31. Masaj qaydalarına uyğun gəlməyən nədir?
A) Masaj otağının havası quru olmalıdır
B) Masaj otağı işıqlı olmalıdır
C) Masaj otağında 1 çarpayı
üçün 8m
2
sahə ayrılmalıdır
D) Masaj otağının hərarəti +35° + 37° olmalıdır
E) Masaj otağı ventilyasiyalı olmalıdır
Masaj hərarəti 20 dərəcədən az olmayan, işıqlı, yaxşı ventilyasiyası olan otaqda
aparılmalıdır. +35° + 37° temperaturlarda masaj etmək masaj qaydalarına uyğun
deyil.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.278 “Maarif” Bakı 2008
32. Masaj zamanı dərini qıcıqlandırmamaq üçün aşağıdakılardan hansını
istifadə etmək olmaz?
A) Talk tozu
B) Su
C) Bitki yağı
D) Vazelin
10
E) Uşaq pudrası
Uzun müddətli masaj zamanı dərinin qıcıqlanmaması üçün talk, bitki yağı, vazelin və
uşaq tozu(pudrası) istifadə edilir. Su massaj zamanı sürtünməni azaltdığı üçün
istifadə edilmir.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” bakı 2008
33. Yetkin şəxslərdə temperatur hansı dərəcəyə qalxdıqda xəstənin huşu
pozula bilər (C
0
)?
A) 40,5 - 41,0
B) 37,0 - 38,0
C) 38,0 – 38,5
D) 38,3 – 38.5
E ) 36.6-37.0
Temperatur 40,0 C
0
–ni
keçdikdə orqanizmdə zülalların parçalanması baş verir. Bu
zaman zülalların parçalanma məhsulları qanla baş beynə gedir və huşun
dəyişməsinə, bəzən itməsinə, hətta sayıqlamalara, qarabasmalara(hallüsinasiyalara)
səbəb olur. Ədəbiyyat:
Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif”
1974
Dostları ilə paylaş: |