Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   18   19   20   21   22   23   24   25   26

91 
 
2.5.2. dövlət qulluqçuları və  digər şəxslər ilə aralarında yaranan 
mübahisələrin  Dövlət  Agentliyinin  və  dövlət  qulluqçusunun 
nüfuzuna xələl gətirməsinə yol verməməli
2.5.3. 
kollektivdə 
gərginlik 
yaratmamalı 
və 
yaranan 
anlaşılmazlıqların aradan qaldırılmasına çalışmalı; 
2.5.4.  özünə  qarşı  tələbkar  olmalı,  etik  davranış  qaydalarının 
Dövlət  Agentliyində  qulluq  keçən  hər  hansı  dövlət  qulluqçusu 
tərəfindən pozulması halları ilə rastlaşdıqda, onu bu pozuntunu 
aradan  qaldırılması  üçün  təşviq  etməli,  pozuntular  davam 
etdikdə bu haqda aidiyyəti üzrə məlumat verməlidir. 
2.6.  Dövlət  qulluqçusu  xidməti  fəaliyyətində  insanların 
hüquq,  azadlıq  və  qanuni  maraqlarının  təmin  olunması, 
qorunması  və  müdafiəsinə  xidmət  etməli  və  aşağıda  qeyd 
edilən halları nəzərə almalı: 
2.6.1.  xidməti  fəaliyyəti  ilə  bağlı  əldə  etdiyi  məlumatların 
konfidensiallığını iş vaxtından sonra da qorumalı; 
2.6.2. insanların şərəf, ləyaqət və işgüzar nüfuzunu, o cümlədən 
hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və 
hərəkətlərə(hərəkətsizliyə) yol verməməli;  
2.6.3.  digər  dövlət  qulluqçusunun  xidməti  fəaliyyətini  həyata 
keçirməsinə maneələr yaratmamalı; 
2.6.4.  dövlət  qulluqçularının  və  digər  şəxslərin  fikirlərinə 
hörmətlə yanaşmalıdır. 
2.7. Dövlət qulluqçusu xidməti fəaliyyətini həyata keçirərkən 
mədəni davranmalı


92 
 
2.7.1.  nitq  mədəniyyətinə  riayət  etməli,  şəxslərlə  ünsiyyət 
zamanı onları diqqətlə və səbirlə dinləməli, nəzakətli olmalı; 
2.7.2. dövlət qulluqçularına və digər şəxslərə qarşı təhqiredici və 
hədələyici  ifadələr  işlətməməli,  qısnama  və  narahat  etmə 
hallarına yol verməməli; 
2.7.3.  qeyri-mədəni  davranışla  bağlı  hər  hansı  şəxslə 
münasibətdə  anlaşılmazlıq  yarandığı  halda  bilavasitə  rəhbərinə 
məlumat verməlidir. 
2.8.  Dövlət  qulluqçusu  birbaşa  və  ya  yuxarı  rəhbərinin 
qanuna  uyğun  və  səlahiyyətləri  daxilində  qəbul  etdiyi  əmr, 
sərəncam və ya tapşırıqlarla bağlı: 
2.8.1.  verilən  tapşırıqları  qanunvericiliyin  müəyyən  etdiyi 
müddətlər ərzində yerinə yetirməyə çalışmalı; 
2.8.2.  ona  həvalə  edilən  işlərin  rəhbərin  qanunvericiliyə  uyğun 
olaraq qəbul etdiyi yazılı əmr və sərəncamlarda müəyyən edilən 
müddətlərdə həyata keçirilməsinə diqqət etməli
2.8.3. əmr, sərəncam və verilmiş tapşırıqların icrası ilə əlaqədar 
rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı; 
2.8.4.  rəhbər  vəzifələrdə  çalışan  dövlət  qulluqçuları  ilə  qulluq 
münasibətlərində subordinasiyaya riayət etməli; 
2.8.5.  əmr,  sərəncam  və  ya  verilmiş  şifahi  tapşırığın  qeyri-etik, 
normativ hüquqi aktlara zidd olduğunu hesab etdiyi halda dərhal 
onu  vermiş  rəhbər  vəzifəli  şəxslə  əlaqə  saxlayıb  məsələni 
aydınlaşdırmalı; 


93 
 
2.8.6.  siqaret  çəkilməsi  qadağan  olunmuş  yerlərdə,  həmçinin 
xidməti  vəzifələrin  yerinə  yetirildiyi  ictimai  yerlərdə  siqaret 
çəkməməlidir. 
2.9. Dövlət qulluqçusu qərəzsiz olmalı
2.9.1. xidməti vəzifəsini yerinə yetirdiyi zaman insanların irqinə, 
milliyyətinə,  dininə,  dilinə,  cinsinə,  sosial  mənşəyinə,  əmlak  və 
qulluq  vəziyyətinə,  əqidəsinə,  ictimai  və  ya  hər  hansı  digər 
birliyə mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verməməli; 
2.9.2.  qulluq  mövqeyindən  istifadə  edərək  digər  dövlət 
qulluqçusunu  qanuna  zidd  hərəkətə  (hərəkətsizliyə)  sövq 
etməməlidir. 
2.10.  Dövlət  qulluqçusu  qanunsuz  olaraq  maddi  və  qeyri-
maddi  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  əldə  edilməyə 
yönəlmiş aşağıdakı hərəkətlərə yol verməməli: 
2.10.1. öz məqsəd və mənafeyi üçün digər dövlət qulluqçusunu və 
ya şəxsləri onların hər hansı hərəkətinə görə təhdid etməməli; 
2.10.2.  irəli  çəkilməsi,  mükafatlandırılması,  imtiyazların  əldə 
edilməsi  üçün  müəyyən  olunmuş  qaydalara  zidd  yollar 
axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsinə şərait 
yaratmamalı; 
2.10.3.  nəqliyyat,  xidmət  və  digər  sahələrdə  hər  hansı  üstünlük 
əldə etmək məqsədi ilə öz statusundan istifadə etməməli; 
2.10.4.  xidməti  zərurətlə  bağlı  hallar  istisna  olmaqla,  iş  yerinə 
modern,  sadə,  parlaq  rəngli  olmayan  geyimlərdə  gəlməli,  xarici 
görünüşünü təmiz və səliqəli saxlamalı; 


94 
 
2.10.5. şəxslərə əvəzsiz göstərilməsi nəzərdə tutulan xidmət üçün 
onlardan  haqq  tələb  etməməli  və  ya  ödənişli  xidmətlər  üzrə 
nəzərdə tutulan məbləğdən artıq haqq almamalıdır. 
2.11.  Korrupsiyanın  qarşısının  alınması  ilə  bağlı  dövlət 
qulluqçusu aşağıdakılara əməl etməli: 
2.11.1.  ona  təklif  edilən  qanunsuz  maddi  və  qeyri-maddi 
nemətlər, imtiyaz və ya güzəştlərdən imtina etməli
2.11.2.  yuxarıda  qeyd  edilənlər  dövlət  qulluqçusunun  xəbəri 
olmadan  və  ya  digər  ondan  asılı  olmayan  səbəblərdən  verilərsə 
bu barədə rəhbərinə məlumat verməli və akt üzrə təhvil verməli; 
2.11.3.  dövlət  orqanının  tərəf  olduğu  əqdlərdə  qarşı  tərəf  və  ya 
onun nümayəndəsi kimi iştirak etməməlidir. 
2.12.  Dövlət  qulluqçusu  hədiyyə  qəbul  etməklə  bağlı 
aşağıdakı məhdudiyyətləri nəzərə almalı: 
2.12.1.  xidməti  vəzifələrinin  qərəzsiz  icrası  (icra  etməməsi)  ilə 
bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə 
almalı,  belə  cəhdlərin  mövcudluğunu  ehtimal  etməyə  əsas 
olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və 
s. tələb və ya qəbul etməməli
2.12.2.  yuxarıda  qeyd  edilən  hallar  barədə  dərhal  bilavasitə 
rəhbərinə məlumat verməlidir. 
2.13. Dövlət qulluqçusu maraqlar toqquşmasının qarşısının 
alınması üçün aşağıdakı tədbirləri görməli: 
2.13.1.  öz  vəzifə  səlahiyyətlərindən  şəxsi  maraqları  üçün 
istifadəyə yol verməməli; 


95 
 
2.13.2.  xidməti  vəzifələri  ilə  onun  şəxsi  maraqları  arasında 
ziddiyyət  yaranan  hallarda,  həmin  maraqların  xarakteri  barədə 
bilavasitə rəhbərinə məlumat verməli; 
2.13.3.  başqa  vəzifəyə  keçmə  ilə  əlaqədar  təkliflərin  maraqlar 
toqquşmasına  səbəb  ola  biləcəyi  hallarda  bu  barədə  dövlət 
orqanı rəhbərinə məlumat verməli
2.13.4.  dövlət  qulluğuna  xitam  verildikdən  sonra  əvvəllər 
fəaliyyətinə  nəzarət  etdiyi  idarə,  müəssisə,  təşkilat  və  ya  onun 
bölmələrindən gələn iş təkliflərini qəbul etməməlidir. 
2.14.  Dövlət  qulluqçusu  istifadəsində  olan  dövlət  əmlakını 
istifadə edərkən aşağıdakıları nəzərə almalı: 
2.14.1.  dövlət  orqanının  resurslarının  təhlükəsizliyini  təmin 
etməli  və  onlardan  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar 
olmayan digər məqsədlər üçün istifadə etməməli; 
2.14.2.  dövlət  orqanının  rəsmi  e-mailindən  yalnız  xidməti 
fəaliyyəti ilə bağlı istifadə etməli
2.14.3. xidməti vəsiqəsinin saxlanmasında məsuliyyətli olmalıdır. 
2.15.  Dövlət  qulluqçusu  xidmət  etdiyi  dövlət  orqanının 
sərəncamında  olan  məlumatı  aşağıdakı  şəkildə  istifadə 
etməli: 
2.15.1.  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  əldə 
olunması və yayılması mümkünlüyünü təmin etməli; 
2.15.2. xidməti informasiyanı təqdim edəcəyi tədbirlərdə iştirakı 
(əvvəlcədən)  və  həmin  tədbirlərin  nəticəsi  barədə  bilavasitə 
rəhbərini məlumatlandırmalı; 


96 
 
2.15.3.  xidməti  fəaliyyəti  zamanı  əldə  etdiyi  məlumatları  şəxsi 
maraqları üçün istifadə etməməlidir. 
2.16.  Dövlət  qulluqçusunun  ictimai  və  ya  siyasi  fəaliyyəti  onun 
xidməti  vəzifələrini  qərəzsiz  və  obyektiv  yerinə  yetirməsinə 
maneçilik  törətməməli,  o,  qulluq  mövqeyindən  istifadə  edərək 
digər  dövlət  qulluqçularını  bu  fəaliyyətlərdə  iştirak  etməyə 
təhrik etməməlidir. 
2.17.  Dövlət  qulluqçusu  xidmətdən  kənar  davranışında 
vəzifələrinin  icrası  ilə  bir  araya  sığmayan  hərəkətlərə  yol 
verməməli,  xidməti  fəaliyyətinin  düzgünlüyünə,  obyektivliyinə 
və qərəzsizliyinə və ya dövlət orqanının nüfuzuna və adına xələl 
gətirməməlidir.  
2.18.  Dövlət  Agentliyinin  dövlət  qulluqçuları  dövlət  orqanının 
fəaliyyəti  haqqında  izahat  vermə,  sosial  şəbəkələrdə  ictimai 
mülahizələr  aparmaq  və  müzakirələrdə  iştirak  etmək  kimi 
xidməti  vəzifələrinin  icrasına  bilavasitə  aid  olmayan 
fəaliyyətlərində Dövlət Agentliyinin nüfuzuna, adına xələl gətirən 
hər  cür  davranışdan  çəkinməli  bu  Qaydalar  ilə  tənzimlənən 
prinsiplərə əməl etməlidir. 
 3. Etik Davranış Qaydalarına əməl olunmasının Təminatı 
 3.1. Etik davranış qaydaları Dövlət Agentliyinin internet səhifəsi 
vasitəsilə ictimaiyyətə açıqlanır. Bu Qaydalar Dövlət Agentliyində 
dövlət qulluğuna yeni başlayan hər bir dövlət qulluqçusuna staj 
dövründə kuratoru tərəfindən verilir və həmin Qaydalara riayət 
etməsi kuratorun verəcəyi rəy zamanı nəzərə alınır. 
3.2.  Dövlət  Agentliyinin  rəhbəri  etik  davranış  qaydalarına  əməl 
edilməsinə nəzarəti müntəzəm həyata keçirir. Etik pozuntuların 
araşdırılması  və  müvafiq  intizam  tənbeh  tədbirlərinin  tətbiq 
edilməsi  ilə  bağlı  təklifləri  təqdim  etməsi  üçün  Dövlət 


97 
 
Agentliyinin  rəhbəri  tərəfindən  etik  məsələlər  üzrə  məsul  şəxs 
(etik müvəkkil) təyin olunur. 
 4.  Dövlət  Agentliyinin  rəhbəri  tərəfindən  həyata  keçirilən 
nəzarət 
4.1.  Etik  davranış  qaydalarına  əməl  olunmasına  nəzarət  Dövlət 
Agentliyinin  sədri  tərəfindən  İnsan  resursları  və  təlim 
şöbəsi(bundan  sonra  Şöbə)  vasitəsilə  həyata  keçirilir.  Dövlət 
Agentliyinin 
rəhbəri 
dövlət 
qulluqçularının 
xidməti 
davranışlarının  bu  Qaydalara  uyğunluğu  haqqında  Şöbənin  ona 
təqdim etdiyi məlumatları təhlil edir. 
4.2.  Dövlət  Agentliyinin  rəhbəri  tərəfindən  etik  davranış 
qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:  
4.2.1. dövlət qulluqçularının xidməti davranışının bu Qaydalarla 
müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət 
edilir və onun təhlili aparılır; 
4.2.2.  dövlət  qulluqçuları  arasında  onların  tutduqları  vəzifələrə 
uyğun olaraq vəzifə bölgüsü aparılır; 
4.2.3.  etik  davranış  qaydalarının  pozulmasının  qarşısının 
alınması və profilaktikası üzrə tədbirlər görülür; 
4.2.4. dövlət qulluqçularına etik davranış qaydaları izah edilir və 
müraciət  olunduğu  təqdirdə  etik  davranış  qaydalarına  əməl 
olunmasına dair onlara tövsiyələr verilir
4.2.5.  etik  davranış  qaydaları  və  dövlət  qulluqçuları  tərəfindən 
həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik 
olmaları  barədə  şəxsləri  və  təşkilatları  məlumatlandırmaq  üçün 
tədbirlər görülür; 


98 
 
4.2.6.  etik  davranış  qaydalarının  pozulması  halları  ilə  bağlı 
həyata 
keçirilmiş 
tədbirlər 
barədə 
maraqlı 
tərəflər 
məlumatlandırılır; 
4.2.7.  etik  davranış  qaydalarını  pozan  dövlət  qulluqçularının 
intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür; 
4.2.8.  etik  davranış  qaydalarına  əməl  olunması  ilə  bağlı 
qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  vəzifələr  həyata 
keçirilir. 
 5. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət 
 5.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun 
intizam  məsuliyyətinə  cəlb  edilməsi  üçün  əsasdır.  Dövlət 
qulluqçusunun 
intizam 
məsuliyyətinə 
cəlb 
edilməsi 
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata 
keçirilir.  
5.2. Aşağıdakı hallarda Şöbə Dövlət Agentliyinin sədrinə müvafiq 
məlumatı təqdim edir: 
5.2.1.  “Etik  davranış  qaydaları  haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  və  ya  bu  Qaydaların  müddəalarının 
dövlət  qulluqçusu  tərəfindən  pozulması  barədə  hüquqi  və  ya 
fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; 
5.2.2.  kütləvi  informasiya  vasitələrində  dövlət  qulluqçusu 
tərəfindən  “Etik  davranış  qaydaları  haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  və  ya  bu  Qaydaların  müddəalarının 
pozulmasına yol verilməsi barədə məlumatın dərc edilməsi. 
5.3.  Dövlət  Agentliyinin  sədrinin  göstərişi  əsasında  qurulan 
komissiya  dövlət  qulluqçusu  barəsində  intizam  icraatına 
başlayır, dövlət qulluqçusundan yazılı izahat alınır. 


99 
 
5.4. Etik davranış qaydalarının müddəalarının dövlət qulluqçusu 
tərəfindən  pozulması  barədə  şikayətlərə  və  məlumatlara 
operativ və qərəzsiz baxılmalıdır. 
5.5.  İntizam  icraatını  aparan  komissiya  20  gün  ərzində  işini 
tamamlayır və aşağıdakı qərarlardan birini qəbul edir: 
5.5.1.  dövlət  qulluqçusuna  irad  tutulması  və  tövsiyə  verilməsi 
haqqında; 
5.5.2. dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilməsi 
haqqında; 
5.5.3. intizam icraatına xitam verilməsi haqqında. 
5.6.  Aparılmış  intizam  icraatının  nəticələri  Dövlət  Agentliyinin 
sədrinə  təqdim  edilir.  “Etik  davranış  qaydaları  haqqında” 
Azərbaycan  Respublikası  Qanununun  və  ya  bu  Qaydaların 
müddəalarını  pozmuş  dövlət  qulluqçusu  barədə  yalnız  Dövlət 
Agentliyinin sədri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 
intizam  tənbeh  tədbiri  tətbiq  edilir.  Dövlət  qulluğundan  azad 
edilmə intizam tənbeh tədbiri dövlət qulluqçusuna vəzifələrinin 
icrası  zamanı  etik  tələblərdə  kobud  və  ya  mütəmadi  olaraq 
pozuntulara yol verdikdə tətbiq olunur. 
5.7. Dövlət qulluqçusuna tətbiq edilən intizam tənbeh tədbirinin 
tətbiq  edilməsi  ilə  bağlı  sənədin  surəti  onun  şəxsi  işinin  ikinci 
hissəsinə  tikilir  və  həmin  şəxs  “Dövlət  qulluğu  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununa  əsasən  1  il  ərzində 
müsabiqə və müsahibəyə buraxılmır. 
5.8.  İntizam  icraatı  zamanı  dövlət  qulluqçusu  tərəfindən  yol 
verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar 
edildikdə  Dövlət  Agentliyinin  sədri  bu  barədə  cinayət  təqibi 
orqanına məlumat verir. 


100 
 
5.9.  Dövlət  qulluqçusuna  intizam  tənbeh  tədbiri  bu  Qaydalarda 
nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək 
verilir.  Dövlət  qulluqçusunun  məzuniyyətdə,  ezamiyyətdə 
olduğu,  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi,  habelə  barəsində 
“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
çərçivəsində  xidməti  yoxlama,  “Vətəndaşların  müraciətlərinə 
baxılması  qaydası  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  çərçivəsində  xidməti  araşdırma  və  ya  cinayət  işinin 
istintaqı  aparıldığı  vaxt  həmin  müddətə  daxil  edilmir.  Etik 
davranış qaydalarının pozulduğu gündən altı ay keçdikdən sonra 
dövlət qulluqçusuna intizam tənbeh tədbiri verilə bilməz. Dövlət 
Agentliyinin  maliyyə  təsərrüfat  fəaliyyətinin  auditinin  nəticələri 
ilə  aşkar  edilmiş  etik  davranış  qaydalarının  pozulması  ilə 
bağlıdırsa,  dövlət  qulluqçusuna  həmin  pozuntular  törədildiyi 
gündən  bir  il  keçdikdən  sonra  intizam  tənbehi  tədbiri  verilə 
bilməz. 
5.10.  İntizam  tənbeh  tədbirinin  tətbiq  edilməsi  barədə  əmrdən, 
“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununa  əsasən  onun  imzalandığı  gündən  7  iş  günü 
müddətində tabeçilik qaydasında yuxarı dövlət orqanına şikayət 
vermək  olar.  Bu  zaman  həmin  orqan  tərəfindən  intizam  tənbeh 
tədbiri  10  iş  günü  müddətində  ləğv  olunur  və  ya  qüvvədə 
saxlanılır. 
5.11.  Dövlət  qulluqçuları  qanunvericiliklə  müəyyən  edilmiş 
hallarda və qaydada inzibati məsuliyyətə cəlb oluna bilər. 
5.12. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  maddi  məsuliyyət 
daşıyır.  Onun  qanuna  uyğun  hərəkətləri  nəticəsində  dəymiş 
zərərin  əvəzi  tam  həcmdə  dövlət  büdcəsinin  vəsaiti  hesabına 
ödənilir. 
 
 


101 
 
 
 
 
ETİK DAVRANIŞ  
KODEKSLƏRİNİN TOPLUSU 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab pulsuz paylanılır. 
 
Kağız formatı 14,8x21, A5, Ofset 780 qr/m
2

Tiraj: 600 
 
“TimePrint” mətbəəsində ofset üsulu ilə çap olunmuşdur. 
Bakı, Ş.Məmmədova 208, 
Tel: +994 12 563 18 02
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə