http://www.amu.edu.az
15 aprel 2015-ci il
2
u
Mayın 9-da Böyük Vətən
müharibəsində faşizm üzərində
qələbənin 70-ci ildönümüdür. Bu
qələbənin qazanılmasında xüsusi
rolu olan Azərbaycanda da həmin
tarix dövlət səviyyəsində qeyd olu-
nacaq. Belə ki, Azərbaycan Res-
publikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı
ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik
yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər
Planı” təsdiq edilib.
Həmin sənəd çərçivəsində bu gün Azərbaycan Tibb Universitetində “1941-
1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan tibb
işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans baş tutub. Konfransda
ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də
tibb işçilərinin rolundan söz açılıb. İkinci dünya müharibəsi illəri bəşəriyyətin
XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilib. Qeyd olunub ki,
Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları
açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Tədbirdə
xüsusi vurğulanıb ki, Böyük Vətən müharibəsi zamanı Azərbaycanın bütün
maddi və mənəvi sərvətləri, canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edi-
lib. Həmin illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək
səfərbər edilərək cəbhəyə göndərilib. Onlar da sabiq SSRİ məkanında ya-
şayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda
iştirak ediblər.
Universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev çıxış
edərək II Dünya Müharibəsini XX əsrin ən fəlakətli müharibəsi adlandıra-
raq dünyanın 4/5-nü ağuşuna aldığını, 61 ölkəni əhatə etdiyini, nəticədə 67
milyon insanın həyatını itirdiyini xatırladıb. Həlak olanlardan 27 milyonunun
əsir düşərgələrində, 20 milyonunun isə dinc əhali olduğunu bildirən prorek-
tor faşizm üzərində qələbədə xalqımızın yaxından iştirakını və Bakı neftinin
müstəsna rolunu da vurğulayıb. Müharibə zamanı motorlu texnikanın 85-90
faizinin Bakı nefti ilə təmin olunduğunu, göstərdikləri qəhrəmanlıq və rəşadətə
görə 121 azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı verildiyini bildirib. Fa-
şizm üzərində qələbədə yaxından iştirak edən xalqımızın torpaqlarımızın
müdafiəsi üçün hazırda ermənilərlə üz-üzə dayandığına da diqqət çəkib.
Digər natiqlər də çıxışları zamanı müharibənin törətdiyi dağıntılardan,
fəlakətlərdən, itkilərdən danışıblar.
III cərrahi xəstəliklər kafedrasının müdiri, ə.e.x., professor Məmməd Nəsirov
“1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan
cərrahlarının rolu” mövzusunda çıxış edərək azərbaycanlı cərrahların
əvəzsiz xidmətlərindən, arxa cəbhə kimi Azərbaycanda yaradılan hospitallar,
xəstələrin necə qəbulu və müalicəsindən söhbət açıb.
İctimai fənlər kafedrasının dosenti Elbrus Sadıqov “1941-1945-ci illərdə
Azərbaycan xalqının sosial potensialı cəbhənin xidmətində “ mövzusinda çı-
xış edərək xalqımızın qələbədə yaxından iştirakı ilə bağlı geniş məlumat verib.
İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının baş müəllimi Fuad
Məmmədov da “Azərbaycan tibb işçiləri 1941-1945-ci illər müharibəsində”
mövzusunda etdiyi çıxışında həkimlərimizin fədakarlığını xüsusi qabardıb.
Uşaq və yeniyetmələr, əmək gigiyenası kafedrasının dosenti Rəhim Oru-
cov müharibə dövründə arxa cəbhədə şahidi olduğu ağır vəziyyətdən, qələbə
naminə hər kəsin hansı əzab-əziyyətlərə qatlaşaraq ön cəbhəyə ərzaq və
geyim göndərmələrindən söhbət açıb.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə təsdiqlənən Tədbirlər Planına
əsasən, ölkəmizin təhsil müəssisələrində müvafiq tədbirlərin keçirilməsi
nəzərdə tutulub. Onlar arasında müharibəyə həsr edilmiş əsərlərin, kitabların
sərgisinin təşkili, savaş iştirakçıları ilə görüşlərin keçirilməsi planlaşdırlır.
O cümlədən, 1941-1945-ci illər müharibəsinə həsr olunmuş vahid dərsin
(günün) keçirilməsi, müharibə veteranları və tələbələr arasında görüşlərin
keçirilməsi, gənclərin xatirə komplekslərinə ziyarətinin təşkili nəzərdə tutulur.
Eyni zamanda, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi MDB-yə üzv
ölkələrin Başçılarının Şurasının tapşırığı ilə qələbənin 70-ci ildönümünün qeyd
olunması məqsədi ilə hazırlıq işləri həyata keçirir. Bu tədbirlər çərçivəsində
azərbaycanlı təhsil işçiləri Moskvada təşkil olunacaq beynəlxalq məktəbin
işində iştirak edəcəklər.
QABİL
uAprelin 10-da Azərbaycan Tibb Universitetində
“Dayaq-hərəkət sistemi xəstəliklərinin cərrahi
və bərpa yolu ilə müasir müalicəsi” mövzusunda
beynəlxalq elmi konfrans işə başlayıb.
Konfransın açılış mərasimin də Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman
Əmiraslanov çıxış edərək konfransın mövzu-
su və əhəmiyyəti haqqında tədbir iştirakçılarına
məlumat verib: “Bəllidir ki, istər cərrahi xəstəliklər
olsun, istər digər xəstəliklərin müalicəsində daha
uğurlu nəticə əldə etmək üçün sonrakı mərhələdə
aparılan bərpa müalicəsinin böyük önəmi var”.
Rektor
ölkəmizdə
reabilitasiya,
yəni
bərpa müalicəsi sahəsində yüksək ixtisaslı
mütəxəssislərə xüsusi ehtiyac olduğunu qeyd et-
mişdir. Ə.Əmiraslanovun sözlərinə görə, məhz
bu baxımdan bərpa müalicəsi sahəsində təcrübə
mübadiləsinə böyük ehtiyac var. Həmin istiqamətdə
artıq Azərbaycan Tibb Universiteti Türkiyənin “Ro-
matem” şirkəti ilə qarşılıqlı əməkdaşlığa başlayıb:
“Bu qurumun rəhbəri Köksal bəy Holoğlu yalnız
Türkiyədə deyil, ümumiyyətlə dünyada tanınmış bir
insan, mütəxəssisdir. Onun başçılıq etdiyi onlarla
klinika var. Odur ki, onların köməyindən istifadə
edərək mütəxəssislərimizin fikir mübadiləsi apar-
masına imkan yaratmaq məqsədilə belə bir
konfransın keçirilməsinə qərar verdik”.
Konfransda türkiyəli mütəxəssis, ROMATEM
Fizioterapiya və Reabilitasiya Xəstəxanasının
İdarə Heyətinin müdiri, Uz.Dr.Köksal Holoğ-
lu “Fizioterapiya və reabilitasiya sahəsində
gündəlik problemlər” mövzusunda çıxış edib. O,
belə bir görüşün təşkili üçün ATU-nun rektoru
Əhliman Əmiraslanova və digər həmkarlarına
təşəkkürünü bildirdi.
Daha sonra professor Sabir Etibarlının sədrliyi
ilə sessiyalar işə başlayıb. Tədbirdə Prof.Dr.
Azadlıq Yılmaz “Onurğa problemləri və müasir
müalicə üsulları: Onurğa xəstəlikləri, ortopedi-
ya və protez tətbiqləri və skaliozun konserva-
tiv müalicəsi haqqında məlumatla çıxış edib. Dr.
Cəmil İsgəndərov isə “Boyun fəqərəarası disk yır-
tıqlarının cərrahi və konservativ müalicəsi” mövzu-
sunda müasir tendensiyalardan söz açıblar.
Konfransın
fasilədən
sonrakı
hissəsində
azərbaycanlı və türkiyəli professorlar “Beyin və
ömürlük zədələrdə müasir reabilitasiya prinsipləri”,
“Artroplastik cərrahi və reabilitasiya müalicəsi”,
“Ortopedik reabilitasiya prinsipləri”, “Miofassial
diskfunksiyalarda “ TYOFLEX”-in rolu” kimi möv-
zulardan məruzələr səsləndiriblər. Tədbir iştirakçı-
ların suallarının ekspertlər tərəfindən cavablandı-
rılması ilə yekunlaşıb.
Tibb Universitetində beynəlxalq
elmi konfrans keçirilib
Əhliman Əmirasanov: “Bərpa müalicəsi yetərincə vacib sahədir”
A
lmaniyanın Şarite Universitet Kli-
nikasının Sümük-əzələ Cərrahlığı
Mərkəzinin direktoru, professor
Karsten Perka Azərbaycan Tibb Universi-
tetinin qonağı olub.
Universitetin Tədris Cərrahiyyə Klinikasında
baş tutan görüş zamanı rektor, akademik Əhliman
Əmiraslanov qeyd etdi ki, professor Perka, Al-
maniyanın Ortopediya və Travmatologiya sahəsi
üzrə tanınmış mütəxəssisidir: “Professor Perka-
nın ortopediyada əsas maraq sahəsi böyüklərdə
bərpaedici əməliyyatlar, xüsusilə bud və diz oy-
naqları üzərində aparılan rekonstruktiv prose-
durlardır. O, Azərbaycanla sıx əlaqədə çalışan bir
mütəxəssisdir. Professor bir sıra xəstələr üzərində
mürəkkəb cərrahiyyə əməliyyatlarını uğurla
həyata keçirib”.
Əhliman Əmiraslanov ATU-nun Berlinin Şarite
Klinikası ilə əməkdaşlıq etdiyini, birgə layihələr
haqqında sazişlərin olduğunu vurğuladı: “Bizim
Şarite Klinikası ilə bir çox sahədə əməkdaşlıq
haqqında müqaviləmiz var, vaxtaşırı olaraq həmin
klinikaya öz mütəxəssislərimizi göndəririk. Artıq
klinikanın ortopediya və travmatologiya bölməsi
ilə də belə bir əlaqələr qurmaq üçün imkan ya-
ranıb. Bu gün belə qərara gəlmişik ki, ATU-nun
gənc mütəxəssislərini, xüsusilə də rezidentləri
3-6 ay müddətinə Şarite Klinikasında praktikaya
göndərək”.
Sonra Əhliman Əmiraslanov ATU-nun Elmi
Şurasının qərarına əsasən professor Karsten Per-
kanın “Tibb Universitetinin fəxri qonağı” yüksək
adına layiq görüldüyünü elan etdi. Rektor qona-
ğa “Fəxri qonaq”diplomunu və xatirə hədiyyəsini
təqdim etdi.
Görüş zamanı professor Karsten Perka ATU
haqqında öz təəssüratlarını bölüşüb. O, Tibb Uni-
versitetinin nəzdindəki Klinikaların işi ilə tanış
olduğunu, bu müəssisələrin yüksək səviyyəli tibbi
xidmət göstərdiyini bildirib.
Daha sonra professor K.Perka sümük-əzələ
cərrahlığı haqqında məruzəsi ilə çıxış edib. O, bud
və diz oynaqlarının total artroplastikasına həsr
olunmuş elmi araşdırmalarının nəticələrindən
danışıb. Professor öz araşdırmalarında istifadə
olunan yeni cərrahi texnikalar, prosedur və ya-
naşmaların klinik praktikada tətbiqindən də söz
açıb. Sonda professor görüş iştirakçılarının və
rezidentlərin suallarını cavablandırıb.
Qeyd edək ki, professor Karsten Perka Berlində
yerləşən Şarite Universitet Klinikasının Sümük-
əzələ Cərrahlığı Mərkəzinin direktoru və həmin
mərkəzin Ortopediya kafedrasının müdiridir. O,
həmçinin Şimali Almaniya Ortopedik Assosia-
siyasının Baş Katibi və Almaniya Artroplasti-
ka Cəmiyyətinin növbəti müddət üçün seçilmiş
Prezidentidir.
Alman professor Karsten Perka “ATU-nun fəxri qonağı” oldu
Faşizm üzərində qələbədə
Azərbaycan tibb işçilərinin rolu
ATU-nun mətbuat xidməti