Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   19   20   21   22   23   24   25   26   27

Hidrogeni laboratoriyada aktiv metallarla suyun qarşılıqlı təsirindən də

alırlar. Na-un su ilə reaksiya tənliyi yazılır və «hidroksid» anlayışı izah olunur.



Yeni sual: – Bəs çoxlu miqdar hidrogeni sənayedə necə alırlar?

Maddələri sənayedə alarkən birinci növbədə onun iqtisadi sərfəliliyi düşü -

nü lür. Maddənin istehsalı (sənayedə alınması) o halda sərfəli hesab edilir ki,

maddəni almaq üçün götürülən ilkin material (xammal) təbiətdə çox olsun və

ucuz əldə edilsin, tətbiq olunan üsul mürəkkəb və bahalı olmasın və istehsal

za manı gedən proseslər ətraf mühiti (havanı, suyu, torpağı) çox çirklən dir mə -

sin. Bu deyilənlər baxımından hazırda hidrogenin əsas tərkibi metan olan təbii

qazdan və sudan alınması əlverişli hesab edilir. Dərslikdəki 1, 2 və 3-cü üsullar

nəzərdən keçirilir, reaksiya tənlikləri yazılır.

Biliklərin möhkəmləndirilməsi üçün şagird qruplarına dərslikdəki mövzu-

nun sonunda verilən 2,5,6,7,8,10-cu bəndlərdəki suallardan və tap şı rıq lardan

istifadə oluna bilər.

Cavablara əsasən qruplar meyarlara görə (hidrogenin kimyəvi element ki -

mi xarakterizəsi, bəsit maddə kimi hidrogenin xarakterizəsi, hidrogenin alınma

reaksiyalarının tərtibi və şəraiti, əvəzetmə, turşu, duz və hidroksid anlayışla -

rı nın izahı, hidrogenin toplanması və təyini) qiymətləndirilir, onların reytinqi

(hansı qrupun neçənci yer tutması) elan edilir.

Mövzu 25. Hidrogenin kimyəvi xassələri və tətbiqi

Аlt standart: 2.2.1., 3.1.1., 4.1.2.

Məqsəd:

Şagird:

– hidrogenin mühüm kimyəvi xassələrinə aid reaksiyaların getməsi şə rai -

tini şərh edir, reaksiya tənliklərini yazır;

– kimyəvi tənliklərin tərtibi bacarığını inkişaf etdirir, əvəzetmə reaksiyası

anlayışı barədə biliyini genişləndirir;

– hidrogenin mühüm tətbiq sahələrini şərh edir.



Təlim forması: kollektivlə, cütlərlə, qruplarla iş

Təlim üsulu: illüstrativ şərh, Klaster, nümayiş təcrübələrin izahı, müzakirə

İnteqrasiya: F.: 3.1.1., 3.1.2.

Resurs: qaz alınan cihaz, plastik butulka, CuO, Fe

2

O



3

, sınaq şüşələri, spirt

lampası

65

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Dərsin gedişi: Tədris praktikası göstərir ki, hidrogenin kimyəvi xassələ -

ri nin öyrənilməsini təcrübələrin nümayişi ilə başlamaq və şagirdlərlə birlikdə

onların gedişini təh lil etmək dərsdə daha böyük maraq yaradır. Təcrübələri

aparmaq üçün əv vəl cə dən hazırlıq işləri görülməli, Kipp aparatı və ya qaz

alınan cihaz işlək və  ziyyətə gətirilməlidir.

İlk öncə hidrogenin yandırılması təcrübəsi aparılır. Qazaparan borucuqdan

kiçik sınaq şüşəsinə hidrogen doldurub alova yaxınlaşdırılır, «pax» səsi və ya

gurultu eşidilərsə, deməli, yoxlanılan qaz qarışığıdır (H

2

+ hava). Az sonra tək -



rar yoxlama aparılır. Hidrogen səs çıxarmadan sakit yanırsa, deməli, o safdır.

Bu halda hidrogeni qazaparan borucuğun ucunda da yandırmaq olar. Reaksiya

tən liyi tərtib edilir. Maddələrin formullarının altında molekulların və molların

sayı göstərilir:

2 H

2

(q) 



+ O

2

(q) 



= 2H

2

O



(m)

+ Q


2 molek. + 1 molek. 

→ 2 molek.

2 mol + 1 mol 

→ 2 mol


Avoqadro qanununa görə eyni şəraitdə müxtəlif qazların bərabər sayda

molekulları (mol miqdarı) eyni həcm tutur. Buna əsasən yazarıq:

2H



+ O



= 2H


2

O + Q


2 həcm + 1 həcm

Bu o deməkdir ki, hidrogen və oksigen 2:1 həcm nisbətində tam reaksiyaya

gi rirlər və bu halda reaksiya daha sürətli gedir. Belə qarışığa alovla və ya qı -

ğılcımla təsir etsək gurultu eşidiləcəkdir. Buna görə də V(H

2

) : V(O


2

)=2:1 qarı -

ş  ı ğına «guruldayıcı qaz» deyirlər. Təcrübəni təhlükəsiz aparmaq üçün plastik

butulka (və ya başqa plastik qab) götürüb onun həcmini üç bərabər hissəyə

bölür, içini su ilə doldurur və suyu sıxışdırıb çıxarma üsulu ilə iki həcm H

2

,



bir həcm O

2

ilə doldururlar. Butulkanı başı aşağı ştativə bərkidir, ştativi də



sto la, yaxud divara bərkidirlər. Alovu (yanan çöpü, yaxud kibriti) butulkanın

ağ zına tuturuq, əvvəl sakit yanma sonra partlayış (gurultu) baş verəcəkdir.

Müəl lim əlavə məlumat verir: – Saf hidrogeni oksigendə yandırmaqla 3000°C -dək

temperatur alırlar. Bundan da metalları kəsmək və qaynaq etmədə istifadə edir -

lər. Buna hidrogen qaynağı deyilir. Hidrogen qaynağından həm quruda, həm

də su altında istifadə olunur.

Hidrogen qazının kükürdlə reaksiyası da maraqlıdır. Əriyənədək qızdırıl -

mış kükürdün içərisinə hidrogen qazı buraxıldıqda lax yumurta iyi gəlir. Bu,

reak siyada alınan hidrogen-sulfidin (H

2

S) iyidir. Hidrogen-sulfid zəhərli qaz -



66

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




dır. Ona görə də təcrübə sorucu şkafda və ya açıq pəncərə qarşısında apa rıl -

malıdır.


Hidrogen xüsusi şəraitdə başqa qeyri-metallarla da qarşılıqlı təsirdə olur.

Xlorla (Cl

2

) və azotla (N



2

) hidrogenin reaksiya tənliklərini tərtib edin. Onların

hidrogenlə birləşməsində xlor bir, azot üç valentli olur. Alınan HCl qazı suda

həll edildikdə xlorid turşusu əmələ gətirir. NH

3

birləşməsi də qaz halındadır,



ona ammonyak deyirlər. Kəskin iyli ammonyakın suda məhlulu tibdə naşatır

spirti adı ilə ayıldıcı kimi işlənir.

Hidrogen fəal metallar, az fəal və fəal olmayan metalların oksidləri ilə də

reaksiyaya girir. Metallarla qarşılıqlı təsirindən hidrid adlanan bərk maddələr

əmələ gəlir:

Sənayedə hidrogenin metal oksidləri ilə reaksiyalarından metal alınması

üçün istifadə olunur. Metal oksidlərindən metalların hidrogenlə əvəz olunması

reaksiyaları öyrəndiyimiz hansı tip reaksiyalara aiddir? Bu reaksiyalar oksid -

ləş mə reaksiyalarının əksidir. Bunlarda mürəkkəb maddədən oksigen ayrılıb

hid rogenə birləşir. Oksidləşmənin əksi olan bu reaksiyalar reduksiya reaksi -



ya ları adlanır. Bu reaksiyalarda əvəzedici element olan hidrogen reduksiya -

edici adlanır.



Tədqiqat sualı: Nə üçün hidrogen fəal metalların oksidindən metalı

sıxışdırıb çıxara bil mir? Düşünün cavab verin. (Düzgün cavab: «fəal» metallar



hidrogenin özü ilə bir ləşmə əmələ gətirdiyi üçün olmalıdır).

Hidrogenin tətbiqi onun kimyəvi xassələri ilə əlaqəlidir. Aşağıdakı sxem

çəkilir, şagird cütlərinə belə tapşırıq verilir:

67

Hidrogenin tətbiqi

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə