Tit-kim Documen qxd


Mövzu 8. Maddələrin təsnifatı



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Mövzu 8. Maddələrin təsnifatı

Аlt standart: 1.1.1., 3.2.1.

Məqsəd:

Şagird:

– maddələri müxtəlif əlamətlərinə görə fərqləndirir;

– maddələri aqreqat halına görə təsnif edir, misallar göstərir;

– maddələri fiziki xassələrinə görə təsnif edir, misallar göstərir;

– maddələri mənşəyi və tərkibinə görə təsnif edir, misallar göstərir;

– bəsit və mürəkkəb maddələri xassələrinə, tərkibinə görə qruplaşdırır, on -

la rın təsnifat sxemini çəkir və sxemi izah edir.

Təlim forması: kiçik qruplarla iş

Təlim üsulu: tədqiqatçılıq, müsahibə, müzakirə

İnteqrasiya: F.: 2.1.3.; B.: 2.1.2.

Resurs: dərslik, təsnifat cədvəlləri, iş vərəqləri

Dərsin gedişi:

Sinif şagirdlərinə motivasiyayaradıcı aşağıdakı suallar verilir:

– Hansı saf maddələri tanıyırsınız?

– Bu maddələr hansı elementlərdən təşkil olunur? (Saf maddələrin tərki -



bi nin müəyyənləşdirilməsində müəllim şagirdlərə kömək edir).

Tədqiqat sualı: Tərkibi bir, iki, üç element atomlarından ibarət olan

maddələrin adlarını ayrıca qruplarda yazın. Onlardan hansılara bəsit (sadə),

hansılara mürəkkəb maddə demək olar?

Maddələrin təsnifat sxemini tərtib edin, sonra dərslikdəki sxemlə müqayisə

edin. Bu tapşırıqlar və sual təşkil edilmiş bütün qruplara verilir. 12–13 dəqi -

qə dən sonra iki qrupun tərtib etdiyi təsnifat sxemi müzakirə edilir, o biri qrup -

ların əlavələri nəzərə alınmaqla qəbul olunur.

Bilik və bacarıqları möhkəmləndirmək üçün qruplara dərslikdəki mətnin

so nundakı suallara cavab hazırlamaq tapşırılır. (Hər qrup bir suala cavab ha -

zır layır.) Bunun üçün qruplara 3–4 dəqiqə vaxt verilir. Cavablar müzakirə

edilir və dəqiqləşdirilir.

Sonda bilik və bacarıqlar aşağıdakı meyarlarla qiymətləndirilir: 1) mad -

dələri aqreqat halına görə təsnifetmə; 2) maddələri tərkibinə görə təsnifetmə;

3) bəsit maddələri fiziki xassələrinə görə təsnifetmə; 4) saf madddə və qa -

rışıqları fiziki xassələrinə görə təsnifetmə; 5) qrupda əməkdaşlığın səviyyəsi;

6) təqdimatın səviyyəsi.

28

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Mövzu 9. Kimyəvi formullar. Tərkibin sabitliyi qanunu. Valentlik

Аlt standart: 1.3.1., 4.3.1.

Məqsəd:

Şagird:

– kimyəvi formulun nəyi ifadə etdiyini izah edir, sadə formulları oxuyur;

– tərkibin sabitliyi qanununun mahiyyətini şərh edir;

– kimyəvi elementlərin valentliyi anlayışını formulə edir, çoxişlənən sabit

və dəyişkən valentli elementlərin valentliyini qeyd edir;

– elementlərin valentliyi verildikdə binar birləşmələrin formullarını tərtib

edir;

– binar birləşmədə elementin birinin valentliyi məlum olduqda formula



əsa sən o biri elementin valentliyini təyin edir.

Təlim forması: cütlərlə və qruplarla iş

Təlim üsulu: müsahibə, müstəqil iş, müzakirə

İnteqrasiya: Riy. -V sinif: 1.2.1., 1.2.2.

Resurs: dərslik, çalışma nümunələri, C.Prust barədə məlumat, tapşırıq

sualları


Dərsin gedişi:

Müəllim sinif şagirdlərinə müraciət edir: – Dərslikdə (mövzu 2) 12-ci şə -

kildə verilmiş molekulları (molekulları təşkil edən atomlar ki çik kü rəcik for -

ma sındadır) diqqətlə nəzərdən keçirin və bu suallara cavab ha zır la yın: su

molekulu neçə hidrogen və neçə oksigen atomlarından ibarətdir? Oksigen qazı

və hidrogen qazının molekulları neçə atomludur? Bu şəkillərə ba xaraq el e -

ment lərin kimyəvi işarələrindən istifadə etməklə və hər atomun sa yını ele-

mentin işarəsinin sağ tərəfində aşağıda rəqəmlə göstərməklə su, hid rogen və

oksigen molekullarını yazın.

Qeyd olunur ki, maddələrin bu cür ya zı lışına onların formulu deyilir. For-

mulda atomların sayını göstərən rəqəm in deks adlanır. İndi gəlin maddələrin

kimyəvi formuluna tərif verək. Alınan ca vablar dinlənilir və dəqiqləşdirilir

(bunun üçün dərslikdən də istifadə oluna bilər). Yenidən suallar verilir.

Tədqiqat sualı: Maddənin formulu nəyi göstərir?

Alınan cavablar ümu mi ləşdirilir. Bəs maddələrin formulunu necə çıxarmaq

olar? Müəllim bu sualın ca vabını özü verir – suyun analiz və sintez üsulları

ilə formulunun çıxarıl ma sını izah edir. Sonra bildirir ki, fransız kimyaçısı

C.Prust kimyəvi bir ləş mə lərin tərkibi və xassələrinin alınma üsulundan asılı

29

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




olmayaraq, həmişə sabit olduğunu müəyyənləşdirmişdir. Sonralar alimlər bu

qanunu dəqiqləşdirərək göstərmişdir ki, tərkibin sabitlik qanunu yalnız mo le -

kulyar quruluşlu mad də lərə aiddir. 

Molekulyar quruluşlu maddələr hansılara deyilir? – sualı verilir və cavab

alınır, lövhədə 3–4 molekulyar quruluşlu mürəkkəb maddənin (SO

2

, H



2

O, H


2

S,

NH



3

) formulları yazılır, onlar hərflərlə oxunur və müəllim dərsliyə də baxın

deyir.

Növbəti suallar valentliyin öyrənilməsinə aid olur (tədqiqat sualları):



1) Kimyəvi birləşmələrdə (mürəkkəb maddədə) elementlərin atomları,

gördüyünüz kimi, ancaq müəyyən nisbətdə birləşə bilir, bunun səbəbi nədir?

2) Hidrogen və oksigen atomları özlərinə ən çox neçə atom birləşdirə bilər?

3) Kükürd, fosfor, dəmir və mis  kimyəvi birləşmələrdə hansı valentliyə malik

olur? 4) Binar birləşmələrdə elementlərin hər ikisinin valentliyi məlum ol duq -

da birləşmənin formulu necə tərtib edilir? 5) Binar birləşmədə bir elementin

valentliyi verildikdə ikinci elementin valentliyi necə təyin olunur? «Ca vab la -

rı nızı misallar göstərməklə izah edin», – deyilir.

Hər bir sual ayrı-ayrı qruplara verilir və 7–8 dəqiqə ərzində dərsliyi oxu-

maqla onlara cavab hazırlamaq tapşırılır. Cavablara aid təqdimatlar müzakirə

olunur.

Bilik və bacarıqların hər bir şagird tərəfindən necə mənimsənildiyini öy -



rən mək üçün dərslikdəki mətnin sonundakı suallardan istifadə edilir: I, II, III

qrup şagirdlərindən 1–7-ci suallara, IV, V, VI qrup şagirdlərindən 8–13-cü

sual la ra cavab vermək tələb olunur. Düşünmək üçün 6–8 dəqiqə vaxt verilir.

Qrup lar da suallara cavab verəcək şagirdləri müəllim özü müəyyənləşdirir. Bir

şa  girddən 2–3 suala cavab soruşulur. Eyni suallar verilən qruplar bir-birindən

ara lı oturmalıdır ki, köçürməyə imkan olmasın.

Dərsin sonunda müəyyənləşdirilmiş meyarlar (kimyəvi formulun mahiy -

yə tinin izahı, tərkibin sabitliyi qanununun formulə edilməsi, valentliyin təyini,

sabit və dəyişkən valentli elementlərin valentliyi, əməkdaşlıq, təqdimat) əsa -

sın da qruplar və dərsin gedişində fəallıq göstərən ayrı-ayrı şagirdlər qiymət -

lən dirilir. Qrupların təlim nəticələri «orta», «yaxşı» və «əla» səviyyələrlə

mü qayisə edilir, ayrı-ayrı şagirdlərə isə məktəbli kitabçalarına (gündəlik) beş -

bal lı qiymətləndirmə sistemi ilə qiymət yazılır.

30

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə