yanlış oxunuş əsası olmayan mülahizələrin irəli sürülməsinə şərait yarat-
mış, ulu Qorqud kəlamının təhrifinə imkan açmışdır. Odur ki, oğuz
türkcəsində əski əlifba ilə yazıya köçürülmüş bu boylar toplusunun əslinə
uyğun oxunub açıq-lanması mühüm bir problem kimi hələ də öz aktual-
lığını saxlamaqdadır. O.Ş.Gökyay, H.Araslı, M.Ergin, Ş.Cəmşidov,
F.Zey nalov-S.Əlizadə və digər tanınmış tədqiqat-çıların dəyərli nəşrləri
olmasına baxmayaraq, bu istiqamətdə aparılan araşdırmalar davam
etdirilməkdə, yeni oxunuş variantları işıq üzü görməkdədir. Lakin ya -
randığı, formalaşdığı, ilk dəfə yazıya alındığı və sonradan üzü kö çü -
rüldüyü dövrlərin dil və üslub xüsusiyyətlərini özündə müvazi şəkildə
yaşadan bu əvəzsiz abidənin bədii mətnində fikir ayrılığına səbəb olan
mübahisəli məqamlar hələ də qalmaqdadır. Buna görə də Drezden nüsxə
variantını səhifələr üzrə əks etdirib (səhifələrin nömrəsi səhifənin baş -
lanğıcında mərkəzdə, sətirlərin sırası isə sətrin başında göstərilir),
hər bir
sətrin qarşısında müasir əlifba ilə transkripsiya olunmuş oxunuşunu ver-
məklə mövcud problemin daha optimal həllinə nail olmaq istərdik. Düşü -
nürük ki, bu üsul mövcud oxunuşların ilkin variantla müqayisə edilməsi-
ni sadələşdirəcək və yürüdülmüş mülahizələrdən hansının doğru olduğu-
na oxucunu inandırmaqda yardımçı rolunu oynayacaq. Tədqiqat zamanı
bəzi mübahisəli məqamlara aydınlıq gətirmək üçün yeri düşüdükcə
Vatikan nüsxə variantına müraciət olunmuş və buraxıldığı güman edilən
söz, söz birləşməsi və ya cümlələr < > işarəsi daxilində verilmişdir. Eyni
zamanda, son nüsxə katibinin üzündən köçürmə prosesində yol verdiyi
səhvlərin nəticəsi olaraq yanlış getmiş bə`zi məqamlar [ ] işarəsi içə -
risində göstərilmişdir. Drezden nüsxəsində qırmızı rənglə yazlmış söz və
ifadələr isə “yağlı” qara hərflərlə nəzərə çarpdırılmışdır. Təqdim olunan
oxunuşda əvvəlki nəşrlərin uğurlarından və yeni tədqiqatların nəti cə lə -
rindən də faydalanılmışdır. Üzərində nömrələnmış [ ] işarəsi qoyulan söz -
lər, deyimlər və soylama parçaları tədqiqatın “Şərhlər” bölümündə ətraflı
açıqlanmışdır. Lakin təqdim edilən jurnal variantında bu şərhlərin geniş -
liyi ilə deyil, yığcam şəkildə verilməsi nəzərdə tutulub.
Abidənin Drezden nüsxəsinin üz qabığında (bu, 1-ci səhifə hesab olu -
nur) əsərin adı orta əsr yazı ənənəsinə uyğun olaraq ərəb dilində:
yəni “Kitabi-Dədəm Qorqud əla lisani-tayifeyi-oğuzan” şəklində ve-
2011/
IV
4
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com