Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   19   20   21   22   23   24   25   26   27

Mövzu 28. Təbii suyun əhəmiyyəti. Su hövzələrinin

çirklənmədən qorunması

Аlt standart: 4.2.1.

Məqsəd:

Şagird:

– təbii suyun əhəmiyyətini şərh edir;

– təbii suların çirklənməsinin yer üzərində yaşayan bütün canlılara sənaye

sahələrinə, kənd təsərrüfatına zərərli təsirini təsvir edir və əsaslandırır;

– hidrosferi ən çox çirkləndirən mənbələri, bu çirklənmədə insan fəaliy -

yə tinin yerini izah edir;

– təbii suyun çirklənməsinə qarşı mübarizə tədbirlərinin mahiyyətini tul -

lantı suların zərərsizləşdirilməsi üsullarını şərh edir.



Təlim forması: fərdi iş, qruplarla iş

Təlim üsulu: dərslik üzərində iş, sorğu, müzakirə

İnteqrasiya: H.b.: 1.2.1.;  B.: 4.2.1.; C.: 2.1.5., 2.1.6. (VI sinif)

Resurs: dərslik mətni, videoproyektor, suallar olan böyük kağız

Dərsin gedişi:

Şagird qruplarına 23-cü mövzunun mətnini diqqətlə öyrənmək və aşağı -

dakı suallara cavab hazırlamaq tapşırılır:

Tədqiqat sualları:

1. Təbiətdə suyun dövranı necə gedir? Suyun dövranının əhəmiyyəti ba -

rə də nə bilirik?

2. İnsanlar təbii suları (çay, göl və dənizləri) hansı yollarla çirkləndirir (an -

tropogen təsirlər)?

3. Təbii suların çirklənməsini hansı əlamətlərə görə təyin etmək olar?

Anaerob mikroblar nədir, onların çoxalması suda hansı maddələrin artmasına

səbəb olur?

4. Təbii suların çirklənməsi insanlar, heyvanlar və bitkilərə necə təsir edir,

hansı fəsadlar əmələ gətirir?

5. Hidrosferin çirklənməsinin qarşısını almaq üçün qabaqcadan hansı

tədbirlər görülməlidir? Çirklənmənin azaldılması üçün hansı mübarizə üsulları

tətbiq olunur?

Hər qrup bir suala cavab hazırlayır. Cavab hazırlamaq üçün 16–18 dəqiqə

vaxt verilir. Vaxtın tamamında qrupların nümayəndələri təqdimat edir. Bütün

şa girdlər diqqətlə təqdimatları dinləyir, lazım olduqda əlavələr edir, suallar



74

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




verirlər. Beləliklə, mövzu bütövlükdə mənimsənilir. Hər hansı sualın cavabı

tam və dəqiq olmadıqda müəllim öz əlavələrini edir.

Məqsədlərə müvafiq meyarlar (təbii suyun əhəmiyyətinin şərhi, təbii suyun

çirklənməsinin zərərli nəticələrinin göstərilməsi, hidrosferi çirkləndirən mən -

bələrin göstərilməsi, suyun çirklənməsinə qarşı mübarizə tədbirlərinin gös -

tərilməsi) müəyyənləşdirilir, onlar meyar cədvəlində əks olunur. Meyarlar üzrə

qiymətlər cəmlənir və yekun formativ qiymət çıxarılır. Bu qiymətlərə əsasən

qruplara yerlər verilir, onların reytinqi müəyyənləşdirilir.



Mövzu 29. Həllolma. Məhlullar

Аlt standart: 1.2.2., 1.3.2.

Məqsəd:

Şagird:

– həllolmanın mahiyyətini izah edir;

– məhlul, doymuş və doymamış məhlul, qatı və duru məhlul, asılqan, emul-

siya və suspenziya anlayışlarını fərqləndirir, onlara misallar göstərir;

– həllolma əmsalının mahiyyətini izah edir, onun riyazi düsturunu yazır,

ondan istifadəyə aid məsələ nümunələrini həll edir.



Təlim forması: kollektivlə, qruplarla iş

Təlim üsulu: söhbət-müsahibə, problemli-dialoji şərh, müzakirə

İnteqrasiya: F.-VI sinif: 2.1.4.; Riy.: 1.2.1., 1.2.5.

Resurs: BaSO

4

, CaCO



3

, AgCl, NaNO

3

, Na


2

CO

3



, Ca(OH)

2

, CaSO



4

mad də -


ləri, su, stəkanlar, şüşə çubuqlar

Dərsin gedişi:

Dərs qarışıqlara aid biliklərin aktuallaşdırılması ilə başlayır (motivasiya):

– qarışıqlar neçə növ olur? Eynicinsli qarışıqların müxtəlif cinsli qarı -

şıqlardan fərqi nədədir?

– təbiətdə və məişətdə rast gəldiyimiz eynicinsli qarışıqlara misallar

göstərin.

Sonra giriş söhbəti və qısa şərhlər aparılır: eynicinsli qarışıqlara məhlul

da deyildiyini, yəqin, bilirsiniz. Bəs bu məhlulların əmələ gəldiyi prosesi necə

adlandırırlar? Şagirdlər dinlənilir və «həllolma prosesi» anlayışı nəticəsinə

gəlinir.


75

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Müəllim: – Bu dərsimizdə həllolma və məhlul anlayışlarını daha ətraflı

öy rənəcəyik.



Bir və ya bir neçə maddə hissəciklərinin başqa bir maddənin hissə cik -

ləri ara sında yayılması həllolma prosesi adlanır. Hissəcikləri yayılanlara

həllolan maddələr, onların yayıldığı mühitə isə həlledici deyirlər.

Bir maddənin hissəciklərinin başqa maddə hissəcikləri arasında yayılması

hansı prosesdir? Fiziki, ya kimyəvi? Şagirdlər diffuziyanın fiziki proses ol du -

ğunu bilirlər. Həllolma zamanı kimyəvi proses də baş verə bilərmi? Kimyəvi

proseslərin (reaksiyaların) getməsinin hansı əlamətlərini bilirik? Cavablar alın -

dıq dan sonra aşağıdakı təcrübə aparılır: iki kimya stəkanına onların həcminin

1/4-i qədər su tökülür və onların birinə 4–5 natrium hidroksid kristalı əlavə

edilir və qarışdırılır, o birinə isə qarışdıra-qarışdıra nazik axınla 3–4 ml qatı

sulfat turşusu tökülür. Hər iki stəkana şagirdlər əlləri ilə toxunurlar və onların

qızmasını hiss edirlər. Müəllim soruşur: stəkanların qızmasını, istiliyin ayrıl -

masını necə izah etmək olar? Özü izahat verir: maddələr (NaOH, H

2

SO



4

) suda


həll edildikdə istiliyin ayrılmasının səbəbi onların hissəcikləri ilə su molekul -

ları arasında baş verən kimyəvi qarşılıqlı təsirlə izah oluna bilər. Bu hadisənin

daha ətraflı izahını yuxarı siniflərdə öyrənəcəyik (şagirdlər kimyəvi rabitələr

haqqında biliyə malik olmadığından yuxarıda deyilənlərlə kifayətlən mək

lazımdır).

Tədqiqat sualları: Maddələrin hamısı şəkər və xörək duzu kimi suda yaxşı

həll olurmu? İçərisində həll olmuş maddənin miqdarına görə məh lulların hansı

növləri ola bilər? Suallara cavab vermək üçün şagirdlər tədqiqat aparırlar. Bu

məqsədlə 4–5 nəfərlik birgə oturmuş şagird qruplarına içərisində 1/3 qədər su

olan stəkanlar, şüşə çubuq və bərk halda NaNO

3

, Na



2

CO

3



, Ca(OH)

2

, CaCO



3

(və ya təbaşir), BaSO

4

birləşmələri və çay qaşığı paylanır. Hər qrupa içərisində



şüşə çubuq və su olan stəkan, bir çay qaşığı və bir kim yə vi birləşmə verilir.

Hər maddədən əvvəlcə qaşığın ucunda götürüb stəkana töküb qarışdırmaq

təklif olunur. Hansı maddə həll olursa, həmin stəkana bir də həmin miqdarda

əlavə edib qarışdırmaq tapşırılır. Daha həllolma getmirsə, proses dayandırılır

və neçə dəfə qaşığın ucunda maddə əlavə edilməsi qeyd olunur. Sonra hər qrup

nümayəndəsi etdikləri təcrübə və onun nəticəsi barədə bütün sinfə məlumat

verir.

Ümumi nəticə çıxarılır: natrium şorası (NaNO

3

) və soda (Na



2

CO

3



) suda

yaxşı həll olur, əhəng [Ca(OH)

2

] suda çox az həll olur (onun məhlula keç mə -



sini indikatorla yoxlamaq olar), təbaşir (CaCO

3

) və barium sulfat (BaSO



4

) isə


praktik olaraq həll olmurlar.

76

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə