Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   19   20   21   22   23   24   25   26   27

V FƏSİL. SU. MƏHLULLAR

Mövzu 27. Su, onun təbiətdə yayılması, təmizlənməsi,

xassələri və tətbiqi

Аlt standart: 2.2.1., 3.1.1., 3.2.1., 4.1.2.

Məqsəd:

Şagird:

– suyun təbiətdə yayılmasını, içməli su və distillə suyunun alınması üsul -

la rının mahiyyətini şərh edir;

– analiz və sintez üsulları ilə suyun tərkibinin öyrənilməsini izah edir;

– suyun fiziki xassələrini şərh edir;

– suyun mühüm kimyəvi xassələrini izah edir, reaksiya tənliklərini tərtib edir;

– suyun əhəmiyyətini, ən vacib tətbiq sahələrini şərh edir, onların sxemini

qurur.


Təlim forması: kollektivlə, qruplarla iş

Təlim üsulu: sorğu, dialoji şərh, evristik müsahibə, müstəqil işlər, müza kirə

İnteqrasiya: F.: 3.1.2., B.: 3.2.2.,  H.b.: 4.2.1.

Resurs: Su təmizləmə stansiyasının sxemi, distillə suyu, adi su, Hofman

cihazı, Na, Ca metalları, kimyəvi qablar 



Dərsin gedişi:

İlk öncə keçən dərsdə aparılan yoxlama yazı işinin nəticələri təhlil olunur

(6–7 dəqiqə), şagirdlərin qiymətləri elan olunur və sinif jurnalına yazılır.

Təbiət fənlərindən və gündəlik həyatdan şagirdlərin su barədə kifayət qədər

məlumatları olur. Onlar təbiətdə suyun yayılması, suyun fiziki xassələri haq qın da

xeyli biliklərə malikdir. Buna görə də dərsə şagirdlərin mövcud bilik lə ri ni ak tual -

laşdırmaqla və genişləndirməklə başlayırıq. Bu məqsədlə 3–5 dəqiqə frontal sorğu

aparılır sonra problem sual qoyulur: «Nə üçün su təbiətdə belə ge niş yayılmışdır?»

Problemi həll etmək üçün yönəldici sual da səsləndirilir: «Su yun təbiətdə geniş

yayılmasını onun fiziki xassələri və aqreqat halları ilə əla qələndirmək olarmı?»

Cavabları dinlədikdən sonra müəllim də öz yekun sözünü deyir. Həmçinin sorğu

prosesində suyun sənaye və kənd təsərrüfatı məhsullarının istehsalında rolu,

canlıların həyatında və inkişafında əhəmiyyəti xüsusi olaraq vurğulanır.

71

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Təbii suyun (göl və çay sularının) içməli su və distillə (saf) suyuna çevril -

mə si proseslərinin şərhindən əvvəl bu proseslərin hansı məqsədlər üçün apa rıl -

dığı, içməli su və distillə suyun harada tətbiq olunduğu şagirdlərdən so   ru   şulur.

Şagirdlərin eyni və müxtəlif cinsli qarışıqların ayrılması üsulları ba rədə bilikləri

yada salınır. İmkan olduqda gilli, bulanıq suyun durulması və süzül məsi, distillə

suyunun alınması təcrübələri, bu təcrübələrin başlanğıc hissəsi nümayiş etdirilir.

Şəhər və qəsəbələr üçün içməli su alınması ardıcıllığı sada lanır. Frontal sorğuya

və suyun təmizlənməsinin şərhinə 10–12 dəqiqə vaxt sərf edilir.



Tədqiqat sualı: Suyun keyfiyyətcə və miqdarca tərkibini necə sübut etmək

olar?


Şagirdlər suyun keyfiyyətcə tərkibini bilirlər. Suyun miqdarca tərkibini

öyrənmək üçün müəllim qeyd edir ki, sizin əvvəlki dərslərdə gördüyünüz Hof-

man cihazının borucuqlarından çıxan hidrogen və oksigen qazlarının həcm -

lərini ölçməklə, bu həcmlərə əsasən elementlərin kütlə nisbətlərini hesabla  -

maqla suda m(H):m(O)=1:8 olduğu müəyyən edilmişdir. Yəni su əmələ

gələrkən 1q hidrogen 8 q oksigenlə birləşir. Bu kütlə nisbətləri həm də suyun

molekul formulunun H

2

O olduğunu təsdiq edir. Suyun tərkibinin bu cür öyrə -



nil məsi  analiz üsulu adlanır. Bunun əksini də etmək olar. Yəni iki həcm hid -

rogenlə bir həcm oksigen arasında reaksiya aparıb H

2

O formuluna uyğun su



alındığını təsdiq etmək olar. Maddə tərkibinin bu yolla öyrənilməsi isə sintez

üsulu adlanır. Sonra şagirdlərlə birlikdə analiz və sintez üsullarına ümumi

baxımdan tərif verilir.



Növbəti sual: «Əvvəlki dərslərimizdə suyun hansı kimyəvi xassələrini

öyrənmişik?» Oksigenin və hidrogenin alınması reaksiyalarını yadınıza salın

(yönəltmə). Suyun elektrik cərəyanı ilə parçalanması və fəal metallarla reak-

siya tənlikləri yazdırılır.

Müəllim qeyd edir ki, su adi şəraitdə fəal metallar (Li, Na, K, Ca, Ba), az

aktiv metalların oksigenli birləşmələri (oksidləri), bəzi qeyri-metalların ok -

sigenli birləşmələri (CO

2

, SO



2

, SO


3

, P


2

O

5



və s.) və bəzi duzlarla (CuSO

4

və s.) qarşılıqlı təsirdə olur. Artıq siz bilirsiniz ki, fəal metallarla su reaksiyaya



girdikdə H

2

qazından başqa metal hidroksidi (OH-hidroksil qrupunun va-



lentliyi I-dir) əmələ gəlir. Fəal metalların oksidləri də su ilə reaksiyaya daxil

olduqda hidroksidlər əmələ gəlir. Su qeyri-metal oksidləri ilə reaksiyaya gir -

dikdə müvafiq turşu əmələ gəlir. Deyilənlərə misallar göstərmək olar:

72

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Bu 8–10 dəqiqəlik qısa şərhdən sonra qruplar təşkil olunur, hər qrupa bir

tap şırıq verilir. Həmin tapşırıqlar, suallar aşağıdakı tipdə ola bilər (onları yerinə

ye tirməzdən əvvəl dərsliyi diqqətlə oxuyun deyilir):

1. a) Adi şəraitdə su ilə reaksiyaya girən metalları müəyyənləşdirin və reak-

siya tənliklərini yazın:

1) K


2) Zn

3) Fe


4) Ca

5) Ag


6) Pb

b) Suyun tətbiq sahələrini göstərin.

2. a) Su hansı oksidlərlə reaksiyaya daxil olur? Gedən reaksiyaların tən -

lik lərini tərtib edin:

1) CuO

2) ZnO


3) Fe

2

O



3

4) CaO


5) Na

2

O



6) PbO

b) Suyun fiziki xassələrini qısaca qeyd edin.

3. Göstərilən metalların oksigenlə əmələ gətirdiyi birləşmənin formulunu

ya zın və onlardan hansı su ilə qarşılıqlı təsirdə olur? Gedə bilən reaksiyaların

tənliklərini tərtib edin.

1) Na


2) K

3) Cu


4) Ca

5) Zn


6) Al

4. 14 litium metalı su ilə reaksiyaya girdikdə alınan hidrogen qazı normal

şəraitdə nə qədər həcm tutar? Həmin həcmdə hidrogenin maddə miqdarını

hesablayın.

5. 54 su tam parçalandıqda ayrılan hidrogen və oksigenin mol miqdarını

və həcmlərini (n.ş.) hesablayın.

6. 20 natrium-hidroksid (NaOH) almaq üçün neçə qram Na metalı

və neçə milli litr su götürülməlidir? (Suyun sıxlığının 1q/ml olduğunu nəzərə

alın).

Nəticələr qrup nümayəndələri tərəfindən təqdim edilir və qiymət 



-

ləndirilir.



Qiymətləndirmə meyarları: distillə və içməli suyun alınmasının izahı,

ana liz və sintezlə suyun tərkibinin öyrənilməsinin izahı, suyun kimyəvi xas -

sə lərinə aid reaksiya tənliklərinin tərtibi, suyun əhəmiyyəti və tətbiq sa hə lə -

 rinin  şərhi.



73

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə