Tikintidə dövriyyə kapitalı və onun əsas prinsipləri



Yüklə 195,64 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü195,64 Kb.
#69120

background image

 

Tikintidə dövriyyə kapitalı və onun əsas prinsipləri 

 

Dövriyyə kapitalının maddi-əşyavi daşıyıcıları istehsal prosesində fəaliyyət 



göstərən əmək cisimləri (xammal, materiallar, yanacaq) və iş qüvvəsidir. 

 

Əmək cisimləri bir istehsal tsiklinin gedişində öz natural formaları üzrə tam 



sərf olunur və öz dəyərlərini tam şəkildə hazır məhsul üzərinə keçirirlər. Məhsul 

satılandan sonra əmək cisimlərinin dəyəri kapitalın hər dövriyyəsində pul şəklində 

sahibkara qayıdır. Sonra növbəti istehsal tsiklini təmin etmək üçün əmək 

cisimlərinin natural forma üzrə ödənilməsi baş  verir. Bir dövriyyə prosesində tam 

işlədilən azqiymətli əmək vasitələri (kiçik alətlər) də eyni cür dövrə aid edirlər. 

Əmək vasitələrinin belə elementləri də dövriyyə kapitalına aid edə bilərlər.  

 

İş qüvvəsi istehsal prosesində öz dəyərini məhsula nə o saat, nə də tədricən 



keçirmir. O, yeni dəyər yaradır. Lakin dövr etməsinə görə dəyişən kapital dövriyyə 

kapitalından fərqlənmir. Bir istehsal tsiklinin gedişində təkrar istehsal edilmiş iş 

qüvvəsi dəyəri əmtəə satılandan sonra pul şəklində sahibkara qayıdır və növbəti 

istehsal tsiklində iş qüvvəsinin muzdla alınması üçün istifadə oluna bilər. 

 

Qeyd etmək lazımdırki, məhsuldar kapitala; həm əsas, həm də dövriyyə 



kapitalına yalnız istehsal prosesində real iştirak edən maddi ünsürləri və iş qüvvəsi 

aiddir. Materialın, komplektləşdirici məmulatların, avadanlığın alınıb ehtiyatda 

saxlanması kimi hadisə təsərrüfatın səmərəli aparılması təcrübəsi ilə bir araya 

sığmır və kapitalın təsərrüfat fəaliyyətindən çıxarılmasına, onun dövretmə 

sürətinin azaldılmasına aparır. Gününə və saatına qədər dəqiqliklə çatdırmaya 

təminat verən müqavilə əlaqələrinin yayılması müasir müəssisəyə işi minimum 

xammal və material ehtiyatı ilə «təkər üstə» qurmağa imkan verir.   

Tikinti müəssisələrinin gələcək fəaliyyəti onların dövriyyə vəsaiti ilə nə 

dərəcədə təmin edilməsindən asılıdır. Dövriyyə vəsaitinin çatışmamazlığı təkrar 

istehsalın gedişinə mane olur, müəssisədə maliyyə çətinliyi baş verir. Dövriyyə 

vəsaitinin artıqlığı isə onun dövriyyə sürətinin azalmasına, vəsaitin dövriyyədən 

yayınmasına və rentabelliyin aşağı düşməsinə səbəb olur. Ona görə də istehsal 

prosesinin dövriyyə vəsaitinə olan ehtiyatı düzgün müəyyən edilib, istehsalın bu 

vəsaitlərlə lazimi dərəcədə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Tikinti müəssisələrinin dövriyyə vəsaiti dedikdə onların dövriyyə istehsal 

fondlarında və tədavül fondlarında olan pul vəsaitləri nəzərdə tutulur. 

Dövriyyə vəsaitləri təkrar istehsal prosesində yerinə və roluna görə dörd qrupa 

bölünürlər: 

 

Istehsal ehtiyatlarına qoyulan vəsaitlər; 



 

Bitməmiş istehsala və gələcək dövrün xərclərinə qoyulan vəsaitlər; 



 

Hazır məhsula qoyulan vəsaitlər; 



 

Pul və hesablaşmalarda vəsaitlər. 



Tikinti müəssisələri tikinti-quraşdırma işlərini fasiləsiz yerinə yetirmək üçün tikinti 

materialları, konstruksiyaları, detalları, məmulatları, yanacaq ehtiyatları və s. ilə 



daim təmin edilməlidir.  Tikinti məhsulunu müəssisə vaxtaşırı reallaşdırır.

 

Yüklə 195,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə