Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

21. 1,204 

⋅ 10



24

sayda hidrogen qazı molekulları normal şəraitdə nə qədər

həcm tutar?

A) 2,24 l

B) 11,2 l

C) 11,2 l

D) 22,4 l

E) 44,8 l



22. 1 q hidrogen və 16 q oksigen qazlarının normal şəraitdəki həcm lə ri -

nin cəmi nə qədərdir?

A) 5,6 l

B) 11,2 l

C) 22,4 l

D) 33,6 l

E) 44,8 l



23. Havadan üç dəfə ağır olan qazın molyar kütləsi nə qədərdir?

A) 58


B) 87

C) 98


D) 88

E) 116


24. Azot və oksigen qazları qarışığının hidrogenə görə sıxlığı 15,7-dir.

Qarışıqda oksigenin kütləsini hesablayın. Ar(O)=16; Ar(N)=14

A) 14,1 q

B) 27,2 q

C) 7,3 q

D) 14,7 q

E) 7,5 q



25. Azotun oksigenlə əmələ gətirdiyi birləşmələrin birində element lə rin

kütlə nisbəti m(N):m(O)=3,5:8-dir. Həmin birləşmənin formulunu

çıxarın. Ar(O)=16; Ar(N)=14

A) N


2

O

B) NO



C) N

2

O



3

D) NO


2

E) N


2

O

5



46

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




III FƏSİL. OKSİGEN. HAVA. YANMA

Mövzu 16. Oksigen kimyəvi element və bəsit maddə kimi

Аlt standart: 1.2.1., 1.2.2., 3.2.1., 4.1.2.

Məqsəd:

Şagird:

– oksigeni kimyəvi element kimi (yer qabığında birləşmələr şəklində ya -

yılması, izotopları, atomunun tərkibi) xarakterizə edir;

– oksigeni bəsit maddə kimi (yer qabığında yayılması, allotropiyası can lı -

la rın həyatında rolu) xarakterizə edir;

– oksigenin allotropik modifikasiyası olan ozon haqqında qısa məlumat

verir, onun fiziki və kimyəvi xassələrini oksigenlə müqayisə edir;

– havanın həcmcə və kültəcə tərkibi barədə məlumat verir;

– oksigenin element və bəsit maddə kimi kəşf edilməsi barədə təqdimat edir.

Təlim forması: kiçik qruplarla iş

Təlim üsulu: dərslik və BİBÖ cədvəli üzərində iş, müzakirə

İnteqrasiya: F. – VI sinif: 2.1.4., 3.1.2.; H.b.: 4.2.1.;  B.: 4.1.1.

Resurs: böyük vərəqlər, BİBÖ cədvəli, dərslik, plakatlar

Dərsin gedişi:

Sinif şagirdləri qruplar şəklində oturur, onların hamısına belə tapşırıq ve -

rilir: BİBÖ cədvəlini sizə verilən böyük vərəqdə çəkin və birinci xanada ok-

sigen haqqında bildiklərinizi konkret şəkildə qeyd edin. Buna 7–8 dəqiqə vaxt

sərf olunmalıdır (BİBÖ cədvəlini çəkməkdə çətinlik çəkənlər üçün nümunə

göstərilir – cədvəl 4, səh. 48).

Qrup nümayəndələri öz cədvəllərini lövhədən asır və yazdıqlarını şərh

edirlər. Yazılanlar ümumiləşdirilir, lazım olduqda əlavələr edilir.

Şagirdlərin nəyi öyrənəcəyi barədə onları düzgün istiqamətləndirmək

məqsədilə cədvəlin 2-ci xanasında müəllim aşağıdakıları təqdim edir:

– oksigenin kəşfi;

– oksigenin yer qabığında (təbiətdə) yayılması;



47

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




– oksigen elementinin izotopları, nisbi atom kütləsi;

– izotopunda proton, neytron və elektronların sayı;

– oksigen elementinin əmələ gətirdiyi bəsit maddələr, allotropiya, oksigen

və ozon qazlarının fiziki xassələrinin müqayisəsi;

– havanın həcmcə və kütləcə tərkibi.

Bütün qruplara müraciət edilir:

Oksigen elementinə aid gördüyünüz bu məsələlərə (anlayışlara) cavab

hazırlamaq üçün mövzu 12-dəki mətni əvvəlcə diqqətlə oxuyun sonra, BİBÖ

cədvəlinin 3-cü xanasına tələb olunanları qısa şəkildə yazın, bu iş üçün 15–17

dəqiqə vaxt verilir. Vaxt tamam olduqda qrup nümayəndələri öz vərəqlərini

löv hədən asırlar. Cədvəlin 3-cü xanasında yazılanları bütün sinif şagirdləri və

müəllim nəzərdən keçirir. Nəticələr müzakirə olunur və meyar cədvəlində hər

qrupun formativ qiyməti qeyd edilir. Qrupların qiyməti sözlərlə göstərilir:

«zəif», «orta», «yüksək», «ən yüksək». 



Qiymətləndirmə bu meyarlarla aparıla bilər: oksigenin element kimi

xarakterizəsi, oksigenin allotropik şəkildəyişmələrinin müqayisəsi, havanın

tərkibi haqqında məlumatın təqdimatı, qrupda əməkdaşlıq və intizam, təq di -

ma tın  səviyyəsi.



Cədvəl 4

BİBÖ cədvəlinin nümunəsi

48

Oksigen haqqında

bildiklərimiz

Oksigen barədə nələri

öyrənməliyik

(istəyirik bilək)

Oksigenə aid

öyrəndiklərimiz

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Mövzu 17. Oksigenin alınması. Praktik məşğələ 2

Аlt standart: 2.2.1., 3.1.1.

Məqsəd:

Şagird:

– oksigenin kalium-nitrat, civə(II)oksid, su, kalium-permanqanat və hid -

rogen-peroksiddən alınması reaksiyalarının tənliklərini tərtib edir, reaksi ya la -

rın getməsi şəraitini izah edir;

– oksigen qazının kalium-permanqanat kristallarının qızdırılmasından alın -

ması təcrübəsini aparmaq üçün qrup yoldaşları ilə birlikdə sadə qaz alınan ci -

ha zı quraşdırır və oksigen qazını alır;

– oksigen qazını iki üsulla stəkana və silindrə toplayır;

– qabda oksigenin varlığını közərmiş çöplə yoxlayır;

– apardığı təcrübənin gedişinin müşahidəsini aparır və nəticələri qeyd edir;

– parçalanma reaksiyalarına tərif verir.

Təlim forması: cütlərlə, qruplarla və ümumi kollektivlə iş

Təlim üsulu: tədqiqatçılıq, sorğu, müzakirə

İnteqrasiya: F.: 3.1.2.; B.: 1.1.3.

Resurs: təlimat, KMnO

4

, H



2

O

2



, MnO

2

, qaz alınan cihaz, kimyəvi qablar 



Dərsin gedişi:

Aşağıdakı tədqiqat sualları ilə şagirdlərə müraciət edilir:

1) Oksigeni kəşf edən alimlər Şeyele və Pristli onu hansı reaksiyaların 

kö məyi ilə alıblar?

2) Hansı reaksiyalarla oksigeni laboratoriyada almaq əlverişlidir?

3) Oksigen qazını sənayedə necə alırlar?

4) Laboratoriyada alınan oksigen qazını hansı üsullarla qablara  toplayırlar?

5) Bir qabda saf oksigen olmasını hansı təcrübə ilə yoxlayırlar?

Suallar növbə ilə lövhədə yazılır və şagird cütləri onlara cavab axtarır.

Oksigenin kəşf edilməsi reaksiyalarının sxemi müəllim tərəfindən yazılır,

tənliklərin tərtibi (əmsallaşdırılması) şagirdlərdən tələb olunur.

Sonra soruşulur: – Tərtib etdiyiniz reaksiyalarda bir mürəkkəb

maddənin parçalanmasından neçə maddə alınır? Belə reaksiyaları necə

adlandırmaq olar? 

Suyun parçalanması reaksiyasının tənliyini özünüz yazıb tamamlaya

bilərsiniz, bu reaksiya ilə əvvəlki dərslərimizdə tanış olmuşuq.

49

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə