Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 283,37 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix14.12.2017
ölçüsü283,37 Kb.
#15635
1   2   3   4   5   6

15 aprel  2015-ci il

http://www.amu.edu.az

5



Aprelin 4-də Azərbaycan Tibb Uni-



versitetinin Tədris Terapevtik Kli-

nikasında Ürək Mərkəzinin təşəbbüsü ilə 

yaradılan ATUKA- nın (Azərbaycan Tibb 

Universiteti Kardiologiya Akademiyası) ilk 

elmi tədbiri keçirilib. 

  Yenicə  təsis  olunan  Kardiologiya 

Akademiyasının  ilk  toplantısını  açan 

Tədris  Terapevtik  Klinikanın  direktoru, 

ə.e.x,  professor  Surxay  Musayev  bil-

dirdi  ki,  bu  akademiya  klinikada  çalı-

şan  gənc  kardioloqların  təşəbbüsü  ilə 

yaradılıb.  Məqsəd  gələcəkdə    kardio-

logiya    elminin  yaşlı    nümayəndələrini  

və  bu  sahədə  kifayət  qədər  tanınmış 

mütəxəssisləri bura  dəvət etmək, on-

ların  təcrübəsini  müzakirə  etməkdən 

ibarətdir.  Ona görə də bu akademiyanı  

bir elmi müzakirə klubu da adlandırmaq 

olar.  Sözünə davam edən S. Musayev   

son illər Azərbaycanda kardiologiyanın 

inkişafına  böyük  diqqət  yetirildiyini  və 

tibbin bu sahəsinin  ölkəmizdə  sürətlə 

inkişaf etdiyini vurğulayaraq dedi ki,  20 

il bundan qabaq respublikamızda açıq 

ürək  əməliyyatı  və  yaxud  stendləmə 

işi  haqında  təsəvvür  belə  yox  idi.  İndi 

nəinki  paytaxtımızda,  habelə  regi-

onlarımızın  bir  çox  şəhərlərində  bu 

əməliyyatlar  asanlıqla  həyata  keçirilir. 

2013-cü  ilin  dekabrında  klinikamız-

da  Ürək  Damar  Mərkəzi  yaradıldığını 

diqqətə  çatdıran  klinika  direktorunun 

sözlərinə  görə,    mərkəzin        poliklini-

ka  və  stasionar  şöbə sin də  müalicə 

və  müayinə  işləri    yüksək  səviyyədə 

təşkil  olunub.  Ən  qısa  bir  müddətdə 

bu  mərkəzdə    böyük  işlər  görülüb,  nə 

qədər ağır xəstə əməlyyatlar olunaraq 

şəfa tapıb. Çıxışında  hörmətli  rektoru-

muz, akademik Əhliman Əmiraslanovla 

mərkəzin  işini  daha  yüksək  səviyyədə 

qurmaq  üçün  məsləhətləşmələr  apa-

rıldığını  və  müəyyən  avadanlıqların  

yeniləri  ilə  əvəz  olunacağıni  bildirən 

professor    S.Musayev  ilk  addımları-

nı  atan  Kardiologiya    Akademiyasına 

gələcək işlərində uğurlar  dilədi.  

Sonra Ürək Damar Mərkəzinin rəhbəri 

Fərid Əliyev, invaziv kardioloqlar Elnur 

İsayev  və  Fuad Səmədovun 



“Müalicəyə 

rezistent  ürək  çatışmazlığını  birlikdə 

müzakirə  edəkmi?”  adı  altında 

“Müalicəyə rezistent ürək çatışmazlığı 

nədir?”  “Müalicəyə  rezistent  ürək 

çatışmazlığına  necə  yanaşmalıyam?” 

mövzularında çıxış etdilər. 

Kardiologiya  sahəsi  üzrə    aparıcı  

mütəxəssislərin  də  iştirak  etdiyi  top-

lantı  açıq  diskussiya  şəraitində  keçdi. 

Tədbirin sonunda müzakirəyə çıxarılan 

mövzunun  suallarını  düzgün  cavab-

landıranlar  ATUKA-nın    idarə  heyəti 

tərəfindən  xüsusi  hədiyyələrlə  müka-

fatlandırıldılar.



MƏNSUR

Kardiologiya Akademiyasının ilk toplantısı  

 

G



ündən –günə inkişaf 

edən müstəqil  

Azərbaycanın 

beynəlxalq aləmdə nüfuzu 

artdıqca, respublikamızın 

ali təhsil ocaqlarının da 

xarici ölkə universitetləri 

ilə  əlaqələri genişlənir. 

Belə ki, xarici ölkələrin 

mütəxəssisləri  bizim  

universitetlərlə 

əməkdaşlıq etməyə maraq  

göstərirlər.

Aprelin 8- də Türkiyə 

Cümhuriyyətinin Ordu Universiteti-

nin tibb fakültəsinin  tibbi farmakoloji 

kafedrasının professoru Dr.  Celalettin 

Semih Kunak  ATU-nun farmakologi-

ya kafedrasında  müəllim və tələbələr 

qarşısında mühazirə oxumuşdur.

 Toplantını giriş nitqi ilə açan far-

makologiya kafedrasının müdiri, 

professor Musa Qəniyev  bildirdi  ki, 

artıq universitetimiz dünyanın bir 

çox ali təhsil ocaqları ilə yaxından 

əməkdaşlıq edir, müəllim və tələbə 

mübadiləsi həyata keçirir. Tanın mş 

alimlər universitetimzə gəlir,  müxtəlif  

mövzularda mühazirələr oxuyurlar. Bu 

ölkələr arasında Türkiyə universitetləri 

ən önəmli yer tutur. Ulu öndər Heydər 

Əliyevin “ Bir millət- iki dövlət” anla-

mını  xatırladan  M. Qəniyev  türkiyəli 

alimə məlumat verdi ki, “ Mövlanə  

dəyişim” proqramı əsasında ölkələrimiz 

arasında sürətli  yaxınlaşma prosesi 

baş verib. Bütün sahələrdə olduğu 

kimi elm, təhsil sahəsində də səmərəli 

əməkdaşlıq edilmişdir.  O, qeyd et-

mişdir ki,  son illər ATU-nun rektoru,  

akademik  Əhliman  Əmiraslanovun  

gərgin zəhməti və şəxsi nüfuzu  

sayəsində  univrsitetimizin  maddi- tex-

niki bazası gücləndirilib,  beynəlxalq 

əlaqələri genişlənərək  hazırkı yüksək 

səviyyəyə çatdırılıb.  

Hörmətli qonağı  toplantı iştirakçı-

larına təqdim edən M.Qəniyev  dedi 

ki, əslən Kırım türkü olan  Celalettin 

Semih Kunakın  ölkəmizə ilk səfəridir. 

O, Tibbin bu sahəsi üzrə kifayət qədər 

tanınıb. 

Sonra professor  Celalet-

tin Semih Kunak  “Dərmanların 

təkmilləşdirilməsi”, “Dərmanların 

orqanizmdə innoaktivləşmə prosesinə 

məruz qalması”  mövzularında çıxış 

etmişdir. Alimin farmakologiya elmi-

nin müasir perspektvlərinə dair slaydlar 

və video görüntülər vasitəsilə müşayiət 

olunan mühazirəsi mütəxəssislər və 

tələbələr tərəfindən böyük maraqla 

qarşılanmışdır.

 Mühazirələrini  üç gün davam 

etdirən   professor  Celalettin Semih 

Kunak  dinləyicilərin çoxsaylı sualları-

nı da cavablandırmışdır.

M.ABBASOĞLU

Fotolar Cənnətalı Çingizindir

   Türkiyəli alim farmakologiya  kafedrasında  mühazirə  oxudu



Yüklə 283,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə