Ticarət gəMİÇİLİYİ MƏCƏLLƏSİ


Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması



Yüklə 0,87 Mb.
səhifə3/20
tarix02.01.2018
ölçüsü0,87 Mb.
#19120
1   2   3   4   5   6   7   8   9   ...   20

Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması


Maddə 26. Azərbaycan Respublikasının gəmi reyestrləri

26.1. Gəmi Azərbaycan Respublikasının aşağıda göstərilən gəmi reyestrlərinin birində qeydiyyata alınmalıdır:

26.1.1. Dövlət gəmi reyestrində;

26.1.2. gəmi kitabında;

26.1.3. berbout-çarter reyestrində.

26.2. Gəmiyə mülkiyyət hüququ və gəmidə digər əşya hüquqları, habelə ona olan hüququn məhdudlaşdırılması (ipoteka və sair məhdudlaşdırmalar) Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmalıdır.

26.3. Gəmiyə mülkiyyət hüququnun və digər əşya hüquqlarının, habelə ona olan hüquqların məhdudlaşdırılmasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınması yalnız məhkəmə qaydasında mübahisə edilə bilən qeydiyyata alınmış hüququn mövcudluğunun yeganə sübutudur.

26.4. Bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş gəmi reyestrləri bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olaraq aparılır.

26.5. Gəmilərin və onlara olan hüquqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.11

26.6. Bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq təsnifat cəmiyyətləri tərəfindən texniki nəzarəti həyata keçirilən gəmilər Dövlət gəmi reyestrində qeydiyyata alınırlar.

26.7. Bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq digər orqan tərəfindən texniki nəzarəti həyata keçirilən gəmilər gəmi kitabında qeydiyyata alınırlar.

26.8. Gəmiyə məxsus olan üzən vasitələr gəmi reyestrlərində qeydiyyata alınmır.

26.9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmilər berbout-çarter reyestrində qeydiyyata alınır.

26.10. Gəmilər kommersiya məqsədi ilə istifadə edildiyi hallarda bu fəslin qaydalarına uyğun olaraq yenidən qeydiyyatdan keçirilə bilərlər.



Maddə 27. Gəmiləri qeydiyyata alan orqanlar

27.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

27.2. Bu Məcəllənin 16.3-cü maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 28. Gəmilərin qeydiyyata alınmasının şərtləri

28.1. Gəmi yalnız gəmi reyestrlərinin birində qeydiyyata alına bilər.

28.2. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi həmin xarici dövlətin gəmi reyestrindən çıxarılmasını təsdiq edən şəhadətnamə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alına bilər.

28.3. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəminin müəyyən olunmuş qaydada reyestrdən çıxarılırsa, onun Dövlət qeydiyyatı tanınmır.

28.4. Gəmilərin Dövlət gəmi reyestrində, gəmi kitabında və berbout-çarter reyestrində qeydiyyata alınmasına və onlarda hər hansı dəyişikliklərin edilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə uyğun olaraq haqq tutulur. 12

Maddə 29. Gəminin berbout-çarter reyestrində qeydiyyata alınması

29.1. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi ona Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququnun verilməsi haqqında qərarın qəbul edildiyi gündən bir ay müddətində berbout-çarter reyestrində qeydiyyata alınmalıdır.

29.2. Gəminin qeydiyyata alınması berbout-çarter üzrə fraxtedənin ərizəsi əsasında və müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən və qeydiyyata alınmaq üçün zəruri olan sənədlər əlavə olunmaqla həyata keçirilir.

Maddə 30. Dövlət gəmi reyestrinə və gəmi kitabına daxil olan məlumatlar

30.1. Gəmilər Dövlət gəmi reyestrində və gəmi kitabında gəminin mülkiyyətçisinin (mülkiyyətçilərinin) adına qeydiyyata alınır.

30.2. Dövlət gəmi reyestrinə və gəmi kitabına aşağıdakı əsas məlumatlar daxil edilir:

30.2.1. gəminin qeydiyyat sıra nömrəsi və qeydiyyata alınma tarixi;

30.2.2. gəminin adı (əvvəlki və hazırkı), əgər varsa əvvəlki qeydiyyata alınma limanı (yeri) və qeydiyyatın ləğv edilmə tarixi;

30.2.3. gəminin qeydiyyata alındığı limanın (yerin) adı və gəmiyə beynəlxalq dəniz təşkilatı tərəfindən verilmiş identifikasiya nömrəsi;

30.2.4. gəminin çağırış siqnalı;

30.2.5. gəmiqayırma tərsanəsinin adı, yeri və gəminin inşa edildiyi il;

30.2.6. gəminin tipi və təyinatı, onun üzmə rayonu;

30.2.7. gəminin əsas texniki xarakteristikaları, o cümlədən tutumu (ümumi və xalis), tam yükgötürmə qabiliyyəti və əsas ölçüləri;

30.2.8. gəminin mülkiyyətçisinin (mülkiyyətçilərin) adı, vətəndaşlığı və ünvanı;

30.2.9. gəminin bir neçə mülkiyyətçisi olduqda hər mülkiyyətçinin ümumi paylı mülkiyyətdə payı;

30.2.10. gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.);

30.2.11. gəmi sahibi gəminin mülkiyyətçisi olmadıqda, onun adı və ünvanı;

30.2.12. gəminin qeydə alınmış ipotekası haqqında məlumatlar;

30.2.13. gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılmasının əsası və tarixi.

30.3. Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirildikdə, Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əlavə aşağıdakı əsas məlumatlar daxil edilir:

30.3.1. gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının adı və qərarın qəbul edildiyi tarix;

30.3.2. gəminin xarici dövlətin bayrağı altında müvəqqəti üzmək müddəti;

30.3.3. gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı;

30.3.4. berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı;

30.3.5. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması tarixi.



Maddə 31. Berbout-çarter reyestrinə daxil olmalı məlumatlar

31.1. Gəmilər berbout-çarter reyestrində gəmini berbout-çarter üzrə fraxtedənin adına qeydiyyata alınır.

31.2. Berbout-çarter reyestrinə aşağıdakı əsas məlumatlar daxil edilir:

31.2.1. gəminin adı;

31.2.2. gəmi mülkiyyətçisinin adı və ünvanı;

31.2.3. gəmini berbout-çarter üzrə fraxtedənin adı və ünvanı;

32.2.4. berbout-çarterin bağlanma tarixi və onun qüvvədəolma müddəti;

31.2.5. gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun başa çatmasının tarixi;

31.2.6. bilavasitə bayrağın dəyişdirilməsinə qədər gəminin qeydiyyata alındığı xarici dövlətin gəmi reyestri barəsində, belə reyestrdə qeydiyyata alınmış gəmiyə mülkiyyət hüququ, habelə gəminin ipotekası və ya gəminin həmin xarakterli yüklü edilməsinə münasibətdə reyestrin aparıldığı dövlətin qanunvericiliyinin tətbiq edilməsi göstərilməklə, məlumatlar.

31.3. Gəminin ipotekasının və ya gəminin həmin xarakterli yüklü edilməsinin girov saxlayanının xahişi ilə berbout-çarter reyestrinə girov saxlayanın adı və bayrağın dəyişdirilməsinə qədər xarici dövlətin gəmi reyestrlərində qeydiyyata alınmış gəminin ipotekası və ya həmin xarakterli yüklü edilməsinə aid olan digər məlumatlar da daxil edilə bilər.



Maddə 32. Gəmi reyestrlərinə daxil edilən məlumatların dəyişdirilməsi barədə xəbər vermək vəzifəsi

Dövlət gəmi reyestrinə, gəmi kitabına və ya berbout-çarter reyestrinə daxil edilən məlumatlarda hər hansı bir dəyişiklik barəsində gəmi mülkiyyətçisi və ya berbout-çarter üzrə fraxtedən onlara belə dəyişikliyin məlum olduğu gündən iki həftə ərzində gəminin qeydiyyata alındığı orqana məlumat verməyə borcludur.



Maddə 33. Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata alınması

Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata alınması gəminin suya salındığı gündən bir ay ərzində, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəminin isə Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən bir ay ərzində həyata keçirilməlidir.



Maddə 34. Gəminin qeydiyyata alındığı limanın (yerin) dəyişdirilməsi

34.1. Gəminin qeydiyyata alındığı liman (yer) gəmi mülkiyyətçisinin xahişi əsasında dəyişdirilə bilər. Gəminin qeydiyyata alındığı liman dəyişdirildikdə, gəmini qeydiyyata alan orqan tərəfindən gəmi reyestrlərinə və ya gəmi kitabına müvafiq məlumatlar daxil edilir. 13

34.2. Gəminin qeydiyyata alındığı limanın dəyişdirilməsi Dövlət bayrağı altında üzmək hüququ haqqında yenidən verilən Şəhadətnamə ilə təsdiqlənir. 14

Maddə 35. Gəminin təkrar qeydiyyata alınması

Hadisə və ya hər hansı digər səbəb nəticəsində gəmi Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əvvəllər daxil edilmiş məlumatlara uyğun gəlmədikdə, gəmi yenidən yoxlandıqdan və üzgüçülüyə yararlı olması haqqında şəhadətnamə aldıqdan sonra təkrar qeydiyyata alına bilər.



Maddə 36. Gəminin qeydiyyata alınmasını təsdiq edən gəmi şəhadətnaməsinin itirilməsi

36.1. Gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnaməsi itdikdə, bu sənədin dublikatını gəmini qeydiyyata alan orqan verir.

36.2. Gəmi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman bu Məcəllənin 36.1-ci maddəsində göstərilən sənəd itdikdə, Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gəmi kapitanının ərizəsi əsasında gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti şəhadətnamə verə bilər. Həmin sənəd verildiyi gündən bir ay ərzində gəmini qeydiyyata alan orqan tərəfindən dublikat ilə əvəz edilir.

Maddə 37. Gəmini və ona olan hüquqları qeydiyyata almaqdan imtina

Gəmilərin qeydiyyata alınması haqqında bu Məcəllədə müəyyənləşdirilmiş qaydalar pozulduqda və ya gəminin qeydiyyata alınması üçün təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə cavab vermədikdə, gəmini və ona olan hüquqları qeydiyyata almaqdan imtina edilə bilər.



Maddə 38. Gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılması

38.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən və ya gəmi kitabından mütləq çıxarılmalıdır:

38.1.1. məhv olduqda və ya xəbərsiz itkin düşdükdə;

38.1.2. konstruksiya cəhətdən məhv olduqda;

38.1.3. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə;

38.1.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə.

38.2. Əgər gəmi barəsində axırıncı məlumat alınan yerdən gəminin təyinat limanına adi şəraitdə çatması üçün zəruri olan müddətdən iki dəfədən artıq müddət keçibsə və bu müddət ərzində gəmidən heç bir məlumat alınmayıbsa, o, xəbərsiz itkin düşmüş hesab edilir. Gəminin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün zəruri olan müddət gəmidən axırıncı məlumatın alındığı gündən başlayaraq bir aydan az və üç aydan artıq ola bilməz, hərbi əməliyyatlar şəraitində isə altı aydan az ola bilməz.

38.3. Zədə almış gəminin bərpası mümkün olmadıqda və ya gəminin təmiri iqtisadi cəhətdən məqsədə müvafiq olmadıqda, gəmi konstruktiv cəhətdən məhv olmuş hesab edilir.



Maddə 39. Gəmi reyestrlərinin aşkarlığı

Gəmi reyestrləri onlarda olan məlumatın alınmasında maraqlı olan istənilən şəxslər üçün aşkar xarakter daşıyır. Dövlət rüsumu ödəməklə gəmi reyestrlərindən müvafiq qaydada tərtib edilmiş çıxarışları maraqlı şəxslər almaq hüququna malikdirlər.15



Maddə 40. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulmasına görə məsuliyyət

Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçıran, gəmini müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata almış və ya gəmi reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər vermək borcunu pozmuş şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati məsuliyyət daşıyır.

IV fəsil


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə