Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

Müəllim: – İndi gəlin oksigenin təcrübədə alınması və varlığının yox -

lanma sı nı müşahidə edək. Sadə qaz alınan cihaz quraşdırılır (dərslik, şəkil 20),

yan tə rəfdən borucuğu olan böyük sınaq şüşəsinə onun  1/3-i qədər hidrogen-

pe  rok  sid mayesi tökülür və tıxacla bağlanır (şəkildəki cihazda tıxacdan qıf da

ke çirilib, reaksiyanı onsuz da aparmaq olar). Yan borucuğa qazaparan boru

bir ləş dirilib onun ucu silindr və ya kiçik stəkanın dibinə kimi salınır. Sonra

tıxacı çıxarıb hidrogen-peroksid mayesinə 2–3 manqan(IV)oksid (MnO

2

)



kristalları salırıq. Laboratoriyada MnO

2

olmadıqda kalium-permanqanatdan



oksigen alınması təcrübəsində (nümayiş təcrübəsi kimi onu əvvəlcə aparmaq

olar) böyük sınaq şüşəsində qalan qalıqdan da istifadə etmək olar. MnO

2

kris -


talları mayeyə toxunan kimi sürətlə qaz qabarcıqları əmələ gəldiyi görü nə cək -

dir. Oksigen toplanan qabın (silindr, stəkan) O

2

ilə dolduğunu közərmiş çöpün



qabın ağzına yaxınlaşdırılması ilə bilmək olar.

Qruplara müraciət olunur: oksigenin alınması və qaba toplanmasını indi

siz özünüz aparın (təcrübə üçün tələb olunan materiallar əvvəlcədən qruplara

verilir). Bunun üçün dərslikdəki şəkil 19-dakı cihazı quraşdırın (içində KMnO

4

kristalları olan böyük sınaq şüşəsi əvvəlcədən verilir) və dərslikdəki təlimatda



deyildiyi kimi hərəkət edin. Müəllim sinifdə gəzişərək qrupların işinə nəzarət

edir, ehtiyac olduqda köməklik göstərir.

Təcrübənin sonunda iş stolu qaydaya salınır, qablar və maddələr lotoka

yığılır. 

Vaxt imkanı olduqda dərslikdə verilən çalışmalarla biliklər möhkəm lən -

dirilir.


Qiymətdəndirmə meyarları: reaksiya tənliklərinin tərtibi, oksigenin alın -

ması təcrübəsinin aparılması, oksigenin toplanması və varlığının yoxlanması,

praktik işə dair təqdimatın keyfiyyəti, parçalanma reaksiyasının izahı, əmək -

daş lığın  səviyyəsi.

Növbəti dərsdə təqdimat dəftərləri yığılır və hər biri beşballı qiymət lən-

dirmə sistemi ilə qiy mətləndirilir. Sinif jurnalına fəaliyyəti və təqdimatı ilə

fərqlənən şagirdlərə qiy mət yazılır.

Ev tapşırığı:  Apardığınız təcrübənin gedişi və nəticəsi haqqında təqdimat

ya  zın, fəaliyyətiniz və hazırlayacağınız təqdimat birgə qiymətləndiriləcəkdir.



50

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Mövzu 18. Oksigenin kimyəvi xassələri

Аlt standart: 2.1.1., 2.2.1.

Məqsəd:

Şagird:

– oksigenin çoxişlənən qeyri-metallarla (H, C, S, P, N) qarşılıqlı təsir

reaksiyalarının tənliklərini tərtib edir, reaksiyaların getməsi şəraitini

göstərir;

– oksigenin mühüm metallarla (Fe, Al, Cu, Mg, Zn) reaksiya tənliklərini

tərtib edir, reaksiyaların getməsi şəraitini izah edir;

– oksigenin bəzi mürəkkəb maddələrlə reaksiya tənliklərini tərtib edir,

reak siyaların getməsi şəraitini və nə üçün iki oksid alındığını şərh edir;

– «oksid», «oksidləşmə», «birləşmə» və «yanma» reaksiyaları anla yış la -

rı na tərif verir.



Təlim forması: kollektivlə, qruplarla və fərdlərlə iş

Təlim üsulu: problemli izah, sorğu, dialoji söhbət, müzakirə

İnteqrasiya: F.: 3.2.1.; B.: 2.1.2.

Resurs: oksigen qazı, C, S, P, FeS maddələri, spirt lampası, dəmir qaşıq,

qruplar üçün tapşırıqlar



Dərsin gedişi:

Şagirdlərin 2-ci praktik məşğələyə aid yazdıqları təqdimatları yığılır,

hazır lan ma vəziyyəti və qiymətləndirilməsi barədə sonrakı dərsdə məlumat

verilir.


Maddələrin kimyəvi xassəsi dedikdə nə başa düşülür? – sualı ilə motiva -

siya yaradılır. Cavablar alındıqdan sonra oksigen doldurulmuş bankalarda

(və ya qalın divarlı kolbalarda) dəmir qaşıqda qızdırılmış kömür parçası, fosfor

və kükürd tozunun yandırılması təcrübələri nümayiş etdirilir. Fosfor yanan

qabda ağ tüstünün (P

2

O

5



) görünməsi, kükürd yanan qabda kəskin iyli qazın

(SO


2

) çıxması, kömür yandırılan qaba əhəng suyu tökdükdə ağ bulantı əmələ

gəlməsi ilə yeni maddələrin əmələ gəlməsi sübut edilir. Şagirdlər hər üç təc -

rübənin kimyəvi hadisə (reaksiya) olmasını qeyd edirlər. Gedən reaksiya la rın

tənlikləri tərtib edilir.

Müəllim: – Metallar da qızdırıldıqda oksigenlə reaksiyaya daxil olurlar,

bunu apardığımız indiki təcrübələrdə görmək olar. Spiral şəklinə salınmış mis

və  polad məftillər közərdilərək oksigen olan bankalara salınır. Mis məftilin

qaraldığı, polad məftilin isə qığılcımlar əmələ gətirməklə yandığı müşahidə

edilir.

51

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Gedən reaksiyaların tənlikləri lövhədə yazdırılır, əmsallar tərtib edilir.

Dəmir saf oksigendə yandırıldıqda iki oksidin qarışığı əmələ gəlir:

3Fe+2O



→ Fe



3

O

4



(FeO

⋅ Fe


2

O

3





Müəllim: – Müşahidə etdiyiniz və tənliklərini yazdığınız reaksiyaların

ha mı sın da elementlər oksigenlə birləşib mürəkkəb maddələr əmələ gətirirlər.

Oksi ge nin alınması ilə gedən reaksiyaları biz parçalanma reaksiyaları adlan -

dırmış dıq, bəs oksigenin kimyəvi xassələrinə aid bu reaksiyaları necə

adlandır maq  olar?

Əksəriyyət bunların birləşmə reaksiyaları adlandırılmasını təklif edir . 



Müəllimin əlavəsi: – Oksigen birləşməsi ilə gedən bu reaksiyalara həm

də oksidləşmə reaksiyaları deyirlər, alınan məhsullar isə oksidlər adlandırılır.

Mürəkkəb maddələr oksigenlə qarşılıqlı təsirdə olub yandıqda da oksidlər

alı nır. Bu reaksiyalarda iki oksid əmələ gəlir, yəni mürəkkəb maddənin tərki -

bin dəki hər iki element oksigenlə birləşir. Bunları bilərək evlərdə yandır dı -

ğı mız metan qazının (CH

4

) və sizin tanıdığınız FeS birləşməsinin yanma



reak siyalarının tənliklərini yazaq. Bütün şagirdlər sinif dəftərində həmin

reak si yaların tənliklərini yazırlar. 3 dəqiqədən sonra iki şagird həmin reak -

siyaların tənliklərini lövhədə tərtib edir. Hamı öz yazdığının düzgünlüyünü

yoxlayır.

Öyrənilənləri möhkəmləndirmək üçün təşkil olunmuş qruplara aşağıdakı

tədqiqat sualları təqdim olunur:

1-ci qrup

a) Reaksiya tənliyini tamamlayın və əmsallaşdırın:

P + O

2

→ ?



N

+ ?  



→ NO

b) Al


2

O

3



almaq üçün hansı maddələr arasında reaksiya aparmaq lazımdır?

Reaksiya tənliyini tərtib edin. 2 mol Al

2

O

3



neçə qramdır?

2-ci qrup

a) Reaksiya tənliyini tamamlayın və əmsallaşdırın:

Fe+? 

→ Fe


2

O

3



b) MgO alınmasının reaksiya tənliyini tərtib edin. 0,5 mol maqnezium ok-

sidin kütləsini hesablayın.



52

II

III



  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə