65
Хülasə
Gömrük orqanının vəzifəli şəхslərinin davranışı bu orqanın
nüfuzunun qorunub saхlanmasına хidmət etməlidir.
Gömrük orqanının rəhbərləri:
əməkdaşlara nümunə olmalı;
əməkdaşların müvafiq qanunvericiliyə, qəbul edilmiş
standartlara və təlimatlara dair lazımi biliklərə malik
olmalarına
nəzarət etməli;
müəyyən olunmuş normalara əməkdaşlar tərəfindən
riayət
edilmədikdə, müvafiq tədbirlər görməlidirlər.
Məsuliyyət
Şərəf Kodeksinin tələblərinin yerinə yetirilməsinə görə gömrük
orqanının vəzifəli şəхsi ilk növbədə öz vicdanı, хidmət etdiyi
kollektiv və Vətən qarşısında cavabdehdir.
Şərəf Kodeksinə riayət edilməməsinə görə gömrük orqanının
bütün vəzifəli şəхsləri qanunvericiliyə
müvafiq olaraq məsuliyyət
daşıyırlar.
66
Azərbaycan Respublikası Vergilər
Nazirliyinin 7.02.2008-ci il tarixli
0817040100067800 №-li əmri ilə
təsdiq edilmişdir.
Vergi işçisinin etik davranış Kodeksi
Fəsil 1. Giriş
Vergi işçisinin etik davranış Kodeksi vergi işçisinin və Vergilər
Nazirliyinin ölkəmizin inkişafında böyük rolu olduğu nəzərə
alınmaqla hazırlanmışdır.
Vergi orqanları əməkdaşlarının ictimaiyyətin etimadını
qazanması nazirliyin əsas məqsədlərindən biridir. Nazirliyin hər
bir əməkdaşı ictimaiyyət tərəfindən göstərilən etimadı
doğrultmalıdır. Bu isə işçi tərəfindən ona tapşırılmış işi səmərəli,
effektiv və etik normalar çərçivəsində yerinə yetirdikdə
mümkündür.
Vergi işçisi cəmiyyətdə yüksək mövqeyə malik olduğuna və vergi
ödəyicisinin vəziyyətinə ciddi təsir göstərmək iqtidarında
olduğuna görə öz fəaliyyətini yüksək səviyyədə həyata
keçirməlidir. Vergi işçisinin ictimaiyyətlə əlaqədə atdığı hər bir
addım özündə peşəkarlıq, nəzakət və ədalətli əks etdirməlidir.
Kodekslə həm vergi işçisinin davranış normaları, həm də bu
normaların pozulmasına görə Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə və «Dövlət vergi orqanlarında xidmət haqqında
Əsasnamə»yə uyğun məsuliyyət müəyyən edilir. Kodeksdə
yolverilməzliyi göstərilməmiş, lakin vergi işçisinin və ya
nazirliyin nüfuzuna xələl gətirə bilən hərəkətə yol vermiş işçi
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Vergi işçisinin etik davranış Kodeksinin müddəaları mahiyyət
etibarilə əxlaqi və intizam xarakteri daşıyır.
Kodeksin hər hansı bir hissəsi başa düşülmədikdə onun
aydınlaşdırılması işçinin, hər hansı müddəa ilə əlaqədar
yaranmış çaşqınlığı aradan qaldırılmaq və işçiyə Kodeksin
müddəaları çərçivəsində davranmaqda kömək etmək etik
68
özlərinə xələl gətirə biləcək hər bir hərəkətə görə məsuliyyət
daşıyırlar.
Fəsil 3. İş vaxtına əməl etmə
3.1. İşçilər onlar üçün müəyyən olunmuş iş vaxtına əməl
etməlidirlər.
3.2. İşçilər müəyyən olunmuş iş vaxtı ərzində yemək fasiləsindən
və ya hər hansı digər fasilədən vaxtında qayıtmalıdırlar.
3.3. İşçilər iş gününün sonunadək iş yerində olmalı və üzrlü
səbəblər istisna olmaqla rəhbərliyin icazəsi olmadan (işçiyə və
ən yaxın adamına bədbəxt hadisə baş verdikdə və rəhbərlikdən
icazə alınması mümkün olmadığı hallar istisna olmaqla)
vaxtından əvvəl işdən çıxmamalıdırlar.
3.4. Rəis işçini onun xidməti vəzifələrindən başqa digər işləri
yerinə yetirməyə məcbur edə bilməz.
Fəsil 4. Silah gəzdirmə
4.1. İşçilər yalnız tutduğu vəzifəyə əsasən və qanunvericilikdə
nəzərdə tutulmuş qaydada cinayət təqibi sahəsində xidməti
vəzifələrini yerinə yetirərkən üzərilərində xidməti silah gəzdirə
bilərlər.
Fəsil 5. Xidməti şərəfin və peşə nüfuzunun qorunması
5.1. İşçi xidməti vəzifələrini icra edərkən təmasda olduğu vergi
ödəyiciləri ilə vergi qanunvericiliyinin və peşə etikasının
tələblərinə uyğun davranmalı, onların hər hansı xidmətlərindən
etiket qaydasında edilən təkliflər istisna olmaqla (etiket
normaları həddini aşmamaq şərtilə) şəxsi məqsədləri üçün
istifadə etməməlidir.
Kodeksin tələblərinə zidd olmamaq şərti ilə iş zamanı işçiyə
edilmiş nəzakət xarakterli təkliflərin qəbul edilməsinə yol verilir.