Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   2   3   4   5   6   7   8   9   ...   26

22 
 
ilə qarşılıqlı fəaliyyət göstərə bilər, bu şərtlə ki, həmin fəaliyyət 
onun müstəqilliyinə və qərəzsizliyinə şübhə yaratmasın. 
IV. Kodeksin hakimlərin fəaliyyətinin  
qiymətləndirilməsi ilə əlaqəsi 
 
Maddə  24.  Bu  Kodeksin  3-cü,  4-cü  və  15-ci  maddələrinin 
tələblərinin  pozulması  hakimin  fəaliyyətinin  qiymətləndirilməsi 
zamanı nəzərə alına bilər. 
 


23 
 
Azərbaycan 
Respublikası 
Baş 
Prokurorluğu  Kollegiyasının  08 
fevral  2008-ci  il  tarixli  qərarı  ilə 
təsdiq edilmişdir. 
 
Azərbaycan Respublikası Prokurorluğu işçilərinin 
ETİK DAVRANIŞ KODEKSİ 
 
Azərbaycan  Respublikası  Prokurorluğu  işçilərinin  etik  davranış 
Kodeksi  (bundan  sonra-Kodeks)  bütün  prokurorluq  işçilərinə 
şamil edilir. 
Hər  bir prokurorluq  işçisi  «Dövlət  qulluqçularının  etik davranış 
qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu, digər 
normativ  hüquqi  aktlarla  və  bu  Kodekslə   müəyyənləşdirilən  
davranış  qaydalarına  riayət  etməlidir.  Prokurorluq  işçiləri  
fəaliyyəti  dövründə  prokurorluq  işçilərinin  andına  sadiq  olmalı, 
xidməti  işini  və  işdən  kənar  davranışını  həmin  anda  və  bu 
Kodeksə uyğun qurmalıdır. 
I. KODEKSİN MƏQSƏDLƏRİ 
1.  Kodeks  prokurorluq  orqanları  işçilərinin   riayət  etməli 
olduqları  davranışı,  etik  normaları,  insan  və  vətəndaş  hüquq  və 
azadlıqlarının 
qorunmasında, 
prokurorluq 
orqanlarında 
korrupsiyanın 
və 
prokurorluq 
işçilərinin 
fəaliyyətində 
maraqların  toqquşmasının  qarşısının   alınmasında  onların 
üzərinə  düşən  vəzifələri,  cəmiyyətdə  prokurorluq  orqanları 
işçilərindən  gözlənilən  davranışın  məzmun  və  dairəsini  
müəyyən edir. 
2.  Prokurorluq  orqanlarının  üzərinə  qanunvericiliklə  qoyulmuş 
vəzifələrin  layiqincə  yerinə  yetirilməsi  prokurorluq  işçilərinin 
yuksək  əxlaqi  və  peşə  keyfiyyətlərindən,  ləyaqətindən, 
cəmiyyətdə 
hörmətindən, 
asudə 
vaxtda 
davranış 


24 
 
mədəniyyətindən  birbaşa  asılıdır.  Hər  bir  prokurorluq  işçisi 
təmsil etdiyi orqanın nüfuzunu yüksəltməli, vətəndaşların ədalət 
mühakiməsinə  və  hüquq  mühafizə  orqanlarına  olan  inamını 
artırmalıdır. 
 
3. Hər bir prokurorluq işçisi bu vəzifənin məsuliyyətli və şərəfli 
bir  iş  olduğunu,  ədalət  mühakiməsinin  həyata  keçirilməsində 
onun  rolunu  nəzərə  alaraq,  öz  xidməti  fəaliyyətində  üzərinə 
düşən  vəzifənin  əhəmiyyətini  dərk  etməli,  qanunlara,  insan  və 
vətəndaş  hüquq  və  azadlıqlarına  hörmətlə  yanaşmalı, bu hüquq 
və azadlıqları təsbit edən milli və beynəlxalq standartlara ardıcıl 
və  müntəzəm  riayət  etməli,  cəmiyyətdə  qəbul  edilmiş  ümumi 
əxlaq  normaları  və  davranış  qaydalarını  gözləməli,  prokurorluq 
işçisi adını uca tutmalı, şərəf və ləyaqətini qorumalıdır. 
II. ETİK DAVRANIŞIN ƏSAS TƏLƏBLƏRİ 
4.  Prokurorluq  işçisi  öz  xidməti  fəaliyyətini  həyata  keçirərkən 
Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunlarını, 
«İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında»  
Konvensiyanı,  
Beynəlxalq 
Prokurorlar 
Assosiasiyasının 
prokurorlar  üçün  müəyyən  etdiyi  peşə  məsuliyyəti,  əsas  hüquq 
və  vəzifə  standartlarını,  Azərbaycan  Respublikası   Baş 
prokurorunun  müvafiq  əmrlərinin  tələblərini  rəhbər  tutmalı, 
Prokurorluq  işçiləri  üçün  etika  və  davranış  üzrə  Avropa  rəhbər 
prinsiplərini  və  Cinayət  mühakimə  sistemində  prokurorluğun 
rolu  haqqında  Avropa  Şurası  Nazirlər  Komitəsinin  6  oktyabr 
2000-ci  il  tarixli  19  saylı  Tövsiyələrini  nəzərə  almalı,   həmçinin 
cəmiyyətdə  qəbul  edilmiş  etik  qaydalara  dönmədən  əməl 
etməlidir. 
 
5. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə prokurorluq 
işçisi  öz  vəzifə  borcunu  layiqincə  yerinə  yetirməlidir. 
Prokurorluq  işçisi  xidməti  fəaliyyətində  yüksək  peşəkarlığı, 
insani  keyfiyyətləri  və  işdən  kənar  davranış  mədəniyyəti  ilə 
prokurorluq 
orqanlarının 
nüfuzunu 
daim 
artırmalıdır. 


25 
 
Prokurorluq  işçisi  bütün  hallarda  elə  fəaliyyət  göstərməlidir  ki, 
hər bir şəxs üçün nümunə kimi qəbul edilmiş olsun. 
6. Prokurorluq işçisi etik davranış qaydalarının onun tərəfindən 
pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai 
etimadın bərpası üçün tədbirlər görməyə borcludur. 
7.  Prokurorluq  işçisi  öz  peşə  fəaliyyətində  şəxsi  maraqlarını 
cəmiyyətin  və  peşəsinin  mənafelərindən  üstün  tutmamalıdır. 
 
8.  Prokurorluq  işçiləri  öz  fikirlərini  ifadə  etmək  azadlığına, 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  ictimai  birliklərdə 
birləşmək,  milli  və  beynəlxalq  təşkilatların  fəaliyyətində  iştirak 
etmək hüququna malikdirlər. Eyni zamanda prokurorluq işçiləri 
hər hansı siyasi partiyanın və ya təşkilatın üzvü olmamalı, siyasi 
aksiyalarda iştirak etməməli, siyasi partiyalara maddi və ya digər 
hər  hansı  şəkildə  dəstək  verməməli,  qanunvericiliklə  nəzərdə 
tutulmuş  hallar  istisna  olmaqla  təşviqatla  məşğul  olmamalı, 
habelə  ideoloji  təsirə  məruz  qalmasına  dəlalət  edən 
hərəkətlərdən çəkinməlidir. 
Prokurorluq  işçisi  qanunla  müəyyən  edilmiş  hallar  istisna 
olmaqla,  ayrı-ayrı  fiziki  və  hüquqi  şəxslərin,  ictimai  birliklərin 
maraqları 
dairəsində 
fəaliyyət 
göstərməməli, 
vəzifə 
səlahiyyətlərindən  və  qulluq  mövqeyindən  sui-istifadə 
etməməlidir. 
 
III.  PROKURORLUQ  İŞÇİSİNİN  XİDMƏTİ  DAVRANIŞI  İLƏ 
BAÄžLI TƏLƏBLƏR 
9.  Prokurorluq  işçisi  xidməti  fəaliyyətində  qanunun  aliliyini 
rəhbər  tutmaqla  yalnız  faktlara  əsaslanmalı,  qanunçuluq,  hər 
kəsin  qanun  qarşısında  hüquq  bərabərliyi  prinsiplərinə  riayət 
etməli,  vətəndaşların  hüquq  və  azadlıqlarına,  hüquqi  şəxslərin 
mənafelərinə  əməl  və  hörmət  etməlidir.  Prokurorluq  işçisi 
insanların  hüquq  və  azadlıqlarını,  qanuni  maraqlarını  pozan, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə