Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Dərsin gedişi:

Bütün şagird cütlərinə mövzu 19-un (Yanma. Yanacaqların səmərəli yan -



dı rıl ma sı)  mətnini oxuyub «lövhədə gördüyünüz suallara cavab hazırlayın»

ta p  şırı ğı verilir. Lövhədə böyük kağızda əvvəlcədən yazılmış suallar və tap -

şırıqlar ası lır (imkan olduqda ekranda göstərilir):

1. Hansı reaksiyalara yanma reaksiyası deyilir? İki yanma reaksiyasının

tənliyini tərtib edin.

2. Yanma prosesinin başlanması və dayandırılması şərtlərini göstərin.

3. Qaz, maye və bərk yanacaq növlərini sayın.

4. Yanacağın istiliktörətmə qabiliyyəti nədir?

5. Bərk və maye yanacaqların səmərəli yanması üçün hansı tədbirlər gö -

rülür?


6. Qaz yanacaqların hansı üstünlükləri var?

7. Atmosfer havasını ən çox hansı yanma məhsulları çirkləndirir? Hansı

sənaye sahəsində hava çirkləndiriciləri daha çox alınır?

8. Atmosfer havasının çirklənməsinin qarşısını almaq üçün hansı mü ba -

rizə tədbirlərini bilirsiniz?

Sual və tapşırıqlara cavab hazırlanmasına 20 dəqiqə vaxt ayrılır. Vaxt ta -

mam olduqda müxtəlif suallar müxtəlif şagirdlərdən soruşulur. Ən azı 2 suala

ca vab verən şagirdlər beşballı qiymətləndirmə sistemi ilə qiymətləndirilir.

Qiymətlər məktəbli ki tabçasına yazılır.

Qiymətləndirmə meyarları: yanma reaksiyalarını şərh edir, yan manın

baş lan ması və dayandırılması şərtlərini izah edir, istiliktörətmənin formasını,

yana caq ların səmərəli yandırılma üsullarını göstərir, yanacaqların yandırılması

zamanı ətraf mühitin çirklənməsinə qarşı mübarizəni izah edir.



62

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




IV FƏSİL. HİDROGEN

Mövzu 24. Hidrogen kimyəvi element və bəsit maddə kimi.

Hidrogenin alınması

Аlt standart: 2.2.1., 3.1.1., 3.2.1.

Məqsəd:

Şagird:

– hidrogeni kimyəvi element kimi xarakterizə edir (onun element halında

təbiətdə yayılmasını, izotoplarını, atomunun tərkibini şərh edir);

– hidrogeni bəsit maddə kimi (hidrogen qazının molekul formulunu, fiziki



xassə lə rini,  kəşfini) xarakterizə edir;

– hidrogenin laboratoriyada turşulardan və sudan alınması reaksiyalarının

şəraitini göstərir, reaksiya tənliklərini yazır;

– turşu, duz, hidroksid, əvəzetmə reaksiyası anlayışlarının mahiyyətini

aydınlaşdırır;

– hidrogenin qaba toplanması və Kipp aparatında saxlanmasını şərh edir;

– hidrogenin sənayedə alınmasının mühüm üsullarını (1,2,3) təsvir edir,

reak siyaların şəraitini göstərir, tənliklərini tərtib edir.



Təlim forması: cütlərlə, qruplarla iş

Təlim üsulu: problemli-dialoji şərh, müzakirə

İnteqrasiya: F.: 3.1.1., 3.2.1.;  B.: 1.1.3.

Resurs: sink, HCl turşusu, qaz alınan cihaz, plakatlar 

Dərsin gedişi:

Tədqiqat sualı: Hidrogen elementinin sıra nömrəsi və nisbi atom kütləsi

neçədir? – sualı verilir. Sualın cavabı dövri sistem cədvəlinə baxmaqla tapılır.

Oksigeni öy rə nəndə bildiyiniz kimi, elementin sıra nömrəsi ədədi qiymətcə

onun atomunun nüvə yükünə bərabər olur. Deməli, hidrogen atomunda neçə

proton ol   malıdır? Cavab alındıqdan sonra müəllim yenidən soruşur: «Hidrogen

ele men tinin də nisbi atom kütləsinin kəsrlə göstərilməsindən hansı nəticəni

çıxar maq olar?» Şagirdlər deyir: «Hidrogenin də izotopları var, onun nisbi

atom kütləsi təbiətdə olan hidrogen elementi izotoplarının orta kütləsidir».

Müəllim qeyd edir ki, hidrogenin üç izotopu vardır: onlar protium (     ), deyterium

63

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




(      ) və tritium (     )  adlanır. Nisbi atom kütləsinə əsasən təbiətdə hansı izo -

to pun miqdarı daha çoxdur? Cavab alınır, müəllim əlavə edir ki, təbiətdə olan

hidrogen izotopla rında protiumun miqdarı  

≈99,89%-dir. Hidrogen elementinin

yer qabığında kütlə payı 0,88%-dir, kainatda (kosmosda) – günəşin və ul duz -

ların əsas küt lə sini isə sərbəst hidrogen təşkil edir.

Yer qabığında (atmosfer, hidrosfer və litosferdə) hidrogen yalnız birləş -

mə lər şəklində olur. Məlumdur ki, yer səthinin 2/3 hissəsi sudan ibarətdir. Suda

hid rogenin kütlə payı nə qədərdir? Onu hesablayın və nəticə çıxarın.

Hidrogen atomları cüt-cüt birləşərək oksigen kimi ikiatomlu molekullardan

ibarət qaz halında bəsit maddə əmələ gətirir. Onun molyar kütləsi neçə olma -

lı dır? Hidrogen qazların ən yüngülüdür. Havanın orta molyar kütləsini bilərək

hidrogen qazının ondan neçə dəfə yüngül olmasını hesablayın. He sab lamaları

eyni partada oturanlar birlikdə aparırlar. Nəticə bildirilir.

«Bu giriş söhbətindən (8–10 dəqiqə) sonra hidrogeni laboratoriyada necə

almaq olar?» – sualı verilir və xlorid turşusunun sink metalına təsiri ilə H

2

alın ması təcrübəsi nümayiş etdirilir. Alınan hidrogen havanı və suyu sıxışdırıb



çı xar maqla ayrı-ayrı silindrlərə, sınaq şüşəsinə toplanır. Təcrübənin gedişində

sual la sinfə müraciət olunur:

– Hansı qazları suyu sıxışdırıb çıxarmaqla qaba toplamaq olar? 

– Havanı sıxışdırıb çıxarmaqla H

2

qazını sınaq şüşəsinə top la dıqda nə üçün



qabı başıaşağı tutmaq lazımdır?

Sualların cavabının aydın laş dırılması ilə hidrogenin iki fiziki xassəsi

öyrənilmiş olur.

Aparılan reaksiyanın tənliyi yazılır. Yeni sual verilir: – Bu reaksiya oksigeni

öyrənəndə yazdığınız parçalanma və birləşmə reaksiyalarından necə fərqlənir?

Əvəzetmə reaksiyasının mahiyyəti araşdırılır və ona tərif verilir. Sonra

şagird lə rin diqqəti reaksiyaya daxil olan və reaksiyadan alınan mürəkkəb

maddələrin tərkibinə yönəldilir. Qısa izahat verilir: metallarla qarşılıqlı təsir

zamanı metal atomu bu maddənin tərkibindəki hidrogeni çıxarır. Bu  mürəkkəb

maddələr turşular adlanır. Xlorid turşusu adlanan bu maddədə bir hidrogen

atomu bir xlor atomu ilə birləşib. Turşuların tərkibində bir və ya bir neçə hidro-

gen ola bilər. Həmçinin hidrogenin birləşdiyi qalıqda da bir neçə atom ola

bilər. Məsələn, H

2

SO



4

– sulfat turşusu. H

2

alınması təcrü bə sində bir mürəkkəb



maddə də əmələ gəlir – ZnCl

2

. Metalla qeyri-metalın birləşməsindən əmələ



gələn mürəkkəb maddələrə duz deyilir. 

Xlorid turşusu əvəzinə H

2

SO

4



götürülsəydi, alınan duzun formulu ZnSO

4

kimi yazılmalı idi. SO



4

atom qrupunun (turşu qalığının) ümumi valentliyi

onun la birləşən hidrogenin sayı ilə bilinir.

64

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə