Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   18   19   20   21   22   23   24   25   26

79 
 
15. Əməkdaş etik davranışı və öz peşəkar fəaliyyəti ilə hüquqi və 
fiziki şəxslərin Maliyyə Monitorinqi Xidmətinə inamını artırmalı 
və möhkəmləndirməlidir. 
16. Əməkdaş xidməti fəaliyyəti ilə bağlı öz peşəkarlığının daimi 
olaraq  və  planlaşdırılmış  şəkildə  artırılması  üçün  tədbirlər 
görməlidir. 
III. Əməkdaşların xidməti davranışı 
17.  Əməkdaşın  xidməti  davranışı  qanunvericiliklə  ona  verilmiş 
hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə 
əlaqədar fəaliyyətidir. 
17.1.  Əməkdaş  icra  və  əmək  intizamına  əməl  etməli,  iş  vaxtını 
xidməti  vəzifəsindən  kənar  işlərə  sərf  etməməli,  üzrsüz 
səbəbdən işdən yayınmamalıdır. 
18. Əməkdaş birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan 
və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və 
ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. 
18.1.  Əməkdaş  birbaşa  və  ya  yuxarı  rəhbər  tərəfindən  ona 
verilən  əmrin,  sərəncamın  və  ya  tapşırığın  qanuna  və  ya  digər 
normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı 
əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. 
O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı 
şəkildə  təsdiq  olunmasını  tələb  etməlidir.  Birbaşa  rəhbərindən 
yazılı  şəkildə  təsdiq  edilmiş  əmr,  sərəncam  və  ya  tapşırıq 
almasına  baxmayaraq,  əməkdaş  onların  qanuna,  yaxud  digər 
normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, 
həmin  əmr,  sərəncam  və  ya  tapşırığın  yerinə  yetirilməsindən 
imtina edə bilər. 


80 
 
18.2.  Qanuni  göstərişlərin  yerinə  yetirilməməsi  intizam 
məsuliyyətinə səbəb olur. 
19.  Əməkdaş  subordinasiya  məsələlərinə  diqqət  yetirməli, 
şikayət  halları  istisna  olmaqla,  yuxarı  rəhbərinə  yalnız  birbaşa 
rəhbəri vasitəsilə müraciət etməlidir. 
20.  Əməkdaş  öz  vəzifəsi  ilə  bağlı  tədbirlərdə  iştirakı  barədə 
əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır. 
21.  Əməkdaş  istifadəsində  olan  dövlət  əmlakından,  maliyyə 
vəsaitlərindən,  rabitə,  kompyüter  və  digər  kommunikasiya 
sistemlərindən,  nəqliyyat  vasitələrindən  və  digər  maddi-texniki 
təchizat  avadanlıqlarından  qənaətlə  və  səmərəli  istifadə 
etməlidir. 
21.1.  Əməkdaşa  dövlət  əmlakından,  maliyyə  vəsaitlərindən, 
rabitə,  kompyüter  və  digər  kommunikasiya  sistemlərindən, 
nəqliyyat  vasitələrindən  və  digər  maddi-texniki  təchizat 
avadanlıqlarından  şəxsi  maraqları  naminə,  habelə  xidməti 
vəzifələrinin  icrası  ilə  əlaqədar  olmayan  digər  məqsədlər  üçün 
istifadə  etməsi  qadağandır.  Əməkdaş  xidməti  fəaliyyəti  zamanı 
əldə  etdiyi  məlumatları  şəxsi  maraqları  üçün,  habelə  elmi  və 
pedaqoji fəaliyyətində istifadə edə bilməz. 
22.  Əməkdaş  xidməti  vəsiqəsinin  saxlanılmasında  məsuliyyətli 
olmalıdır. 
22.1. Əməkdaşın xidməti vəsiqəsindən birbaşa və ya dolayısı ilə 
hər  hansı  bir  şəxsə  təsir  göstərmək,  özünün  və  ailə  üzvlərinin, 
habelə  başqalarının  mənfəət  əldə  edilməsi  üçün  istifadə  oluna 
bilməz. 


81 
 
23. Əməkdaş xidməti fəaliyyəti zamanı müvafiq nəzarəti həyata 
keçirərkən  bu  Qaydalarla  müəyyən  edilmiş  bütün  normalara,  o 
cümlədən aşağıdakılara əməl etməlidir: 
23.1. Əməkdaş «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 
ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 
maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında»  Azərbaycan 
Respublikasının  Qanununda  müəyyən  edilmiş  monitorinq 
iştirakçıları və onların qohumları (yaxınları) ilə xidmətdənkənar 
münasibətlər qurmamalıdır; 
23.2.  monitorinq  iştirakçılarının  işgüzar  nüfuzuna  hörmətlə 
yanaşmalı,  onların  işgüzar  nüfuzunu  ləkələyə  biləcək,  şərəf  və 
ləyaqətini  alçalda  biləcək  hərəkətlərə  (və  ya  hərəkətsizliyə)  yol 
verməməlidir; 
23.3. vəzifələrini yerinə yetirərkən qanunu və ədalətliliyi rəhbər 
tutmalıdır; 
23.4.  dövlət,  xidməti,  peşə  və  kommersiya  sirri  təşkil  edən  və 
qanunla qorunan məlumatları yaymamalıdır; 
23.5.  özünün  vəzifə  borclarını  yerinə  yetirməsi  ilə  yüksək 
nümunə  göstərməli  və  monitorinq  iştirakçılarının  rəğbətini 
qazanmalıdır. 
IV. Əməkdaşların korrupsiyaya qarşı davranışı 
24. Əməkdaş tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi 
nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  əldə  etməyə  yönəlmiş 
hərəkətlər  (hərəkətsizlik)  etmək  və  ya  qərarlar  qəbul  etmək 
qadağandır. 
24.1.  Əməkdaş  onun  hərəkətlərinin  (hərəkətsizliyinin)  və  ya 
qərarlarının  maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar  və  ya 


82 
 
güzəştlər  əldə  etməyə  gətirib  çıxarmasını  istisna  edən  tədbirlər 
görməlidir. 
25.  Əməkdaş  qanunsuz  maddi  və  qeyri-maddi  nemətlər, 
imtiyazlar  və  ya  güzəştlər  təklif  olunduğu  hallarda  onlardan 
imtina  etməlidir.  Maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar  və 
ya  güzəştlər  əməkdaşa  ondan  asılı  olmayan  səbəblərdən 
verilərsə,  o,  bu  barədə  birbaşa  rəhbərinə  məlumat  verməli, 
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun 
işlədiyi quruma akt üzrə təhvil verilməlidir. 
25.1.  Tərəflərdən  biri  Maliyyə  Monitorinqi  Xidməti  olan 
əqdlərdə əməkdaş digər tərəf ola bilməz. 
26. Əməkdaş xidmət etdiyi dövrdə maraqların toqquşmasına yol 
verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi 
maraqları üçün istifadə etməməlidir. 
26.1. Əməkdaş işə qəbul edilərkən və bundan sonrakı müddətdə 
etik  davranış  qaydaları,  korrupsiyaya  qarşı  mübarizə  və 
maraqların  toqquşmasının  qarşısının  alınması  ilə  əlaqədar 
normativ hüquqi və normativ xarakterli  aktlarla tanış olmalıdır. 
Bu  aktlara  əməl  edilməsi  ilə  bağlı  hər hansı  suallar  yarandıqda, 
bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. 
V.  Əməkdaşların  hədiyyələr  və  digər  imtiyazlarla  bağlı 
davranışı 
27. Əməkdaş mükafat qismində verilən və ya mükafat təəssüratı 
yaradan  hədiyyələri  özü  və  ya  digər  şəxslər  üçün  qəbul  edə 
bilməz. 
28.  Tutduğu  mövqeyi  nəzərə  alaraq  əməkdaş  ona  təklif  oluna 
biləcək rüşvət və ya göstərilə biləcək təzyiqlərə qarşı ayıq-sayıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə