Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   2   3   4   5   6   7   8   9   ...   27

Tsikl dərslərdə təlim işinin aşağıdakı ardıcıllıqla reallaşdırılması məqsə -

də uyğun hesab olunur:

şərhetmə dərsi, burada tədris vahidinin (bölmənin, modulun) əsas məz -

mu nu müəllim tərəfindən şərh olunur, şagirdlər qeydlər aparır, onlar məz mu -

nun əks olunduğu cədvəl, sxem və diaqramlarla tanış edilir. (Bunun üçün 1–2

dərs saatı sərf oluna bilər);

– müstəqil işlərin (bölməyə aid mətnlərin öyrənilməsi, məsələ və çalış ma -

lar həlli, dərs materiallarına aid təcrübələrin aparılması və s.) növlərinin

müəyyənləşdirilməsi və yerinə yetirilməsi (1–3 dərs saatında);

– öyrənilənlərin müzakirəsi, səhvlərin düzəldilməsi, tələb olunduqda əla -

vələrin edilməsi (1–2 dərs saatında);

– əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi (müsahibə, yazılı

testləşdirmə və b. üsullarla, bir dərs saatında).

Modulla təlim texnologiyasının yuxarı siniflərdə tətbiqi daha məqsədəuy -

ğun sayılır.

Müasir pedaqogikada müəyyən edilmişdir ki, yeni təlim texnologiyalarının

ək səriyyəti üçün aşağıdakı əlamətlər xarakterikdir:

1. Dərsdə təlim problemini müəllimin rəhbərliyi ilə şagirdlər özləri araşdırır

və həll edirlər, müəllim onlara istiqamət verir və müvafiq şə rait yaradır.

2. Təlim prosesi (dərsin gedişi texnologiyası) dəqiqliklə planlaşdırılır

(hansı fəaliyyətlərin hansı ardıcıllıqla, nə müddətdə aparılması).

3. Dərsdə şagirdlərin təlim-idrak fəaliyyətinin tam tsikli (qavrama, anlama,

yaddasaxlama, tətbiqetmə, ümumiləşdirmə və sistemləşdirmə, öz fəa -

liy yətini təhliletmə, qiymətləndirmə) diqqət mərkəzində saxlanı lır, necə

get məsi  izlənilir.

4. Təlim prosesində əvvəlcədən layihələşdirilmiş (planlaşdırılmış) ümum -

 pedaqoji (öyrədici), inkişafetdirici və tərbiyəedici məqsədlərin real laşdı -

rılmasına, şagird şəxsiyyətinin ümumi inkişafına xüsusi diqqət yetirilir.

5. Şagirdlərin dərsdə müstəqil fəaliyyət göstərməsi üçün müvafiq didaktik

materiallar qarşıya qoyulmuş məqsədlərə uyğun, optimal şəkildə tərtib

olunur. Bu məqsədlə, həmçinin fəaliyyət üsulları, tədris materia lı nın

mənimsənilmə səviyyəsini müəyyənləşdirmək üçün qiy mət lən dir mə

meyarları göstərilir.

6. Dərs prosesində təlim-idrak fəaliyyəti üçün tam şərait yaradan dərslər

tsiklindən, kollektiv, qrup və fərdi iş formalarından, onların kombina -

siya sın dan  istifadə  edilir.

7. Bilik və bacarıqların, fəaliyyət üsullarının mənimsənilmə səviyyəsini

öyrən mək üçün üç növ qiymətləndirmə üsulları – diaqnostik (ilkin), for-

mativ (ara lıq), summativ (yekun) qiymətləndirmə tətbiq olunur.

10

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




8. Qiymətləndirmənin nəticələri əsasında şagirdlərin təlim materialını

mənim səmə səviyyəsinin korreksiyası aparılır.

9. Ümumi sinfin mənimsəmə səviyyəsinin yoxlanılması üçün başlıca

olaraq testləşdirmə üsulundan istifadə edilir.

Bu göstərilən əlamətlər çoxluq təşkil edən dərsləri müasir, fəal dərslər

hesab etmək olar.



3. Təlim prosesində şagird fəaliyyəti və nailiyyətlərinin

qiymətləndirilməsinə dair tövsiyələr

Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici təlim nəti -

cə lərinin obyektiv qiymətləndirilməsidir. Ümumtəhsil məktəblərində qiymət -

lən 


dirmə dedikdə şagirdlərin bilik və bacarıqlarının ilkin səviyyəsinin,

in  ki  şafının (irəliləyişinin), davam lılığının və əldə etdiyi  nailiyyətlərin müəy -

yən ləşdirilməsi başa düşülür. Nailiy yətlərin qiymətləndirilməsi həm məktəb

rəhbərliyi və fənn metodbirləşməsi, həm də sinif daxilində müəllimin özü

tərəfindən (sinifdaxili qiymətləndirmə – SQ) aparılır.

Bu qiymətləndirmə növləri ümumilikdə məktəbdaxili qiymətləndirmə

(MQ) adlandırılır.

Kurikulumun tətbiq edildiyi siniflərdə üç növ qiymətləndirmə tətbiq

olu nur: diaqnostik (ilkin), formativ (aralıq və ya cari), summativ (yekun).

Diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində, bir tədris vahidini (böl -

mə ni, fəsli) öyrənib o birinin öyrənilməsinə başladıqda sinif şagirdlərinin ümu -

milikdə bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır. Bu,

müəllimin özünün sonrakı təlim işini necə planlaşdıracağı üçün çox vacibdir.

Diaqnostik qiymətləndirmədə müşahidə, müsahibə, yazılı tapşırıqvermə, vali -

deyn lər, sinif rəhbəri və başqa fənn müəllimləri ilə söhbət aparmaq üsul la-

rından istifadə edilir. Bu üsulların tətbiqində müşahidə vərəqi, qeydiyyat vərə -

qi, şagirdlərə veriləcək tapşırıqların mətni, sorğu vərəqi (şagirdlərə veriləcək

suallar) kimi vasitələrdən istifadə edilir.

Formativ (cari) qiymətləndirmə prosesində şagirdlərin dərs mövzusu ilə

bağlı bilik və bacarıqları, fəaliyyətləri üzrə monitorinqlər, yoxlamalar keçirilir.

Nəticələr meyarlar əsasında qiymətləndirilir. Beləliklə, şagirdlərin məzmun

standartlarını, onlara müvafiq tədris materiallarını necə mənimsədiyi müəy -

yən ləşdirilir. Nəticələr barədə şagirdlərin özlərinə və valideynlərə xəbərdarlıq

edilir. Formativ qiymət ləndirmədə müşahidə, müsahibə, şagirdlərin şifahi və

yazılı təqdimatı, qısamüddətli testləşdirmə, tədqiqat layihəsinin hazırlanması,

özünüqiymətləndirmə üsullarından və müşahidə vərəqi, qeydiyyat vərəqi, me -



11

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




yar cədvəli, test tapşırıqları, özünü qiymət ləndirmə vərəqləri, nailiyyət səviy -

yə ləri üzrə qiymətləndirmə şkalası kimi vasitə lə rindən istifadə olunur.

Formativ qiymətləndirmədə nailiyyət səviyyəsini ölçən (müəyyənləşdirən)

me yarlar dərsin məqsədləri əsasında hazırlanır, bu meyarlar əsasında şagird -

lə rin fəaliyyəti izlənilir. Təlim nəticələrinə aid bilik və bacarıqların qiymət -

lən dirilməsi üçün aşağıdakı məzmunda ümumi meyarlar ola bilər:

1. Fənnə (bölməyə, fəslə, dərsin mövzusuna) aid biliklərin keyfiyyəti (tam,

dəqiq, möhkəm, dərin, sistemli, ümumiləşdirici olub-olmaması).

2. Qazanılmış biliyin həcmi, faktik bilik ehtiyatı.

3. Mənimsənilmiş nəzəri bilikləri tətbiq etmək bacarığı (çalışmalar və

məsələləri həll etmək, sxem, diaqram və ya cədvəl tərtib etmək və s.).

4. Bilikləri müstəqil əldə etmək bacarığı.

5. Praktik işləri yerinə yetirməyə hazırlıq səviyyəsi (cihazı, modeli və

qurğunu quraşdırmaq, təcrübələri aparmaq və s.).

6. Meydana çıxan təlim problemini müstəqil həll edə bilmək (yaradıcılıq

qabiliyyətinin olması).

Summativ qiymətləndirmənin əsas məqsədi şagirdlərin müəyyən mərhə -

lə də və müddətdə qazandığı biliklərdən hansı səviyyədə istifadə edə bildiyini,

onların tətbiqinə hansı səviyyədə nail olduğunu müəyyənləşdirməkdir.

Summativ qiymətləndirmə öyrədici xarakter daşımadığından qiymətlən -

dir 

mə üsullarından istifadə olunmur, burada yalnız qiymətləndirmə



vasitələri (test tapşırıqları, şifahi və yazılı təqdimatlar və s.) tətbiq olunur.

Test tap şı rıq ları və digər tapşırıqlar qiymətləndirmə standartları əsasında

hazırlanır. Qiy mət ləndirmə standartları isə məzmun standartlarına əsasən

tərtib olunur.

Summativ qiymətləndirmənin iki növü vardır: Kiçik Summativ (KSQ) və

Böyük Summativ Qiymətləndirmə (BSQ). KSQ müəllim tərəfindən bəhs

(fəsil) və ya bölmə lərin öyrənilməsindən sonra 6 həftədən gec olmayaraq apa -

rılır. BSQ isə məktəb rəh bərliyinin iştirakı ilə yarımillərin sonunda fənn müəl -

limi tərəfindən aparılır. KSQ-nin vasitələri (testin sual və tapşırıqları) müəllim

tərəfindən, BSQ-nin vasitələri isə fənn komissiyası (fənn metodbirləşməsi)

tərəfindən hazırlanır. Summativ qiymətlən dirmənin aparıldığı gün üzrlü sə -

bəb dən dərsdə iştirak etməyən şagirdlərlə, eləcə də test yoxlamasından «1»

və «2» qiymət alan şagirdlərlə summativ qiymətləndirmə 2 həftədən gec olma -

yaraq yeni tərtib olunmuş testlə aparılmalıdır. Təkrar yoxlamadan da keçə

bilməyən şagirdlər yay tapşırıqları alırlar. Onlar yalnız növbəti dərs ilindəki

imtahanda iştirak edə bilirlər.



12

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə