Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 283,37 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix14.12.2017
ölçüsü283,37 Kb.
#15635
1   2   3   4   5   6

http://www.amu.edu.az

15 aprel  2015-ci il

4

İlk söhbətimiz kafedraya rəhbərlik 



edəndən sonra görülən işlərdən və 

yeniliklərdən oldu:



Əsasən  bir  neçə  istiqamətdə 



fəaliyyətimizi  genişləndirir  və  inki-

şaf  etdiririk.    Praktik  işimizdə  əsas 

istiqamətlərimizdən  biri  laparoskopik 

cərrahiyyənin  inkişaf  etdirilməsidir. 

Mən 

2000-ci 

ildə 

Türkiyədən 

Azərbaycana  dönən  ərəfədə  yalnız 

bir  klinikada  –  Xəzər  Dəniz  Hövzə 

Xəstəxanasında    laparoskapiya  vardı. 

Sonra 2  klinikada  təşkil etdik.   Hazır-

da  ölkəmizdə  cərrahiyyəni  laparosko-

piyasız  təsəvvür  etmək  mümkün  deyil. 

Xəstəxanaların əksəriyyətində laparos-

kopiyadan istifadə olunur. Bu sahə xeyli 

inkişaf edib.  

Ikinci  istiqamətimiz  qaraciyər  və 

böyrək  transplantasiyası  məsələsidir. 

Doğrudur, Mərkəzi Klinik Xəstəxanada 

transplantasiya  məsələsini  həyata 

keçirə  bilmədik.  Amma  Gömrük  Hos-

pitalında  buna  nail  ola  bildik.  Çalı-

şırıq  ki,    Cərrahiyyə  Klinikasında  da 

bunu  həyata  keçirək.  Bu,  mütləq  ola-

caq  və  buna  görə    akademik  Əhliman 

Əmiraslanovun,  klinika  rəhbərliyinin 

dəstəyi ilə ciddi hazırlıq işləri gedir. 

Üçüncü  istiqamət  isə  proktologi-

ya  sahəsidir.  Bilirsiniz  ki,  kafedranın 

əvvəlki  müdiri  rəhmətlik  professor 

Həsən  Sultanov  respublikamızda  və 

kənarda  da  proktologiya  sahəsi  üzrə 

tanınmış  alimlərimizdən  olub.  Onun 

hazırda  çox gözəl məktəbi və kafedra-

mızda davamçıları var ki, onlar bu gün 

failiyyətlərini    davam  etdirirlər.  Bu 

sahənin də inkişaf etdirilməsi üçün  yeni 

müalicə,  cərrahi  əməliyyat,  müayinə 

üsulları  tətbiq  edirik.  Həm  də  lako-

roskopikin  proktologiyaya  tətbiqi  ilə 

əlaqədar irəliləyiş var. Bu sahənin inki-

şafı üçün xarici mütəxəssislərin imkan-

larından da istifadə olunur. Almaniya-

da böyük bir klinikanın baş həkimi Dr. 

Nevzat  Doğanın  və  adını  çəkmədiyim 

digər mütəxəssislərin təcrübəsindən ya-

rarlanmağımız  bu  sahənin  inkişafına 

ciddi  təkan  verir.  Məqsədimiz  prokto-

logiya sahəsini inkişaf etdirərək dünya 

standartları səviyyəsinə çatdırmaqdır. 

Dördüncü  istiqamətimiz    piylən məsi 

olan xəstələrin müalicəsi ilə əlaqədardır. 

Bu  sahədə  müəyyən  işlərə  başlanıb  və 

bir çox əməliy yatlar edilibdir. Bu sahəni 

həm  elmi,  həm  də  praktiki  nöqteyi 

nəzərdən inkişaf etdirmək istəyirik. 

Beşinci  sahə  endokrin  cərrahiy-

yəsidir.  Bu  sahə  üzrə  də  kafedramızda 

mütəxəssislər var və onlar  bu sahə ilə 

uzun müddətdir tanış olurlar. 

6-cı sahə qaraciyər yağlanması və sir-

rozudur.  Bu sahələrdə işlər rahat gedir, 

problemimiz azdır,  inkişaf nəzərə çar-

pır. 

Adını  çəkdiyim  sahələrin  inkişaf 

etdirilməsi  hörmətli  rektorumuzun 

nəzarəti altında uğurla həyata keçirilir. 

-  Tədrisdə  yeniliklər,  dərslərin  mənim-

sənilməsi, praktik vərdişlərə yiyələnmənin 

səviyyəsi  ilə  bağlı  fikirlərinizi  də  bilmək 

istərdik.

- Son üç il müddətində bu sahədə xeyli 

iş  görülübdür.  Ilk  növbədə  IV-Vl  kurs-

ların  tədris  proqramı  və  konsepsiyası 

dəyişdirildi.    Bu  addımı  atmağımıza  

səbəb  bir  tərəfdən  Boloniya  sisteminə 

keçməyimizlə  əlaqədar  idisə,  digər 

tərəfdən  proqramın  sovet  dövründən 

qalması  idi.  Təbabət  xeyli  inkişaf  et-

mişdi. Ancaq IV-VI kurslarda proqram-

lar  köhnə,  bir-birinin  təkrarı  idi.  Bu 

təkrarçılıq  aradan  qaldırıldı.    Avropa 

və  Şərq ölkələrinin qabaqcıl təcrübələri 

öyrənilərək  universitetimizdə  tətbiq 

olundu.  Proqramın  əsas  konsepsiya-

sı  tələbələrə  bacarıqları  öyrətməkdir. 

Tələbələrə ilk öncə düzgün diaqnoz qoy-

mağı  öyrətməyə  çalışırıq.  Bunun  üçün 

şəraitimiz də var. Tələbələrin bir qismi 

auditoriyada  öyrənir,  bir  qismi  isə  ba-

carıq  laboratoriyasının  imkanlarından 

istifadə edirlər. 

Rezidentlərimizə də nəzəri və praktiki 

vərdişləri öyrədirik. Kafedramızda vax-

taşırı seminarlar  və kurslar təşkil olı-

unur. Elə bu günlərdə Dr.Nevzat Doğan 

və Dr. Rüfət Məhərrəmovun iştirakı və  

Cərrahi  Klinika  rəhbərliyinin  dəstəyi 

ilə “Təməl cərrahi bacarıqlar” kursunu 

təşkil etdik. 10 rezidentimiz   təməl və 

lakoroskopik  cərrahiyyə  kursu  keçərək 

bacarıqları  öyrəndilər.  Cərrahi  baca-

rıqları bilməyənlərin əməliyyat otağına 

girməyə  icazələri  olmadığı  üçün  onlar 

imtahan verərək sertifikat aldılar. Bun-

dan  sonra  rezidentlərimiz  əməliyyat 

otaqlarına  girə  biləcəklər.  Doğrudur, 

tədrisimizin  səviyyəsi  inkişaf  etmiş 

ölkələrin  səviyyəsi  ilə  eyni  olmasa  da, 

bu istiqamətdə imkan daxilində addım-

larımızı atırıq.  

- Bəs metodik göstəriş, əyani vəsait lərlə 

bağlı nə deyərdiniz?

- Köhnə metodik göstərişlər bizi qane 

etmir.  Yeni  metodik  göstərişlər    hazır-

lanıb və hazırlanmaqda da davam edir. 

Kafedramızda  xüsusi  bir  qrup  müasir 

metodik göstərişlərin, qaydalar və pro-

tokolların  hazırlanması  ilə  məşğuldur. 

Görülən işlər qrup tərəfindən vaxtaşırı 

müzakirə olunur.

Universitetimizə Hollandiyadan dəvət  

olunmuş  Krauz  adlı  bir  professor  var 

idi.  O  da  bu  sahədə  bizə  xeyli  kömək 

etdi. Bizə il ərzində müasir protokolla-

rın seminarını verdi. Indi o protokolla-

rın  Azərbaycan  variantını  hazırlayırıq 

və  yaxın  vaxtlarda  təqdim  edəcəyik. 

Istiqamətlərimizdən biri də elə budur. 

-  AMEA–nın  müxbir  üzvü  seçilmisiniz. 

Bəzən elə olur ki,  müxbir üzv seçiləndən 

sonra  alimləimizin  elmi  işlərini  davam 

etdirməsində bir səngimə olur. Sizdə necə, 

elmi araşdırmalarınız davam edirmi?

- Təbii ki, kafedramızın qaraciyər üzrə 

elmi-tədqiqat  və  elmi-praktik  sahəsi 

üzrə işləri davam edir.  AMEA-nın müx-

bir üzvü seçilməyim bu məsuliyyəti iki-

qat  atrırıb.  Dünyada    kök  hüceyrələri 

üzrə tədiqat işləri aparılır və sürətli in-

kişaf gedir. Biz də bu sahədən kənarda 

qalmaq istəmirik. Bir neçə ay əvvəl Bakı 

Beynəlxalq  Forumunda  və  AMEA-da 

rektorumuz  Akademik  Ə.Əmiraslanov  

tərəfindən 

Respublikamızda 

kök 

hüceyrələri  üzrə  elmi  tədqiqat  işləri 

aparmaq  üçün  məsələ  qaldırdı  və  bu 

sahədə hazırlıq işləri davam etməkdədir. 

-  Siz  eyni  zamanda  “Türkdilli  xalqların 

qastreontoloji terminlər lüğəti” kitabının da 

həmmüəllifisiniz. Necə oldu ki, siz belə bir 

kitaba həmmüəllif olmaq fikrinə düşdünüz?

-  O  kitabın  ideya  müəllifi    və  redak-

toru  özüm  olmuşam.  Türkdilli  xalqla-

rın  tibb  sahəsi  üzrə  mütəxəssislərinin 

əməkdaşlıq  zamanı  terminlərlə  bağlı 

çətinliklə  üzləşdiyinin  şahidi  oldum. 

Bundan dolayı belə bir kitabın  zəruriliyi 

ideyası fikrimdən keçdi.  Bu  ideya 1997-

ci  ildə  gerçəkləşdi.  Bu  kitab  türk  xalq-

larının  tibbi  terminologiyasına  dair 

sanballı  bir  kitabdır.  Hesab  edirəm  ki, 

bu lüğət kitabı ortaq türk dilinin yaran-

masında  az  da  olsa,  töhfəsini  verəcək. 

Bu  sahəni  bir  daha  gündəmə  gətirmək 

fikrimiz var.  

-  Siz  adətən  çətin  və  qeyri-standart 

əməliyyatlar edirsiniz. Elə hallar olubmu ki, 

əməliyyat  olunacağı  təqdirdə  pasiyentinin 

həyatına təhlükə hiss edərək əməliyyatdan 

imtina edəsiniz?

-  Hesab  edirəm  ki,  xəstəsini  müalicə 

edə bilməməsi, xəstəlik qarşısında aciz 

qalmas,  həkim  üçün  ən  ağır  cəzadır. 

Əlbəttə, xəstəni həyata qaytarmaq üçün 

bir  faiz  ümid  olubsa,  əlimdən  gələni 

etmişəm.  Təəssüf  ki,    xəstə  qarşısında 

aciz  qaldığımız  anlar  da  olub.  Onda 

da  həmin  cəzanın  hansı  dərəcədə  ağır-

lığını  cismən  və  ruhən  yaşamış,  necə 

çəkdiyimi özüm bilmişəm. 

Qabil ABDULLAYEV

Nuru Bayramov:  

«Hazırda ölkəmizdə cərrahiyyəni 

laparoskopiyasız təsəvvür etmək 

mümkün deyil»

Ölkədə yeni fəaliyyət göstərən klinikaların qurulmasında danılmaz xidmətləri olub tibb 

elmləri doktoru, professor Nuru Bayramovun.  Bu sıradan Mərkəzi Klinik Xəstəxananın, 

Gömrük Hospitalının və başqalarının adlarını çəkmək olar. Hazırda ATU-nun Cərrahiyyə 

Klinikasında çalışır. Adıçəkilən kilinikanın quruculuq işlərində də əməyini əsirgəmir. 

2012-ci ildən isə Azərbaycan Tibb Universitetinin  I cərrahi xəstəliklər kafedrasının müdi-

ridir.  2014-cü ildən AMEA-nın müxbir üzvü seçilib. AMEA Tibb üzrə Problem Şurasının 

sədri, Ali Atestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Türkiyənin bir sıra nüfuz-

lu xəstəxanalarında təcrübə keçərək, tibbi təhsilini davam etdirib.   1991-ci ildə Moskvada 

“Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tətbiqi” möv-

zusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi, 1999-cu ildə isə “Qaraciyər 

rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası” mövzusun-

da  dissertasiya işini müdafiə edərək tibb elmləri doktoru dərəcəsini alıb. Bir sıra kitabların, 

elmi məqalələrin, dərs və dərs vəsaitlərinin, metodik göstərişlərin müəllifidir. 

Müsahibə

u  Həmin  gün  1948-ci  ildə  Dünya  Səhiyyə 



Təşkilatının yaradıldığı gün - hər il aprelin 7-də 

qeyd  olunur.  Dünya  Sağlamlıq  Gününün  qeyd 

edilməsi  1950-ci  ildən  ənənəyə  çevrilib.  Həmin 

tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-

nin üzvü olub.

 

Dünya  Sağlamlıq  Günü  münasibətilə 

tədbirlər  insanların  sağlamlığın  çox 

böyük 


əhəmiyyət 

daşıdığını 

başa 

düşməsi  üçün  keçirilir.  Dünya  Sağlam-



lıq  Günü  hər  il  dünya  səhiyyəsi  qarşı-

sında  duran  qlobal  problemlərə  həsr 

olunur  və  “Çoxlarının  həyatının  xila-

sı  sənin  qanının  təhlükəsizliyindədir”, 

“Fəallıq  uzunömürlülüyə  aparan  yoldur”, 

“Hamiləlik  həyatda  xüsusi  hadisədir.  Onu 

təhlükəsiz  edək”,  “Sağlamlığımızı  iq-

lim  dəyişmələrindən  qoruyaq”  və  s.  kimi 

müxtəlif devizlər altında keçirilir.

2015-ci  ildə  Dünya  Sağlamlıq  Gü-

nünün  mövzusu  “Qida  məhsullarının 

təhlükəsizliyi”dir.  DST-nin  məlumatına 

görə, hər il təqribən 2 milyon insanın ölümü 

(dəhşətlisi budur ki, əsas etibarilə uşaqla-

rın ölümü) təhlükəli qida məhsulları ilə bağ-

lıdır. Qidanın tərkibində olan patogen bak-

teriyalar, viruslar, parazitlər və ya təhlükəli 

maddələr ishaldan tutmuş xərçəngə qədər 

200-dən  çox  xəstəliyin  səbəbidir.  Qida 

məhsullarının  təhlükəsizliyinə  daim  yeni 

təhlükələr  yaranır.  Kifayət  qədər  yaxşı 

bişirilməyən  heyvan  mənşəli  məhsulları, 

nəcislə  çirklənmiş  meyvə  və  tərəvəzi, 

tərkibində  dəniz  biotoksinləri  olan  mol-

yuskları  təhlükəli  məhsullara  nümunə 

göstərmək  olar.  Odur  ki,  bu  il  “Ferma-

dan  boşqaba  qədər  -  qida  məhsullarını 

təhlükəsiz edək!” devizi ilə keçirilən Dünya 

Sağlamlıq  Günü  müxtəlif  hökumət  sek-

torlarında  işləyənlərin,  fermerlərin,  isteh-

salçıların,  pərakəndə  satış  müəssisələri 

işçilərinin,  tibb  işçilərinin,  habelə  isteh-

lakçıların  diqqətini  qida  məhsullarının 

təhlükəsizliyinin əhəmiyyətinə və hər bir in-

sanın boşqabındakı məhsulların təhlükəsiz 

olduğuna  əminlik  hiss  etməsi  üçün  hər 

kəsin  nə  kimi  rol  oynaya  biləcəyinə  cəlb 

etmək imkanı verir.

Azərbaycan ilə DST arasında əməkdaşlıq 

uğurla  inkişaf  edir  və  bu  da  səhiyyə 

sahəsində  keçirilən  islahatlar  baxımın-

dan  əhəmiyyətlidir.  DST-nin  Avropa  Re-

gional  Komitəsinin  sessiyasının  2011-ci 

ilin  sentyabrında  ölkəmizdə  keçirilməsi 

bunu təsdiq edir. Bundan əlavə, ölkəmizdə 

əhalinin  sağlamlığının  təmin  olunması  və 

səhiyyə sisteminin maddi-texniki bazasının 

möhkəmləndirilməsi  istiqamətində  konkret 

tədbirlər görülür.

Son  10  ildə  səhiyyəyə  ayrılan  büdcə 

vəsaiti  10  dəfədən  çox  artıb.  Bu  müddət 

ərzində  əksəriyyəti  respublikanın  re-

gionlarında  yerləşən  500-dən  çox  tibb 

müəssisəsi  inşa  edilib  və  əsaslı  təmir 

olunub,  bütün  müəssisələr  müasir  tibb 

avadanlığı  və  texnika  ilə  təmin  olunub. 

Azərbaycan Prezidenti İlham Əliyev 2014-

cü ilin iyununda “Ana və uşaqların sağlam-

lığının yaxşılaşdırılmasına dair 2014-2020-

ci  illər  üçün  Dövlət  Proqramı”nın  təsdiq 

edilməsi  haqqında  Sərəncam  imzalayıb. 

Əhalinin  ümumi  dispanserləşdirilməsi 

səhiyyə sistemində məcburi qaydaya çev-

rilir.  Yoluxucu  xəstəliklərə  qarşı  mübarizə 

sahəsində  əhəmiyyətli  nəticələr  əldə  olu-

nub.  Bu  sahə  praktiki  səhiyyənin  prioritet 

istiqaməti kimi daim diqqət mərkəzindədir. 

Ana və uşaq ölümünün səviyyəsi bir neçə 

dəfə azalıb.

7 aprel – Ümumdünya 

Sağlamlıq Günüdür



Yüklə 283,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə