49
Daxili işlər orqanlarında xidmətə qəbula namizədin yoxlanılması
prosesində, Davranış kodeksində müəyyən olunmuş prinsip və
qaydalara zidd hərəkətləri barədə təsdiqləyici məlumatların
daxil olması, onun xidmətə qəbulunun rədd edilməsi üçün əsas
sayıla bilər.
Maddə 1.
Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul
olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə
digər şəxslərə nümunə olmalıdır.
Maddə 2.
Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların
həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və
dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə
öz şəxsi məsuliyyətini hiss etməlidir.
Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması,
xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol
verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti
hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.
Maddə 3.
Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və
aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist,
alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd
əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə
köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə
və əlilləri köməksiz qoymamalıdır.
Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu
zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və
ədalətin təzahürü kimi qəbul etməlidir.
Maddə 4.
Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun
çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar
50
törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə
yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti
yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir
seçməyi bacarmalıdır.
Maddə 5.
Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və
qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd
əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş
hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə
altında qoymamalıdır.
Maddə 6.
Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən
prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar
olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına
düşməməlidir.
Öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan
şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını
qətiyyətlə almalıdır.
Xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə
ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə
cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç
kimdən, hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul
etməməli, bu barədə dərhal yuxarı rəisinə məlumat verməlidir.
Maddə 7.
Yalnız yüksək peşəkarlığa və şəxsi keyfiyyətlərə malik
əməkdaşın insanlara və cəmiyyətə fayda verə biləcəyini nəzərə
alaraq, peşəkarlığının, təhsilinin və ümumi intellektual
səviyyəsinin artırılması üçün mütəmadi olaraq öz üzərində
çalışmalı, bilik və təcrübəsini, xidməti ənənələri gənc
əməkdaşlara aşılamalıdır.
Maddə 8.
51
Xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri,
tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və
dövlət sirrinin yayılmasına yol verməməlidir.
Maddə 9.
Çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas
meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və
rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların
irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə
çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini
düzəltməyə çalışmalıdır.
Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici
görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı,
davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi
göstərməlidir.
Maddə 10.
Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan
vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və
təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət
və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini
qorumalı və inkişaf etdirməlidir.
Maddə 11.
Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla,
sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış
narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət
vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim
formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə
gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul
edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və
ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqinjə
yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər
qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad
olmalıdır.
Dostları ilə paylaş: |