Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 283,37 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix14.12.2017
ölçüsü283,37 Kb.
#15635
1   2   3   4   5   6

15 aprel  2015-ci il

http://www.amu.edu.az

7



Stomatologiya  fakültəsinin  Tələbə 



Elmi  Cəmiyyətinin  42-ci  konfransı  olub. 

Kliniki  və  xarici  dillər  bölməsindən  ibarət 

konfrans ənənəvi olaraq ATU-nun Stomatoloji 

Klinikasında  və  xarici  dillər  kafedrasında 

keçirilib. 

Konfransı fakültə Tələbə Elmi Cəmiyyətinin 

sədri,  dosent  Ə.Hacıyev  açaraq 

tələbələrimizin 

beynəlxalq 

tələbə 


elmi 

cəmiyyətlərinin 

konfranslarında 

layiqli 


yerlər 

tutduqlarını 

vurğulayıb. 

O, 


universitet  rəhbərliyinin  tədqiqatçı 

tələbələrə  daim  xüsusi  qayğı 

göstərdiyini  bildirərək  bu  sahədə 

ilk  addımlarını  atan  gələcəyin 

elmi  tədqiqatçılarına  fakültənin 

dekanı,  təşkilat  komitəsinin  sədri, 

professor  Zöhrab  Qarayevin  və 

münsiflər heyətinin adından uğurlar 

arzulayıb.

Kliniki  bölmədə  dinlənilən  11 

məruzədə stomatologiyanın aktual 

problemlərinə  toxunulub.  Texniki 

imkanlardan  yararlanan  gənc  tədqiqatçılar 

kliniki  materiallarını,  gördükləri  işləri  əyani 

surətdə  kompyuter  görüntüləri  ilə  nümayiş 

etdiriblər. 

Münsiflər  heyətinin  rəyinə  əsasən  Arzu 

Əhmədova,  Tural  Əliyev,  Vaqif  Məmmədov 

və  Nigar  Cabbarova  dolğun  çıxışları  ilə 

fərqlənərək ilk yerləri tutublar. 

Xarici  dillər  bölməsinin  konfransında 

da  fakültə  rəhbərliyi  tərəfindən  TEC-in 

fəaliyyətinə  böyük  diqqət  ayrıldığını  deyən 

Ə.Hacıyev  bu  işin  xarici  dillər  kafedrasında 

yaxşı  qurulduğunu  diqqətə  çatdırıb.  O, 

xüsusilə dosent D.Sultanova və baş müəllim 

N.Şərifovanın  daha  çox  sayda  elmi  işə 

rəhbərlik etməsini, eləcə də tələbələri elmi işə 

həvəsləndirərək  onlardan  öz  köməkliklərini 

əsirgəməyən 

Z.Hüseynova, 

V.Abıyeva, 

A.Səfixanova  və  professor 

T.Xəlilovanın 

timsalında 

müəllimlərin  əməyini  yüksək 

qiymətləndirib. 

Kafedra 


TEC-nin 

sədri, 


dosent  Rəna  Hüseynova 

Azərbaycan 

Tibb 

Universiteti  xətti  ilə  tələbə 



elmi 

konfranslarında 

yaxından  iştirak  etdiklərini 

və  bu  konfransa  tələbələr 

hazırladıqlarını  söyləyib.  O, 

ümumilikdə  34,  o  cümlədən 

ingilis  dilində  30,  fransız 

dilində  1,  rus  dilində  isə  3 

məruzənin dinləniləcəyini,  ən 

dolğun və maraqlı məruzələrlə 

çıxış 

edən 


tələbələrin 

konfransın 2-ci turunda iştirak etmək hüququ 

qazanacaqlarını qeyd edib. 

Sonra  təbabətin  ayrı-ayrı  sahələrinə  aid 

maraqlı  məruzələr  dinlənilib.  Məruzəçi 

tələbələrdən  Kamran  Nağızadə,  Cəmil 

Muradov və Suqra Əzimova ilk yerlərə layiq 

görülüblər. 

Hər  iki  bölmədə  fərqlənən  tələbələrin 

məruzələrini  gənc  həkimlərin  və  tələbələrin 

Beynəlxalq  Tibb  Konqresinə  təqdim  etmək 

tövsiyə olunub.



A.KAMRANOĞLU

u

Aprelin  9-də  əc-



za çılıq 

fakültəsi-

nin 

Tələbə 

Elmi 

Cəmiyyətinin  konfran-

sı keçirilib.

Konfransda 

gi-

riş  nitqi  ilə  çıxış 



edən  dosent  Nərgiz 

Məmmədova  qeyd 

edib  ki,  təhsil  sa hə-

sində  fərqlənən  tələ-

bələrin  elmi  tədqi qat 

işlərinə cəlb olunma-

sı çox önəmlidir:

“Çünki  ali  təhsil 

müəssisələri tələbə-

lərə  təhsil  verməklə 

yanaşı, onların elmə 

marağını  artırmalı, 

alimlərin  hazırlan-

ması  istiqamətində 

də  fəaliyyət  gös tər-

məlidir.  Bu  baxım-

dan,  Tibb  Universi-

teti rəhbərliyi Tələbə 

El mi Cəmiyyətlərinin 

fəaliy yətinə  çox bö -

yük  əhəmiyyət  ve-

rir.  Ötən  il  rek tor 

Əhliman Əmiraslanovun tə  şəb  büsü ilə ilk dəfə olaraq TEC-in beynəlxalq 

konfransı keçirilib”.

N.Məmmədova  qeyd  edib  ki,  bu  ilin  sonunda  da  TEC-in  növbəti 

beynəlxalq  toplantısının  təşkil  olunacağı  gözlənilir.  O,  tələbələri  daha 

fəal olmağa, araşdırmalarını ortaya çıxarmağa çağırıb.

Daha sonra əczaçılıq fakültəsinin dekanı, professor Tahir Süleymanov 

çıxış edərək TEC-lərin fəaliyyəti haqqında danışıb. Onun özlərinə görə, 

tələbə  elmi  dərnəklərdə  təmsil  olunan  gənclər  il  ərzində  apardıqları 

tədqiqatların  nəticəsini  təqdim  edirlər.  Müəyyən  mərhələlərdən  sonra 

ən yaxşı işlər universitet səviyyəsinə TEC-in konfransına çıxarılır.

“Vacib  deyil  ki,  bütün  tələbə  elmi  dərnəklərində  iş  aparsın.  Hazırda 

tələbələrin  10  faizi  tədqiqat  işi  ilə  məşğul  olur.  əgər  gələcəkdə  onla-

rın  1-2  faizi  professor  müəllim  heyətini  əvəzləyəcəksə,  onda  biz  öz 

vəzifəmizi yerinə yetirmiş olacağıq”.

T.Süleymanov fəxrlə bildirdi ki, son 3 ildə məzun adını qazanmış xeyli 

sayda gənclər hazırda ölkənin əczaçılıq sektorunda işləyirlər. Hətta on-

lar arasında uğurlu biznes qurmağı bacaran, hazırda TEC-in fəaliyyətinə 

yardımın göstərənlər də az deyil. Professor bu cür fəaliyyətin daim alqı-

şa layiq olduğunu vurğuladı.

Sonra konfrans işini davam etdirdi. Əczaçılıq fakültəsi TEC-nin üzvləri 

hazırladıqları mövzularda işi münsiflər heyətinin diqqətinə çatdırdılar.

Qeyd edək ki, konfransın nəticələrinə görə 2 nəfər tələbə I yer, 2 nəfər 

tələbə II yer, 2 nəfər tələbə isə III yerə layiq görüldülər, diplom və pul ilə 

mükafatlandırıldılar. 9 nəfər iştirakçı sertifikatla qiymətləndirildi.



FAKÜLTƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTLƏRİNİN KONFRANSLARINDA



 



Mart  ayında    XII    Res-

publika  Universiadasın-

da    Azərbaycan  Tibb 

Universitetinin    tələbə  idmançıları 

yeni qələbəyə imza atıblar. Belə ki, 

güləşin bütün  növləri- cüdo, sərbəst 

güləş və Yunan- Roma  güləşi üzrə 

komandalarımızın  hər  üçü  birinci 

yeri tutub. 

Bu barədə redaksiyamıza bədən tərbiyəsi 

və idman kafedrasının müdiri, professor Ka-

mal Kəbirlinski məlumat verərək  bildirib 

ki, aprel ayının 1-dən 7-ə qədər Azərbaycan 

Neft  Akademiyasının  idman  zalında  bas-

ketbol  idman  növü  üzrə  (məşqçi  Sevinc 

İsayeva)  kişilər arasında keçirilən XII Res-

publika Universiadasında Azərbaycan Tibb 

Universitetinin  komandası 7 universitet ko-

mandasını məğlub edərək 1 yerə çıxıb. O, 

aprel ayının 6-dan 10-a qədər Milli Aviasi-

ya Akademiyasının idman zalında voleybol 

idman növü üzrə (məşqçi Cəlaləddin Baba-

yev)  kişilər arasında keçirilən XII Respub-

lika Universiadasında da komandamızın  8 

universitet  komandası  üzərində  qələbə  ça-

laraq I yerə layiq görüldüyünü  deyib.

Komandaların  bütün  üzvlərini  və 

məşqçiləri  təbrik  edir,  Universiadaya  aid 

olan  idman  növləri  üzrə  yarışlarda  uni-

versitetimizin  idman  şərəfini  qoruyan 

tələbələrimizə   yeni-yeni qələbələr arzula-

yırıq!


QƏLƏBƏLƏR DAVAM EDİR


http://www.amu.edu.az

15 aprel  2015-ci il

  Mən  1993-cü  ildə  Füzuli 

rayonundan 

məcburi 

qaçqın 

kimi  Səbail  rayonunun  Bayıl 

qəsəbəsində məskunlaşmışam. 

 

Qaçqınlıq  həyatının  acı  anları-

nı  yaşamaqdan  dərin  sarsıntılar 

keçirdıyimdən  baş-beyin  zədəsi 

almışdım. O zaman  Azərbaycan 

Tibb Universitetində çalışan yaxın 

qohumum  mərhum  Hacı  Həsən 

Quliyevin  vasitəsilə    Bakı  şəhər 

1  saylı  xəstəxanasında  çalışan 

dosent  Fəridə  Abbasova  məni 

müayinə etdikdən, əsəb sarsıntı-

sı  keçirdiyimi  müəyyən  etdikdən 

sonra  müalicəyə  başladı.  Həmin 

illər ölkəmizdə mövcud olan ağır 

durum özünü səhiyyə sahəsində 

də göstərmişdi. Palatalar bərbad 

vəziyyətdə  idi.  Adi  elektrik,  qız-

dırıcı  xətləri  yox  dərəcəsində 

idi.  Çarpayılar  köhnəlib  sıradan 

çıxmışdı.  Hətta  bir  otaqda  5-6 

həkim  çalışırdı.  Fəridə  xanım 

gah  təcrübə  keçən  tələbələrlə 

məşğul  olur,  gah  da  qəbuluna  

gələn  xəstələrə    tibbi    yardım 

göstərirdi.  Burada  müalicə  aldı-

ğım  müddətdə    müşahidə  etdim 

ki,  xəstələrin  çoxu  onun  yanına 

gəlir. O, işinin çox olmasına bax-

mayaraq,   müraciət edən hər bir 

xəstəyə ayrıca vaxt ayırırdı. Hətta 

o, biləndə ki, məcburi köçkünəm, 

evindən  yemək  də  gətirirdi. 

Uzun  müddət  burada  müalicə 

aldığım  zaman  bir  gün  böyrək 

çatışmazlığım  oldu.  Fəridə  xa-

nımın  məsləhəti  ilə  tibb  elmləri 

namizədi, əməkdar həkim Sultan 

həkimin  yanına  getdim.  O,  məni 

dinləyəndən sonra məsləhət ver-

di, dərman yazdı.

Həmin  gündən  çox    vaxt    ke-

çib.  O  ağrılardan  əsər-əlamət 

qalmayıb.  Sultan həkimin  xeyr-

xahlığını hələ də  unutmamışam. 

Bu  illər  ərzində  o  bir  sıra  məsul 

vəzifələrdə  çalışıb.  Bu  yaxınlar-

da eşitdim ki, Sultan həkim Bakı 

şəhər 1 saylı Klinik Xəstəxanasına 

baş  həkim  təyin  edilib.  Getdim 

ki,  təbrik  edəm.  Aradan  uzun 

müddət  keçməsinə  baxmayaraq 

məni  tanıdı,  səhhətimlə  maraq-

landı,  yenə  də  özünəməxsus 

dəyərli məsləhətlərini verdi.



Hörmətli 

redaksiya, 

bu 


məktubu  sizə  ünvanlamaqda 

məqsədim  budur  ki,  sağlamlı-

ğımın  bərpasında    əməyi  olan 

bu  həkimlərə    sizin  vasitənizlə 

təşəkkürümü çatdırım.

             

  Tofiq ƏSƏDOV,

əmək veteranı, məcburi 

köçkün

Stomatologiya  fakültəsinin  I  kurs,  737

a

  qrup 


tələbəsi Aysan Movahedinin adına verilmiş  tələbə 

bileti itdiyi üçün etibarsız sayılır.  

II müalicə-profilaktika  fakültəsinin VI kurs,  209

a

  



qrup  tələbəsi  Mahmudova  Xalidə  Rübail  qızının 

adına verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır.  

 I müalicə-profilaktika  fakültəsinin III kurs,  101

a

  

qrup tələbəsi Məmiyeva Şəms Yadigar qızının  adı-



na verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır. 

  II  müalicə-profilaktika    fakültəsinin  III  kurs,  

309

a

    qrup  tələbəsi  Ərkan  Dincin  adına  verilmiş 



qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.

  I müalicə-profilaktika  fakültəsinin V kurs,  160

b

  

qrup tələbəsi Əhmədova Günel Mehdi  qızının  adı-



na verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır. 

I müalicə-profilaktika  fakültəsinin IV kurs,  140

b

  

qrup tələbəsi Kazımlı Esmira Tofiq  qızının  adına 



verilmiş tələbə bileti və qiymət kitabçası itdiyi üçün 

etibarsız sayılır. 

II  müalicə-profilaktika    fakültəsinin  VI  kurs,  

204a  qrup tələbəsi Cəfərzadə Firdovsi Şakir oğlu-

nun adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-

barsız sayılır.

I  müalicə-profilaktika    fakültəsinin  I  kurs,    46

b

  



qrup  tələbəsi  Muradlı  Arzu  Təyyar  qızının    adına 

verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız sayı-

lır. 

I  müalicə-profilaktika    fakültəsinin  I  kurs,    46



a

 

qrup  tələbəsi  Ağazadə  Soltanxanım  Elxan  qızının  



adına verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır. 

I müalicə-profilaktika  fakültəsinin V kurs, 195

a

  



qrup  tələbəsi  Peyman  Cavadpur  Kamil  oğluna 

Azərbaycan Respublikasının ərazisində  müvəqqəti 

yaşamağa görə verilən icazə vəsiqəsi  itdiyi üçün eti-

barsız sayılır. 

I  müalicə-profilaktika    fakültəsinin  VI  kurs,    2

b

  



qrup tələbəsi Mayılov Fərmayıl Natiq oğlunun adına 

verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız sayı-

lır. 

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 224

Minnətdarlıq



 



Arıqlamaq üçün gün 

ərzində kifayət qədər 

zülal  qəbul etmək 

lazımdır. Ancaq zülal orqanizm 

üçün faydalı məhsullardan alın-

malıdır. Bu baxımdan ideal kiloda 

qalmaq üçün süd məhsulları ina-

nılmaz effektə malikdir. Bəs arıq-

lamaq üçün süd məhsullarından 

necə istifadə etmək lazımdır?

Süd məhsullarının tərkibində bol 

miqdarda  kalsium var. Araşdırmalar 

göstərib ki, kalsium yağların əriməsi 

prosesini sürətləndirir.

Bir stəkan süd 250 mq. kalsium 

ehtiva edir. Gündəlik kalsium ehtiyacı 

1000 mq-dır. Deməli 1 stəkan südlə 

kifayətlənmək olmaz. Kalsium eh-

tiyacını gün ərzində qatıq və yağsız 

pendir yeyərək ödəməlisiniz.

Pəhriz saxlayanlar pendir yeyə 

bilərlər. Pendirin yağsız növləri 

kökəltmir. Ancaq holland pen-

diri haqda bu fikri söyləmək ol-

maz.  Yeməklərin üzərinə pendir 

rəndələmək əvəzinə bir az qatıq 

töksəniz, daha doğru seçim etmiş 

olarsınız.

Az yağlı qatıq orqanizm üçün çox 

faydalı olmaqla yanaşı, arıqlama 

prosesini də sürətləndirir. Unutmayın 

ki, pendiri həzm etmək daha çətindir. 

Ona görə də mədə və bağırsaqların 

sağlamlığı üçün pendir əvəzinə qatıq 

yeyilməlidir.

“International Journal of Obesity” 

adlı jurnalda yayımlanan araşdırma-

ya görə, pəhriz saxlayanlar arasın-

da gündə 3 stəkan qatıq yeyənlər 

yeməyənlərə nisbətən 22 faiz daha tez 

kilo itirirlər.

Qatıq yeyənlərin əzələ nisbəti də 

daha yüksək olur. Onların bədənləri 

yağ itirsə də, əzələ balansını qoruyub 

saxlayır.

Qatıq yeyənlər çətin əriyən qarın 

yağlarından daha tez xilas olurlar.

Arıqlamaq istəyənlər üçün digər 

faydalı süd məhsullarından biri də 

kefirdir.

Kefirin tərkibindəki zülal, kal-

sium və təbii şəkər qanda şəkərin 

səviyyəsini tənzimləməyə və aclıq 

hissini azaltmağa kömək edir.

Süd özü də olduqca faydalıdır. An-

caq süd içərkən bəzi qaydalara əməl 

etmək lazımdır. Süd içməzdən öncə 

və sonra ət yemək olmaz.

Kökəlmək istəmirsinizsə, yağsız və 

qaymağı götürülmüş süd içməlisiniz.

Arıqlamaq üçün süd məhsullarından 

necə istifadə etməli?



 



Ağlarot fəsiləsindən 

olan xına tropik 

ölkələrdə təbii və 

mədəni şəraitdə bitən çoxillik 

həmşəyaşıl bitkidir. Xına boyaq, 

bəzək və müalicə bitkisi kimi çox 

qədimdən məlumdur

Hündürlüyü 1,5-2 bəzən isə 7 

metrə çatan xına bitkisi 20-30 

il yaşayır. Bitkinin birinci ildə 

verdiyi məhsul daha keyfiyyətli 

olur. İsti iqlim şəraitində xına 

bitkisi kol və ağac şəklində, 

mülayim iqlim şəraitində isə 

ot şəklində bitir. Çiçəklərinin 

rənginə görə xına ağ çiçəkli və 

qırmızı çicəklidir. Çiçəkləri qı-

zılgül kimi ətirlidir, noxud boyda 

yumru meyvə gətirir və toxum 

bu meyvələrdən alınır. Ucu 

iti, yumurtavari yarpaqlarının 

uzunluğu 3-5 santimetr, eni 1,5-2 

santimetrə çatır.

Təbii şəraitdə xına Şimali Afri-

kanın, Ərəbistanın, Livanın, Pa-

kistanın, İranın, Yəmənin, Soma-

linin, Şri-Lankanın, Hindistanın, 

Yaponiyanın, Floridanın, Kali-

forniyanın tropik və subtropik 

iqlimə malik olan dağ ətəklərində 

bitir. Aparılan təcrübələr göstərir 

ki, Azərbaycanda (Abşeron, 

Şirvan, Naxçıvan zonala-

rında) və Cənub-Şərqi 

Türkmənistanda, həmçinin 

Qara dəniz sahillərində 

geniş becərilə bilir. 

Alimlərimizdən əczaçılıq 

elmləri doktoru R.K. Əliyev 

xınanın bütün hissələrini, 

o cümlədən rəngləyici 

maddələrini təmiz kris-

tal şəklində alaraq klinik 

sınaqdan keçirmiş və 

müəyyən etmişdir ki, xınadakı 

rəngləyici maddələr qüvvətli 

antiseptik xassəyə malikdir. Apa-

rılan kimyəvi analizlər göstərir 

ki, xına tozunda müxtəlif yağlar, 

sellüloz, azot, kül, pantizon, 

kitrə, antraqlikozidlər, rəngləyici 

maddələr, tannin maddələri, xlo-

rofil, S və K vitaminləri vardır.

Ekstraksiya yolu ilə xına-

dan alınan xlorofilli maddədən 

ekzemanın və irinli yaraların 

mualicəsində geniş istifadə 

olunur. Rəngləyici kristalın 

suda 1 % -li, spirtdə isə 5 %-li 

məhlulundan irinli yaraların, 

xüsusilə follikulit xəstəliyinin 

müalicəsində istifadə olunur. 

Yaranın ətrafına və üstünə həmin 

məhluldan sürtdükdə 3-4 gündən 

sonra yara tamamilə sağalır. 

Şərq təbabətində xına tozundan 

sulu yaraları qurutmaq üçün 

səpmə dərmanı şəklində, sarılıq 

xəstəliyinin müalicəsində, mədə 

pozğunluğunda, qızılçada, göz 

xəstəliklərində, podaqraya qarşı 

dərman kimi istifadə olunur.

Hindistanda isə ciyər, dalaq, 

revmatizm, cüzam və çətin 

müalicə olunan dəri xəstəliklərini 

xına ilə müalicə edirlər. Xına 

boyaq, bəzək məqsədi ilə 

də istifadə edilən ən qədim 

bitkilərdəndir. Saçın, saqqalın 

boyanmasında, əl-ayaq dırnaqla-

rının bərkiməsində xına sınanmış 

bitkidir. Xınanın çicəklərindən 

müxtəlif ətirlər alınır. Xınalı 

sabundan və şampundan istifadə 

etdikdə saç parlaq şabalıdı rəngə 

çalır.


Xına haqda nə bilirik?

 

Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı 

və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. 

Xatırladırıq ki, vakant ştat vahidləri əsasən cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının 

tibb  xidmətlərində  həkim-ftiziatr,    həkim-psixiatr,  həkim-psixiatr-narkoloq,  həkim-statistik,  həkim-

terapevt, həkim-cərrah, həkim-rentgenoloq  ixtisasları üzrədir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və “Ədliyyə orqanların-

da qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, həmçinin 

bəzi ixtisaslar üzrə rezidentura təhsili olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizə və mü-

vafiq sənədlərini təqdim edə bilərlər.

Eyni zamanda həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə həkim (rentgen 

və USM) ixtisaslı,  yuxarıda göstərilən tələblərə cavab verən şəxslər Şəki penitensiar müəssisəsinin 

tibb xidmətinə qulluğa qəbula dəvət olunurlar.

Ərizə və sənədlər Tibb baş idarəsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 

Ceyhun Hacıbəyli küçəsi 16 və18)  bütün iş günləri qəbul edilir.

Tibb  xidmətinə  qulluğa  qəbulla  bağlı  aidiyyəti  məsələlərlə,  o  cümlədən  tələb  olunan 

sənədlərin siyahısı ilə Nazirliyin internet səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə 

məlumat almaq olar:

 

- Ədliyyə Nazirliyi üzrə 



www.justice.gov.az,

 tel.: 538-01-62.

- Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91.

Arzu edənlərin müsabiqədə iştirakından məmnun olardıq.



  

Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir

Yüklə 283,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə