Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   2   3   4   5   6   7   8   9   ...   27

o müəllim tərəfindən şərh edilmir, bütün qruplara onu dərs likdən oxu yub

öyrənmək tapşırığı verilir), sonra bilikləri möhkəmlən dirmək üçün qruplara

tapşırıqlar verilir. Tapşırıqların yerinə yetirilməsinə verilmiş vaxt bitdikdən

sonra nəticələr qrup nümayəndəsinin təqdimatında dinlənilir və bütün siniflə

müzakirə edilir. Qrupların hamısına eyni tapşırıq verilibsə, bir qrup nüma -

yəndəsinin təqdimatının müzakirəsi ilə kifayətlənmək olar. Qruplara fərqli

tapşırıqlar verilibsə, hər qrupun nümayəndəsi ilə ayrıca müzakirə keçiri lir,

hər qrupun fəaliyyəti qiymətləndirilir və elan olunur. Ən yaxşı və ən zəif

nəticə göstərən qruplar qeyd olunur. Sonda bütün sinif şagird lərinin bilik və

bacarıq səviyyəsini müəyyənləşdirmək üçün dərs mövzusuna aid hər şagirdə

7–8 sual və tapşırıqdan ibarət testlər paylanır. Nəticələr sinifdə, həmin dərsdə

bildirilir. Bu metodla aparılan dərslərin gedişində interaktiv təlimin «Klas -

ter», «Venn diaqramı», «Suallar», «Müzakirə», «BİBÖ» kimi üsullardan

istifadə oluna bilər.

«Qruplarda oyun fəaliyyəti metodu» adlanan variantda əvvəlki metodda

olduğu kimi müəllim yeni dərs  materialını şərh edir (və ya dərs materialını

şagirdlər özləri öyrənir), sonra qruplarda bilik və bacarıqlar möhkəmləndirilir.

Lakin burada təlim nəticələrinin bütövlükdə mənimsənil mə si testləşmə üsulu

ilə deyil, qruplar arasında yarışmalar təşkil etməklə yoxlanılır. Bunun üçün

«turnir stolları» qoyulur və stolların arxasında hər qrupdan üç nəfər üz-üzə

oturur, bir-biri ilə yarışırlar. Üç nəfərin biri qüvvətli, ikincisi orta qüvvətli,

üçüncüsü zəif şagird olur. Növbə ilə bir qrupun üzvləri o birlərinə şagird lə rin

səviyyəsinə uyğun yazılı suallar verirlər. Cavabları müəllim və üç nəfər fəal

şa gird dən ibarət münsiflər heyəti qiy mət ləndirir. Toplanmış balların cəminə

görə qruplara yer verilir, mümkün olduqda mükafatlandırılır.

Bu metoddan yekunlaşdırıcı dərslərdə, vaxtaşırı (tədris vahidlərinin so-

nunda) istifadə etmək məqsədəuyğundur. Metodun tətbiqi zamanı «Suallar»,

«Debat», «Klassik dialoq», «Akvarium» kimi interaktiv təlim üsullarından

istifadə etmək əlverişlidir.

«Ziqzaq» və ya «Mozaika» metodu

Bu metod o halda tətbiq olunur ki, dərs materialının bütövlükdə müstəqil

öyrənilməsi çətindir, həcmi böyükdür və onu bitkin məzmunlu hissələrə

bölmək mümkündür. Burada dərs materialını qısa vaxtda öyrənmək üçün

4 nə fərlik kiçik qruplar təşkil olunur, hər qrupun üzvləri 1-dən 4-ə qədər sayır

və öz nömrəsini yadda saxlayır. Dərs materialı 4 hissəyə bölünür (qrupdakı

şagirdlərin sayı dərs materialının bölündüyü hissənin sayı qədər olmalıdır).

Sonra eyni nömrəlilər bir yerə yığışıb ayrıca qruplarda mətnin onlara tapşı rı -

lan hissəsini öyrənib müzakirə edirlər. Hissənin məzmununu yaxşı mə nim sə -

8

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




dikdən (bir problem olduqda müəllimə müraciət olunur) sonra, hər şagird öz

ilkin (əvvəlki) qrupuna qayıdıb öyrəndiyini yoldaşlarına danışır, onlara izahat

verir. Sonda müəllim hər qrupdan bir nəfəri nömrələrin ardıcıllığı ilə danışdırır,

mətnin hissələri arasında necə əlaqə, məntiqi birlik yarandığını izləyir, yeri

gəldikdə öz əlavələrini edir. Mətnin hissələri dərsin əvvəlində müvafiq adlarla,

kartlarda yazılmış formada şagirdlərə verilə bilər. Həmin şagird qruplarına

his səyə aid ədəbiyyat, plakat, aparılacaq təcrübəyə aid təlimat, reaktivlər, kim -

yəvi qablar və sair də verilə bilər.



Layihələr metodu ilə təlim texnologiyası

Metodun əsas ideyası sərbəst tərbiyənin aşılanmasıdır (burada şagirdlərə

daha geniş müstəqillik verilir). Metodun mahiyyəti müəyyən problemin

həllində şagirdlərdə marağı stimullaşdırmaq, bu məqsədlə tələb olunan miq-

darda biliklərə yiyələnmək və layihələşdirilmiş fəaliyyətlə nəzərdə tutulmuş

bir və ya bir neçə problemi həll etmək, bununla da əldə edilmiş biliklərin prak-

tik tətbiqini göstərməkdir.

Layihələr metodunda da şagirdlər fərdi, cütlər və qruplar şəklində müəyyən

vaxt ərzində (bir həftədən bir ayadək) həm dərs prosesində, həm də dərsdən -

kə nar vaxtlarda müstəqil fəaliyyət göstərirlər. Problemin həllində müxtəlif

təlim metodları, üsulları və vasitələri tətbiq etməklə yanaşı, həm də şagirdlərin

müxtəlif fənlərdən aldığı biliklər interaktiv şəkildə istifadə olunmalıdır.

Layihələr metodu texnologiyası tətbiq edilərkən şagirdlər müəllimin

rəhbərliyi ilə müstəqil və yarımmüstəqil tədqiqat işi aparırlar. Tədqiqatın mər -

hələləri aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. Problemin (mövzunun) müəyyənləşdirilməsi (bu məqsədlə «Əqli hü -

cum» və «Dəyirmi masa» fəaliyyət üsullarından istifadə oluna bilər).

2. Problemin həlli yollarının düşünülməsi (fərziyyələr, fərdlərin və qrup -

la rın tapşırıqları, vəzifələri).

3. Nəticələrin müzakirəsi formalarının (təqdimat, sərgi, baxış, hesabat,

müdafiə və i.a.) düşünülməsi.

4. Yekunlaşdırma, nəticələrin ümumiləşdirilməsi.

VII sinifdə «Oksigen. Hava. Yanma» və «Su. Məhlullar» tədris vahidləri -

nin mövzularını «Layihələr metodu» ilə tədris etmək olar.



Modullarla təlim texnologiyası

Modullarla təlimi reallaşdırmaq üçün tədris proqramı materialları modul

komplekslərinə bölünür. Modul kompleksi dedikdə tədris materiallarının bitkin

məzmunu və onu mənimsəmək texnologiyasını özündə birləşdirən bir kom-

pleks (informasiya bloku) nəzərdə tutulur. Bir modul (və ya modul kompleksi),

əsasən, 4–6, bəzən daha çox dərslər tsiklindən ibarət olur.



9

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə