Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

42 
 
penitensiar  müəssisələrdə  və  istintaq  təcridxanalarında 
saxlanılan  şəxslərlə  davranışda  tibb  işçiləri  üçün  ümumqəbul 
olunmuş  deontologiya  qaydalarına  ciddi  əməl  etməklə  yanaşı, 
azadlıqdan  məhrum  etmə  yerlərinin  spesifik  xüsusiyyətlərini 
nəzərə almalıdır; 
penitensiar  müəssisələrdə  və  istintaq  təcridxanalarında 
saxlanılan  şəxslərlə  davranışda  onlara  hər  hansı  bir  səbəbdən 
ayrı-seçkilik qoymadan öz peşə etikası çərçivəsində tibbi xidmət 
göstərilməsini  təmin etməli,  onların  fiziki  və  psixi  sağlamlığının 
qayğısına qalmalıdır; 
həkim  sirrinin  saxlanılması  və  xidməti  fəaliyyəti  ilə  əlaqədar 
malik  olduğu  məlumatların  yayılmaması  üzrə  ümumi  qaydalara 
əməl etməlidir. 
 
7.  Etik  davranış  qaydalarının  həyata  keçirilməsinin  təmin 
olunması 
 
7.1.  Ədliyyə  işçisi  tərəfindən  etik  davranış  qaydalarına  əməl 
olunması  üçün  davranışının  həmin  qaydalara  uyğunluğu  onun 
özü,  birbaşa  və  ya  yuxarı  rəhbəri  tərəfindən  müntəzəm  təhlil 
edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür. 
7.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət müvafiq 
ədliyyə  orqanının  rəhbəri  tərəfindən  həmin  orqanın  kadr 
xidməti vasitəsilə həyata keçirilir.  
7.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar 
həyata keçirilir: 
ədliyyə  işçilərinin  xidməti  davranışlarının  bu  Qaydalarla 
müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət 
və onun təhlili aparılmalıdır; 
ədliyyə  işçiləri  arasında  onların  tutduqları  vəzifələrə  uyğun 
olaraq vəzifə bölgüsü aparılmalıdır; 
rəhbər  işçilər  tərəfindən  tabeliyində  olan  şəxslər  hüquqa  və 
hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə 
və qərarlar qəbul etməyə sövq edilməməlidir; 


43 
 
ədliyyə  orqanlarına  və  onların  struktur  bölmələrinə  kadrların 
seçilməsi  və  yerləşdirilməsi  zamanı  qanunvericiliyin  tələblərinə 
əməl edilməlidir
etik  davranış  qaydalarının  pozulmasının  qarşısının  alınması  və 
profilaktikası üzrə tədbirlər görülməlidir
ədliyyə  işçilərinə  etik  davranış  qaydaları  izah  edilməli  və 
müraciət  olunduğu  təqdirdə  etik  davranış  qaydalarına  əməl 
olunmasına dair onlara tövsiyələr verilməlidir
etik  davranış  qaydalarını  pozan  ədliyyə  işçilərinin  intizam 
məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir; 
etik  davranış  qaydaları  və  ədliyyə  işçiləri  tərəfindən  həmin 
qaydalara  əməl  olunmasını  tələb  etmək  hüquqlarına  malik 
olmaları  barədə  vətəndaşları  və  təşkilatları  məlumatlandırmaq 
üçün tədbirlər görülməlidir; 
etik  davranış  qaydalarının  pozulması  halları  ilə  bağlı  həyata 
keçirilmiş 
tədbirlər 
barədə 
maraqlı 
tərəflər 
məlumatlandırılmalıdır; 
etik  davranış  qaydalarının  pozulmasının  nəticələrinin  aradan 
qaldırılması, habelə ədliyyə orqanına ictimai etimadın artırılması 
üçün tədbirlər görülməlidir; 
etik  davranış  qaydalarına  əməl  olunması  ilə  bağlı 
qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  vəzifələr  həyata 
keçirilməlidir. 
7.4.  Etik  davranış  qaydalarının  pozulması  ədliyyə  işçisinin 
intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 
7.5.  Ədliyyə  işçisinin  intizam  məsuliyyətinə  cəlb  edilməsi 
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata 
keçirilir. 
7.6.  Bu  Qaydaların  müddəalarının  ədliyyə  işçisi  tərəfindən 
pozulması  barədə  şikayət  və  ya  digər  məlumat  daxil  olduqda 
xidməti yoxlama (intizam icraatı) başlanıla bilər. 
Ədliyyə  işçisi  barəsində  xidməti  yoxlama  (intizam  icraatı) 
aparılarkən  ona  verilən  sualları  tam,  səmimi  və  obyektiv 
cavablandırmalıdır. 


44 
 
7.7.  Xidməti  yoxlama  (intizam  icraatı)  zamanı  ədliyyə  işçisi 
tərəfindən  yol  verilən  hüquq  pozuntusunda  cinayət  tərkibinin 
əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş ədliyyə 
orqanının  rəhbəri  bu  barədə  cinayət  təqibi  orqanına  məlumat 
verməlidir. 
7.8.  Ədliyyə  işçilərinin  etik  davranışı  ilə  bağlı  bu  Qaydalarla 
nəzərdə  tutulmayan  məsələlər  "Dövlət  qulluqçularının  etik 
davranış  qaydaları  haqqında"  Azərbaycan  Respublikasının 
Qanunu ilə tənzimlənir. 
 
 
 


45 
 
Vəkillər  Kollegiyasının  08  dekabr 
2012-ci  il  tarixli  Konfransı  tərəfindən 
təsdiq olunmuşdur. 
 
Vəkillərin davranış qaydaları haqqında 
ƏSASNAMƏ 
 
Fəsil 1. Ümumi müddəalar 
 
Maddə 1. Əsasnamənin əhatə dairəsi 
1.1.
 
Bu qaydalar vəkil statusuna malik olan bütün şəxslərə şamil edilir. 
1.2.
 
Hər  bir  vəkil  qanunun  aliliyi,  insan  hüquqlarını,  demokratik 
prinsipləri  və  yüksək  davranış  qaydalarını  rəhbər  tutaraq,  bu 
Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 
 
Maddə 2. Əsasnamənin məqsədləri 
2.1. Bu Əsasnamənin məqsədləri aşağıdakılardan ibarətdir: 
2.1.1.
 
vəkillərin  və  vəkil  qurumlarının  nüfuzunun  artırılması, 
vətəndaşların vəkil qurumlanna və vəkillərə etimadının yüksəldilməsi; 
2.1.2.
 
vəkil  qurumları  və  vəkillərin  fəaliyyətində  səmərəliliyin 
artırılması. 
 
Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi 
3.1.
 
Vəkillərin  davranışı  qanunvericiliklə  ona  verilmiş  hüquqların 
həyata  keçirilməsi  və  vəzifələrinin  yerinə  yetirilməsi  ilə  əlaqədar 
fəaliyyətidir.  Vəkilərin  davranışı  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş 
davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 
3.2.
 
Vəkillərin  davranışı  "Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqmda" 
Azərbaycan  Respublikasının  Qanunu,  Vəkillər  Kollegiyasının 
Nizamnaməsi,  bu  Əsasnamə  və  vəkilin  fəaliyyətini  tənzim  edən  digər 
normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir. 
 
Fəsil 2. Davranış qaydaları 
 
Maddə 4. Vicdanlı davranış 
4.1.
 
Şəxsin,  cəmiyyətin  və  dövlətin  maraqları  naminə  vəkil  öz 
vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə