Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   2   3   4   5   6   7   8   9   ...   26

10 
 
bu  cür  mükafat  təəssüratı  yaradan  hədiyyələri  özü  və  ya  digər 
şəxslər  üçün  tələb  edə  və  ya  qəbul  edə  bilməz.  Bu  qayda 
qonaqpərvərliklə  bağlı  və  dəyəri  “Korrupsiyaya  qarşı  mübarizə 
haqqında“  Qanunda  nəzərdə  tutulmuş  məbləğdən  yuxarı 
olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. 
14.2.  Dövlət  qulluqçusu  hədiyyənin  qəbul  edilməsi  və  ya 
qonaqpərvərlikdən  istifadə  ilə  bağlı  qərara  gələ  bilmədiyi 
hallarda  bu  məsələ  barədə  birbaşa  rəhbərinin  rəyini 
öyrənməlidir. 
  
Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması 
  
15.1.  Dövlət  qulluqçusu  qulluq  etdiyi  dövrdə  maraqların 
toqquşmasına  yol  verməməlidir  və  qanunsuz  olaraq  öz  vəzifə 
səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.  
15.2.  Dövlət  qulluqçusunun  xidməti  vəzifələri  ilə  onun  şəxsi 
maraqları  arasında  ziddiyyət  yarana  biləcəyi  hallarda,  o, 
qanunvericiliyə  müvafiq  olaraq,  dövlət  qulluğuna  qəbul 
olunduqda,  habelə  bundan  sonrakı  dövrdə  həmin  maraqların 
xarakteri barədə məlumat verməyə borcludur. 
15.3.  Dövlət  qulluqçusu  başqa  vəzifəyə  keçmə  ilə  əlaqədar 
təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, 
bu  barədə   dövlət  orqanının  rəhbərinə  məlumat  verməlidir. 
Dövlət  qulluğuna  xitam  verildikdən  sonra  dövlət  qulluqçusu 
qanunvericiliklə  müəyyən  edilmiş  müddət  ərzində  əvvəllər 
fəaliyyətinə  nəzarət  etdiyi  idarə,  müəssisə,  təşkilatlara  və  ya 
onların bölmələrinə işə qəbul edilə bilməz. 
15.4.  Dövlət  qulluqçusu  maraqların  toqquşmasının  qarşısının 
alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər 
görməlidir. 
15.5.  Dövlət  qulluqçusu  vəzifəyə  təyin  edilərkən  və  bundan 
sonrakı  müddətdə  etik  davranış  qaydaları,  korrupsiyaya  qarşı 
mübarizə  və  maraqların  toqquşmasının  qarşısının  alınması  ilə 
normativ  hüquqi  və  normativ  xarakterli  aktlarla  tanış 
olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar 


11 
 
yarandıqda  bu  barədə  birbaşa  və  ya  yuxarı  rəhbərinə  müraciət 
etməlidir. 
  
Maddə 16. Əmlakdan istifadə 
 
16.1.  Dövlət  qulluqçusu  istifadəsində  olan  dövlət  əmlakından, 
maliyyə 
vəsaitlərindən, 
rabitə, 
kompyüter 
və 
digər 
kommunikasiya  sistemlərindən,  nəqliyyat  vasitələrindən  və 
digər  maddi-texniki  təchizat  avadanlıqlarından  qənaətlə  və 
səmərəli istifadə etməlidir. 
16.2.  Dövlət  qulluqçusuna  dövlət  əmlakından,  maliyyə 
vəsaitlərindən,  rabitə,  kompyüter  və  digər  kommunikasiya 
sistemlərindən,  nəqliyyat  vasitələrindən  və  digər  maddi-texniki 
təchizat  avadanlıqlarından  şəxsi  maraqları  naminə,  habelə  
həmin  dövlət  qulluqçusu  tərəfindən  xidməti  vəzifələrinin  icrası 
ilə  əlaqədar  olmayan  digər  məqsədlər  üçün  istifadə  etməsi 
qadağandır. 
  
Maddə 17. Məlumatlardan istifadə 
  
17.1.  Dövlət  qulluqçusu  xidmət  etdiyi  dövlət  orqanının 
sərəncamında  olan  məlumatların  qanunvericiliklə  müəyyən 
olunmuş  qaydada  əldə  olunması  və  yayılması  mümkünlüyünü 
təmin etməlidir. 
17.2.  Dövlət  qulluqçusu  dövlət  orqanında  müəyyən  olunmuş 
xidməti  informasiyanın  təqdim  edilməsi  qaydalarına  əməl 
etməlidir. 
17.3.  Dövlət  qulluqçusu  xidməti  fəaliyyəti  zamanı  əldə  etdiyi 
məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.  
  
Maddə 18. İctimai və ya siyasi fəaliyyət 
  
18.1.  Qanunvericiliklə  başqa  qayda  nəzərdə  tutulmamışdırsa, 
dövlət  qulluqçusu  ictimai  və  ya  siyasi  birliyə  üzv  olmaq 
hüququna malikdir. 


12 
 
18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud 
ictimai  və  ya  siyasi  birliyə  mənsubiyyəti  onun  xidməti 
vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə 
doğurmamalıdır. 
18.3.  Dövlət  qulluqçusu  qulluq  mövqeyindən  istifadə  edərək 
digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini 
təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. 
18.4.  Dövlət  qulluqçusuna  dövlət  orqanlarında  ictimai  və  siyasi 
birliklərin  (həmkarlar  ittifaqları  istisna  olmaqla),  dini 
təşkilatların  struktur  bölmələrini  yaratmaq,  yaxud  həmin 
orqanlarda  göstərilən  struktur  bölmələrin   yaradılmasına  
yardım etmək qadağandır. 
18.5.  Dövlət  qulluqçusuna  seçkilər  zamanı  öz  vəzifə 
mövqeyindən  və  səlahiyyətlərindən  özünün  və  ya  digər 
namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyaların  bloklarının 
xeyrinə istifadə etmək qadağandır. 
  
Fəsil 3. ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA 
KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI 
 
Maddə 19. Təminatlar sistemi 
  
19.0.  Dövlət  qulluqçusu  tərəfindən  etik  davranış  qaydalarına 
əməl olunması üçün: 
19.0.1.  dövlət  qulluqçusunun  davranışının  etik  davranış 
qaydalarına  uyğunluğu  onun  özü,  birbaşa  və  ya  yuxarı  rəhbəri 
tərəfindən müntəzəm təhlil edilir
19.0.2.  dövlət  qulluqçusu,  onun  birbaşa  və  ya  yuxarı  rəhbəri 
tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür. 
  
Maddə  20.  Etik  davranış  qaydalarına  əməl  olunmasına 
nəzarət 
  
20.0. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti: 


13 
 
20.0.1 Dövlət orqanının rəhbəri - xidməti qaydada, yuxarı orqan - 
tabeçilik əsasında; 
20.0.2. Müvafiq dövlət orqanı (bundan sonra “Nəzarət orqanı”) - 
bu Qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir. 
  
Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət 
  
21.1.  Dövlət  orqanlarında  etik  davranış  qaydalarına  əməl 
olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata 
keçirir. 
21.2. Dövlət orqanının rəhbəri: 
21.2.1.  tabeliyində  olan  dövlət  qulluqçularının  xidməti 
davranışlarının  bu  Qanunla  müəyyən  olunan  etik  davranış 
qaydalarına  uyğunluğuna  nəzarət  etməli  və  onun  təhlilini 
aparmalıdır; 
21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması 
nümunəsi göstərməlidir
21.2.3.  tabeliyində  olan  dövlət  qulluqçuları  arasında  onların 
tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır; 
21.2.4.  tabeliyində  olan  şəxsləri  hüquqa  və   hamılıqla  qəbul 
edilmiş  etik  normalara  zidd  olan  hərəkət  etməyə  və  qərarlar 
qəbul etməyə sövq etməməlidir
21.2.5.  rəhbərlik  etdiyi  dövlət  orqanlarına  və  onların  struktur 
bölmələrinə  kadrların  seçilməsi   və  yerləşdirilməsi  zamanı 
qanunvericiliyin tələblərinə əməl etməlidir
21.2.6.  etik  davranış  qaydalarının  pozulmasının  qarşısının 
alınması və profilaktikası üzrə  tədbirlər görməlidir; 
21.2.7.  tabeliyində  olan  dövlət  qulluqçularına  etik  davranış 
qaydalarını  izah  etməli  və  müraciət  olunduğu  təqdirdə  etik 
davranış  qaydalarına  əməl  olunmasına  dair  onlara  tövsiyələr 
verməlidir; 
21.2.8.  öz  səlahiyyətləri  çərçivəsində  bu  Qanunla  müəyyən 
olunmuş  etik  davranış  qaydalarını  və  onlara  əməl  olunması  ilə 
bağlı  təminatları  konkretləşdirən  normativ  hüquqi  (və  ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə