 

 



 

 

 



 

 

 



 

Köpəkbalıqları çox təhlükəli  və aqressiv olurlar.  Amma 

alimlər  köpəkbalıqları  haqqında  başqa  cür  düşünürlər. 

Alimlərdən  bəziləri  fikirləşir  ki,  köpəkbalığı  filmlərdə 

göstərildiyi  kimi    də  təhlükəli  balıq  deyil.  Alimlər  onu  da 

düşünürlər  ki,  köpəkbalıqları  çox  ağıllı  və  hər  şeylə 

maraqlanan  balıqdırlar.  Onlar  sən  demə,  hər  şeylə 

maraqlanırlar.  Bunun  üçün  də  onlar  hər  şeyə  toxunmaq 




 

istəyirlər.  Onlar  yalnız  dişləri  ilə  toxuna  bilirlər.  Bunun 



üçün  də  köpəkbalıqları  hər  şey  yeyirlər.  Köpəkbalıqları  iki 

və ya üç ay aclığa dözə bilirlər. Bu müddətdən sonra isə çox 

acırlar və buna görə də təhlükəli və aqressiv olurlar. 

 

 



Mako köpəkbalığı 

Köpəkbalıqların  növlərindən  biri  mako  adlanır.  Onun 

uzunluğu 3  metrdən artıqdır, çəkisi  isə 60-135 kq ola bilər. 

Amma  balıqçılar  500  kq-dan  artıq  çəkili  mako  da 

tutmuşdular.  O,  saatda  50  km  sürətilə  üzürdü. 

Köpəkbalıqlarından biri  mako 37 gündə 2120 km üzmüşdü. 




 

Köpəkbalığı  makonun  əti  çox  dadlıdır  və  ondan  hazırlanan 



xörəklər çox baha olurlar. 

 

 



Ağ köpəkbalığı 

Köpəkbalığının  ikinci  məşhur  növü  ağ  köpəkbalığı 

adlanır. O, köpəkbalığının  ən məşhur növlərindən biridir və 

çox    aqressiv  olur.  Ağ  köpəkbalığı    bütün  okeanlarda 

yaşayır,  təkcə  Şimal  Buzlu  okeanından  başqa.  Onun 

uzunluğu 600-dən 1000 kiloqrama qədərdir. Ağ köpəkbalığı 

digər  köpəkbalıqları  kimi,  əsasən,  dəniz  heyvanları  və 

balıqlarla  qidalanır.  Bir  ağ  köpəkbalığı  Aralıq  dənizində 

bütöv  qayığı  yemişdir.  Ağ  köpəkbalıqları  haqqında  filmlər 

də çəkilmişdir. 




 

 



Qaradəniz köpəkbalığı   

Bilirsinizmi  ki,  Qara  dənizdə  də  köpəkbalıqları 

yaşayırlar? Hərçənd köpəkbalıqların bu növü təhlükəli deyil. 

Onun dişləri elə də iti deyil. Bu köpəkbalığı ölçüsü ilə də iri 

deyil  və  tikanlı  köpəkbalığı  adlanır.  Ən  böyük  tikanlı 

köpəkbalığı 15 kq-dır. Onun uzunluğu 1-1,6 metrdir. Tikanlı 

köpəkbalığının  tünd  göy  rəngdə  kürəyi  və  ağ  qarnı  var. 

Yalnız bir neçə balıq növləri ilə qidalanır. 

 



 

Bu  köpəkbalığı  dənizdən  nadir  hallarda  çıxır.  Onu 



dənizin 

dibində, 

əsasən,  gecə  saatlarında  görmək 

mümkündür.  Burda  onun  yemi  olan  bir  neçə  sevimli  balıq 

növü vardır. Tikanlı köpəkbalığı bu balıqların ardınca gedir. 

Amma  tikanlı  köpəkbalığı  elə  də  zərərsiz  deyil.  Onun 

kürəyində  bir  böyük  və  zəhərli  tikan  gizlənmişdir.  Bunun 

üçün  balıqçılar  ehtiyatlı  olmalıdırlar.  Zəhərli  tikan 

sancdıqda insan ölür. Tikanlı köpəkbalığını böyük ehtiyatla 

tuturlar. 



 

Meqalodon 

1,5  milyon  il  öncə  suda  nəhəng  yırtıcı  köpəkbalığı 

yaşayırdı,  onu  alimlər  Meqalodon  adlandırmışdılar. 

Meqalodon haqqında bir çox filmlər çəkilmişdir. Bu balıq o 

qədər  böyükdür  ki,  insanı  heyrətləndirir.  Bunun  üçün  də 

insanlarda onun mövcudluğu haqqında şübhə yaranır. Lakin 

alimlər onun dişlərini tapmışlar. Meqalodon bütün dünyada 

ən təhlükəli yırtıcı hesab olunurdu.  

Meqalodon  adı  ona  nəhəng  dişlərinə  görə  verilmişdir. 

“Meqa”  –  böyük,  “odon”  isə  diş  mənasını  bildirir.  Onun 




 

dişinin  uzunluğu  18  sm-ə  çatırdı.  İri  ağ  köpəkbalığının 



dişinin uzunluğu ilə müqayisə etsək,  o zaman meqalodonun 

dişi  onun  dişindən  2  dəfə  artıqdır.    Ağ  köpəkbalığının 

dişinin  uzunluğu  8  sm-ə  çatır.  Dişlərinin  ölçüsünə  əsasən, 

meqalodonun uzunluğu 12-dən 30 metrə qədər olmalı idi.  

 

 

Göy  balina  meqalodondan  böyükdür,  amma  meqalodon 



onu parça-parça edib yeyirdi. O, əsasən, balinaları yeyirdi. 

Hal-hazırda  bu  yırtıcı  balıq  yoxdur.  Belə  bir  güclü 

varlığın  həyatına  nə  mane  olmuşdur?  Alimlərin  bu  suala 

dəqiq  cavabları  yoxdur.  Alimlər  düşünürlər  ki,  buna  səbəb 

dünyada  baş  verən  böyük  buz  dövrü  olmuşdur,  hansına 

meqalodon dayana bilməmişdir. 

 



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə