39
şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən
yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq
almasına baxmayaraq, ədliyyə işçisi onların qanuna, yaxud digər
normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o,
həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən
imtina edə bilər.
Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə
səbəb olur.
4.3. Ədliyyə işçisi subordinasiya məsələlərinə diqqət yetirməli,
şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa
rəhbəri vasitəsilə müraciət etməlidir.
4.4. Ədliyyə işçisi qulluq vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı
barədə əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır.
4.5. Ədliyyə işçisi istifadəsində olan dövlət əmlakından, maliyyə
vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya
sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki
təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə
etməlidir.
Ədliyyə işçisinə dövlət əmlakından, maliyyə vəsaitlərindən,
rabitə, kompüter və digər kommunikasiya sistemlərindən,
nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat
avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti
vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün
istifadə etməsi qadağandır.
4.6. Ədliyyə işçisi istifadəsindəki xidməti silah və xüsusi
vasitələrin, həmçinin xidməti vəsiqəsinin saxlanması və
gəzdirilməsində məsuliyyətli olmalıdır.
4.7. Ədliyyə işçisi xidmət etdiyi ədliyyə orqanının sərəncamında
olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada
əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə
xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl
etməlidir.
Ədliyyə işçisi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları
şəxsi maraqları üçün istifadə edə bilməz.
40
4.8. Ədliyyə işçisi dövlət sirrini və qanunla mühafizə edilən digər
sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır.
5. Ədliyyə işçilərinin xidmətdənkənar davranışı
5.1. Ədliyyə işçisi şəxsi həyatında ümumqəbul olunmuş milli
əxlaq, ictimai davranış normalarına əməl etməlidir.
5.2. Ədliyyə işçisi icra etmək imkanı olmayacağı təqdirdə
öhdəliklər (kredit, borc, pul, kirayə və s.) götürməməlidir.
Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə
uyğun icra etməlidir.
5.3. Ədliyyə işçisi öz ailə üzvlərinin, habelə sosial və digər
münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol
verməməlidir.
5.4. Ədliyyə işçisi vəzifəsindən və qulluq mövqeyindən şəxsi
məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda
ədliyyə orqanları əməkdaşı olduğunu qabartmamalı, xidməti
vəsiqəsini təqdim etməməlidir.
5.5. Ədliyyə işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr
tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa
heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə
məşğul ola bilməz. Ədliyyə işçisi pedaqoji fəaliyyətlə işlədiyi
ədliyyə orqanı rəhbərinin icazəsi ilə məşğul ola bilər, elmi və
yaradıcılıq fəaliyyəti ilə məşğul olması barədə işlədiyi ədliyyə
orqanının rəhbərini əvvəlcədən məlumatlandırmalıdır.
6. Bəzi ədliyyə orqanlarında davranışın xüsusiyyətləri
6.1. Müstəntiqlər, məhkəmə icraçıları, həmçinin, Məhkəmə
ekspertizası mərkəzinin, penitensiar və tibb xidmətlərinin
əməkdaşları bu Qaydalarla müəyyən edilmiş bütün normalara, o
cümlədən aşağıdakılara əməl etməlidir:
6.1.1. Müstəntiq:
vəzifələrini yerinə yetirərkən qanunu və vicdanını rəhbər
tutmalıdır;
41
istintaq hərəkətlərini həyata keçirərkən orada iştirak edən
şəxslərlə prosessual münasibətlərdən kənara çıxmamalıdır.
6.1.2. Məhkəmə icraçısı:
icra işi ilə bağlı tərəflər və ya onların qohumları (yaxınları) ilə
xidmətdənkənar münasibətlər qurmamalıdır;
aralarında
münaqişə
olan
tərəflərin
münasibətlərinin
kəskinləşməsinə şərait yaratmamalı, zərurət olduqda, ayrı-ayrı
icra hərəkətlərini həyata keçirərkən həmin şəxslərin bir-biri ilə
təmasda olmamaları üçün tədbirlər görməlidir;
icra hərəkətlərini həyata keçirərkən iş üzrə tərəflərin, eləcə də
cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəzalara məhkum
edilmiş şəxslərin və onların ailə üzvlərinin şərəf və ləyaqətini
alçalda biləcək hərəkətlərə yol verməməlidir.
6.1.3. Məhkəmə eksperti:
məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında
maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları
ilə şəxsi əlaqələr yaratmamalıdır;
dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla
qorunan məlumatları, habelə məhkəmə ekspertizasının
aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və
vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola
bilən məlumatları yaymamalıdır.
6.1.4. Penitensiar xidmətin əməkdaşı:
qohumunun məhkum olunması barədə məlumatı ona məlum
olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə təqdim etməlidir;
özünün əxlaqı və vəzifə borclarını yerinə yetirməsi ilə yüksək
nümunə göstərməli və məhkumların rəğbətini qazanmalıdır;
penitensiar müəssisələrdə və istintaq təcridxanalarında
saxlanılan bütün şəxslərlə münasibətdə nəzakətli olmalı, onlarla
davranış zamanı hüquqlarına hörmət etməlidir;
məhkumların fikir, vicdan və dini etiqad azadlığına hörmətlə
yanaşmalıdır;
məhkumlarla, onların qohumları və yaxınları ilə xidmətdənkənar
münasibətlər yaratmamalıdır.
6.1.5. Tibb xidmətinin əməkdaşı:
Dostları ilə paylaş: |