Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

hissələrini kibrit çöpünü o hissələrdə qızdırmaqla sübut edir. Alo vun hissələ -

rinin müxtəlif temperatura malik olması səbəblərini şagirdlər dən soruşur.

Cavabları tamamlamaq üçün özü əlavələr edir.

Sonra sinif qruplara bölünür, hər qrupa süzgəc kağızı, dərslikdəki şəkil 

9 və şəkil 10-da göstərilmiş avadanlıqlar paylanır (laborant və ya müəllimin

kö məkçisi müəllimə dəstək olur). Qabaqcadan hazırlanmış çirkli xörək duzu

məh lulunu şəkil 9-dakı kimi süzmək tapşırılır. 4–5 ml duru süzüntü (filtrat)

məhlul alındıqda onu çini kasaya töküb zəif alovda qızdırmaq təklif edilir.

Buxarlanma şüşə çubuqla qarışdırmaqla aparılır ki, ətrafa duz sıçramasın. Çini

kasada təmiz, ağ rəngli xörək duzunun alındığı müşahidə edilir.



Ev tapşırığı: «Xörək duzunun təmizlənməsi» təcrübəsinin gedişi barədə

qısa təqdimat hazırlayın.



Mövzu 4. Maddələrin tərkibi və quruluşu.

Molekullar və atomlar

Аlt standart: 1.2.1., 3.2.1.

Məqsəd:

Şagird:

– atom-molekul təliminin əsas müddəalarını sadalayır;

– oksigen, hidrogen və su molekullarının plastilindən modellərini hazır la -

yır, onların həcmlərinin və kütlələrinin müxtəlif olduğunu, yüksək tempera -

turda molekulların atomlara parçalandığını şərh edir;

– molekul və atomlara tərif verir;

– atomun daha kiçik hissəciklərdən (proton, neytron və elektron) təşkil

olunduğunu izah edir;

– proton, neytron və elektronun kütləsini və yükünü yadda saxlayır;

– materiya və maddə haqqında təsəvvürünü genişləndirir.



Təlim forması: cütlərlə və qruplarla iş 

Təlim üsulu: dərslik üzərində iş, müzakirə

İnteqrasiya: F.-VI sinif: 2.1.2.; H.b.: V-VI siniflər: 1.1.1.

Resurs: dərslik, sxem və cədvəllər, iş vərəqi, plastilin, xüsusi kürəciklər

Dərsin gedişi:

Şagirdlər qruplara bölünür və onlara iki növ tapşırıq verilir.

Bir neçə qrupa (2–3) verilən I növ tapşırıq:

22

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




1. Qədim dövrlərdə (eradan əvvəl) yunan alimləri və XVIII əsrdə məşhur

rus və ingilis alimləri maddələrin tərkibi haqqında hansı fikirləri söyləmişlər?

2. Atom-molekul təliminin əsas müddəaları hansılardır?

3. Hansı maddələrə molekulyar, hansılara qeyri-molekulyar quruluşlu de -

yilir. Onlara misallar göstərin.

Cavab mövzuya aid mətnin I hissəsini («Atomun tərkibi»nə qədər) oxu-

maqla hazırlanır.

Başqa bir neçə qrupa (2–3) verilən II növ tapşırıq:

1. Atom hansı əsas hissəciklərdən təşkil olunur? Atomun və nüvənin

həcmlərini müqayisə edin.

2. Cədvəl 2-ni doldurun və yadda saxlayın.

3. Tərkibindəki hissəciklər baxımından atoma necə tərif vermək olar? 

4. Hansı hissəciklərin sayı atomun kütlə ədədi adlanır? Atom, müsbət yüklü

və mənfi yüklü ionlar bir-birindən hansı hissəciklərin sayına görə fərqlənirlər?



Tədqiqat sualı: Atom haqqında nə bilirsiniz? Bildiklərinizi 2-ci cədvələ

qeyd edin.



Cədvəl 2

Cavab mətnin «Atomun tərkibi» kiçik başlığı ilə verilən hissəni öyrənmək -

lə hazırlanır.

Hər iki tapşırığa cavab hazırlamaq üçün 12–14 dəqiqə vaxt ayrılır. Ca -

vablar müzakirə edildikdən (10–12 dəqiqə) sonra bütün şagird cütlərinə mətnin

so nun dakı sualları oxuyub araşdırmaq tapşırılır. Bunun üçün 10 dəqiqə vaxt

verilir. Vaxt bitdikdən sonra kimin neçə suala cavab hazırladığı öyrənilir. Seç -

mə yolla müxtəlif qruplardan 4–5 şagirdin cavabları dinlənilir.

Yekunda şagirdlərin fəaliyyəti aşağıdakı meyarlara əsasən qiymətləndirilir:

a) maddələrin hansı hissəciklərdən təşkil olunması barədə alimlərin fikirləri;

b) Atom-molekul təliminin müddəalarının mənimsənilməsi; c) maddələrin

quruluşu barədə nəticələr; d) molekul və atomun tərifləri; e) atomun tərkibin -

də ki hissəciklərin, onların yükü və kütləsinin ifadə olunması;  ə) molekul, atom

və ionların fərqlərinin ayırd edilməsi.



23

Atomu və onun

nüvəsini təşkil edən

hissəciklərin adı

Hissəciklərin kütləsi

(qramla)

Hissəciklərin yükü (elektro-

statistik yük vahidi ilə)

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Mövzu 5. Kimyəvi element. İzotoplar

Аlt standart: 1.2.1., 1.2.2.

Məqsəd:

Şagird:

– atom, kimyəvi element və izotop anlayışlarını bir-birindən fərqləndirir;

– atom, kimyəvi element və izotop anlayışlarının mahiyyətini hidrogen və

oksigen elementləri misalında izah edir;

– kimyəvi elementlərin adlandırılması və işarə edilməsi tarixini şərh edir;

– materiya, maddə və mikrohissəcik haqqında təsəvvürlərini genişləndirir.



Təlim forması: cütlərlə və kollektiv iş

Təlim üsulu: problemli-dialoji şərh, müstəqil iş, dərslik üzərində iş

İnteqrasiya: F.: 2.1.2.

Resurs: atomun tərkibinə aid sxem və cədvəl, dərslik, dövri sistem cədvəli

Dərsin gedişi: Müəllim kimyəvi element, izotop, kimyəvi elementlərin

işa rəsi və adlandırılması barədə qısa şərh verir, sonra eyni partalarda oturan

şa gird cütlərinə dərslikdəki mətnin sonunda verilmiş 1–7 №-li suallara cavab

hazırlamaq tapşırılır. 10–12 dəqiqədən sonra hansı cütün neçə suala cavab ver -

diyi müəyyənləşdirilir. Bu sualların cavabının düzgünlük dərəcəsi yoxlanır və

izotop anlayışının izahı, kimyəvi element anlayışının izotoplar əsasında şərhi,

kimyəvi elementlərin adlandırılması, əməkdaşlıq meyarları əsasında cütlərin

fəaliyyəti qiymətləndirilir. 



Ev tapşırığı: Cədvəl 3-dəki elementlərin işarəsini, azərbaycanca və latınca

ad larını yadda saxlayın.



Mövzu 6. Kimyəvi elementlərin nisbi atom kütləsi

Аlt standart: 1.2.1., 1.2.2., 1.3.1.

Məqsəd:

Şagird:

– hidrogen, oksigen, azot və karbon atomlarının kütlələrini qramla ifadə

edərək atomların çox kiçik kütləyə malik olduğunu anlayır;

– atom kütlə vahidinin (a.k.v.) nəyi ifadə etdiyini izah edir;



24

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə