Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   2   3   4   5   6   7   8   9   ...   26


 
5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə 
dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və 
möhkəmləndirməlidir. 
  
Maddə 6. Loyallıq 
  
6.1.  Dövlət  qulluqçusu  onun  xidməti  vəzifəsinə  aid  olmadığı 
hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə 
əlaqədar  (qanunsuz  fəaliyyət  istisna  olmaqla)  tənqidi  ictimai 
mülahizələrdən,  çıxışlardan  və  onların  fəaliyyətinə  ictimai 
qiymət  verilməsindən  çəkinməlidir.  Bu  qayda  dövlət 
qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya 
elmi yazılarına şamil olunmur. 
6.2.  Dövlət  qulluqçusu  dövlət  qulluğu  ilə  bağlı  vəzifələrin  icrası 
ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə 
dövlət  orqanının  nüfuzunu  aşağı  sala  biləcək  hərəkətlərə  yol 
verməməlidir. 
6.3.  Dövlət  qulluqçusu  dövlət  orqanı  tərəfindən  açıq  çıxışlarla 
bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.  
6.4.  Dövlət  qulluqçusu  qanunvericilikdə  dövlət  qulluğu  ilə  bağlı 
nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir. 
  
Maddə 7. İctimai etimad  
  
7.1.  Dövlət  qulluqçusu  Azərbaycan  Respublikasının,  dövlət 
orqanının  və  dövlət  qulluğunun  nüfuzunu  möhkəmləndirməyə, 
öz adını və şərəfini uca tutmağa borcludur.  
7.2.  Dövlət  qulluqçusu  etik  davranış  qaydalarının  onun 
tərəfindən  pozulması  nəticələrini  aradan  qaldırmağa,  o 
cümlədən  ictimai  etimadın  bərpası  üçün  tədbirlər  görməyə 
borcludur. 
7.3.  Dövlət  qulluqçusu  dövlət  orqanlarının  və  onların  vəzifəli 
şəxslərinin  fəaliyyəti  barədə  ictimaiyyəti  məlumatlandıran 
kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  qanunla 



 
müəyyən  edilmiş  hallarda  və  qaydada  doğru  (dürüst) 
məlumatlar almasına köməklik göstərməlidir. 
  
Maddə  8.  İnsanların  hüquq,  azadlıq  və  qanuni  maraqlarına, 
şərəf  və  ləyaqətinə  və  işgüzar  nüfuzuna  hörmət.  Hüquqi 
şəxslərin işgüzar nüfuzuna hörmət 
  
8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və 
qanuni  maraqlarının  təmin  olunmasına  (qorunmasına  və 
müdafiəsinə) xidmət etməlidir. 
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni 
maraqlarını  pozan,  onların  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu 
ləkələyə  biləcək  qərarlara  və  hərəkətlərə  (və  ya  hərəkətsizliyə) 
yol verməməlidir. 
8.3.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 
dövlət  qulluqçusu  xidməti  vəzifələrinin  icrası  ilə  bağlı  fiziki 
şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf 
və  ləyaqəti  barədə  ona  məlum  olmuş  məlumatların 
konfidensiallığını təmin etməlidir. 
8.4.  Dövlət  qulluqçusu  hüquqi  şəxslərin  işgüzar  nüfuzuna 
hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək 
hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.  
  
Maddə 9. Mədəni davranış 
  
Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı 
rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli
xeyirxah, diqqətli və səbrli olmalıdır. 
  
Maddə  10.  Əmr,  sərəncam  və  ya  tapşırıqların  yerinə 
yetirilməsi 
 
10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna 
uyğun  olan  və  səlahiyyətləri  daxilində  qəbul  etdiyi  yazılı  əmri, 



 
sərəncamı  və  ya  verdiyi  şifahi  tapşırıqları  yerinə  yetirməyə 
borcludur.  
10.2.  Dövlət  qulluqçusu  birbaşa  və  ya  yuxarı  rəhbər  tərəfindən 
ona  verilən  əmrin,  sərəncamın  və  ya  tapşırığın  qanuna  və  ya 
digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə 
yazılı  əsaslandırmanı  birbaşa  və  ya  yuxarı  rəhbərinə  təqdim 
etməlidir.  O,  birbaşa  rəhbərindən  bu  əmr,  sərəncam  və  ya 
tapşırığın  yazılı  şəkildə  təsdiq  olunmasını  tələb  etməlidir. 
Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam 
və  ya  tapşırıq  almasına  baxmayaraq,  dövlət  qulluqçusu  onların 
qanuna,  yaxud  digər  normativ  hüquqi  akta  zidd  olmasına 
inanmaqda  davam  edərsə,  o,  həmin  əmr,  sərəncam  və  ya 
tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. 
10.3. Qanuni  göstərişlərin  yerinə  yetirilməməsi  intizam 
məsuliyyətinə səbəb olur. 
  
Maddə 11. Qərəzsizlik  
  
11.1.  Dövlət  qulluqçusu  xidməti  vəzifəsini  yerinə  yetirərkən  və 
ya   qərar  qəbul  edərkən  qərəzsiz  olmalı  və  bu  zaman  irqinə, 
milliyyətinə,  dininə,  dilinə,  cinsinə,  sosial  mənşəyinə,  əmlak  və 
qulluq  vəziyyətinə,  əqidəsinə,  ictimai  və  ya  hər  hansı  digər 
birliyə  mənsubiyyətinə  görə  hər  hansı  şəxsin  və  ya  şəxslər 
qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün 
şəraitin yaradılmasına yol verməməlidir. 
11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi 
zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. 
11.3.  Dövlət  qulluqçusu  özünün  və  ya  maraqlı  şəxslərin 
mənafelərinin  onun  xidməti  vəzifələrinin  yerinə  yetirilməsinə 
təsirinə  yol  verməməli  və  bu  cür  təsir  üçün  şərait 
yaratmamalıdır.  
  
Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və 
ya güzəştlərin əldə edilməsinə yol verilməməsi  
  



 
12.1.  Dövlət  qulluqçusunun  qanunsuz  olaraq  maddi  və  qeyri-
maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş 
hərəkətlər  (hərəkətsizlik)  etməsi  və  ya  qərarlar  qəbul  etməsi 
qadağandır. 
12.2.  Dövlət  qulluqçusu  onun  hərəkətlərinin  (hərəkətsizliyinin) 
və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və 
ya  güzəştlər  əldə  etməyə  gətirib  çıxarmasını  istisna  edən 
tədbirlər görməlidir. 
12.3.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  şəxslərə 
əvəzsiz  xidmət  (xidmətlər)  göstərən  dövlət  qulluqçusu  həmin 
xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. 
12.4.  Qanunvericiliklə  müəyyən  olunmuş  ödəniş  müqabilində 
vətəndaşlara  xidmət  (xidmətlər)  göstərən  dövlət  qulluqçusu 
həmin  xidmətə  (xidmətlərə)  görə  nəzərdə  tutulan  məbləğdən 
artıq haqq tələb edə bilməz. 
  
Maddə 13. Korrupsiyanın qarşısının alınması  
  
13.1.  Dövlət  qulluqçusuna  qanunsuz  maddi  və  qeyri-maddi 
nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  təklif  olunduğu  hallarda, 
dövlət  qulluqçusu  onlardan  imtina  etməlidir.  Maddi  və  qeyri-
maddi nemətlər, imtiyazlar və  ya güzəştlər dövlət qulluqçusuna 
ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa 
rəhbərinə  məlumat  verməli  və  maddi  və  qeyri-maddi  nemətlər, 
imtiyazlar  və  ya  güzəştlər  dövlət  qulluqçusunun  qulluq  keçdiyi 
dövlət orqanına akt üzrə təhvil verilməlidir. 
13.2. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət 
orqanı  olan   əqdlərdə  həmin  dövlət  qulluqçusu  digər  tərəf  ola 
bilməz. 
  
Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər 
  
14.1.  Dövlət  qulluqçusu  xidməti  vəzifələrinin  qərəzsiz  icrasına 
təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun 
vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə