Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 283,37 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.12.2017
ölçüsü283,37 Kb.
#15635
1   2   3   4   5   6

http://www.amu.edu.az

15 aprel  2015-ci il

6

u  Azərbaycan Tibb Universitetinin (ATU) 



Tədris  Terapevtik  Klinikasında  “Qlobal  psixi 

sağlamlıq  və  inkişaf  xəstəlikləri”  mövzusun-

da  beynəlxalq  simpozium  keçirilib.  Tədbir 

ATU-nun  Psixiatriya  kafedrası  və  Harvard 

Universitetinin  Boston  Uşaq  Xəstəxanasının 

inkişaf  xəstəlikləri  departamenti  ilə  birlikdə 

təşkil  olunub.  Simpoziumda  ABŞ,  Türkiyə, 

Qazaxıstan,  Qırğızıstan  və  digər  ölkələrdən 

mütəxəssislər iştirak ediblər. 

 

Simpoziumun  açılış  mərasimində  çı-

xış  edən  ATU-nun  rektoru,  akademik 

Əhliman  Əmiraslanov  psixi  sağlamlıq 

və  inkişaf  xəstəliklərinin  hazırda  bü-

tün  dünya  ictimaiyyətini  narahat  edən 

məsələlərdən  biri  olduğunu  bildirib: 

“Müasir  dünyada  psixi  sağlamlıq  və 

onun  qorunması  ciddi  əhəmiyyət  kəsb 

edir.  Bu  səpkidə  Azərbaycan  Tibb  Uni-

versiteti  bir  çox  dünya  universitetləri 

ilə  elmi  və  praktiki  əməkdaşlıq  edir. 

Məhz  bu  əməkdaşlığın  nəticəsi  ola-

raq  bu  gün  Harvard  Universiteti  Bos-

ton  Uşaq  Xəstəxanasının  İnkişaf 

xəstəlikləri  departamenti  ilə  birgə 

təşkil  etdiyimiz  elmi  simpoziumun  açı-

lış  mərasiminə  toplaşmışıq”.  Rektor 

Ə.Əmiraslanovun  sözlərinə  görə,  sim-

poziumun  məqsədi  Azərbaycanla  qar-

şılıqlı  təcrübənin  paylaşılması  ilə  yana-

şı,  ölkədə  gənc  tədqiqatçı  və  alimlərin 

yetişdirilməsinə  də  kömək  etməkdir. 

Rektor  bu  məsələdə  Harvard  Universi-

teti  Boston  Uşaq  Xəstəxanasının  İnki-

şaf Xəstəlikləri Departamentinin aparıcı 

mütəxəssislərindən  biri  Dr.  Kərim  Mu-

nirin  böyük  köməyi  olduğunu  vurğula-

yıb:  “Biz  əməkdaşlığımıza  iki  il  əvvəl 

başlamışıq. Dr. Kerim Munir Türkiyə ilə 

yanaşı, Azərbaycan, Qazaxstan və Qır-

ğızıstanda  gənc  alimlərin  yetişdirilməsi 

istiqamətində  səylə  çalışmaqdadır”. 

Rektor  qeyd  edib  ki,  Tibb  Universiteti 

ilə  Boston  Uşaq  Xəstəxanası  arasında 

əməkdaşlıq çərçivəsində artıq ATU-nun 

iki  həkimi  orada  praktika  keçib  və  bu 

simpozium qarşılıqlı əməkdaşlığın daha 

da möhkəmlənməsinə xidmət edəcək. 

Daha  sonra  ATU-nun  Psixiatriya  ka-

fedrasının  müdiri,  Azərbaycanın  Baş 

Psixiatrı,  professor  Gəray  Gəraybəyli, 

Azərbaycan  Psixiatrlar  Assosiasiyası-

nın rəhbəri professor Nadir İsmayılov və 

qeyri-yoluxucu  xəstəliklər  üzrə  Qlobal 

Əqli  Sağlamlıq  Proqramının  direktoru 

Kərim Munirin giriş nitqindən sonra sim-

pozium öz işinə başlayıb. 

Dünyanın  müxtəlif  ölkələrindən  gələn 

mütəxəssislər  tərəfindən  aşağıdakı 

mövzularda  məruzələr  səsləndirilib: 

“Diaqnostik və statistik təlimat üzrə ba-

xışın keçirilməsi”, “5 psixi pozğunluq və 

qeyri-yoluxucu xəstəliklər”, “Həyat boyu 

müşahidə 

olunan 


diqqət 

çatışmazlı-

ğı  və  hiperaktivlik 

sindromu” 

(Özgür 

Önər,  Ankara  Uni-



versitetinin 

Tibb 


fakültəsi), 

“Həyat 


boyu  müşahidə  olu-

nan  psixiotik  poz-

ğunluqlar”  (Dr.  Bora 

Başkak, 


Ankara 

Universiteti 

Tibb 

Fakultəsi”, 



“Həyat 

boyu  müşahidə  olu-

nan  epilepsiya  tut-

maları”  (Sara  Spen-

ce,  Harvard  Tibb 

universiteti), “Həyat boyu müşahidə olu-

nan  autizm  spektri  pozğunluqları”  (Dr. 

Tuncay Ergene, Hacettepe Universiteti). 

ATU-nun təmsilçisi Nigar Sədiyeva isə 

“Azərbaycanda  uşaqların  normal  inki-

şafı  üzrə  perspektivlər”  mövzusunda 

çıxış  edib.  Həmçinin,  “Sinir  sisteminin 

inkişafı  xəstəliklərinin  diaqnostikasına 

yanaşma”,  “Autizm  spektri  xəstəlikləri 

üzrə  genetika  və  genomika”,  “Genetika 

və genomika üzrə tədris vəsaitləri” (Fe-

dik Rəhimov, Harvard Tibb Universiteti), 

“Əqli  pozğunluqlar  üzrə  ictimai  qayğı” 

(Qordon Harper, Harvard Tibb Universi-

teti) kimi məruzələr dinlənilib.

Simpoziumda inkişaf xəstəlikləri ilə ya-

naşı, digər psixi və nevroloji pozuntular, 

inkişaf xəstəliklərinin genetik aspektləri, 

müdaxilə  və  müalicə  metodikaları  ilə 

bağlı  fikir  mübadiləsi  aparılıb.  Toplan-

tıda  psixiatr,  nevroloq,  pediatr,  psixo-

loq-defektoloq və inkişaf pozuntuları ilə 

mübarizə  aparan  mütəxəssislər  iştirak 

ediblər. Sonda simpozium iştirakçılarına 

sertifikatlar təqdim olunub.



Günel ASLANOVA

ATU-da Harvard Universiteti ilə 

birlikdə simpozium keçirilib

Əhliman Əmiraslanov: “Dünyanın bir çox universitetləri ilə əməkdaşlığımız var”

u 



Azərbaycan 

Tibb 

Universi teti nin Cərrahiyyə 

Klinikasında  rezidentlərin 

bilik 

və 

bacarıqlarını 

dərinləşdirmək  məqsədilə 

silsilə  kurslar  keçirilir. 

Klinikada  növbəti  “La pa-

roskopik  cərrahi  baca-

rıqlar”  kursuna  start  ve-

rilib.

ATU-nun  I  cərrahi  xəs-

təliklər  kafedrasının  mü-

diri  Nuru  Bayramovdan 

aldığımız məlumata görə, 

kursların məqsədi gənc cərrahlara, 

rezidentlərimizə təməl cərrahi baca-

rıqları öyrətməkdən ibarətdir: “Bun-

dan  əvvəl  klinikamızda  canlı  lapa-

roskopik kurslar baş tutub. Bu dəfə 

isə təməl laparoskopik bacarıqların 

öyrədilməsi  prosesinə  başlamışıq. 

İki  gün  davam  edəcək  kursların 

iştirakçıları  həm  elektron  simulya-

torda  dərs  keçəcək,  həm  də  canlı 

əməliyyatlara qatılacaqlar”.

N.Bayramov  qeyd  edir  ki,  kurs-

larda  ATU-nun  10  rezidenti  iş-

tirak  edir.  Kursun  sonunda  on-

lar  Tədris  Cərrahiyyə  Klinikası 

tərəfindən sertifikatla mükafatlandı-

rılacaqlar. Bu sertifikat rezidentlərə 

əməliyyatlarda  iştirak  etmək  hüqu-

qu qazandırır.

Kafedra  müdirinin  sözlərinə  görə, 

kursun  təşkilində  həm  universitet 

rəhbərliyinin,  həm  də  Cərrahiyyə 

Klinikasının  böyük  rolu  olub.  Kurs-

lara rəhbərlik işinə Cərrahiyyə Klini-

kasının  əmək daş-

ları  ilə  yanaşı,  Al-

maniyanın  Müns-

ter  Universite tinin 

Euregi 


Klinika-

sının  baş  həkimi 

Nevzat 

Doğan 


da  qatılıb.  ATU 

tərəfdən  I  cərrahi 

xəstəliklər  kafed-

rasının 


əməkdaşları, 

treninq 


mərkəzinin 

rəhbəri 


Qorxmaz 

Əhmədov  kursların  keçirilməsində 

birbaşa iştirak ediblər.

Gələcəkdə  laparoskopik  baca-

rıqlar  kursları  davam  etdiriləcək 

və  bu  təlimlər  ATU-nun  çoxsaylı 

rezidentlərini əhatə edəcək.

u  Azərbaycan  Tibb  Universitetinin  Tədris 



Terapevtik  Klinikasında  peyvənd  otağı 

yaradılıb.  Burada  xəstələrə    “Yoluxucu 

xəstəliklərin immunoprofilaktikası haqqında” 

qanunda  nəzərdə  tutulan  zəruri  peyvəndlər 

edilir.  Onlar  arasında  Hepatit  B,  vərəm, 

poliomielit, göyöskürək, tetanus və digərləri 

var.

Milli 


Peyvənd 

təqvimindəki 

siyahı-

dan  əlavə,  Klinikada  həmçinin  həkimin 



məsləhəti  ilə  aşağıdakı  xəstəliklərə  qarşı 

da peyvəndlər etdirmək mümkündür: insan 

papilloması virusu, suçiçəyi, hepatit A, me-

ninqokokk infeksiyası və qrip.

Peyvənd  otağı  ATU-nun  Tədris  Tera-

pevtik  Klinikasının  ikinci  mərtəbəsində 

yerləşir.  Bu  mərkəz  peyvəndin  aparılması 

üçün zəruri olan avadanlıqlarla təchiz edi-

lib:  peyvəndlərin  saxlanılması  üçün  soyu-

ducu,  şok  əleyhinə  yardım  vasitələri,  tibbi 

ləvazimatlar,  bakterisid  lampa  mövcud-

dur.  Bu kabinet peyvənd olunan uşaqların 

özünü yaxşı hiss etməsi üçün oyuncaqlar, 

uşaq mebeli, müasir tibbi taxtla təchiz olu-

nub, daha körpələr üçün isə bələk masası 

qoyulub.    Qeyd  edək  ki,  ATU-nun    Tədris 

Terapevtik Klinikasında vurulan peyvəndlər 

əsasən Böyük Britaniyanın GlaxoSmith Kli-

ne dərman şirkətindən alınır. Peyvəndin vu-

rulması vaksinoprofilaktika sağlamlığı üzrə 

hazırlıq  keçmiş  tibb  personalı  tərəfindən 

həyata keçirilir.

Peyvənd  otağında  xüsusi  maarifləndirici 

kitabçalar da var. Bu kabinet  gündə 2 dəfə 

dezinfeksiyaedici vasitələrlə təmizlənir.

Sonda  onu  da  qeyd  edək  ki,  peyvənd 

vurdurmaq  üçün  gərək  vətəndaşın    sağ-

lamlıq  vəziyyəti  haqqında  həkimin  yazılı 

rəyi  olsun.  Burada  həmin  şəxsin  müvafiq 

peyvənd olunmağa qarşı əks-göstərişin ol-

madığı qeyd edilməlidir. Peyvənd yalnız bu 

rəy əsasında vurula bilər.



Rezidentlərin laparoskopik 

bacarıqları artırılır

Tibb Universitetinin Tədris 

Terapevtik Klinikasında müasir 

Peyvənd otağı yaradılıb

ATU-nun mətbuat xidməti


Yüklə 283,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə