Tit-kim Documen qxd


VII sinifdə standartların reallaşdırılması və inteqrasiyası cədvəli



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   2   3   4   5   6   7   8   9   ...   27

VII sinifdə standartların reallaşdırılması və inteqrasiyası cədvəli

5

Sıra 

№-si

Altstandart

Dərslikdə

mövzunun

nömrəsi

Fənlərarası 

inteqrasiya

(standartların

kodları)

1.1.1.


Maddələri (bəsit, mürəkkəb, saf), qarı -

şıqları tərkibinə və fiziki xassələrinə

gö rə  fərqləndirir.

1; 2; 3; 6

C.: 2.1.7.;

F.: 2.1.3.;

B.: 2.1.2.

1.2.1.


Atomun tərkibini, atom-molekul

təlimini izah edir.

3; 4; 5

F.: 2.1.2.



1.2.2.

İlk kimyəvi anlayışlar və onların

əlaqələrini şərh edir.

1–11


1.3.1.

Maddələrin formuluna əsasən sadə

hesablamalar aparır.

8; 9; 10


Riy. – V s.: 1.2.1.;

1.2.2.; 1.2.3.

1.3.2.

Məhlullar və həllolmaya aid sadə



hesablamalar aparır.

27; 25


Riy.: 1.2.1; 1.2.5;

1.3.1.


2.1.1.

Kimyəvi reaksiyaların əlamətlərini,

əsas tiplərini, başvermə səbəblərini

izah edir.

11; 23

B.: 2.1.1; 2.1.2.



2.2.1.

Sadə reaksiyaların tənliklərini tərtib

edir.

14; 15; 16; 22



2.2.2.

Sadə reaksiyaların tənliklərinə əsasən

hesablamalar aparır.

16; 19


Riy.: 1.3.1.; 2.2.2.

3.1.1.


Sadə təcrübələr, müşahidələr aparır.

2; 11; 12;

14; 21

F.: 3.1.1.; 3.1.2.;



B.: 1.1.3.

3.2.1.


Sadə molekulların modellərini

hazırlayır.

3; 13; 21

F.: 3.1.2.

4.1.1.

Məişətdə işlənən kimyəvi maddələrlə



davranma qaydalarını izah edir.

1; 2


Hb.: 4.2.1.; 4.3.1.;

B.: 4.1.1.

4.1.2.

Maddələrin tətbiqinə aid təqdimatlar



edir.

15; 22; 24

Hb.: 4.2.1.;

B.: 3.2.2.

4.2.1.

Ekoloji-təmiz mühitin saxlanmasının



əhəmiyyətini şərh edir.

22; 23


Hb.: 1.2.1.;

B.: 4.2.1.

C.: 3.2.5.

4.3.1.


Əsas kimyəvi anlayışlar və qanunları

kəşf edən görkəmli alimlər haqqında

məlumatlar toplayır, təqdimatlar edir.

13; 21


F. – VI sin.: 3.2.2.

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




VII sinfin sonunda şagird:

• Maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları fərqləndirir, maddələrin

formul ları əsasında sadə hesablamalar aparır.

• Sadə kimyəvi reaksiyaların əsas tiplərini, onların başvermə səbəblərini

izah edir, reaksiya tənliklərinə əsasən hesablamalar aparır.

• Sadə kimyəvi təcrübələr və müşahidələr aparır, molekulların modellərini

hazırlayır.

• Kimyəvi maddələrlə davranma qaydalarını, ekoloji təmiz mühitin əhə -

miyyətini izah edir.

• Əsas kimyəvi anlayış və qanunların kəşfi sahəsində görkəmli alimlər

haqqında topladığı məlumatları təqdim edir.

2. Kimya fənn kurikulumunun təlim strategiyaları

Kimya kurikulumunun tətbiqi yeni təlim strategiyalarından istifadə etməyi

tələb edir. Kimya kurikulumunun tətbiqi zamanı təlimin əsas forması olan

dərslərin təşkilinə aşağıdakı tələblər qoyulur:

1. Dərsin ideya-siyasi səviyyəsi dövrün, zamanın tələblərinə uyğun

olmalıdır.

2. Öyrənilən tədris materiallarının elmi səviyyəsi yüksək olmalı, kimya

elminin əsas inkişaf istiqamətlərini əks etdirməlidir. Müəllim dərsin

mövzusu ilə bağlı ən son yeniliklərlə şagirdləri tanış etməlidir, lakin

bu zaman şagirdlər vacib olmayan məlumatlarla yüklənməməlidir.

3. Hər bir dərsin ümumpedaqoji (öyrədici), tərbiyəedici və inkişafetdirici

məqsədləri əvvəlcədən dəqiq müəyyənləşdirilməli, dərsin mərhələləri

və dərsdə tətbiq edilən metodlar, priyomlar həmin məqsədlərə nail

olunmasına xidmət etməlidir.

4. Dərsdə şagirdlərin müstəqil işlərinin təşkilinə geniş yer verilməlidir.

Müstəqil işlərin genişləndirilməsi və mürəkkəbləşdirilməsi sinifdən-

sinfə keçdikcə tədricən aparılmalı, burada şagirdlərin ümumi inkişaf

səviyyəsi və iş şəraiti də nəzərə alınmalıdır.

5. Dərsdə tələb olunan bütün kimyəvi təcrübə növlərindən – nümayiş,

laborator  təcrübələri, eksperimental məsələ həlli və b. istifadə olun -

malıdır.

6. Dərs materialının öyrənilməsi həyatla, istehsalatla əlaqələndirilməlidir.

7. Tədris materiallarının öyrənilməsində fəndaxili və fənlərarası inte -

qrasiyadan mümkün qədər istifadə olunmalıdır. Bu məqsədlə şagird -

lə rin keçmiş bilikləri aktuallaşdırılmalıdır.

6

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




8. Dərsdə kollektivlə, qruplarla, cütlərlə və fərdi iş formaları optimal

şəkildə birləşdirilməli, müstəqil işlərin həm fərdi, həm də kiçik qruplar

şəklində yerinə yetirilməsi vərdişləri möhkəmləndirilməlidir.

9. Dərsin tərkibində fəal təlim metodlarına (problemli təlim, interaktiv

təlim, kompüterlə təlim və b.) üstünlük verilməli, hər hansı metod,

üsul, priyom məqsədəmüvafiq seçilməli və onlardan səmərəli, düşü -

nül müş şəkildə istifadə olunmalıdır.

10. Dərsin gedişi planı tərtib edilərkən onun bütün hissələri, mərhələləri

əv vəlcədən düşünülməli, məntiqi ardıcıllıq gözlənilməli, hər bir his -

səyə ayrılan vaxt düzgün müəyyənləşdirilməli, həm müəllimdə, həm

də şagirdlərdə vaxta qənaət vərdişi yaranmalıdır.

11. Dərsdə mehribançılıq və qarşılıqlı hörmət olmalı, işgüzar mühit ya ra -

dılmalı, hamı azad və rahat şəraitdə fəaliyyət göstərməlidir.

Yaranmış gərginliyi aradan qaldırmaq üçün hərdən emosional çıxışlara

da yer verilməlidir.

12. Dərsdə müntəzəm olaraq şagirdlərin bilik və bacarıqlarının inkişa fı na

nəzarət edilməli, onların fəaliyyəti və səviyyəsi qiy mət lən diril məlidir.

Bu məqsədlə sistematik şəkildə cari və dövri olaraq şifahi və yazılı

yoxlamalar keçirilməli, nəticələr təhlil edilərək şagirdlərin öz lə rinə və

onların valideyninə çatdırılmalıdır.

Müasir Azərbaycan məktəbi praktikasında reallaşdırılan, nisbətən geniş

tətbiq olunan təlim texnologiyaları aşağıdakılardır:

1. Əməkdaşlıqla təlim texnologiyası.

2. Layihələr metodu ilə (layihələrin hazırlanması ilə) aparılan təlim tex -

nologiyası.

3. Modullarla təlim texnologiyası.

Bu təlim texnologiyalarının mahiyyəti, məzmunu və tətbiqi üsulları ilə

qısaca tanış olaq.



Əməkdaşlıqla təlim texnologiyası

Bu təlim texnologiyasında  əsas ideya nəyi isə birlikdə yerinə yetirmək

yox, birlikdə öyrənməkdir. Onun tətbiqi zamanı tədris materialını şagirdlər,

əsasən, qruplar və cütlər halında öyrənirlər.

Əməkdaşlıqla təlim texnologiyası müxtəlif metodlarla reallaşdırılır: qrup -

larda təlim metodu, «Ziqzaq» metodu və başqaları.

Qruplarda təlim metodu bir neçə variantda aparıla bilər. Onlardan bəzi lə -

rinin gedişini nəzərdən keçirək. «Kiçik qruplarda (4–5 nəfərlik) əmək daş lıq

metodu» adlanan variantda təlim zamanı müəllim yeni dərs materialını şərh

edir (dərs materialı şagirdlərin müstəqil öyrənə biləcəyi məzmunda ol duqda



7

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə