Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

33 
 
Azərbaycan 
Respublikası 
ədliyyə  nazirinin  29  noyabr 
2007-ci il tarixli, 41-T nömrəli 
əmri ilə təsdiq edilmişdir. 
 
ƏDLİYYƏ ORQANLARI İŞÇİLƏRİNİN ETİK DAVRANIŞ 
QAYDALARI 
 
1. Ümumi müddəalar 
 
1.1. Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları (bundan 
sonra - Qaydalar) ədliyyə orqanlarında çalışan işçilərin (bundan 
sonra  -  ədliyyə  işçisi)  qulluq  etikası  və  xidmətdənkənar 
davranışının  normalarını,  prinsiplərini  və  onlara  əməl  edilməsi 
ilə bağlı münasibətləri müəyyən edir. 
1.2.  Bu  Qaydalar  ədliyyə  orqanlarında  xüsusi  rütbələr  nəzərdə 
tutulan, habelə dövlət qulluğu vəzifələrində çalışan işçilərə şamil 
edilir. 
Notariat fəaliyyəti ilə məşğul olan dövlət və xüsusi notariusların 
etik davranışı "Notariusun etik davranış kodeksi" ilə tənzimlənir.  
1.3.  Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Konstitusiyasına, 
BMT-nin  "Hüquq  mühafizə  orqanlarının  davranış  məcəlləsi"nə, 
"Ədliyyə  orqanlarında  qulluq  keçmə  haqqında"  və  "Dövlət 
qulluqçularının  etik  davranış  qaydaları  haqqında"  Azərbaycan 
Respublikasının  qanunlarına,  həmçinin,  korrupsiyaya  qarşı 
mübarizə  haqqında  qanunvericiliyə,  o  cümlədən  "Şəffaflığın 
artırılması  və  korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli 
Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Fəaliyyət  Planı"na 
müvafiq olaraq hazırlanmışdır.  
1.4. Ədliyyə işçisi öz fəaliyyətində insan və vətəndaş hüquqları və 
azadlıqlarına  hörmət,  qanunçuluq,  humanizm  və  digər 
demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər 
tutaraq bu Qaydalara əməl etməyə borcludur. 
2. Ədliyyə işçilərinin etik davranış prinsipləri 


34 
 
 
2.1.  İnsanların  hüquq,  azadlıq,  qanuni  maraqlarına,  şərəf  və 
ləyaqətinə,  işgüzar  nüfuzuna  hörmət  prinsipi  -  ədliyyə  işçisi 
unutmamalıdır  ki,  onun  fəaliyyətinin  əsas  məqsədi  insanların 
hüquq,  azadlıq  və  qanuni  maraqlarının  təmin  olunmasına 
(qorunmasına 
və 
müdafiəsinə) 
xidmət 
etməkdir. 
Ədliyyə  işçisi  insanların  hüquq  və  azadlıqlarını,  qanuni 
maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar 
nüfuzunu  ləkələyə  biləcək  qərarlar  qəbul  etməməli  və 
hərəkətlərə  (və  ya  hərəkətsizliyə)  yol  verməməlidir.  
Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 
ədliyyə işçisi xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, 
habelə  digər  ədliyyə  işçilərinin  şəxsi  həyatı  barədə  ona  məlum 
olmuş  məlumatların  konfidensiallığını  təmin  etməlidir. 
Ədliyyə  işçisi,  həmçinin,  hüquqi  şəxslərin  işgüzar  nüfuzuna 
hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək 
hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 
2.2.  Qanunçuluq  prinsipi  -  ədliyyə  işçisi  vəzifələrinin  icrası 
zamanı  Azərbaycan  Respublikası  Konstitusiyasının,  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin, 
Azərbaycan  Respublikasının  qanunlarının  və  digər  normativ 
hüquqi  və  normativ  xarakterli  aktlarının  tələblərinə  ciddi  əməl 
etməlidir. 
2.3. Vicdanlı davranış prinsipi - ədliyyə işçisi insan, cəmiyyət və 
dövlətin  maraqları  naminə  öz  xidməti  vəzifələrini  səmərəli 
yerinə yetirməyə borcludur. Ədliyyə işçisi bütün hallarda hər bir 
şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 
2.4. Loyallıq prinsipi  - ədliyyə işçisi onun xidməti vəzifəsinə aid 
olmadığı  hallarda,  ədliyyə  və  digər  dövlət  orqanlarının,  onların 
rəhbərlərinin  fəaliyyəti  ilə  əlaqədar  (qanunsuz  fəaliyyət  istisna 
olmaqla)  tənqidi  ictimai  mülahizələrdən,  çıxışlardan  və  onların 
fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda 
ədliyyə işçisinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya 
elmi yazılarına şamil olunmur. 


35 
 
Ədliyyə  işçisi  hər  bir  şəraitdə  şərəf  və  ləyaqətini  qorumalı, 
andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə 
bir  araya  sığmayan  və  onun  adına  xələl  gətirə  biləcək,  habelə 
ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol 
verməməli,  hər  hansı  etik  normaların  pozuntusu  təsiri 
bağışlayan hərəkətlərdən çəkinməlidir. 
Ədliyyə  işçisi  açıq  çıxışlarla  bağlı  müəyyən  olunmuş  qaydalara 
əməl etməlidir. 
2.5.  Mədəni  davranış  prinsipi  -  ədliyyə  işçisi  ünsiyyətdə  olduğu 
bütün  şəxslərlə,  o  cümlədən  birbaşa  və  yuxarı  rəhbəri, 
həmkarları  və  ya  tabeliyində  olan  şəxslərlə  davranışında 
nəzakətli, 
xeyirxah, 
diqqətli 
və 
təmkinli 
olmalıdır.  
Ədliyyə işçisi peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri 
qəbul  etməli,  qiymətləndirməli  və  onlardan  düzgün  nəticə 
çıxarmalıdır. 
Ədliyyə  işçisi  səmimi,  çalışqan,  intizamlı,  təşəbbüskar  olmalı, 
xarici  görkəminə  xüsusi  fikir  verməli,  hər  zaman  səliqəli 
olmalıdır. 
2.6. Qərəzsizlik prinsipi  - ədliyyə işçisi xidməti vəzifəsini yerinə 
yetirərkən,  o  cümlədən  qərar  qəbul  edərkən  qərəzsiz  olmalı  və 
bu  zaman  irqinə,  milliyyətinə,  dilinə,  cinsinə,  sosial  mənşəyinə, 
əmlak  və  qulluq  vəziyyətinə,  dinə  münasibətinə,  əqidəsinə, 
ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin 
və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə 
edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.  
Ədliyyə  işçisi  xidməti  vəzifələrinin  yerinə  yetirilməsi  zamanı 
siyasi bitərəfliyə əməl etməyə borcludur. 
Ədliyyə işçisi özünün və ya maraqlı şəxslərin mənafelərinin onun 
xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli 
və bu cür təsir üçün şərait yaratmamalıdır. 
Ədliyyə işçisi öz qulluq vəzifələrindən kənar,  o cümlədən başqa 
əməkdaşların  səlahiyyətlərinə  aid  məsələlərə  müdaxilə 
etməməli, onların icraatında olan sənəd və materialların həllinə 
təsir etməyə cəhd etməməli, maraq göstərməməlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə